Qarpız citrullus cinsinə (citrullus Lanatus Thumb. Var. Citroides) daxil olan birillik və çoxillik bitkidir. Tağı 4-5m uzunluğunda, qabırğalı və çox şaxələnəndir. Yarpaqları adətən biri digərinin üzərinə yatan, yaxud toxunan iri dilimlərə bölünür.
Qarpız əsasən Sabirabad rayonunda yetişdirirlər. İndi ölkənin müxtəlif bölgələrində qarpız əkilib-becərilsə də, qarpızın vətəni Sabirabad sayılır.
Qarpız istisevən, quraqlığa davamlıdır. Qarpız növ tərkibinə görə zəngin deyildir. Hazırki təsnifata görə qarpızın iki mədəni növü vardır. Mədəni növlər:
Qarpız istisevən, quraqlığa davamlıdır. Qarpız növ tərkibinə görə zəngin deyildir. Hazırki təsnifata görə qarpızın iki mədəni növü vardır. Mədəni növlər:
Süfrə qarpızı (adi qarpız) – Citrullus edulus
Yemlik qarpızı (şəkərli qarpız)
Çiçəkləri sarı rəngli, meyvəsi iri, kürə yaxud uzunsov – oval formal, səthi hamar, qabığı tünd yaşıl, açıq – yaşıl və ağ olmaqla zolaqlı olur.
Bostan bitkilərinin əkilib becərilməsi zamanı xəstəliklərə qarşı zəhərli kimyəvi maddələrdən də istifadə olunur. Ona görə təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Zəhərli maddələrlə işləyərkən işçilər qoruyucu vasitələrdən ( əlcək, qoruyucu eynək, çəkmə, kombinzon,rasperatordan) istifadə etməlidirlər.Kimyəvi mübarizə aparmazdan əvvəl ətrafda yaşayan sakinlərə xəbərdarlıq edilməli,küləkli havada dərmanlama aparılmamalıdır.Dərmanlama aparıldıqdan sonra boş qablar zərərsizləşdirilməli və ya torpaga basdırılmalıdır.Dərmanların saxlandığı binalar yaşayış yerindən 200 metr, su mənbələrindən isə 2000 metr aralıda yerləşdirilməlidir.