İstifadəçinin terminal müdaxiləsini təmin edən İET
Kompüter texnikasının element bazasının sıçrayışlı inkişafı, onların əsasında daha yüksək funksional imkanlara və sürətə malik texniki təminatların, eyni zamanda yeni alqoritmik dillərin əsasında müxtəlif təyinatlı tətbiqi paket proqramların işlənməsi, yeni İET-in yaradılması zərurətini aktuallaşdırdı. Bu istiqamətdə ilk addım kimi sifarişçi ilə kompüter arasındakı vasitəçilərin sayının minimuma endirilməsi və müəyyən müddətdən sonra isə tamamilə aradan qaldırılması məsələsi qarşıya məqsəd kimi qoyuldu.
Göstərilən problemi həll etmək üçün yaradılan istifadəçinin terminal müdaxiləsini təmin edən İET-in struktur sxemi şəkil 1.2-də verilmişdir. Şəkildən göründüyü kimi sifarişçio ilə kompüter arasındakı ilkin İET-dəki vasitəçiləri, onların funksiyalarını özündə cəmləşdirən EHM-in interfeysi yerinə yetirir. EHM-in interfeysi aşağıdakı proqram məhsullarından təşkil olunur: yüksək səviyyəli alqoritmik dillər; biliklər bazasına (BB) sorğu dilləri; tətbiqi proqram generatoru, hesabatlar generatoru və s.
İstifadəçinin kompüterə terminal müdaxiləsini təmin edən İET-da yeni bir fəaliyyət sferası sistem proqramçısı funksiyasını yerinə yetirən proqramçılar qrupu yaradılır. Sistem proqramçısının əsas funksiyası kompüterin interfeysinin proqram məhsullarının, kompüterin riyazi təminatının standart vasitələrinin, predmet sahələrinin riyazi modellərinin paket proqramlarının, VB-nin və VB-nin idarəetmə sisteminin (VBİS) və b. xidmət sistemlərinin yaradılması və istismarının təşkilidir.
Terminal müdaxiləsi İET-də digər üstünlük ondan ibarətdir ki, sifarişçi ilə sistem arasında çap və ya qrafika qurğusu vasitəsi ilə birbaşa əlaqə olduğundan proqramın sazlanmasında, eyni zamanda məsələnin həllində operativ olaraq optimal variantların seçilməsini təmin etmək olur. Bu imkanlardan, yəni tətbiqi paket proqramlarından, güclü verilənlər bazalarından istifadə etməklə, sifarişçi nisbətən mürəkkəb məsələləri hesablama komplekslərində həll edə bilir. Artıq ondan əlavə biliklər mənimsəməsi o qədər də tələb edilmir. Yəni kompüterin daxili və xarici intellektləşdirilməsi nəticəsində sifarişçinin ondan istifadə etməsinin kütləviliyi nisbətən yüksəlir.
Göstərilən halda məsələnin həlli üçün tələb olunan verilənlər VB-də, ayrı-ayrı məsələlərin həlli üçün proqramlar xüsusi kitabxanalarda toplandığından sifarişçi terminal müdaxiləsi vasitəsi ilə blokların ardıcıllığını yaratmaqla öz məsələsini həll edən proqramı formalaşdırır. Qeyd edək ki, terminal müdaxiləli İET-də sifarişçi kompüterlə bilavasitə ünsiyyətdə olur.
Şəkil 1.2. İstifadəçinin terminal müdaxiləsini təmin edən
İET-nin strukturu
İnformasiya texnologiyalarının növbəti inkişaf mərhələsində sifarişçinin kompüterə birbaşa müdaxiləsinin təmin edilməsi istiqamətində işlərin yerinə yetirilməsi nəzərdə tutulur. Bu məsələnin həlli iki istiqamətdə aparılmışdır. Birinci istiqamətdə sifarişçi kompüter elmlərini öyrənərək vasitəçilərin bütün funksiyalarını öz üzərinə götürür. Qeyd edək ki, bu istiqamət məcburi ola bilməz, belə ki, bu növ yanaşma sifarişçini yenidən kompüterdən təcrid olunmağa gətirib çıxarardı. Bu problemə baxmayaraq bəzi sifarişçilər, xüsusən də elmi-tədqiqat işləri ilə məşğul olan istifadəçilər bu yolu seçdilər və kifayət dərəcədə nailiyyətlər də əldə etdilər. Bu işdə onların fəaliyyətinə o dövrdə yeni yaradılan fərdi İBM tipli kompüterlər, orta və mikro kompüterlər xüsusi köməklik göstərdi. Fərdi istifadəçilər üçün vacib məsələlərdən biri servis vasitələrinin – mətn redaktorları, işçi qrafika, elektron cədvəllər, relyasiyalı verilənlər bazaları, telekommunikasiya və s., yaradılması və istifadəsi oldu.
İkinci yol istifadəçinin kompüterə birbaşa müdaxiləsi problemlərinin həyata keçirilməsi ilə yerinə yetirilir.
Dostları ilə paylaş: |