X mühaziRƏ. Şİzofreniya xəSTƏLİYİ Şizofreniya xəstəliyi nədir?



Yüklə 36 Kb.
səhifə1/3
tarix29.11.2022
ölçüsü36 Kb.
#71097
  1   2   3
x mühazirə


X MÜHAZİRƏ . ŞİZOFRENİYA XƏSTƏLİYİ
Şizofreniya xəstəliyi nədir?
Şizofreniya, bir insanın davranışlarını, hərəkətlərini, gerçəkliyi və düşüncələrini təhrif edən, ailələri və sosial mühiti ilə münasibətlərini pozan bir psixiatrik xəstəlikdir. Şizofreniya, xəstələrin həqiqi və qeyri-real hadisələri ayırd edə bilməməsinə, sağlam düşüncə axınının, duyğu nəzarətinin və normal davranışın qarşısını alan ciddi bir beyin xəstəliyidir. Ciddi və xroniki, kompleks ruhi bir xəstəlik olan şizof­re­ni­ya­da xəstələr gerçəkliklə əlaqələrini itirir və fərqli davranışlar nümayiş etdirir, qeyri-real hadisələrə inanır və şəxsiyyətlərini dəyişdirirlər. Psixozun ən çox görülən formasıdır. (Psixoz – reallığı qiymətləndirmə bacarığının itirilməsi deməkdir) Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir. Bu ömür boyu davam edən bir xəstəlikdir və bu səbəbdən davamlı müalicə tələb olunur. Doğru müalicə ilə şizofreniya xəstələrində xəstəlik nəzarət edilə bilər. Bu şəkildə xəstələr sağlam bir fərd kimi yaşaya və sosial münasibətlərində və iş həyatında müvəffəq ola bilərlər. Müalicə prosesi böyük bir diqqət və dəqiqlik tələb edir, çünki ən kiçik bir səhlənkarlıq xəstəliyin təkrarlanmasına səbəb ola bilər. Bu səbəbdən xəstəliyi nəzarət altına alınan insanlar üçün mütəmadi olaraq psixiatrik müayinə davam etməlidir.
Şizofreniya - düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Şizofreniya sözünün mənşəyi iki yunan sözü - “parçalanma” və “fikir”ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Çox vaxt yavaş inkişaf edir. Erkən diaqnoz və müalicə çox vacibdir, ciddi fəsadlar inkişaf etməzdən əvvəl xəstəliyə nəzarət edir.
Xəstəlik ümumiyyətlə təhrif olunmuş düşüncələr, halüsinasiyalar, qorxu və paranoyadan ibarətdir. Medianın, televiziya seriallarının və filmlərin hekayələri şizofreniya xəstələrini cəmiyyətdə aqressiv və təhlükəli və bənzər bir şəkildə tanıtsalar da, bu belə deyil. Şizofreniya xəstələrində bölünmə və ya çoxsaylı şəxsiyyət vəziyyəti yoxdur, xəs­tə­lərin əksəriyyətində şiddətə meyl yoxdur və bu xəstələr müalicə ilə dəstəklənərsə, cəmiyyətdə, dostları, ailələri və ya təkləri ilə həyatlarına davam edə bilərlər. .
Şizofreniya kəskinləşmə və remissiya dövrləri olan bir xəstəlikdir və xəstələrin peşə və sosial həyatları ilə əlaqədar bir çox digər psixiatrik xəstəliklərə nisbətən daha çox mənfilik yaradır. Xəstəliyin kəskinləşmə dövrlərində həqiqi və qeyri-real elementləri bir-birindən ayırmaq müm­kün olmadığı görünür. Bu vəziyyətə psixoz deyilir və şizofreniya ən ağır psixotik xəstəliklərdən biridir. Simptomların şiddəti insandan insana və xəstəliyin şiddətinə görə dəyişir. Terapevtik dərmanların istifadəsi, alkoqol və ya maddə istifadəsi, ağır stress kimi amillər xəstəliyin şid­də­tini artıran amillərdir. Hərfi mənası “ağlın parçalanması” (“şizo” parçalanma, “freniya” isə ağıl) olan şizofreniya beyindəki bəzi kimyəvi maddələrin dəyişilməsi ilə ortaya çıxan bir xəstəlikdir. Daha çox 17- 25 yaş arasında rast gəlinən bu problem bir çox hallarda müalicə olunsa da təəsüflər olsun ki bəzi şəxslərdə bu nəticə alınmır.
Bü­tün dövrlərdə yayılması 1% olan şizofreniya xəstələri cəmiyyətdə yayılan fikirlərin əksinə olaraq heç də aqressiv qorxulu deyil , onların cinayət etməsi, ani saldırqanlıq hissləri demək olar ki, yox səviyyəsinədir.
Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı intellektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geri qalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür.

Yüklə 36 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin