Azərbaycan Hava Yolları qsc milli Aviasiya Akademiyası Sərbəst İş



Yüklə 238,28 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü238,28 Kb.
#46166
Mülki Müdafiə (l Sərbəst İş)



 


1.   

 

 



Azərbaycan Hava Yolları 

QSC 

Milli Aviasiya Akademiyası 

 

Sərbəst İş  

 

 



 

Qrup: 2311a 

Müəllim: Cəlilova Nərmin  

Tələbə: Əliyev Hüseyn 

Fənn:  Mülki Müdafiə 

Mövzu: Azərbaycan Respublikasının Dövlət Sisteminin fəaliyyət rejimləri

 

 

 



   Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq 

və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkili məqsədilə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992- ci il 30 aprel tarixli 239 

nömrəli qərarı ilə “ Fövqəladə halların qarşısının alınması və belə hallarda 

fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, 



fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq 

edilmişdir.

 

Bu sistem ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış 



məntəqələrini; təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini, 

baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir. 

Qeyd etmək lazımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən 

komissiyalardır. Onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil 

etməlidirlər. 

Fövqəladə komissiyalar öz vəzifələrini yerinə yetirə bilsin deyə, onların heyətinə 

nazirliklər, dövlət komitələri, baş idarələr, şirkətlər, birliklər və 

s. təşkilatlar cəlb olunmuş, onların konkret vəzifələri müəyyən 

edilmişdir. Azərbaycan Respublikasının FHN MM üzrə əsas 

vəzifələri: 

-əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə 

hazırlanmasını təşkil etmək və ona nəzarət etmək; 

-təhkükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi 

hazırlığını təmin etmək və onlara davranəş qaydaları haqqında göstəriş və 

məlumatları vaxtında çatdırmaq; 

 

fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına 



nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə 

olunmasını təşkil etmək; 

- fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə 

olunmuşdur. 

Yerli(şəhərlərin, habelə nazirlik və obyektlərin) daimi komissiyaları da özlərinin 

fəaliyyətini təşkil etmək məqsədilə belə vəzifə bölgüsü aparmalı, bu işə cəlb edilən 

hər bir təşkilatın və məsul şəxsin səlahiyyətini və məsuliyyətini müəyyən 

etməlidirlər. 

Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün həm mövcud olan qüvvə və 

vəsaitlərdən: nazirliklərin və idarələrin qəza - xilasetmə, qəza – bərpa və çevik 

yanğınsöndürən dəstələrindən; səhiyyə nazirliyinin təcili yardım xidməti 

qüvvələrindən, FHN – nin qoşun hissələrindən və ixtisaslaşdırılmış dəstələrindən; 

müdafiə nazirliyinin kimyəvi və mühəndis qoşun hissələrindən; dəmir yolu, hava 

yolları, Xəzər donanması idarələrinin müvafiq qəza – xilasetmə qüvvələrindən 

istifadə etmək, həm də bir sıra tikinti, ixtisaslaşdırılmış quraşdırma idarələrində 

xüsusi çevik qəza – bərpa dəstələrinin yaradılması nəzərdə tutulur. 




Yaranan vəziyyətdən asılı olaraq, bütünlüklə Dövlət fövqəladə fəaliyyət sistemi 

müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif rejimdə 

işləyə bilər: 

➢  Birinci rejim – gündəlik fəaliyyət respublikanın ərazisində, o cümlədən də 

rayonda (obyektdə) sənaye – istehsalat fəaliyyəti, radiasiya – kimyəvi şərait, 

həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan 

halda işləyə bilər. Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf 

mühitə, potensiallı obyektlərdə daimi müşahidə aparılır, ehtimal edilə bilən 

fövqəladə halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan 

qaldırmaq məqsədilə əvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir. 

Qüvvə və vasitələrin ehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar 

əsasında mühafizə, davranış, fəaliyyət qaydaları öyrədilir və müvafiq 

təsərrüfat planları əsasında digər hazırlıq işləri görülür. 

 

➢  İkinci rejim – yüksək hazırlıq rejimidir. Bu rejimə fövqəladə hallar baş 



verəcəyi barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, 

kimyəvi şərait, epidemik və s. pisləşərkən keçilir. Belə hallarda müvafiq 

fövqəladə hallar komissiyaları aşağıdakı işləri görürlər: 

▪ 

vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar 



yaradır; -növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir;

 

▪  müşahidə və nəzarəti artırır; 



▪  fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və 

onların 


➢  Üçüncü fövqəladə rejim – sistem bu 

rejimə fövqəladə hallar baş verərkən və 

onların nəticələri aradan qaldırılarkən 

FHN – nin müvafiq orqanları və daimi 

komissiyanın qərarı ilə keçirilir. Bu 

zaman: 


▪  əhalinin mühafizəsi təşkil edilir; 

▪  işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyaların operativ qrupları 

fəlakət yerlərinə göndərilir; 

▪  qüvvə və vəsaitlər fəlakət yerinə gətirilir və xilasetmə işlərinə cəlb edilir; 

▪  baş vermiş fəlakətin nəticələri aradan qaldırılır; 

▪  ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur. 

   Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə 

bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir: 

▪  nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar 

zamanı – obyekt fövqəladə hallar komissiyası; 




▪  nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə 

hallar zamanı lazımi hallarda rayon (şəhər)və sahə fövqəladə komissiyaların 

operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası; 

▪  nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı – şəhər 

(rayon) hakimiyyət orqanlarının fövqəladə hallar komissiyası; 

▪  respublikanın bütün ərazisini əhatə edən bölgə miqyaslı FH zamanı – 

Respublika Fövqəladə Hallar Nazirliyi. 

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı 

ardıcıllıqla təşkil edilir: 

✓  istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq 

edilməsi və mühafizə olunması; 

✓  qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi; 

✓  fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək 

üçün kəşfiyyatın təşkili; 

✓  -xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, 

onların hazır vəziyyətə gətirilməsi; 

✓  -xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; 

✓  -obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa 

olması. 

İstehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə 

işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir. 

İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir 

ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və 

digər sənaye kompleksində qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır. Bu 

məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb 

edir. 


Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31- də “ Azərbaycan 

Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

73 saylı və 1998- ci il aprelin 18- də “Mülki müdafiə haqqında” Azərbaycan 

Respublikası Qanununun ( 30 dekabr 1997- ci il, No 420- İQ ) tətbiq edilməsi 

barədə 700 saylı fərmanı imzalamışdır. 30 aprel 1992-ci il tarixli FH –in qarşısının 

alınması və belə hallarda fəaliyyət üzrə “Azərbaycan Respublikasında Dövlət 

siyasəti haqqında” Nazirlər Kabinetinin 339 nömrəli, “Əhalinin mühafizəsinin əsas 

prinsipləri haqqında” 29 dekabr 1992 –ci il tarixli 700 nömrəli qərarı. Azərbaycan 

Respublikası FHN-nin Mülki müdafiə Qoşunları haqqında əsasnamə (29 dekabr 

2006-ci il No 511 ) qəpul edilmişdir. Yeni Əsasnamə və Qanunda Azərbaycan 

Respublikasında Mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət 

hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul 




şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən 

edilmişdir. 



 

  

 



 

 

Yüklə 238,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin