Adu adu təLƏBƏ: abbasli mehrac müƏLLİM: leyla rüSTƏMLİ qrup: 71e kurs: MÜASİr kiber təHDİDLƏR



Yüklə 1,77 Mb.
tarix24.12.2022
ölçüsü1,77 Mb.
#77781
ABBASLI MEHRAC-BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK

ADU

ADU


TƏLƏBƏ:ABBASLI MEHRAC
MÜƏLLİM:LEYLA RÜSTƏMLİ
QRUP:371E
KURS:3
MÜASİR KİBER TƏHDİDLƏR
Müasir dövrdə bəşəriyyətin ideologiyası da dəyişib. Axı XVIII əsrdən, yəni Maarifçilikdən başlayaraq 200 il ərzində bütün dünyada əsas ideyanı, siyasətin hərəkətverici qüvvəsini ədalətli ictimai quruluş vasitəsilə bəşəriyyətin xilas olacağına inam təşkil edirdi. O, müxtəlif formalar alır və əvvəlcə Bismark dövrünün Almaniyasında, sonra da İngiltərə, ABŞ və digər ölkələrdə sosializm, kommunizm, faşizm və ya "ümumi rifah cəmiyyəti" ideyaları kimi müxtəlif siyasi cərəyanları yaratmışdı. Aralarındakı fərqlərə baxmayaraq, bu cərəyanları birləşdirən mükəmməl cəmiyyətin yaradılmasının mümkünlüyünə inam olmuşdur. Sözügedən cərəyanların nümayəndələri hesab edirdilər ki, kamil cəmiyyətin yaradılması ayrıca götürülmüş fərdin də kamilliyinə səbəb olacaqdır.
XX əsrin əvvəllərində bu məqsədlərə nail olmanın asan olduğu zənn edilirdi. O dövrün insanlarının əksəriyyəti belə düşünürdülər ki, maddi bolluq insanların ərzaq və paltarla təmin edilməsi deməkdir. Amma getdikcə həyatın daha mürəkkəb olduğu dərk edilmişdir. Məlum olmuşdur ki, rifah artdıqca, insanların tələbatları da artır.
!
Postsənaye cəmiyyəti nəzəriyyəsinin baniləri haqlı olaraq Z.Bjezinski, D.Bell. E.Toffler hesab olunur. İlk dəfə cəmiyyətin yeni tipini birbaşa “informasiya” və “informasiya texnologiyaları” anlayışları ilə əlaqələndirənlər məhz bu alimlər olmuşdur.

Yaşadığımız informasiya texnologiyaları əsrinin ən böyük problemlərindən biri də kiber təhdidlər və kiber hücumlardır desək, yəqin ki, yanılmarıq. Sistemlərin, şəbəkələrin və proqram təminatlarının rəqəmsal hücumlardan qorumaq üçün kibertəhlükəsizlik tədbirləri həyata keçirilməlidir.

Yaşadığımız informasiya texnologiyaları əsrinin ən böyük problemlərindən biri də kiber təhdidlər və kiber hücumlardır desək, yəqin ki, yanılmarıq. Sistemlərin, şəbəkələrin və proqram təminatlarının rəqəmsal hücumlardan qorumaq üçün kibertəhlükəsizlik tədbirləri həyata keçirilməlidir.


Internet

Müasir dövrdə kiber cinayətlərin sayının artması halları müşahidə olunur. Kibertəhlükəsizlik şirkəti olan “Harbor networks”un məlumatına görə 2019-cu ildə baş verən kiber cinayətlərin sayı son 11 ilə nəzərən 60 dəfə daha çoxdur. Bu çox ciddi rəqəmdir. Məhz bu səbəbdən kibertəhlükəsizlik dövlətlər, şirkətlər və fərdlər üçün kibertəhlükəsizlik son dərəcə önəmli olmalıdır.

Müasir dövrdə kiber cinayətlərin sayının artması halları müşahidə olunur. Kibertəhlükəsizlik şirkəti olan “Harbor networks”un məlumatına görə 2019-cu ildə baş verən kiber cinayətlərin sayı son 11 ilə nəzərən 60 dəfə daha çoxdur. Bu çox ciddi rəqəmdir. Məhz bu səbəbdən kibertəhlükəsizlik dövlətlər, şirkətlər və fərdlər üçün kibertəhlükəsizlik son dərəcə önəmli olmalıdır.


Bu cür hücumlar ümumiyyətlə məxfi məlumatlar əldə etmək, onu dəyişdirmək və məhv etmək, istifadəçilərdən pul tələb etmək və ya şirkətlərin normal fəaliyyətini pozmaq məqsədi daşıyır. XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə ətraflı şəkildə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləri – hakerlər meydana gəldi. Bu gün dünyada geniş yayılmış haker şəbəkələri maliyyə əməliyyatları həyata keçirir, vətəndaşların şəxsi məlumatlarına giriş əldə edir və dövlət orqanlarının rəsmi saylarını təzyiq altında saxlayır.
Son zamanlar bəzi dövlətlərin seçkilər sisteminə də giriş əldə edə bildikləri ilə bağlı məlumatlar yayılır, bu sahədə də ajiotaj yaradılmasına cəhdlər olur və bununla da manipulyasiya imkanları genişlənir. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapır, bu açıqların səbələrini bilirlər. Çox təəssüf ki, bir sıra kompüter istifadəçiləri məlumatsızlıq və diqqətsiz istifadə nəticəsində maddi və mənəvi zərərlərlərə məruz qalır. Bu zərərlərdən qaçmaq üçün bəzi təməl mövzuları bilmək və bəzi təhlükəsizlik tədbirlərini almaq lazımdır. Effektiv kibertəhlükəsizlik tədbirlərini həyata keçirmək hazırda olduqca çətin bir işdir, çünki bu gün insanların daha çox cihaza malik olmalarına rəğmən kibercinayətkarlar getdikcə daha çox “ixtiraçı” rolunda çıxış edir.
Kibertəhlükəsizlik bir sıra ölkələrdə (məsələn, ABŞ, Avropa Birliyi, Rusiya) xarici siyasətin prioritetlərindən biri elan edilib. ABŞ kibertəhlükəsizliyin azad ticarət və sosial-iqtisadi inkişaf üçün etibarlı, təhlükəsiz və açıq mühit qurmağa imkan verəcək beynəlxalq əsaslarının formalaşdırılması haqqında 2011-ci ildə sənəd hazırlamışdı. Bu sənəddə bir neçə əsas prinsip təsvir edilir. Birinci yerə iqtisadi əlaqələr qoyulub. ABŞ kommersiya sirri daxil olmaqla bu və ya digər tərəfə məxsus olan informasiyanı qorumaqla İnternet üzərindən azad ticarət imkanı yaratmağı təklif edir. Digər vacib prioritet kiberfəzada beynəlxalq davranış kodeksinin yaradılmasıdır.

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR


KAYZEN.AZ
PRESLİB.AZ
MUHAZ.ORG
VİKİPEDİYA
Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin