Əqil geriliyi – psixikanın ləngimiş yahud natamam inkişafı deməkdir. Keçmişdə bu hallara “əqil zəifliyi” termin verilib.
ABŞ-da və Böyük Britaniyada indiyə kimi bu termin işlənir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “əqil defisiti”, sonralar isə “əqil geriliyi” məsləhət görüb.
Sovetlər İttifaqında, Skandinaviyada və Qərbi Avropanın digər ölkələrində anadan gəlmə yahud 3 yaşa qədər qazanılmış əqil geriliyi (retardasiya) “oliqiofreniya” adlanılardı.
Tarix
1866 ildə İngilis həkimi Langdon Down (Daun) spesifik fenotipə (xarici görünüşə) malik olan və intellektin natamam inkişafına düçar olan uşaqları təsvir edib. Ağıl zəiflik halların 10% Daun sindromun nəticəsində baş verir.
Etiologiya
Genetik amillər
Ekzogen amillər
Psixiki deprivasiya
Epidemiologiya
ÜST-ın məlumatına görə dünya əhalinin 1-3% əqil geriliyə düçardır.
Daun xəstəliyi hər 700-800 uşağdan birində rast gəlir. Əqil geriliklərin bütün sayından Daun xəstəliyi 10% təşkil edir.
Əqil geriliklərin əksəriyyəti (75%) yüngül dərəcəli olur (IQ 50 xaldan artıq). Qalan hallarda orta və ağır dərəcəli əqil geriliyi müəyyən edilir (IQ 50 xaldan az). Bu hallar əhalinin təhminən 0.5% - 0.8% təşkil edir. Dərin dərəcəli ağıl zəifliyi (idiotiya) ən nadir hallarda rast gəlir.
Kliniki təzahürləri
Dərəcələr:
Yüngül – IQ - 70-50
Orta - IQ - 50-35
Ağır - IQ - 35-20
Dərin - IQ <20
Yüngül dərəcəli ağıl zəifliyi
Sensomotor funksiyaların minimal retardasiyası aşkar edilir. : yaşa çatanda hələm də öz yaşlılardan fərqlənmirlər. Orta məktəbə vaxtında gedirlər, ilk illər hamı ilə bərabər dərsləri qavrayıb, verilən bilikləri mənimsəyirlər. Lakin sonralar tədris prosessdə iştirak etməkdə çətinlik çekirlər, 4-ci, 5-ci və 6-ci siniflərdə təkrarən dərs keçirlər və buna görə öz həmyaşlardan 2-3 sinif geri qalırlar.
Adekvat sosial davranış qaydaları mənimsəyirlər və cəmiyətdə özdərini düzgün aparırlar.
Təərifə və yahud hörmətsizliyə qarşı xəssas olurlar,
İctimayi və ekonomik stress şəraitində çətinliklərə qarşı aciz olurlar və buna görə qayğıya və yardıma ehtiyacları var.
Orta dərəcəli ağıl zəifliyi
Məktəbdən əvvəl yaşlarında bu uşaqların nitqi inkişaf edir (ləngç çətinliklə) və onlar ünsiyyət etməyi öyrənə bilər.
Lakin sosial məsələlərdə bələd deyirlər. Hərəki sferaları yaxşı inkişaf edir, özdərinə baxmaqı (təlabatların təmin etməsini) öyrənə bilirlər.
Orta məktəbdə çətinliklə oxuyur, ancaq 2-ci sinifə qədər özyaşlılarla oxya bilirlər, sonra isə xüsusi məktəbdə (koqnitiv problemlərə düçar olan uşaqlarla) təhsili davam edə bilirlər. Bəzi peşə və sosial qaydaları mənimsiyə bilirlər.
Sonraki illərdə sadə peşə və işlərdə iştirak edə bilirlər, səliqəlidirlər, maaş və digər qazanc (əmək haqqı) əldə edə bilərlər. Lakin stress şəraitdə müdafiə və yardıma ehtiyacları var.
Ağır dərəcəli ağıl zəifliyi
5 yaşa kimi hərəki funksiyaların inkişafı çətin gedir.
Nitq çox kasıbdır, minimal söz ehtiyatı ilə məhdudlaşmış olur.
Özünə baxmağı və sosial tələbləri yerinə yetirməyi bacarmırlar. Valideyndən başqa adamlarla ilə ünsiyyətləri olmur.
Sonraki illərdə (18 və artıq yaşında) ünsiyyət etməyi öyrənirlər. Nitqqləri bir qədər inkişaf edir. Higiyena qaydaları mənimsəyirlər.
Daha böyük yaşda sadə işləri görə bilirlər, özdərinə baxa bilirlər müəyyən dərəcədə. Özdərini müdafiə etməyi öyrənə bilərlər, lakin tez-tez yardıma ehtiyacları var.
Dərin dərəcəli ağıl zəifliyi
İlk aylardan nəzərə çarpan retardasiya əlamətləri müşahidə olunur. Sensomotor sferada ağır disfunksiyalar biruzə olunur. 5 yaşa kimi daimi baxılmaya və ciddi nəzarətə ehtiyacları var.
6 yaşdan 20 yaşa kimi ancaq hərəki fəaliyyət funksiyaların müəyyən dərəcəyə qədər inkişafı mümkündir. Özdərinə baxmaq bacarıqları olmur, ancaq davamlı məşqələlərdən sonra əzi sadə bacarıqları öyrənə bilərlər.
Həyatın sonraki dövründə bəzi sözləri söyləməsini öyrənə bilirlər. Hərəki fəaliyyət bir qədər inkişaf edir, lakin müstəqil yaşayış üçün aciz qalırlar, daima kənardan yardıma ehtiyacları var.
Ağıl geriliyə düçar olan xəstələrdə şizofreniya, affektiv pozuntu, reaktiv psixoz, digər ekzogen psixozlar baş verə bilər.
Reaktiv psixozlar qorxu, depressiv əhvalla və histerik əlamətlərlə (o cümlədən düşüncənin alaqaranlıq pozulması ilə) müşayət olunurlar.
Orqanik mənşəli psixozlar da tez-tez rast gəlir. Lakin psixopatoloji produksiya çox zaman rudimentar olur, uşaq dövrə xas olan kliniki təzahürlar müşahidə olunur.
Şizofreniyanın gedişi fasiləsiz yahud epizodik ola bilər. Klinikada həm produktiv, həm defisitar əlamətlər aşkar edilir (autizm, emosional kütlük, iradə zəifliyi və hipobuliya).
Spesifik müalicə enzimopatiyalar diyetoterapiya (spesifik pəhrizin saxlanması) yaxşı nəticə verir: fenilketonuriyaya düçar olan şəxslərin pəhrizində təbii zülal kazeinin hidrolizatı ilə əvəz edilir (kazeinin tərkibində fenilalaninin miqdarı azdır); homosisteinuriyada tərkibində çox miqdarda metionin olan produktlar (balığ, ət və d.) pəhrizdə məhdudlaşdırılır; qalaktozemiya, fruktozuriya, sukrozuriyaya düçar olan xəstələr karbohidratlardan ehtiyyatla istifadə etməlidirlər.
Anadangəlmə endokrinopatiyalar (kretinizm, miksedema və d.) kompensə edici hormonal terapiya tətbiq edilir.
Toksoplazmoz mənşəli gerilikdə sulfanilamidlər və xloridin tətbiq edilir. Anadangəlmə sifilisin müalicəsi də spesifikdir və sxema üzrə aparılır (prossesin aktiv yahud rezidual xasiyyətindən asılıdır). Burada həm spesifik, həm də simptomatik müalicə aparılır.
Rezus-konfliktin nəticəsində ağıl geriliyə düçar olan uşaqlara qan infuziyaları təkrarən edilir.
Simptomatik terapiya dehidratasiya, sourucu (litik), sedativ, antikonvulsiv və ümumi möhkəmdirici üsullardan ibarətdir. Bura həm də bəzi stimulyasiya edici antidepressantlar, nootroplar, psixostimulyatorlar və vitaminlər aiddir.
Korreksiyaedici müalicə-pedaqoji üsullar koqnitiv defekti azalda bilər. Pedaqoqika, əmək qabiliyyətin və peşə uyqunlaşma üçün məşqələlər xeyli sosial və məişət şəraitə adaptasiyanı yaxşılaşdırır. Korreksiyanın effekti qüsurun dərəcəsindən, onun kliniki xüsusiyyətlərindən və xəstənin yaşından asılıdır.
Profilaktikanın da effekti erkən diaqnostikadan asılıdır, o da, öz növbəsində, tibbi genetikanın nailiyyətlərindən asılıdır. Məsələn, bəzi hallarda (gələcək uşaqda anadangəlmə qüsurun riski yüksək olanda) hamiləlik arzuedilməz hesab edilir və qadına qabağcadan müəyyən tövsiyyə verilir. Profilaktikanın digər istiqaməti hamilə qadınların infeksion xəstəlikərdən, toksik də digər patogen amillərdən qorumasına yönəldilir.
Sosial reabilitasiya bərpa müalicədən, əmək qabiliyyətin artırmasından və digər bacarıqların öyrətməsindən ibarətdir. Bu prosessdə həm dövlət, həm də ictimayi təşkilatlar iştirak etməlidirlər.