Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası



Yüklə 123,34 Kb.
tarix09.12.2022
ölçüsü123,34 Kb.
#73295
Azərbaycan silahlı qüvvələr



Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və
İdman Akademiyası
Qrup: 120A4
Fənn: Gənclərin çağırışaqədərki hazırılığı
Müəllim: Şirinov Mübariz
Tələbə: Heydərli Tural
Sərbəst iş mövzusu: Azərbaycan Silahlı qüvvələrinin təsnifatı


Bakı-2022
Plan:

  1. Azərbaycan Silahlı qüvvələrinin yaranması.

  2. Tarixi.

  3. Tərkibinə daxil olanlar.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.


1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib.1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib.Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi.Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb.İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib.Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.Azərbaycan prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə ilk olaraq oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.Lakin 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan edib.

2021-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 63-cü yerdə qərarlaşıb. 2017-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 8 qırıcı, 11 hücum, 53 nəqliyyat, 19 təlim təyyarəsi və 83 helikopter (onlardan 11-si hücum helikopteridir), Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 9 patrul və sahil gəmiləri, 4 mina tralçısı, 2 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 320 tank, 890 zirehli texnika, 159 artilleriya qurğusu, 121 reaktiv yaylım atəşi sistemi var.Azərbaycan ordusunun sayı 274 500 nəfərdir, səfərbərlik zamanı isə 95000 nəfər hərbi xidmətə çağırıla bilər.
28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ən əsas vəzifələrdən biri Azərbaycan Silahlı Qüvvələrinin formalaşması idi. Milli Silahlı Qüvvələrin yaradılması üçün ilk cəhdlər isə hələ 1917-ci ilin sonunda və 1918-ci ilin əvvəllərində edilmişdi. Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumətin tərkibində təsis edilmiş Hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi.Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdu.Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi çağırışın yerinə yetirilməsinə cəlb olunurdular.1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" (rus. "Дикая дивизия") adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.İyulun 11-də isə hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi.1919-cu ilin sonlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi.Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı.

1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan ordusunun əsas döyüş hissələri və birləşmələri aşağıdakılar idi: 8 alaydan i ibarət iki piyada diviziyası, 3 alaydan ibarət süvari diviziyası və iki topçu briqadası.Bunlardan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi.Hər bir piyada alayı 3 tabordan, hər bir tabor isə dörd piyada bölüyündən və bir pulemyot bölüyündən təşkil edilmişdi.Hər pulemyot bölüyünün tərkibində 8 pulemyot var idi. Bundan başqa, hər alayda bir süvari kəşfiyyat bölüyü, bir piyada kəşfiyyat bölüyü, bir istehkam bölüyü, bir rabitə-telefon bölüyü və bir qeyri-nizami bölük var idi.Alayların ştat tərkibi onların hamısında eyni deyildi.Süvari alayları üç süvari bölüyündən, pulemyot bölüyündən, təlim və rabitə komandalarından ibarət idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı.1918-ci ilin sentyabrında Bakının Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı.Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-cu il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi.Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi.


1919-cu il oktyabrın 1-də "Astrabad" hərb gəmisinin heyəti təsdiq edildi.Gəminin kapitanı vəzifəsinə azərbaycanlı mütəxəssis Kitabçızadə təyin edildi."Ərdəhan" gəmisinin komandiri vəzifəsi isə kapitan Həsən Çilingərzadəyə tapşırıldı. Dekabrın 5-də "Qars" və "Ərdəhan" gəmiləri heyətlərinin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi komissiya yaradıldı. 1920-ci ilin əvvəllərində hərbi dəniz qüvvələrinin tərkibində 8 ədəd 75 mm-lik və 100 mm-lik toplarla təchiz edilmiş "Qars" və "Ərdəhan" hərb gəmiləri, "Astrabad", "Göytəpə", "Araz", "Nargin" köməkçi gəmiləri, "Orion" nəqliyyat gəmisi, silahlarla təchiz edilmiş "Puşkin" buxar gəmisi və bir neçə kater var idi.[19] 1920-ci ildə xaricdən saatda ən azı 23 dəniz mili sürətilə hərəkət edən 6 ədəd katerin, 47 mm-lik və ya 57 mm-lik topla, 2 ədəd mina qurğusu ilə silahlanmış 12 ədəd katerin, həmçinin sualtı qayıqlarla döyüş üçün nəzərdə tutulmuş, iki topla təchiz edilmiş, saatda 26–36 dəniz mili sürətilə hərəkət edən katerin alınması planlaşdırılmışdı.Düşmən gəmilərinin dənizdən hücumlarının qarşısının alınması üçün mina düzən gəminin, çox da böyük olmayan 6 ədəd sualtı gəminin, mövcud hərb gəmilərinin döyüş imkanlarını artırmaq üçün müxtəlif çaplı 92 ədəd topun alınması da nəzərdə tutulmuşdu. Lakin Bakı əməliyyatı bu planların həyata keçirilməsinə imkan vermədi.

Hərbi-hava qüvvələrinin təşkilinin zəruriliyini nəzər alaraq, hərbi nazirlik bu işə ən əvvəl müvafiq kadrlar hazırlanmasından başladı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərova məktubla müraciət edərək, azərbaycanlıların Tiflisdəki Aviasiya məktəbinə göndərilməsinin mümkünlüyünü öyrənməsini xahiş etdi.Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu.Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi.[16] Kapitan Firidun Mirzə Qacar, praporşiklər Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə və Qaraşarov həmin zabitlərdən idi.[16] Milli ordunun hərbi-hava strukturunun formalaşdırılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirildi. Hərbi nazirin 1919-cu il 19 avqust tarixli əmri ilə podporuçik Teymur xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi.[16] Dəstə birbaşa Baş ərkani-hərbə tabe idi.1919-cu il sentyabrın 14-də Aviasiya dəstəsinin ştatı təsdiq olundu. Ştatda 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi.

Milli kadrlara olan ehtiyacın ödənilməsi üçün hərbi nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açmağı qərara aldı.Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il noyabrın 27-də xarici işlər nazirliyinə məktub yazaraq, Aviasiya məktəbində tədrisin təşkili üçün İngiltərədən və İtaliyadan təcrübəli mütəxəssislərin dəvət olunması imkanlarının öyrənilməsini xahiş etdi.Lakin 1920-ci ilin əvvəlindən hərbi şəraitin mürəkkəbləşməsi və Aprel işğalı (1920) hərbi-hava qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu.

1920-ci ildə Azərbaycan Rusiya Sovet Federativ Sosialist Respublikası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi.İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına Sovet İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi.1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb olan Cəmşid Naxçıvanski adına hərbi lisey yarandı.Azərbaycan siyasətçilərinin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün olmuşdu.

Azərbaycan Respublikası (1991–)
Redaktə
1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün — 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmişdir.Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Qarabağ müharibəsi zamanı Azərbaycan hökuməti hərbi qulluğa çağırışı həyata keçirirdi və Sovet İttifaqı dağılandan sonra, çox azərbaycanlılar həvəslə ilk aylarıda döyüş üçün hərbi qulluğa daxil olurdu. Azərbaycanın Milli Ordusu təxminən 30,000 kişidən, 10,000-ə yaxın OMON-dan və Azərbaycan Xalq Cəbhəsinin bir neçə min könüllüsündən ibarət idi. Azərbaycanlı hərbçi Surət Hüseynovun Azərbaycan Ordusunun 709 saylı hərbi hissəsi yaratmışdı və 23-cü motor piyada diviziyasının arsenalından çox silah və nəqliyyat vasitələri almışdır.İsgəndər Həmidovun "Bozqurd" briqadası da fəaliyyət göstərirdi.

Qarabağ müharibəsi zamanı Azərbaycan 388–395 ədəd artilleriya, 436–458 ədəd tank, 558–1264 ədəd zirehli personal daşıyıcı, 389–480 ədəd zirehli döyüş nəqliyyat vasitəsi, 63–170 ədəd döyüş təyyarəsi və 45–51 helikopter istifadə etmişdir.[28][29] Ümumi hərbi müqayisədə, 17–32 yaş qrupunda, Ermənistanda hərbi xidmət üçün uyğun kişilərin sayı — 550 000, Azərbaycanda isə 1,3 mln təşkil edirdi. Hər iki tərəfdən kişilərin əksəri Sovet ordusunda xidmət etmişdi və münaqişəndən əvvəl hərbi təcrübəyə sahib idi, o cümlədən SSRİ-Əfqanıstan müharibəsində xidmətdə olmuşdular. Qarabağ ermənilərin təxminən 60%-i Sovet ordusunda xidmət etmişdir.Lakin əksər azərbaycanlılar Sovet ordusunda onların xidmət zamanı tez-tez ayrı-seçkiliyə məruz qaldığından, döyüş korpuslarından daha çox tikinti batalyonlarda işləmək məcburiyyətində qalmışdı.Azərbaycanda dəniz məktəbi, o cümlədən iki zabit akademiyalarının yaradılmasına baxmayaraq, əsgərlərin hərbi təcrübə olmaması, Azərbaycanın müharibəyə hazır olmamasının əsas amillərindən biri idi.Azərbaycan ordusuna Əfqanıstan komandiri Gülbəddin Hikmətyar tərəfindən yardım edilirdi.
Qarabağda aerial müharibə əsasən qırıcı və hücum vertolyotlarından ibarət idi. Azərbaycan Hərbi Hava Qüvvələri 45 qırıcıdan ibarət idi və çox vaxt keçmiş Sovet hərbi təcrübəli Rusiya və Ukrayna muzdlular tərəfindən idarə olunurdu. Onlar MiQ-25 və Su-24 kimi inkişaf etmiş təyyarələr və MiQ-21 kimi köhnə nəsil Sovet qırıcı bombardmançılar ilə Qarabağa uçurdular. Ermənilərin müdafiə sisteminin quraşdırılması Azərbaycanın daha çox hava hücum qabiliyyətinə ciddi mane olurdu.Azərbaycan və Ermənistanın ən çox istifadə edilən döyüş vertolyotu — Sovet istehsalı Mil Mi-24 Krokodil idi.

1991–1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub. Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib.Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.

Azərbaycan Quru Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir. Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir.Quru Qoşunlarının peşəkar kadr təminatını Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər hərbi təhsil müəssisələri təmin edir.

2015-ci ildə Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatına görə, Azərbaycan Quru Qoşunlarının sayı 85.000 nəfərdir.

Azərbaycan Quru Qoşunları 1 Əlahiddə Ümumqoşun Ordu və 6 Ümumqoşun Korpusdan ibarətdir:

1-ci Ordu korpusu (Bərdə korpusu)


2-ci Ordu korpusu (Beyləqan korpusu) (Erməni nəzarətindən alınmış ərazilərə və Azərbaycan-İran sərhədində yerləşdirilib)
3-cü Ordu korpusu (Şəmkir korpusu)
4-cü Ordu korpusu (Bakı korpusu) (Abşeron yarımadası və onun sahillərinə nəzarət edir)
5-ci Ordu korpusu
6-cı Ordu korpusu
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu (Naxçıvanda yerləşdirilib)

Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub.O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib.[65] Azərbaycan Hərbi Hava Qüvvələri 14 fevral 1992-ci ildə Milli Ordunun ayrıca bölməsi kimi təsis olunub.1992-ci ilin aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş Sovet ordusunun Sitalçay aerodromundan Su-25 döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir.[65] Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib.Daha sonra Nasosnı aviabazasının alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aviabazasında xidmət edən polkovnik-leytenant Aleksandr Pleşinin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib.1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Müxtəlif məlumatlara görə, hazırda 3,000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 100-ə yaxın döyüş təyyarəsi, 90-a yaxın zərbə helikopteri, həmçinin 16 ədəd yardımçı təyyarə və helikopter daxildir. 4000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında MiQ-21, MiQ-29, Su-25 döyüş təyyarələri, İL-76 yük daşıyan təyyarəsi, Bell 412, Kamov Ka-27, Mil Mi-17, Mi-24, Mi-35M, helikopterləri, Hermes 450, IAI Heron, IAI Searcher, Orbiter, Aerostar və Zərbə pilotsuz uçuş aparatları var.

1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına "Qars", "Ərdəhan" qayıqları, "Astrabad", "Göytəpə" poçt gəmiləri, "Araz" hidroqrafik gəmisi və "Bayıl" liman daşıyıcı gəmisi daxil idi.1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər.Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi-dəniz donanması təşkil olundu.Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycanın hərbi missiyası donanma üçün xaricdən 6 toplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi toru, 10 sahil toru, simsiz teleqraf qurğuları və s. almışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdir.1992-ci ilin aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yardıldı. Xəzər hərbi-dəniz donanmasıin 25%-i və Bakı Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.

Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin sayı 3000 nəfərdir.HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir.Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur.HDQ tərkibinə həmçinin Bakı ətrafında yerləşən Azərbaycan Dəniz Piyadaları və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi daxildir.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir.Həmin vaxtdan Azərbaycan Respublikası Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlamışdır.Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf etmişdir.1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşə başlamış, ərazi bütövlüyümüz uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Maniklu, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşmuşlar.1995-ci il martın 9-da prezident Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün — yəni 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.



Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Xüsusi Dövlət Mühafizə Xidməti öz faliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Xidmət haqqında Əsasnaməni rəhbər tutur.Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılmışdır.Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir.Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2004-cı il tarixli fərmanına əsasən Dövlət orqanlarını üçün İnternet seqmentinin yaradılmasını və inkişaf etdirilməsini həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiyasına və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.Bu Qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir.Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün göndərilən şəxslərdən başqa Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir.Qanunla müəyyən edilmiş hallarda öz əqidəsinə və başqa əsaslara görə həqiqi hərbi xidmətə qəbul edilə bilməyən Azərbaycan Respublikası vətəndaşları 24 ay müddətində alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməlidirlər.Azərbaycan Respublikasının tibbi və ya başqa ixtisas təhsili olan 18 yaşından 35 yaşınadək qadın vətəndaşları özlərinin razılığı ilə hərbi uçota götürülə bilər və müqavilə əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin köməkçi və ya başqa bölmələrində xidmət edə bilər.
Yüklə 123,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin