Atomun quruluşu Dekabr 16, 2020



Yüklə 24,97 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü24,97 Kb.
#37793
  1   2   3   4
Atomun quruluşu


Atomun quruluşu

 Dekabr 16, 2020  Fidan Əmirəliyeva #atom, #atomunqurulusu, #ixtisas, #ixtisasfenleri, #kafkazh.com, #kimya

Yunan filosofu Anaksaqor bizi əhatə edən maddələrin itkin zərrəciklər- toxumlardan əmələ gəlməsi fikrini söyləyir. Məsələn qızıl qızıl qırıntılarından rütubət  – su zərrəciklərin dən və s təşkil olunur. Bu ideyanı inkişaf etdirən yunan filosofu Demokritə görə dünya boşluqdan və onu dolduran bölünməz zərrəciklərdən teşkil olunan atomlardan ibarətdir. Atomlar sadə və keyfiyyətcə dəyişməzdir. Atomlar ilkindir, bölünməzdir, yaranmır və məhv olmur.

Atomun mürəkkəbliyi N.N. Bektov, A.M. Butlerov və D.İ. Mendeleyev də göstərmişdir. 1903 cü ilde Tomson belə bir fərziyyə irəli sürür ki atom, atomun bütün həcmi boyu bərabər paylanan müsbət yuklərdən və bu yükün daxilində rəqs edən onları neytrallaşdıran eləktronlardan təşkil olunmuşdur. Bu fərziyyəni C.Rezerford öz təcrübələrilə dəqiqləşdirməyə başlayır və nəticədə 1911 ci ildə özünün nüvə modeli adlı sxemini təklif edir. O bu modeli çox da mürəkkəb olmayan təcrübə ilə sübut edir. Təcrübələrin nəticəsini nəzərə alaraq 1911 ci ildə Rezerford atomun nüvə modelini verir.

Atom onun kütləsinin əsas hissəsini təşkil edən müsbət yüklənmiş nüvədən və onun ətrafında fırlanan eləktronlardan ibarətdir. Müsbət və mənfi yüklərin cəmi bir birini neytrallaşdırmldigindan atom elektroneytraldir. Beləliklə Rezerfordun nüvə modeli atomun quruluşunu öyrənilməsinə böyük addım idi. Lakin bu model bir sıra təcrübi faktların eksine çıxır . Məsələn Rezerford nəzəriyyəsi atomun stabilliyini təsdiq edə bilmədi. Lakin atom stabildir. Sonra bütün bərk və maye maddələrin qizdirildiqda buraxdığı spektrlər fasiləli (diskret) xarakterə malikdir. Çünki bu zaman müxtəlif tezlikli şüalar alınır. Elektron nüvəyə doğru yaxınlaşdıqda (Rezerforda görə) enerjisi azaldığından müxtəlif tezlikli şüalar alınmalı və alınan spektr kesilmez bütöv olmalıdır. Halbuki bu doğru deyil. Bu təzadlari Bor nəzəriyyəsi həll etdi.

1913 cü ilde Danimarka alimi Nils Bor bu vəziyyətdən çıxış yolu tapdı və 3 postulat hazırladı.


  1. Elektron atom nüvəsi ətrafında nüvədən müxtəlif məsafələrdə yerləşən müəyyən dayanıqlı icazə verilmiş dairəvi orbitlər üzrə fırlanır. Elektron bu orbitlər arasında yerləşə bilməz . Belə orbitlər stasionar adlanır

  2. Stasionar orbitlə hərəkət edən elektron elektromaqnit dalğası sualandirmir

  3. Xarici təsir nəticəsində elektron atomda bir dayanıqlı orbitdən başqasına keçə bilər

 

Elektron normal haldan həyacanla mis hala keçmək üçün xaricdən enerji alır, əksinə keçid zamanı isə enerji şüalandırır. Lakin Bor nəzəriyyənsinin daxilində də müəyyən ziddiyyətlər var idi. Bunu Bor özü də qəbul edirdi .



Kimyəvi rabitə — molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu. Kimyəvi rabitə- maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların qarışılıqlı təsiri ilə müəyyən edilir. Atomun quruluş nəzəriyyəsi kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edir.

Yüklə 24,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin