Morfologiya yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. Sintaksis də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri daxilində əlaqələnməsindən bəhs olunur.
Nitq hissələri
Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11 əsas nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir. Qeyd: Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır.Leksik şəkilçilər sözə qoşularkən sözün yalnız mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişir. Azərbaycan dilində 11 nitq hissəsi var. Bunlar 2 qrupa bölünür: əsas və köməkçi.
Əsas nitq hissələri: İsim, sifət, əvəzlik, say, fel, zərf