Qərbi Kaspi Universiteti



Yüklə 97,27 Kb.
səhifə1/12
tarix06.12.2022
ölçüsü97,27 Kb.
#72581
  1   2   3   4   5   6   7   8   9   ...   12
Azerbaycan Dili - Xatirə Baxışlı




Qərbi Kaspi Universiteti

Tələbə:Xatirə Baxışlı
Fakultə: Siğorta işi
Qrup: 1411
Müəllimə : Nigar Səfərova
Mövzu: II Vətən Müharibəsi

Plan :
1.Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı
2.Müharibəyə zəmin
3.Döyüşlərin gedişi
4.Müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı
5.Azərbaycanın hərbi üstünlüyü
6.İkinci Qarabağ müharibəsində itkilər 
7.Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının müharibədə iştirakı
8.İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda daxili vəziyyət, xalq-hakimiyyət birliyi
9.İnformasiya müharibəsi, kiber hücumlar 
10.Azərbaycan siyasi rəhbərliyinin güclü iradəsi
11.Ermənistanın rəhbərliyinin çarəsizliyi
12.İkinci Qarabağ müharibəsi və beynəlxalq reaksiyalar
13.Beynəlxalq təşkilatların münasibəti 
14.İdman sahəsində alınan qərarlar
15.Erməni faşizminin məğlubiyyəti və bölgədə yeni reallıqla

II Vətən Müharibəsi

II Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 
Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. 

Yüklə 97,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin