Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim



Yüklə 136,29 Kb.
səhifə1/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
  1   2   3   4   5   6   7   8   9   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX


İxtisas: Təhsildə sosial-psixoloji xidmət
Kurs: II
Fənn: Şəxsiyyət psixologiyası
Müəllim: Ayxan Hüseynli
E-mail adresi: huseyni_ayxan@mail.ru


I Mövzu
Şəxsiyyət psixologiyasının predmeti, vəzifələri və tədqiqat metodları.
Plan

  1. Şəxsiyyət psixologiyasının predmeti və vəzifələri.

  2. Şəxsiyyət, fərd və fərdiyyət anlayışları.

  3. Şəxsiyyət psixologiyasının metodologiya məsələləri.

  4. Şəxsiyyətin tədqiqi metodları.


Ə d ə b i y y a t


  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,

  2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Ba­­­kı, 2003,

  3. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı, 1989.

  4. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.

  5. Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. – Bakı, 2000.




  1. Şəxsiyyət psixologiyasının predmeti və vəzifələri.

Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümu­miyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakte­ristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları göz­lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiy­yətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyni­ləş­dirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmuyundan ibarətdir.
Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət - müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.

Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin