AVROPA ŞURASI (AŞ PA)
Əsrlər boyu baş vermiş amansız müharibələr, münaqişələr ucbatından bəşər sivilizasiyası zərər çəkmiş, yüz
milyonlarla insanın həyatına
son qoyulmuş, planetin gələcəyi sual altında qalmışdır. XX əsr Avropasının da
taleyi belə faciəvi olmuşdu. Qitə iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on
milyonlarla iman tələfatına məruz qalmışdır.
İkinci Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin etibarı
gələcəyini təmin etmək, silahlı qarşıdurmaları istisna etmək və sabit inkişafı təmin etmək üçün yeganə vasitə
kimi insan fəaliyyətinin bütün sahələrində
SIX
əməkdaşlıq əlaqələri yaratmağa başladılar. Bu işi həyata keçirmək
və qitədə inteqrasiyanı dərinləşdirmək məqsədilə Avropa regional təşkilatları yaradıldı, 1949-cu il mayın 5-də
təsis edilmiş Avropa Şurası (AŞ) tezliklə Avropanın nüfuzlu regional təşkilatlarından birinə çevrildi.
XX əsrin sonlarında dövlət müstəqilliyi əldə etmiş Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü
olmaq,
beynəlxalq proseslərdə bütün ölkələr və xalqlar ilə çiyin-çiyinə yaxından iştirak etmək xəttini fəal surətdə
həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü ilin iyunundan xalqın yekdil iradəsi ilə
Azərbaycana yenidən rəhbərliyə başladıqdan sonra dünya və regional beynəlxalq strukturlar ilə əməkdaşlığın
genişləndirilməsi sahəsində daha məhsuldar, ardıcıl səmərəli səylər göstərilmişdir.
Ötən dövrdə Prezident Heydər Əliyev Avropa dövlətlərinin başçıları, Avropa təşkilatlarının nümayəndələri
ilə intensiv görüşlər, danışıqlar keçirmiş, müzakirələr aparmışdır. Prezident Heydər Əliyevin Azərbaycanı
dünyaya, o cümlədən Avropaya tanıtmaq, onun strukturlarına inteqrasiya etmək sahəsindəki gərgin diplomatik
səyləri nəhayət öz nəticəsini vermişdir. 1996-cı il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının
Bürosu Azərbaycana Avropa Şurasında "Xüsusi qonaq'' statusunun verilməsi barədə qərar qəbul etmişdir.
O vaxtdan bəri ölkəmizin bu təşkilata tamhüquqlu üzv olması istiqamətində məqsədyönlü iş aparılır. Söhbət ilk
növbədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, demokratik proseslərin sürətləndirilməsi,
cəmiyyətin humanistləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı tədbirlərdən gedir.
Fransa Respublikasının Prezidenti Jak Şirakın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci il oktyabrın 10-11-da
Strasburqda keçirilmiş ikinci zirvə görüşündə iştirakı ölkəmizin Avropa Şurası ilə əməkdaşlığı tarixində yeni bir
dövrün başlanğıcını qoymuşdur.
Azərbaycan Prezidentinin Avropa Şurasının zirvə görüşündə iştirakı tarixi hadisə idi. Müstəqil Azərbaycan
Respublikasının Prezidenti ilk dəfə idi ki, Avropa Şurasının zirvə görüşündə iştirak edirdi və orada çıxış edərək
ölkəmiz haqqında danışmaq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması sahəsindəki vəziyyəti
və bu problemin tezliklə həllində Azərbaycanın mövqeyini açıqlamaq imkanı əldə etmişdi.
Zirvə görüşü zamanı Avropanın kütləvi informasiya vasitələrinin nümayəndələri Prezident Heydər Əliyevin
keçirdiyi görüşlərə, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlərə böyük maraq
göstərirdilər.
Prezident Heydər Əliyev Avropa Şurası ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi
istiqamətində bir sıra tədbirlər həyata kecirmis, sərəncamlar imzalamışdır. Məqsəd Azərbaycanın Avropa
Şurasına mexaniki şəkildə daxil olmasından deyil, Avropa standartlarına həqiqətən uyğunlaşdırılmasından
ibarətdir. Azərbaycan dövləti çalışır ki, həmin səviyyəyə nail olsun və Azərbaycanın Avropa Şurasına qəbul
edilməsi bunun məntiqi yekununa çevrilsin.
2000-ci il iyunun 26-30-da Fransanın Strasburq səhərində Avropa Şurası Parlament Assambleyasının
növbəti sessiyası keçirildi. Sessiyanın gündəliyinə daxil edilmiş məsələlərdən biri də Azərbaycan
Respublikasını təşkilata tamhüquqlu üzv qəbul olunması idi.
Azərbaycanın Avropa Şurasına qəbulu haqqında məsələ sessiyanın 28 iyun tarixli iclasının gündəliyinə
daxil edilmişdi.
Səsvermənin nəticələri gözlənilməz olmadı. Azərbaycanın Avropa Şurasına qəbulu lehinə 120 nəfər,
əleyhinə 1 nəfər səs verdi, 5 nəfər isə bitərəf qaldı. Beləliklə, Azərbaycan Respublikasının Avropa Şurasına
tamhüquqlu üzv seçilməsinə qitə ölkələri tam dəstək verdilər.
Bu hadisə dövlətimizin başçısının apardığı düzgün, ölçülüb-biçilmiş xarici siyasətin məntiqi nəticəsi idi və
Azərbaycan diplomatiyasının tarixində öz yerini tutacaqdır.
Bu gün Azərbaycan böyük Avropa ailəsinə daxil olur. Ölkəmizin Avropa Şurası sıralarına qoşulması
mühüm hadisədir. Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq
əzmindədir.
Azərbaycan cəmiyyəti Avropa dəyərlərini əldə rəhbər tutaraq, Avropa təcrübəsindən bəhrələnərək tərəqqi
etmək, müasir cəmiyyət qurmaq niyyətindədir və demokratiya prinsiplərinə daim sadiq qalacaqdır.