Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs: 3 Qrup: 2008 Tələbə



Yüklə 0,8 Mb.
səhifə6/7
tarix04.06.2023
ölçüsü0,8 Mb.
#124738
1   2   3   4   5   6   7
Musiqi SB

D.B.Kabalevski
D.B.Kabalevskinin yaradıcılığı və çoxcəhətli fəaliyyətinin rus sovet musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri var. O tanınmış bəstəkar, ictimai xadim, görkəmli alim, pedaqoq, pianoçu olmuşdur. D.B.Kabalevski bir neçə opera və simfoniyanın, bir baletin və operettanın, instrumental konsertlərin və kamera ansambllarının, fortepiano pyeslərinin və vokal əsərlərin, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Kabalevski yüksək musiqi sənətinin geniş təbliğinə, gənc nəslin mənəvi tərbiyəsinə xüsusi diqqət yetirmişdir. O, uzun illər SSRİ Bəstəkarlar İttifaqının uşaq və gənclərin musiqi-estetik tərbiyəsi komissiyasının sədri olmuşdur. Moskva konservatoriyasının professoru, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Musiqi Tərbiyəsi Cəmiyyətinin fəxri prezidenti Kabalevski bir çox məktəblər ilə dostluq etməyə vaxt tapmış, hətta Moskva məktəblərindən birində musiqi müəllimi işləmişdir. Onun bir maarifpərvər kimi çoxillik fəaliyyəti yeni musiqi proqramının yaranması ilə nəticələndi. Həmin proqramı haqlı olaraq “Kabalevski sistemi” adlandırırlar.
Dmitri Borisoviç Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur. O, A.N.Skryabin adına Musiqi texnikumunda fortepiano üzrə V. Selivanovanın sinfində, sonra isə bəstəkarlıq üzrə Q.Katuarın sinfndə təhsil almışdır.
Moskva konservatoriyasında (1925) oxuyarkən Kabalevski bəstəkarlıq və pianoçu ixtisasları üzrə təhsil alır. Tələbəlik illərində o əsasən kamera janrlarında əsərlərini-romanslarını, fortepiano pyeslərini, o cümlədən simli kvartetini bəstələyir. Kabalevski eyni zamanda Skryabin adına Musiqi texnikumunda pedaqoji işlə məşğul olur.
30-cu illər bəstəkar yaradıcılığının ən məhsuldar dövrüdür. Kabalevski SSRİ Bəstəkarlar İttifaqının işində fəal iştirak edir. Rus sovet musiqisinin problemlərinə dair məqalələrlə mətbuatda çıxış edir. Həmin dövrdə yazılmış əsərlər arasında orkestr və xor üçün “Mübarizə poeması”, ikinci fortepiano konserti, 3 simfoniya xüsusilə seçilir. Üçüncü simfoniya-sonuncusu “
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin