Allerqologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 05. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili



Yüklə 1,32 Mb.
səhifə1/13
tarix16.03.2017
ölçüsü1,32 Mb.
#11744
  1   2   3   4   5   6   7   8   9   ...   13
Allerqologiya ixtisası üzrə nümunəvi test tapşırıqları
05.05.2014-cü il tarixində əlavə edilmişdir.

Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili

1) Allerqoloji kabinetdə mütləq nə olmalıdır?

A) Şok əleyhinə komplekt

B) Xarici tənəffüs funksiyasının müayinəsi üçün portativ cihazlar

C) İmmun qan serumu

D) Elektrokardioqraf

E) USM aparatı

Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006.
2) Allerqoloji kabinet şəraitində dispanser nəzarətində hansı bronxial astmalı xəstələr olmalıdır?

A) Spesifik immunoterapiya alanlar

B) Yalnız qeyri - spesifik terapiya üsulları istifadə edənlər

C) Yanaşı vərəmi olanlar

D) 1 ildən çox müddətdə stabil remissiyada olanlalar

E) Onkoloji xəstəliyi olanlar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.


Allerqologiyanın və immunologiyanın nəzəri əsasları

3) İmmun sistemi təşkil edən toxuma və üzv strukturu aşağıdakılardan hansı deyil?

A) Bağırsağın peyer piləkləri

B) Timus

C) Qaraciyər

D) Sümük iliyi

E) Limfa düyünləri


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
4) İmmun sistemin mərkəzi üzvlərindən biri hansıdır?

A) Dalaq


B) Sümük iliyi

C) Qaraciyər

D) Limfa vəziləri

E) Qalxanabənzər vəzi


Ədəbiyyat: Г.Долор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.

5) Hansı xüsusiyyət İgG - yə xas deyil?

A) Dörd yarımsinifdən ibarətdir

B) Plasentadan keçmir

C) Blokadaedici anticismləri formalaşdırır

D) İnfeksiyaya qarşı mühafizəni təmin edir

E) II və III tip allergik reaksiyalarda iştirak edir


Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 12-13
6) Göstərilən II nəsil H1 histamin reseptorlarının blokatorlarından hansı EKQ - də PQ intervalının uzanmasına gətirib çıxardır?

A) Erius


B) Setirizin

C) Loratidin

D) Terfenadin

E) Feksofenadin


Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.
7) A immunoqlobulini hansında iştirak edir?

A) Yavaşımış (ləngimiş) hiperhəssaslıq reaksiyalarında

B) Dərhal baş verən allergik reaksiyalarda

C) Yerli immunitetin (sIg A) formalaşmasında

D) Sitotoksiki reaksiyalarda

E) İmmun kompleksi şəklində baş verən allergik reaksiyalarda


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
8) E immunoqlobulini hansında iştirak edir?

A) Sitotoksik tipli immun reaksiyalarda

B) İmmun kompleksli allergik reaksiyalarda

C) Sürətli tip allergiya reaksiyalarında

D) Helmintlərdən müdafiənin formalaşmasında iştirak etmir

E) Hiperhəssaslığın ləng tipli reaksiyasında


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
9) E hiperqlobulinemiyası bu halların hansında müşahidə edilə bilməz?

A) Ürəyin işemik xəstəliyində

B) Timusun hipoplaziyasında (Di-Corc sindromu)

C) Selektiv İg A – defisitində

D) Allergiyalı xəstəliklərdə

E) Allergiyalı ağciyər - bronxların aspergillyozunda


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
10) Psevdoallergik reaksiyaların əmələ gəlməsi üçün hansı xarakter deyil?
A) Ümumi və spesifik İg E-nin normal səviyyəsi

B) Sensibilizasiya dövrünün olması

C) Allergenin dozasından reaksiyanın asılılığı

D) Allergenlərlə mənfi dəri sınağı

E) Maddənin ilk dəfə yeridilməsinə reaksiya
Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
11) Sitotoksiki reaksiyalar üçün hansı xarakter deyil?

A) İg E - nin iştirakı

B) İgM - in iştirakı

C) Hüceyrənin səthində antigenin mövcudluğu

D) Komplementin iştirakı

E) Antigeni öz membranı üzərində daşıyan hüceyrələrin məhvi


Ədəbiyyat: Лолор-младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
12) Miqdarı ən çox olan immunoqlobulin hansıdır?

A) İgM


B) İgD

C) İgA


D) İgE

E) İgG
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)



13) Tam dəyərə malik allergen hansı deyil?

A) Heyvanların proteinləri

B) Bəzi həşaratların zəhərlərinin komponentləri

C) Su


D) Bitkilərin tozcuğu

E) Qida maddələri


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
14) Reagin anticisimlərin əmələ gəlməsinə şərait yaratma qabiliyyətinə malik allergen bunlardan hansı deyil?

A) Kif göbələklərinin sporları

B) Evin tozu

C) Ərzaq - qida maddələri

D) Ev heyvanlarının yunu və epidermisi

E) Hava
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


15) Hansının əsasında reagin mexanizmi durur?

A) Ekzogen allergen alveoliti

B) Atopik bronxial astma

C) Artyus fenomeni

D) Zərdab xəstəliyi

E) Kontakt dermatit


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.

16) Aşağıdakılardan hansı spesifik immun cavabın nümunəsidir?

A) Virus - infeksiyalı hüceyrələrdən interferonun azad olunması

B) Makrofaqın mikroba meyilliliyi

C) İgG molekulları tərəfindən antigenin opsonizasiyası

D) Komplementlərin aktivlənməsi

E) Zədələnən hüceyrələrdən histaminin azad olunması


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
17) İgE hasil edən plazmatik hüceyrələr harada olmurlar?

A) Peritoneal limfa düyünlərində

B) Yuxarı tənəffüs yollarının selikli qişalarında

C) Кoronar damarlarda

D) Bağırsaqların selikli qişasında

E) Peribronxial limfa düyünlərində


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
18) T- hüceyrələr və B- hüceyrələr haqqında aşağıdakılardan hansı doğrudur?

A) Faqositlərdir

B) Komplementin bir hissəsidir

C) Limfositlərdir

D) Anticismlərdir

E) Makrofaqlardır


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
19) Hapten nədir?

A) İmmunoqlobulin molekuluna antigenin birləşdirildiyi yer

B) Toxuma proteinlərinə birləşdikdən sonra antgen olan kiçik maddə

C) İmmunoqlobulin molekulunun ağır zənciri

D) Mikrobları opsonizasiya edən maddə

E) Ləng tipli reaksiyalarda iştirak edən antigen


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
20) Allergik reaksiyaya cəlb olunmuş anticismlər:

A) Plazmatik hüceyrələrdir

B) İgE qrupa aiddir

C) T- limfositlər tərəfindən istehsal olunur

D) Allergen adlanılır

E) Tosqun hüceyrələr tərəfindən sekresiya edilir


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
21) At kəpəyi allergeni hansı ilə çarpaz allergen xüsusiyyətlərinə malikdir?

A) Balış lələyi allergeni

B) Qovaq, ağcaqayın ağacının tozcuğu

C) Tetanus əleyhinə zərdab

D) Ev tozu allergeni

E) Qeyri patogen kif göbələyi allergeni


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
22) Heyvan mənşəli qida allergeninə hansı aiddir?

A) Xardal

B) Pomidor

C) Quş əti

D) Kofe

E) Paxla
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


23) Bitki mənşəli qida allergeninə hansı aiddir?

A) Balıq


B) Paxlalılar

C) Ət


D) Süd

E) Pendir


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
24) Anticismlər:

A) T- limfositlərdir

B) B- limfositlərdir

C) Qamma qlobulin proteinləridir

D) İnterferonlardır

E) Plazmatik hüceyrələrdir


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
25) Aşağıdakılardan hansı bədənin spesifik qorunma mexanizminin nümunəsidir?

A) İltihab

B) Faqositoz

C) Dərinin hiperemiyası

D) Temperaturun yüksəlməsi

E) Anticism istehsalı


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
26) Xəstədə sulfadimetoksinə allergiya vardır. Nə əks-göstərişdir?

A) Neomisin

B) Albusid

C) Levomisetin

D) Streptomisin

E) Tetraolean


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
27) İmmunitetə birincili cavabdeh olan hüceyrələr hasılardır?

A) Monositlər və makrofaqlar

B) Limfositlər və makrofaqlar

C) Limfositlər və eozinofillər

D) Eritrositlər və retikulositlər

E) Neytrofillər və limfositlər


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
28) Ev tozunun əsas allergeni hansıdır?
A) Ev tozu gənəsi

B) Kitabxana tozu

C) Ev bitkilərinin tozcuğu

D) Mikroorqanizmlər

E) Kif göbələklərinin sporları
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
29) Hansı respirator sensibilizasiya əmələ gətirmir?

A) Penisillin

B) Aspergilla

C) Zeytun yağı

D) Fuzarium

E) Kandida


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г
30) Aşağıdakılardan hansı qeyri - spesifik rezistentliyə aiddir?

A) Dermatofaqoides pteronissinusa qarşı hiperhəssaslıq

B) Alternativ yolla komplementin aktivlənməsi

C) Qızılca peyvəndinə cavab olaraq B- hüceyrələrin klonlaşması

D) Müəyyən bitkiyə qarşı ləng tipli hiperhəssaslıq

E) Allergenin tosqun hüceyrələrin üstündə olan İgE-yə bağlanması


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
31) İnterferonların funksiyası hansıdır?
A) Bakterial DNT (dezoksiribonuklein turşusunun) fraqmentlənməsi

B) Limfositlərin istehsalı

C) Virusların replikasiyasının qarşısını almaq

D) Bakterial hüceyrələrin divarlarının pozulması

E) Mikrobları opsonizasiya etmək
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
32) Aspergill qismindən olan göbələklərə sensibilizasiya baş verdikdə bronxial astmanın kəskinləşməsi nə zaman baş verir?

A) Sentyabrdan oktyabra kimi

B) Maydan avqusta kimi

C) Mayda


D) Dekabrdan marta kimi

E) Bütün il boyu


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
33) Bir şəxsin patogen mikrob tərəfindən invaziya edilmə riskini aşağıdakı hansı faktor artırar?
A) Sidik ifrazının artması

B) Epidermal toxumanın itirilməsi

C) Bağırsaq hərəkətliliyin yüksəlməsi

D) Arterial təzyiqin yüksəlməsi

E) Siliar aktivliyin yüksəlməsi
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
34) Lizosim nədir?

A) Müəyyən bakteriyaları parçalamaq üçün epitelial səthlərdə mövcud olan bədən mayelərində tapılan fermentdir

B) Antigeni - tanıdan hüceyrələrin səthində autoantigenlərdən biridir

C) Komplement komponentidir

D) Hüceyrəni faqositlər tərəfindən daha yaxşı tanıdan bir anticism növüdür

E) T-helper hüceyrələr tərəfindən istehsal edilən sitokindir


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
35) Dəriiçi yeridilən yad maddələr limfatik sistemə necə daxil olur?

A) Yavaş - yavaş

B) Sürətlə

C) Sadalananların heç biri düz deyil

D) Daxil ola bilməz

E) Daxil ola bilməyəcək, çünki limfatik qapaqlar bunun qarşısınıı alır


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
36) Aşağıdakı ifadələrdən hansı dalağı təsvir edir?
A) Həyati vacib orqandır

B) Böyük limfa düyününə bənzəyir

C) B - limfositləri istehsal edir

D) T-limfositləri istehsal edir

E) Mediastinumda yerləşən ikipaylı orqandır
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
37) Bazofillərdə və tosqun hüceyrələrdə qabaqcadan nə ifraz olunur?

A) Monosit hemotoksiki amil

B) Leykotrienlər

C) Prostaqlandinlər

D) Limfosit hemotoksiki amil

E) Histamin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
38) Allergik reaksiyanın gedişində I sıra hədəf hüceyrələrdən nə azad olur?

A) Təməl xüsusiyyətlərinə malik başlıca eozinofil zülalı

B) Monosit hemotoksiki amil

C) Fosfolipaza D

D) Histamin

E) Arilsuplataza B


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
39) Allergik reaksiyanın gedişində II sıra hədəf hüceyrələrindən nə azad olmur?

A) Prostaqlandinlər

B) Eritrositlər

C) Leykotrienlər

D) Neyropeptidlər

E) Eozinofil kation proteini


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
40) Nəyi stimulyasiya edəndə mədə sekresiyasının artması baş verir?

A) III tip histamin reseptorları

B) Hüceyrədaxili reseptorlar

C) II tip histamin reseptorları

D) I tip histamin reseptorları

E) Bütün tipdən olan histamin reseptorları


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
41) Aşağıdakılardan hansı limfa düyünlərinin funksiyası deyil?

A) Hüceyrələrin deqradasiya məhsullarının filtrasiyası

B) Limfositlərin istehsalı

C) Yad cismlərin filtrasiyası

D) İnfeksiyaya qarşı baryer

E) Plazma proteinlərinin istehsalı


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin
42) Timus vəzisinin ölçüsü hansı şəxsdə daha böyük olacaq?

A) 12 - yaşlıda

B) Üçüncü trimestrdə olan döldə

C) 60 yaşdan sonra

D) 25 - yaşlıda

E) İki - yaşlıda


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)

43) T - limfositlərin özünə xas olan yaxud yad antigenlərin tanıma qabiliyyəti harada inkişaf edir?

A) Plazmatik hüceyrələrdə

B) Dalaqda

C) Timusda

D) Qaraciyərdə

E) Mərkəzi sinir sistemdə


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
44) Leykotrienlər nəyin məhsuludur?

A) Araxidon turşusunun siklooksigenaz metabolizmi

B) Metiltranferazının aktivləşməsi

C) Araxidon turşusunun metaoksigenaz metabolizmi

D) Araxidon turşusunun triptaz metabolizmi

E) Araxidon turşusunun lipooksigenaz metabolizmi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
45) Aşağıdakılardan hansı dalağın funksiyası deyil?
A) Trombositlərin saxlanılması

B) Köhnəlmiş qan hüceyrələrin və trombositlərin makrofaqlar tərəfindən xaric olunması

C) Dalaq sütun hüceyrələrin T və B hüceyrələrə qədər yetişmə yeridir

D) Dalaq limfoid üzv kimi fəaliyyət göstərir

E) Qanda olan patogenlərin makrofaqlar tərəfindən destruksiya
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)

46) Limfa düyünləri orqanizmdə qruplaşmış şəkildə rast gəlinir. İstisnalıq təkil edən hansıdır?

A) Mərkəzi sinir sistemində

B) Çənəaltı nahiyyədə

C) Qasıq nahiyəsinin birləşdirici toxumasında

D) Mezenterial

E) Ağciyərlərdə


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
47) Trombositlərin fəallaşması amilinin əmələ gəlməsini hansı tormozlayır?

A) Qlükokortikosteroidlər

B) Ketotifen

C) Setirizin

D) Erius

E) İntal
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.



48) Hansı bronxospastik təsirə malik deyil?

A) Trombositlərin fəallaşması amili

B) Adenozin

C) Prostaqlandin D2

D) C4, D4, E4 leykotrienləri

E) Teofillin


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
49) Aşağıdakı komplementlərdən hansı anafilotoksin təsiri göstərir?

A) C5-9


B) C3B

C) C5A


D) C2

E) C1q
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)


50) Orqanizmdə immunoqlobulin E-nin istehsalını nə artıra bilər?

A) Piylənmə

B) Soyuq və rütubətli hava

C) Bakterial infeksiya

D) Tütün çəkmə

E) Fiziki gərginlik


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.

51) Allergik reaksiyanın hansı tip mexanizmində (Qell və Kumbsa görə) immunoqlobulin E istehsalı artır?

A) Reaqin mexanizmdə (I tip)

B) Dəqiqləşdirilməmiş mexanizmdə

C) Hüceyrə mexanizmdə (IV tip)

D) İmmun kompleksi mexanizmində (III tip)

E) Sitotoksiki mexanizmdə (II tip)


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
52) Bronxların spazmını hansı mediator törədir?

A) Elastaza

B) Fosfolipaza D

C) Histaminaza

D) Histamin

E) Arisulfataza B


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.

53) Bradikinin orqanizmdə hansı patofizioloji pozğunluğu yaradır?

A) Bronxların selikli qişasının ödemini azaldır

B) Arterial təzyiqi yüksəldir

C) Bronxların spazmını aradan götürür

D) Ağciyər hipertenziyasına səbəb olur

E) Damarların keçiriciyini artırır


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.

54) Kəskin bakterial infeksiyaların erkən dövründə, zədələnmə sahəsində ən çox toplanan iltihab hüceyrəsi hansıdır?
A) Plazmosit

B) Limfosit

C) Histiosit

D) Neytrofil

E) Tosqun hüceyrə
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
55) Histaminin H1 reseptorlarının aktivləşməsi zamanı hansı xarakterik deyil?

A) Bronxların saya əzələlərinin boşalması

B) Bronxların saya əzələlərinin yığılması

C) Damar keçiriciliyinin artması

D) Sinir köklərinin qıcıqlanması

E) Burnun selikli qişasında sekret ifrazının stimulyasiyası


Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.
56) Histaminin neçə tip spesifik reseptorları mövcuddur?

A) 5 tip


B) 6 tip

C) 1 tip


D) 2 tip

E) 4 tip
Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.


57) Komplement sistemində klassik yol hansı komplementin antigen-anticism kompleksinə bağlanmasıyla başlanır?
A) C3B

B) C5


C) C2

D) C1


E) C3A
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
58) Aşağılardakılardan hansı II nəsil H1 histamin reseptorlarının antaqonistlərinə aid deyil?

A) Setirizin

B) Astemizol

C) Terfenazin

D) Loratidin

E) Hidroksizin


Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.
59) Hansı termin T-limfositlər populyasiyasına aid deyil?

A) T-adaptorlar

B) T -xelperlər

C) T-killerlər

D) T-supressorlar

E) T-effektorlar


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
60) İmmunoqlobulinlər nədən əmələ gəlir?

A) Epitelial hüceyrələrdən

B) Plazmatik hüceyrələrdə

C) Polimorfnüvəli leykositlərdən

D) Makrofaqlardan

E) Limfositlərdə


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
61) İmmunoqlobulinlərin neçə sinfi mövcuddur?

A) 3


B) 5

C) 1


D) 2

E) 4
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.


62) Nozoloji formaların hansının patogenezində allergik reaksiya iştirak etmir?

A) İdiotapik interstisial pnevmoniyaların

B) Atopik dermatitin

C) Zərdab xəstəliyinin

D) Övrə və Kvinke ödeminin

E) Atopik bronxial astmanın


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
63) Hansı reaksiyalarda hüceyrə imuniteti mühüm rol oynamır?

A) Şiş əleyhinə immunitetdə

B) Virus və göbələk əleyhinə immunitetdə

C) Anafilaktik şokda

D) Transplantantın ayrılmasında

E) Hüceyrə daxili parazitlərə qarşı müdafiyədə


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
64) Aşağıdakılardan hansında polimorf nüvə infiltrasiya olmaz?

A) Karbunkul

B) Pnevmokok pnevmoniyası

C) Absses

D) Fleqmona

E) Virus infeksiyası


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
65) Hansı maddə ən az allergen olma ehtimalına malikdir?

A) Lateks

B) Zülallar

C) Ultra bənovşəyi şualar

D) Bitki tozları

E) Qlikoproteidlər


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
66) Böyüklərin atopik xəstəlikləri zamanı ən tez-tez təsadüf edilən sensibilizasiya yolu hansıdır?

A) Enteral

B) Dəri altı

C) Vena daxili

D) İnhalyasiya

E) Dəri
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.


67) Bunlardan hansıları dərhal (reagin) tipli allergiya zamanı tez-tez təsadüf edilən «şok» orqan və toxumalar sırasına daxil deyil?
A) Burun-udlağın selikli qişası

B) Mədə-bağırsaq traktı

C) Sinir toxuması

D) Bronx və ağ ciyərlər

E) Dəri
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
68) İmmunoloji cəhətdən reaginlər hansı immunoqlobulinlər sinflərinə məxsusdur?

A) İgE və IgG4

B) İg M

C) İg A


D) İgG və İg M

E) İg D
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.



69) Hansı agentlər tosqun hüceyrələri qeyri-immunoloji yolla deqranulyasiya etmir?

A) Opiatlar

B) Miorelaksantları

C) Zülallar

D) Giriş narkozu vasitələri

E) Rentgen kontrast maddə


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
70) Qeyri-infeksiya mənşəli ekzoallergenlərə hansılar aid deyil?

A) Asperqilla

B) Ev tozu gənəsi

C) Bitki tozları

D) Kitabxana tozu

E) Ev heyvanlarının yunu və epidermisi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.

71) Bunların hansı məişət allergenlərinə aiddir?

A) Kandida

B) Ev tozu gənəsi

C) Bitki tozu

D) Ağ stafilokokk

E) Neysseriya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
72) Bunların hansı epidermal allergenlərə aiddir?

A) Bitki tozu

B) Ev tozu gənəsi

C) Kitabxana tozu

D) Tonqal tozu

E) Pişik tükü


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
73) Xəstənin tetrasiklinə qarşı allergiyası var. Ona aşağıdakı preparatlardar hansı əks göstərişdir?

A) Penisillin

B) Doksisiklin

C) Klindamisin

D) Neomisin

E) Oleandomisin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
74) Aşağıdakılardan hansı B - hüceyrələrin inkişafı nəticəsində alınan ən son məhsuldur?

A) Normoblast

B) Miyelosit

C) Limfosit

D) Plazma hüceyrəsi

E) Eritrosit


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin