X mühaziRƏ. Şİzofreniya xəSTƏLİYİ Şizofreniya xəstəliyi nədir?


Şizofreniyanın yaranma səbəbləri



Yüklə 36 Kb.
səhifə2/3
tarix29.11.2022
ölçüsü36 Kb.
#71097
1   2   3
x mühazirə

Şizofreniyanın yaranma səbəbləri


Şizofreniyaya nəyin səbəb olduğu dəqiq müəyyən edilməyib. Bununla birlikdə, beynin kimyəvi quruluşundakı pozğunluqlar, genetik və ətraf mühit faktorlarının xəstəliyin inkişafında rol oynadığı məlumdur. Ailəsində şizofreniya və ya fərqli bir psixotik xəstəliyi olan insanların bu xəstəliyə tutulma ehtimalı daha yüksəkdir. Xəstəliyin səbəbini araşdırmaq üçün aparılan neyro görüntüləmə işlərində, şizofreniya xəstələrinin beyin və mərkəzi sinir sistemi quruluşunun sağlam insanlardan fərqli olduğu qənaətinə gəlinib. Dopamin və glutamat kimi hormonlarla əlaqəli problemlərin beyin kimyasının yaratdığı nara­hatlıqların səbəb olduğu düşünülür. Elmi dünya şizofreniya xəstələrinin sinir sistemində görülən bu fərqlərin mənalı olub olmadığına dair bir fikir birliyinə gəlməsə də, şizofreniyanın beyin xəstəliyi olduğu düşünülür və bununla bağlı araşdırmalar sürətlə davam edir.

Şizofreniyanın yaranma səbəblərini belə də qruplaşdıra bilərik:


Bioloji səbəb- son müasir tədqiqat üsulları şizofreniya xəsətliyi zamanı beyində və ya qanda spesifik dəyişiklik olmadıqını desə də müasir nəzəriyyələridən biri dopomin nəzəriyyəsidir ki, bu zaman beyində dopomin adlanan həmin maddənin miqdarında artış olur və verilən dərman maddələri məhz həmin dopamin maddəsinin miqdarını azaldaraq xəstədəki əlamətləri aradan qaldirir.
Genetik səbəb-şizofreniyanın valideynlərindən övlada keçməsi mümkündür.Əgər ata və ya anadan biri xəstədirsə övlada keçmə ehtimalı 10-13 % dir.Hər iki valideyn xəstədirsə bu ehtimal 40 % qədər yüksəlir.
Digər təsirlər-araşdırmalar bəzi infeksiyaların, yüksək stressli vəziyyətlərin, sosial əlaqələrin zəif olmasını şizofreniya xəstəlyinin baş­lan­ması üçün tətikləyici faktor olmasını vurgulayır.
Şizofreniyanın əlamətləri və əsas simptomları
Bir çox xəstəlikdə olduğu kimi şizofreniyada da simptomlar xəstəliyin başlanğıc dövründə daha yumşaq olur və xəstələrin yaxınları yalnız bir şeyin doğru olmadığını görə bilərlər. Xəstəliyin simptomlarına duyğu, düşüncə və davranışla bağlı fərqli problemlər daxildir. Ümumiyyətlə, xəyallar, halüsinasiyalar və qeyri-mütəşəkkil nitq və özünü ifadə etmək kimi problemlər çox yaygındır.
İlkin səciyyəvi simptomlar gənc yaşlarda özünü göstərir. Diaqnoz müşahidə olunan davranışlara və xəstənin şikayət etdiyi təcrübələrə əsaslanır. Genetik faktor, ətraf mühit, nevrobiologiya, psixi və sosial proseslər köməkçi amillər hesab olunur. Bəzi reseptsiz və ya reseptlə istifadə edilən dərmanlar da simptomların artmasına, çoxalmasına səbəb ola bilər..
Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoid və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır. Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir. Bunun xaricində şizofreniyanın simptomlarına aşağıdakıları aid edə bilərik:
1. Şizofreniya xəstələrində qeyri-real hadisələrə inanma vəziyyəti var. Bunlar xəyal və ya xülya kimi təsvir edilə bilər. Məsələn, xəstədə kiminsə ona obsessiv bir şəkildə aşiq olması, incidilməsi, başqaları tərəfindən izlənilməsi və ya böyük bir fəlakətin baş verəcəyinə dair qeyri-real düşüncələri və ya şübhələri ola bilər.
2. Hallüsinasiyalar şizofreniyada, həqiqi olmayan şeyləri görmək və ya eşitmək kimi bir şeydir. Bunlar şizofreniya xəstələri tərəfindən tamamilə real hiss olunur və normal bir təcrübənin gücünə bərabərdir. Halüsinasiyalar hər hansı bir hissdə baş verə bilər, lakin ümumiyyətlə eşitmə şəklindədir.
3. Qeyri-mütəşəkkil düşüncə və nitq şizofreniyanın başqa bir ümumi əlamətidir. Xəstələr danışarkən özlərini ifadə edə bilmirlər, suallara verdikləri cavablar sualla qismən və ya tamamilə əlaqəsiz ola bilər və danışarkən mənasız sözlərdən və mənasız cümlələrdən istifadə edirlər.
4. Şizofreniya xəstələrində nizamsız motor hərəkətləri və davranışları görülə bilər. Nümunələr arasında uşaq kimi hərəkətlər, təşviqat, hədəfə yönəlməkdə çətinlik, lazımsız və şişirdilmiş hərəkətlər, təlimatlara müqavimət, yersiz və yöndəmsiz duruş var.
Şizofreniya əlamətlərinin necə başa düşülməsi sualına cavab olaraq verilə biləcək bir çox nümunə var. Yuxarıda göstərilən simptomlara əlavə olaraq, şəxsi gigiyenaya laqeydlik, vacib hadisələrə laqeydlik, iş qabiliyyətinin və məhsuldarlığın azalması, gözlə təmasda olma, üz ifadələrində və mimikada azalma, ailəyə və qohumlara qarşı şübhə, birdən əsassız emosionallıq və depressiya kimi halları sadalamaq olar., Bir çox fərqli mənfi simptomlar insanlara maraq itkisi, hobbilərdən zövq almaq çatışmazlığı, sosial mühitdən təcrid olmaq kimi hallar müşahidə edilə bilər. Adı çəkilən bəzi simptomlar xəstədə davamlı olsa da, bəziləri aralıqla ortaya çıxa bilər.
Bunlardan əlavə şizofreniyanın simptomlarına aşağıdakıları da əlavə etmək olar:
- Əsası olmayan düşüncələrin olması, xüsusi ilə tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri, düşüncələrinin başqa insanlar tərəfindən oxunması və ya yad düşüncələrin ağıllarına yerləşdirilməsi və sair kimi reallıqla örtüşməyən düşüncələrin biruzə verməsi;
- Hallüsinasiyalar, olmayan şeylərin gözə görünməsi, əmr verən səslər, aşağılayan, danlayan və ya öz aralarında danışılan əslində olmayan səslərin eşidilməsi kimi duyğu orqanlarının qavrama qabiliyyətinin pozulması;
- Danışıq qabiliyyətinin pozulması, uyğunsuz danışma, çox və mənasız danışma, cümlənin qrammatik quruluşunun pozulması, yeni sözlər “kəşf etmə”;
- Davranış qabiliyyətlərinin pozulması, hərəkətlərdə yavaşlama və ya donmalar (katatoniya);
-Emosiyaların azalması, özünə qapanma, az danışmaq və ya susmaq;
-Fikirlərin dəyişməsi və ya beyində əks səda verməsi;
-Düşüncələrin oxunması və ya hərkəsə aydın olması;
-Beyindən fikirlərin oğurlanması və ya beyinə fikir yeridilməsi;
-Davranışları müzakirə edən və ya ona müxtəlif əmrlər verən səslərin eşidilməsi;
-Özünü yüksək siyasi və dini şəxslərlə eyniləşdirmə;
-Üstün hisslərinin olmasını iddia etməsi (vergi verilib, əlimdə şəfa var və s.)



Yüklə 36 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin