Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs: 3 Qrup: 2008 Tələbə



Yüklə 0,8 Mb.
səhifə1/7
tarix04.06.2023
ölçüsü0,8 Mb.
#124738
  1   2   3   4   5   6   7
Musiqi SB




Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə: İbtidai təhsil
İxtisas: İbtidai sinif Müəllimliyi
Kurs: 3
Qrup: 2008
Tələbə: Yusibzadə Cəmilə
Fənn: İbtidai siniflərdə Musiqi və onun tədrisi metodikası
Mövzu: Musiqi fənnini tədris edən müəllimin mövqeyi
Rus musiqisi: Sergey Prokofyev, Dmitriy Şostakoviç, Dmitriy Kabalevski
Müəllim: dos.Qəribova Arifə

Musiqi — səsli, bədii obrazları gərçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir. Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Yunan rəvayətlərinin birində Orfey oxuduğu gözəl nəğmələrlə tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini ram edirdi. Ümumi musiqi terminləri italyan dilindən götürülmüşdür. Buna intervaları nümunə göstərmək olar. Musiqidə 7 not var: do, re‚ mi, fa, sol, lya, si.
Ümumtəhsil məktəblərində tədris edilən hər bir fənnin, o cümlədən «Musiqi» fənninin də öz səciyyəvi xüsusiyyətləri vardır. Bu səbəbdən həmin fənlər müvafiq metodikaya əsasən tədris edilməlidir.
İbtidai siniflərdə tədris edilən «Musiqi»> fənni üzrə metodik göstərişlərin metodikanın fənni tədris edən müəllimin fəaliyyətində rolu böyükdür.
Musiqi tədrisinin metodikasına yiyələnmək üçün ilk növbədə «Musiqi» fənni üzrə mükəmməl biliklərə yiyələnməli, məktəb musiqi proqramını, eləcə də musiqi sənətini, onun tərbiyəedici imkanları öyrənilməlidir.
Bu baxımdan təkcə bilavasitə musiqi yox, həmçinin pedaqogika və psixologiya elmləri üzrə də mükəmməl biliklərə ehtiyac duyulur. Tədris işi psixologiya ilə sıx əlaqədardır. Musiqi isə hiss və emosiyaları tərənnüm etdiyi üçün onun musiqi qavrayışı, musiqi yaddaşı, təfəkkür, təxəyyül və bir çox başqa psixoloji proseslərlə əlaqəsi diqqəti cəlb edir.
Musiqinin tədrisi metodikasında musiqi qavrayışı məsələsi çox vacib amillərdəndir. O, pedaqoji elm olduğuna görə pedaqogikanını bütün sahələri ilə əlaqədardır.. Məsələn, şagirdlərə fərdi yanaşma, onun fərdi xüsusiyyət- larini bilərək tədrisi təşkil etdikdə təhsilin optimallaş- dırılması, differensiallaşdırılması, milliləşdirilməsi kimi vacib olan şərtlər musiqinin tədrisi ilə sıx əlaqədədir.
Musiqi təbiət, cəmiyyət və məişətdə baş verən müxtəlif hadisələri musiqi səslərilə ifadə olunan obrazlar vasitəsilə verilir ki, bu da yetişməkdə olan gənc nəslin siyası, əxlaqi, estetik və ümumi mədəniyyətinin inkişafında böyük rol oynayır. Ümumtəhsil məktəblərində tədris edilən «Musiqi»> fənni şagirdlərin estetik tərbiyəsinin inkişafına kömək edir. Mahnı oxuma prosesi uşaqların tərbiyəsinin əsas və on kütləvi növüdür. Bu prosesdə xor iştirakçılarının hər bir ifaçısı ansamblın bir üzvü kimi ümumi fikir ətrafında birləşir və nəticədə onlarda kollektivçilik daha da inkişaf etməyə başlayır.
Qədim Yunanıstanda ilk təlim-tərbiyə müəssisələri olan Sparta və Afina məktəblərində uşaqlara musiqi fɔnni, rəqs öyrədilir, hərbi təlim musiqi ilə müşayiət olunurdu.
Qədim Yunan mütəfəkkiri Ərəstun (384-322 y.e.a.) demişdir: «Musiqi insan qəlbinə əxlaqi cəhətdən təsir etmək qabiliyyətinə malikdir, bir halda ki, musiqidə belə bir xüsusiyyət var, onda, şübhəsiz ki, gəncləri tərbiyə etmək üçün tədris edilən fənlərin tərkibinə daxil etmək lazımdır».

Müasir ümumtəhsil məktəblərində musiqi, estetik tərbiyənin bir sahəsi kimi, ümumi tərbiyənin tərkib hissələrindən biridir.Hələ keçmiş sovetlər dövründə bir çox qərarlara Əsasən gənc nəslin hərtərəfli yetişməsi vacib məsələ kimi öz əksini tapmışdır. 1917-ci ildə (2/XI) xalq komissarları soveti ölkədə xalq maarifi haqqında bəyannamə qəbul etdi. Bu bəyannamədə qeyd edildiyi kimi, o dövrdəki Rusiya maarifi sahəsində milli fərq və dini məhdudiyyət aradan götürülürdü. 1918-ci il (21/1) qərarına əsasən kilsə dövlətdən və məktəb kilsədən ayrıldı. Həmin ilin may ayının qərarında oğlan və qızların ayrı-ayrılıqda oxumaqları aradan götürülürdü və vahid əmək məktəblərinin yaradılması haqqında bəyannamə imzalandı.


9 illik məktəb birinci pillə 5 sinifli, ikinci pillə 4 sinifli olması qərara alındı.Respublikamız müstəqilləşdikdən sonra təhsil sistemində mühüm islahatlar qəbul olundu. Bu islahatların tələbinə uyğun olaraq məktəbdə estetik-tərbiyə, o cümlədən onun geniş sahəsini təşkil edən musiqi tərbiyəsinin müasir tələbləri səviyyəsində olunması məktəb qarşısında bir vəzifə kimi irəli sürüldü.

Məktəbdə musiqi dərsi bəlli olduğu kimi 3 mərhələ üzrə keçirilir və onun ayrı-ayrılıqda üsulları mahnı öyrədilməsi, musiqi savadının verilməsi, musiqi qabiliyyətinin inkişaf etdirilməsi və s. İbarətdir. Odur ki, ibtidai siniflərdə musiqi fənnini tədris edən müəllim ilk növbədə musiqi sənətinə lazımi səviyyədə yiyələnməli sonra isə onun tədrisinin ən əlverişli və mütərəqqi yollarını mənimsəməlidir. Bunların hər ikisi tələb ediləcək səviyyələ olmazsa, müəllim qarşısına qoyduğu məqsədə yiyələnməkdə çətinlik çəkəcək.

Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris edilən «Musiqi» fənni üç mərhələ mahnı oxuma, musiqi savadı və musiqi ədəbiyyatı üzrə keçirilməlidir. Birinci mərhələ olan mahnı oxuma prosesində şagirdlər mahnı oxumaqla yanaşı onun müəllifləri haqqında məlumat almalıdırlar. Deməli, istər-istəməz bəstəkarın yaradıcılığına dair məlumat əldə edilir. Mahnını solfecio oxumaq, yəni notlar üzrə oxumaq qabiliyyətinə yiyələnir. Bunun üçün o, notları, vəznləri, xanə ölçüsünü, eləcə də mahnıda olan temp və dinamik işarələrlə yanaşı digər ifadə vasitələrini də öyrənir. Bu səbəbdən ikinci mərhələ olan - musiqi savadının tədrisi labüddür.


Xor oxuma zamanı müvafiq vokal vərdişlərinə yiyələnməklə yanaşı dirijorluğu da öyrənir. Yəni, müəllim mahnının ölçüsünə müvafiq dirijorluq edərkən şagirdlər də artıq buna vərdiş edirlər.
Həmçinin şagirdlərdə mahnını xorla ifa etdikləri zaman müşayiəti (əgər mahnı müşayiətlə ifa olunursa) və ətrafındakı yoldaşlarının oxumalarını da eşitmək qabiliyyəti inkişaf edir.

Şagirdlər tək oxuma qabiliyyətinə də yiyələnirlər. Bununla onlarda həm ritm xüsusiyyətləri, həm musiqi eşitmə qabiliyyəti, eləcə də oxuduqları mahnının yadda saxlanılması, yəni musiqi yaddaşları inkişaf edir.


Dərsin ikinci mərhələsi olan musiqi savadı mrhələsində onlar ibtidai musiqi nəzəriyyəsi üzrə lazımi məlumatları öyrənirlər. Artıq oxuduqları mahnıların hansı notlardan ibarət olduğunu, yarandığını, eləcə də tonallıq, lad və bir sıra digər ifadə imkanları haqqında müvafiq biliklərə yiyələnirlər. Bu mərhələdə onlar dirijorluq edərkən solfecio oxumaq, bir sıra vokal mümarisələri ifa etmək, həmçinin alterasiya işarələri, metr, ritm, xanələr intervallar, akkordlar və s. haqqında müvafiq biliklərə yiyələnirlər.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin