Mövzu:Windows Explorer proqramı haqqında
Windows Explorer proqramı
Windows Explorer proqramı (Windows bələdçisi) istənilən qovluğun məzmununa baxmaq üçün nəzərdə tutulan xüsusi bir proqramdır. Belə ki, hər bir qovluğun məzmunu bu proqramın pəncərəsində açılır və elə ona görə də çox vaxt bu pəncərəyə qovluq pəncərəsi deyirlər. Yəni qovluğun məzmununa baxmaq üçün Windows Explorer proqramından istifadə edilir. Lakin hər hansı qovluğu açmaq məqsədilə bu proqramın tapılıb icra olunmasına ehtiyac yoxdur. Çünki qovluğu açarkən onun məzmunu Windows Explorer proqramının pəncərəsində əks olunur. Bununla yanaşı Windows Explorer proqramını müxtəlif üsullarla icra etmək olar. Məsələn, Tapşırıqlar paneli üzərindəki işarəsindən, Baş menyunun standart proqramlar (aksesuarlar) siyahısından və ya Start düyməsinin kontekst menyusundan, qovluğun kontekst menyusundan və s. istifadə etməklə bu proqram icra oluna bilər.
Windows Explorer proqramını həm də fayl meneceri adlandırmaq olar. Belə ki, bu proqram fayllarla bağlı ən müxtəlif əməliyyatların yerinə
yetirilməsinə imkan verir.O cümlədən, bu proqramın
pəncərəsində zəruri sənədləri axtarıb tapmaq, onların adını
və ya yerini dəyişmək,onları ləğv etmək və ya başqa yerə
kopyalamaq,onları USB fləş kartlara,CD və ya DVD
disklərə yazmaq,multimediya kolleksiyası yaratmaq və s. əməliyyatları icra etmək olar.Əvvəlki versiyalarla müqayisədə Windows sisteminin bu versiyasında Bələdçi proqramı ciddi şəkildə dəyişmişdir. Bu dəyişiklik xüsusilə onun interfeys elementlərinə aiddir.
Dostları ilə paylaş: |