Şizofreniya diaqnozu necə qoyulur? Şizofreniya diaqnozu ümumiyyətlə yaxınları tərəfindən fərqlənən xəstələrin psixiatriya klinikalarına gətirilməsi yolu ilə qoyulur. Şizofreniyaya bənzər simptomları olan bir çox psixiatrik xəstəlik ola biləcəyi üçün mütəxəssislər şizofreniya simptomları testi, müayinə və diaqnostik testlərin köməyi ilə xəstəliyin şizofreniya olduğunu təyin edirlər. Xəstəlikdə görülən simptomlar maddə asılılığı, alkoqol istifadəsi və bəzi dərmanların yan təsirləri səbəbindən də ortaya çıxa bildiyindən problemlərin bu səbəbdən olub olmadığı araşdırılmalıdır. Diaqnozu aydınlaşdırmaq üçün xəstələrə fiziki müayinə və testlər, psixiatrik qiymətləndirmə testləri, qan testləri və tibbi görüntüləmə üsulları tətbiq edilə bilər. Bütün bu tətbiqlər nəticəsində şizofreniya diaqnozu qoyulmuş şəxslər üçün xəstəliyin şiddəti nəzərə alınmaqla müalicə prosesi planlaşdırılır.
Şizofreniya necə müalicə olunur? Erkən mərhələdə qoyulan diaqnoz və müalicə ilə xəstələrin çoxu mövcud işlərinə, ailə vəziyyətinə davam edə bilir. Şizofreniya diaqnozu daha gec qoyulduqda və ya müalicələrdə axsamalar olduqda isə xəstəlik xroniki vəziyyətə keçir. Bu zaman müalicənin əsas məqsədi xəstənin şəxsi gigiyenasına baxma, ev işləri və ya yüngül işlərdə işləyə bilmə, dostluq, qohumluq əlaqələrinin davam etdirə bilmək kimi xəstəlik səbəbi ilə itirilmiş sosial vəzifələrin yenidən qazandırılmasından ibarət olur.
Şizofreniya xroniki bir xəstəlikdir və simptomlar dərman vasitəsi ilə böyük ölçüdə aradan qaldırılsa da, ömür boyu müalicə tələb olunur. Müalicə məsələlərinə nə qədər erkən başlanılırsa müalicənin effektivliyi bir o qədər yüksəkdir. Bu xəstəliyin müalicəsində əsas istifadə olunan dərman preparatları antipsixotik və ya neyroleptik adlanan dərman qrupudur. Bu dərmanlar beyindəki artan dopamin maddəsini azaldaraq yaranmış psixotik əlamətləri aradan qaldırmağa yardımçı olur. Dərman qəbuluna baglı yaranan bəzi yan təsirlər vardır ki, müalicə həkimi müdaxilə edərək həmin yan təsirləri ardan qaldra biləcəkdir. Antipsixotik dərmanlar müalicənin təməl daşıdır. Bu dərmanların beyində dopamin adlanan nörotransmitterə təsir edərək simptomları aradan qaldırdığı düşünülür. Dərman müalicəsinin əsas məqsədi xəstəliyin yaratdığı simptomları aradan qaldırmaq və fərdlərin sosial, psixoloji və fizioloji cəhətdən sağlam insanlarla yaxın bir ömür yaşamasını təmin etməkdir. Başqa bir məqsəd şizofreniya müalicəsi ömür boyu davam edəcəyi üçün müalicəni mümkün olan ən aşağı dərman dozası ilə davam etdirməkdir. Xəstə mütəmadi olaraq psixiatrlar tərəfindən izlənilə bilər və lazım olduqda dərmanın növü, dozası və istifadə tezliyi dəyişdirilə bilər. Antidepressantlar və anksiyete əleyhinə dərmanlar ilə birləşmələr edilə bilər. Bu cür dərmanların təsiri tam görünənə qədər 3-4 həftə çəkə bilər. Dərman müalicəsinə əlavə fərdi terapiya, ailə müalicəsi, sosial bacarıq təhsili və peşə reabilitasiyası kimi əlavə müalicələrin köməyi ilə sağlam bir həyat təmin etmək mümkündür.
Dərmanlardan başqa digər müalicə üsulu psixoreabilitasiyadır ki, bu üsulla şizofreniyalı pasiyentlərdə azalmış sosial əlaqələr, gündəlik vərdişlər, yeni bacarıqlar qazandırılaraq yenidən həmin xəstələrin cəmiyyətə qazandırılmasına xidmər edir. Düzgün müalicə və davamlı izləmə ilə şizofreniya xəstələri normal və sağlam insanlar kimi uğurlu və məhsuldar bir həyat sürə bilərlər.
Son illərdə effektivliyinin çox olması və ya təsirlərinin az olmasına görə fərqlənən bir müalicə üsulu da EKT (elektrokonvulsif terapiya) dır. Bu üsulda xəstəyə narkoz altında adətən gicgah nahiyəsinə yerləşdirilmiş elektrolatlarla xüsusi tənzimlənmiş elektrik cərəyanı verərək süni qıcolma yaradılır. Bu zaman beyindəki transmitterlerdə müəyyən dəyişiklik olur.
== Kor olanlar şizofreniya olmur ==
ABŞ və İngiltərədən olan psixiatrlar qəribə qanunauyğunluq müşahidə ediblər: kor doğulanlarda anadangəlmə korluq psixozların və şizofreniyanın inkişafının qarşısını alır. Məqalə müəllifləri ehtimal edirlər ki, doğulandan görmə qabiliyyətindən məhrum olan adamlar digər hisslərə istiqamətlənməyə məcbur olurlar. Bu məsələ beyni o qədər yükləyir ki, psixi xəstəliklərin inkişafı üçün sərbəst ehtiyatlar qalmır.