ArenləRİn halogenli BİRLƏŞMƏLƏRİ



Yüklə 0,96 Mb.
səhifə1/4
tarix04.04.2023
ölçüsü0,96 Mb.
#93022
  1   2   3   4
ARENLƏRİN HALOGENLİ BİRLƏŞMƏLƏRİ



ARENLƏRİN HALOGENLİ BİRLƏŞMƏLƏRİ


Aromatik halogenli birləşmələr dedikdə aromatik nüvədə və ya yan zəncirdə halogen atomu olan birləşmələr nəzərdə tutulur.
Bu birləşmələrdə izomerlik alkil radiaklının quruluşu, böyüklüyü, sayı, onıların və həmçinin halogen atomunun molekuldakı vəziyyəti ilə əlaqəlidir.


Halogenli birləşmələr uyğun karbohidrogenin halogen törəmələri baxımından və ya elmi nomenklatura ilə adlandırılır:
CH2CH3 CHClCH3 CH2CH2Cl CH3
Cl Cl
Orto-xloretilbenzol -Xloretilbenzol -Xloretilbenzol CH3
1-Etil-2-xlorbenzol 1-Fenil-1-xloretan 1-Fenil-2-xloretan Xlor-p-ksilol
1,4-Dimetil-2-xlorbenzol
Bəzi halogen birləşmələrin adları uyğun radikalın adının sonuna halogenin adı əlavə etməklə düzəldilir.

Alınma üsulları

Halogen atomunun təbiətindən asılı olan halogen birləşmələrin alınması üçün uyğun üsullardan istifadə olunur. Bir sıra xlorlu və bromlu aromatik birləşmələrin alınması üçün aromatik karbohidrogenlərin birbaşa halogenləşməsi reaksiyasından istifadə olunur. Lakin bu zaman nəzərə almaq lazımdır ki, şəraitdən asılı olaraq alkilbenzollarla əvəzlənmə aromatik nüvədə və ya yan zəncirdə gedə bilər:

Yan zəncirində halogen atomu olan birləşmələrin alınmasında aromatik nüvəyə xlormetil daxil edilməsi reaksiyasından da geniş istifadə olunur (Blan reaksiyası). Reaksiya ZnCl2 katalizatoru iştirakında benzolun paraformla qarşığına HCl qazını sürətlə buraxmaqla aparılır:

Bu üsulla aromatik nüvəyə bir və ya bir neçə xlormetil qrupu daxil edilə bilər. HCl qazı əvəzinə reaksiya qarışığına HBr qazını buraxmaqla həmin üsuldan aromatik nüvəyə brommetil qrupunun daxil edilməsində də istifadə oluna bilər.
Aromatik karbohidrogenləri birbaşa flüorlaşdırmaqla flüorlu birləşmələri almaq mümkün deyil. Belə ki, alkanlarda olduğu kimi ayrılan istilik molekulu parçalayır və flüorun miqdarından asılı olaraq müxtəlif məhsullar əmələ gəlir. Kimyəvi xassələri
Flüorlu törəmələr istisna olmaqla halogenli birləşmələr litium, natrium və maqneziumla reaksiyaya daxil olur: maqneziumla maqneziumüzvi birləşmələr, litiumla fenillitium əmələ gəlir. Hər iki halda xeyli miqdarda difenil əmələ gəldiyindən ehtimal olunur ki, reaksiya aralıq mərhələdə sərbəst radikalların əmələ gəlməsi ilə gedir:

Natriumla Vürs reaksiyası üzrə difenil əmələ gəlir:


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin