Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 17,64 Kb.
tarix05.11.2022
ölçüsü17,64 Kb.
#67549
Mövzu -1 1


Mövzu: 1
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
haqqında ümumi məlumat

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin mövzusu, məqsəd və vəzifələri. Kommunikasiya (communikato-rabitə, əlaqə) latın sözü olub, informasiya mübadiləsi, informasiyanın ötürülməsi mənalarda istifadə olunur. İnformasiya mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri,ideyaları,hissləri,istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə insanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsinin həyata keçirirlər. Biz nitqin köməyi ilə başqaları ilə informasiya mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.


Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibətimizi bildiririk. Nəhayət, nitq vasitəsilə başqalarına təsir edir,onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik. Ona görə də aydın, səlis, zəngin, ifadəli, yerli-yerində, qulaqlarda rəvan səslənən, məntiqi cəhətdən obyektiv gerçəkliyə uyğun ünsiyyət qurmalı, söz birləşmələri, cümlələr, sintaktik konstruksiyalar qrammatik cəhətdən düzgün olmalı, danışan təmkinli,soyuqqanlı, özünə və sözünə arxayın şəkildə, lakin insanlara, hadisələrə, görülən işlərə isti münasibəti ilə seçilməlidir. Əgər biz ünsiyyəti düzgün qura bilsək o zaman iş həyatında uğur qazanmaq ehtimalımız da daha böyük olacaqdır. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisi bu istiqamətdə bizə yol göstərəcək, ünsiyyətimizin dəqiq, səlis və mədəni qaydaları gözləyərək aparmağı öyrədəcək. Bu fənnin tədrisi tələbələrə Azərbaycan dilimim qayda-qanunlarını,incəliklərini,özünəməxsus xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradacaq, dil vasitələrindən məqsədyönlü istifadə və mədəni davranmaq vərdişlərini öyrədəcək. Kommunikasiya haqqında anlayış. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daimi bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi ordakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Ünsiyyət dinamik prosesdir,onun müxtəlif forma və vasitələri vardır. Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiriolan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəvvürlərini başqalarına aşılayırlar. Ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur: Ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi; Ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi; Ünsiyyət insanların bir-birinin qavraması,anlaması kimi və yaxud ünsiyyətin perspektiv tərəfi. Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən informasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif xarakter daşıya və fərqlənə bilir. Ünsiyyətin məzmununu,hər şeydən əvvəl, insanın daxili motivasiya və emosional vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq,narazılıq,sevinc,kədər,qəm,əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər. Ünsiyyətin məzmunu ətraf mühit,orada baş verən hadisələr haqqında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birilərinə mövcud təhlükə,həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər. İnsanda ünsiyyət vasitələri ünsiyyət zamanı ötürülən informasiyaların Kodlaşdırılmasında, Ötürülməsində, İşləmə və açılmasında Özünü göstərir. İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini göstərə bilərik:
Maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə); Koqnitiv ünsiyyət(bilik mübadiləsi);
Kondision ünsiyyət (bilik mübadiləsi);
Motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi).
İşgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi). Ünsiyyət vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur. Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyətdir. Adətən,çox vaxt partnyorlar zaman və məkanca birbirlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəcilərdən istifadə olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü şəxsi,mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, komputeri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin daha mütərəqqi formalarının aşkara çıxmasına səbəb olmuşdur. Məsələn , qlobal internet sistemi istədiyin adamla əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları əldə etmək üçün ünsiyyətə girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır. Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və qeyri-verbal növləri xüsusilə diqqəti cəlb edir.


Yüklə 17,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin