Ayətul-kürsü duası Oxunuşu



Yüklə 22,49 Kb.
tarix02.01.2022
ölçüsü22,49 Kb.
#40215
Dualar


  1. Ayətul-kürsü duası Oxunuşu:

Bismillahir – rəhmanir – rəhim. Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz ,mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznihi, yələmu ma bəynə əydihim və ma xəlfəhum,və la yuhitunə bişəyin min ilmihi illa bima şəə ,vəsiə kursiyyuhus-səmavati vəl-ərz,və la yəuduhu hifzuhuma,və huvəl-Əliyyul-Əzim.La ikrahə fid-din,qəd təbəyyənər-ruşduminəlğəyy ,fəmən yəkfur bit-tağuti və yumin billahi fəqədis-təmsəkə bil=urvətil-vusqa,lən-fisamə ləha,vəllahu Səmiun Əlim.Əllahu vəliyyul-ləzinə amənu yuxricuhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun.

Tərcüməsi:

Bağışlayan və mehriban Allahın adı ilə!Allahdan başqa heç bir Tanrı yoxdur.(Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən ,bəndələrini dolandıran və onların işlərini yoluna qoyan )Əbədi ,əzəli varlıq Odur. O,nə mürgü,nə də yuxu bilər.Göylərdə və yerdə nə varsa ,hamısı Onundur.Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər?!O,bütün yaranmışların keçmişini və gələcəyini bilir.Yaranmışlar Allahın elmindən ,Onun özünün istədiyindən başqa,heç bir şey qavraya bilməzlər.Onun kürsüsü göyləri və yeri əhatə etmişdir.Bunları mühafizə etmək onun üçün heç də çətin deyil. Ən uca ,ən böyük varlıq da Odur!Dində məcburiyyət yoxdur.Artıq doğruluq azğınlıqdan ayırd edildi.Kim Şeytanı inkar edib Allaha inam gətirsə, o, artıq qırıla bilməyən ipdən yapışmış olur.Allah eşidəndir,biləndir.Allah ona iman gətirənlərin dostudur,onları zülmətdən çıxardıb işığa tərəf yönəldər.Kafirlərin dostu isə Şeytandır.Onları işıqdan ayırıb ,zülmətə salarlar.Onlar cəhənnəmlikdirlər və orada əbədi olaraq qalacaqlar.

  1. Nas surəsi oxunuşu

1) Bismilləhir-rahmənir-rahim.

2) Qul əuzu birabbin-nəs

3) Məlikin-nəs

4) İləhin-nəs

5) Min şərril-vəsvəsil-xannəs

6) Əl-ləzi yuvəsvisu fi sudurin-nəs

7) Minəl-cinnəti vən-nəs.

Tərcüməsi

1) Bağışlayan və mehriban Allahın adı ilə

2) (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;

3) İnsanların ixtiyar sahibinə;

4) İnsanların tanrısına;

5) Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-

6) O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

7) (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]

  1. Fələq surəsinin Oxunuşu:

Bismillahir-Rəhmanir-Rəhim

Qul əuzu birəbbil-fələq (1)

Min şərri ma xələq (2)

Və min şərri ğəsiqin iza vəqəb (3)

Və min şərrin-nəffasati fil uqəd (4)

Və min şərri hasidin iza həsəd (5)

Tərcüməsi

(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!

Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;

Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;

(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;

Və bir də paxıllığı tutanda paxılın şərindən!”


  1. Seyyidü’l-İstiğfar Duası Oxunuşu

Allahummə əntə Rabbi, La ilahə illa əntə xalaktənî və ənə abdukə və anə ala ahdikə və va’dike me’steta’tü, əuzu bikə min şərri mə sana’tu, ebûü ləkə bi ni’metike aləyyə və ebûü bi zənb feğfirlî fe innehu la yeğfiru’z-zunubi illə əntə

Tərcüməsi

Mənası: “Allahım! Sən mənim Rəbbimsən! Səndən başqa heç bir ilah yoxdur. Məni sən yaratdın. Mən sənin qulunam. Etdiyim pisliklərin şərindən sənə sığınıram. Üzərimdə olan nemətlərini etiraf edirəm, günahımı da etiraf edirəm. Məni bağışla, çünki səndən başqa heç bir kimsə günahları bağışlaya bilməz”.

Hz. Məhəmməd (s.a.s.) daha sonra bunları əlavə etdi: “Kim bunları inanaraq səhər deyər və axşam olmadan ölərsə, o adam Cənnət əhlindəndir. Yenə kim bunları inanaraq gecə deyər və səhərə çıxa bilmədən vəfat edərsə, Cənnət əhlindəndir”.





  1. RUZİ DUASİ:

Dəfələrlə təcrübə olunmuşdur ki, hər kəs hər gün vacib namazlardan sonra üç dəfə salavat deyərək “Təlaq” surəsinin üçüncü ayəsini oxuyub və daha sonra üç dəfə salavat deyərsə, bu ruzinin çoxalmasına səbəb olar. Ayə belədir:
Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən və yərzuquhu min həysu la yəhtəsib. Və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuh. İnnəllahə baliğu əmrihi qad cəələllahu likulli şəyin qadra”
Tərcüməsi: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.”

Ruzinin çoxalması üçün ayrı bir ayə.

Bunun üçün hər gün sübh çağı namazdan sonra əlləri asimana tərəf qaldırıb dua niyyəti ilə bu ayəni on dəfə oxumaq lazımdır:



Rəbbəna ənzil ələyna maidətən minəs-səmai məkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə vərzuqna və əntə xəyrur-raziqin.”

(Maidə-114)

Tərcüməsi: “”Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
Yüklə 22,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin