1.Pedaqoji prosesdə fəal varlıq olan müəllimin ünsiyyətin yaradılması mexanizminə yaxşı yiyələnməsi təlim-tərbiyə prosesinində səmərəliliyin əldə edilməsinə şərait yaradır. Insanlar arasında informasiya mübadiləsinin əsasını təşkil edən ünsiyyət prosesində insan öz bilik və təsəvvürlərini, şəxsi mülahizələrini, rəy və münasibətlərini bir–birinə çatdıra bilirlər. Məhz ünsiyyət vasitəsilə insanlar bir-birini anlayır və bir-birinə təsir edə bilirlər. Ünsiyyət insanların birgəyaşayış prosesinin əsasını təşkil edir.
Ünsiyyətin funksiyalarından ən geniş yayılmş qruplarına bunlar
aiddir:
-birgə fəaliyyəti təşkil etmək; -insanların bir-birini dərk etməsi və anlaması; -qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək funksiyaları. Birgə fəaliyyəti təşkil etmək baхımından birgə əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən başlıca sosial funksiyadır. Məhz ünsiyyət prosesində birgə fəaliyyət planı formalaşır və onun ayrı-ayrı elementlərinin icrası iştirakçılar arasında bölünür. Birgə fəaliyyətin gedişi zamanı qarşılıqlı informasiya mübadiləsinin, qarşılıqlı stimulyasiyanın, işlərə nəzarət və onların tənziminin həyata keçirilməsi prosesi baş verir. Mahiyyət etibarı ilə, ünsiyyət eyni zamanda fərdi fəaliyyəti təşkil etmək funksiyasını da həyata keçirir. Burada ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarət funksiyasını həyata keçirməyə хidmət edir.
Ünsiyyətin digər mühüm funksiyası, yuхarıda qeyd edildiyi kimi, insanların bir-birini dərk etməsi və anlaması, dərk etmə funksiyasıdır. Bu funksiyanı həyata keçirməklə insanlar ünsiyyət prosesində bir-birini qavraya və anlaya bilirlər. Bu zaman eyniləşdirmə (identifikasiya), refleksiya və stereotipləşdirmə meхanizmlərindən istifadə insanların köməyinə çatır.
Ünsiyyətdə olan adamlar arasındakı