AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Sərbəst iş
Fakültə: Tarix və Coğrafiya
İxtisas: Tarix və Coğrafiya müəllimliyi
Kurs: III
Qrup: TCM1903/B
Fənn: Türk xalqları tarixi – 2
Tələbə: Kamran Alıquliyev (kamranaliquliyev@gmail.com)
Müəllim: prof. Oqtay Sultanov
Mövzu: Anadolu bəylikləri (İnaloğulları, Mengücükler, Saltuklular)
BAKI 2021
Böyük Səlcuq hökmdarı Alparslanın 1071 Malazgird döyüşünd Bizans hökmdarı Roman Diogeni məğlubiyyətə uğradaraq Anadoludakı Bizans hakimiyyətini qırmasından sonra Türklərin şanlı zəfərləri başlamışdır. Türk akıncıları olan Qutalmışoğlu Süleyman şah, Çağrı və Toğrul bəylər tərəfindən edilən axınlar nəticəsində qurulan bəyiklər Anadolu bəyliklər dönəminin ilkini formalaşdırmaqdadır.
Birinci Anadolu Bəylikləri adı verilən bu dövr xüsusilə şərqi və cənub-şərqi Anadolu bölgəsində qurulan bəylikləri özündə ehtiva edir. Anadolu Səlcuq dövlətinin Kösedağ döyüşündən sonra Monqollara məğlub olması ilə Anadoluaki siyasi birliyin pozulmasından sonra yaranan bəyliklər isə İkinci Anadolu Bəyliklər dövrünə aid edilir. İkinci dövr bəyliklərindən ən güclüləri Qaramanoğulları və Germiyanoğulları idi. Osmanoğulları sonralar güclənərək imperatorluğa çevrilməyinə baxmayaraq Anadolu Bəylikləri arasındakı zəif bəyliklərdən sayılırdı. Osmanoğulları Mərmərə sahillərində hakimiyyət quran Karesioğullarını ələ keçirirlər. Ətraf bəyliklərin bəzi bölgələrini pul ilə satın alaraq, bəzilərilə isə qohumluq əlaqələri yaradaraq Anadoluda güclənirdilər.
Səlcuq dövlətinin fəthlərini davam etdirən Toğrul bəyin ölümündən sonra taxta çıxan Alparslan, Anadoluya olan axınlara öncəlik verdi. Alparslanın süvariləri Ani və Qars qalalarını ələ keçirdilər. Anadoluya doğru olan axınlarda Alparslanın əmrindəki Səlcuq əmirlərindən Gümüştəkin, Afşin, Əhmədşah və Salari Xorasan Malatya, Ergani, Siverek, Diyarbəkir (Amid), Silvan, Urfa, Adıyaman, Harran, Nizip və Antakya bölgələrinə axınlar etdilər.
Böyük Səlcuq hökmdarı tərəfindən Bizansın Malazgird Meydan müharibəsində (26 avqust 1071) qazandığı zəfərlə Anadolu həm türkləşmiş, həm də islamlaşmışdır. Türklərin islamiyyəti qəbul etdikdən sonra türkləri ətraf bölgələrə etdikləri axınlarla həmin bölgələri islamlaşdırması türklərin islam bayrağını miras aldığının sübutudur. Bu səbəbdəndir ki, Anadoluya olan türk axınları və Malazgird zəfəri və Xristian – Bizans güclərinin məğlubiyyətə uğradılması islam aləminə böyük sevinc gətirmişdir. Anadoludakı türk hakimiyyətinin kök salması Anadolu bəyliklərilə şaxələnmişdir.
Səlcuq hökmdarı Alparslan Anadolunu türkləşdirmək üçün göndərdiyi akıncılara ələ keçirdikləri bölgələrdə hakimiyyət qurma hüququ tanıdı. Bu dövrdə qurulan bəyliklərin bir çoxu da Alparslan tərəfindən göndərilən Türkmən bəyləri tərəfindən qurulmuşdur. Qurulan bu bəyliklərdən biri olan və dövlətləşən Anadolu Səlcuq dövləti digər bəyliklərlə zaman-zaman mübarizələr aparmış və Anadoludakı türk birliyini inşa etmək üçün bəzi bəyliklərin də torpaqlarını ələ keçirmişdir. Birinci dövr Anadolu Bəyliklərindən olan Ahlatşar (Sökmənlilər) bəyliyi, Artuklular, Danişmentlilər və Saltuklular dövrün ən güclü bəylikləri olmuşdur.
İnaloğulları bəyliyi və ya Yinaloğulları bəyliyi 1098 – 1183-cü illər arasında Diyarbəkir və ətrafındakı kiçik bir ərazidə hökm sürən türk bəyliyidir. 1092-ci ildə Böyük Səlcuq sultanı Məlikşahın ölümündən sonra
Dostları ilə paylaş: |