Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
  1   2   3   4   5   6   7   8   9   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018


 
 
Azərbaycan Milli Elmlər Akademiyası 
Nəsimi adına Dilçilik İnstitutu
 
 
 
 
 
 
 
 
 
 
 
 
DİLÇİLİK İNSTİTUTUNUN 
ƏSƏRLƏRİ 
 
№1 
 
 
 
 
 
 
 
 
 
 
 
«Елм вя тящсил» 
Бакы – 2018 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 

 
 
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik 
İnstitutunun  Elmi Şurasının 01 iyul 2016-cı il tarixli (protokol №7) 
qərarı ilə çapı tövsiyə edilmişdir. 
 
 
 
 BAŞ REDAKTOR:   akademik  Möhsün Nağısoylu 
 
 
 
 
 
REDAKSİYA HEYƏTİ:  fil.ü.f.d., dos. Baba Məhərrəmli (redaktor 
müavini),  fil.ü.e.d.  Mayıl  Əsgərov  (məsul  katib),  fil.ü.e.d.,  prof.  Roza 
Eyvazova,  fil.ü.e.d.,  prof.  Sevil  Mehdiyeva,  fil.ü.e.d.,  prof.Qəzənfər 
Kazımov,  fil.ü.e.d.,  prof.  Qara  Məşədiyev,  fil.ü.e.d.,  prof.  İsmayıl 
Məmmədli,  fil.ü.e.d.,  prof.  Sayalı  Sadıqova,  fil.ü.e.d.,  prof.  Məsud 
Mahmudov, fil.ü.e.d., prof. İsmayıl Kazımov, fil.ü.e.d. İlhami Cəfərsoy, 
fil.ü.e.d.  İlham  Tahirov,  fil.ü.e.d.  Kamilə  Vəliyeva,  fil.ü.e.d.  İdris 
Abbasov, fil.ü.f.d., dos. Aynel Məşədiyeva, fil.ü.f.d., dos. Vahid Adilov, 
fil.ü.f.d., dos. Gülşən Axundova. 
 
Buraxılışa məsul: Vəfa İbişova  
  
 
Dilçilik İnstitutunun Əsərləri 
Bakı, “Elm və təhsil”, 2018,  392  səh.            
 
 
Ünvan:  Bakı  şəh.,  H.Cavid  prospekti  115,  5-ci  mərtəbə,  Azərbaycan 
Milli  Elmlər  Akademiyası,  Nəsimi  adına  Dilçilik  İnstitutu,  “Dilçilik 
İnstitutunun Əsərləri” əlaqə:537-04-46 
 
 
 
 
© «Elm və təhsil» nəşriyyatı, 2018 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 

 
 MÜNDƏRİCAT 
 
Dil tarixi və dialektologiya 
 
Möhsün Nağısoylu. Orta əsrlərdə Azərbaycan türkcəsini  
zənginləşdirən qaynaqlar haqqında............................................... .6 
İsmayıl Məmmədli. “Kitabi-Dədə Qorqud” dastanının lüğət  
tərkibində maddi-mənəvi leksika .................................................. 18 
Gülsüm Hüseynova. İran dillərində hal kateqoriyası .................. 25 
Könül Səmədova. Azərbaycan dilinin Şimal qrupu  
dialektlərində cümlə üzvləri, cümlə tipləri və onlarda  
qıpçaq elementləri ......................................................................... 32 
Vahid Adil Zahidoğlu. “Kitabi- Dədə Qorqud”un “Qan Turalı 
boyu”ndakı bir soylama haqqında................................................. 44 
Qətibə Quliyeva. Qədim uyğur mətnləri kontekstində xitabların  
üslubi-ekspressiv funksiyaları....................................................... 59 
 
Müasir Azərbaycan dili və terminologiya 
 
Tünzalə Baxşıyeva. Mifonimlər .................................................. 70 
Nərgiz Hacıyeva.  “Quş” zooniminin metaforlaşması və 
 frazeologizm yaranmasında rolu.................................................. 78 
Nəzakət Qaziyeva. Qloballaşma dövründə dildə gedən proseslər: 
mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına 
 yeni baxış. .................................................................................... 95 
Pərviz İsmayılov. Antroponimik sistemin xronoloji  
ardıcıllıqla öyrənilməsi  
məsələsinə dair.............................................................................. 111 
Rasim Heydərov. Azərbaycan dilinin orfoqrafiya qaydalarının 
tənzimlənməsinə dair................................................................... . 118 
Təhminə İsmayılova. Səməd Vurğunun bədii yaradıcılığında 
 dil məsələləri.................................................................................125 
Aysel Qəribli. Əlimərdan bəy Topçubaşovun 
 “ana dili” anlayışı......................................................................... 135 
Fizuli Mustafayev. Kino dilində samitlərin tələffüzü...................142 
Xədicə Heydərova. Vaqifin dilinin bəzi semantik və qrammatik 
xüsusiyyətləri..................................................................................154 
Qasımova Şəlalə. Müasir tərcümə lüğətləri və onların 
xüsusiyyətləri..................................................................................162 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 

 
Gülara Quliyeva. Bədii mətnin təşkilinin temporal 
xüsusiyyətləri............................................................................... . 170 
Gülnara  Cəfərova (Əliyeva). Leksik semantikada sözün 
komponentlərinə görə təhlili........................................................ . 180 
Mətanət Ağasiyeva. Qantəmir nəsrinin sintaktik-üslubi 
xüsusiyyətləri............................................................................... . 187 
Natavan Əzizli. Maşın tərcüməsində obyekt dildə söz sırasının 
avtomatik qurulması...................................................................... 194 
Pərvanə Abbasova. Yarımçıq cümlələrin kommunikativ 
tipləri............................................................................................. 201 
İlhamə Sadıqlı. Entonim komponentli frazeologizmlərin  
kvantitativ təhlili.............................................................................211 
Vəfa İbişova. Mətnin partiturluq kateqoriyasının 
 müəyyənləşməsində etnomədəni və  
psixoloji amillərin rolu....................................................................220 
 
Nəzəri dilçilik məsələləri 
 
İdris Abbasov. Mental məkanlarin koqnitiv statusu və  
konseptual inteqrasiya nəzəriyyəsi................................................ 234 
Mayıl Əsgərov. Diskurs, nitq və mətnin linqvo-psixoloji  
mahiyyəti və qarşılıqlı transformasiya 
potensialı................................................ ....................................... 259 
Mirvari İsmayılova. Ünsiyyətin qeyri-verbal ifadə vasitələri..... 267 
Nadir Məmmədli. Nitq mədəniyyəti: dil və nitq......................... 277 
Kamilə Vəliyeva. Kompüter dilçiliyinin inkişaf tarixinə  
bir nəzər......................................................................................... 287 
Zemfira Əliyeva. Türk-slavyan dil əlaqələrinin nəzəri problemləri
....................................................................................................... 300 
Baba Məhərrəmli. *Su “şəffaf maye, çay, göl, dəniz, rütubət” 
 nostratik kökünün dünya dillərində derivatları və allomorfları ... 307 
Fikrət Əlizadə. Dilçilik lövhələri (tarixi-linqvistik, 
 etimoloji yanaşma)....................................................................... 322 
Günel Bayramova. Orta əsr Venesiya yazılı mənbələrində 
 türk və ərəb dillərinə aid ifadələrin işlənmə xüsusiyyətləri ......... 328 
Арифа Гусейнова. Метод социолингвистического 
 измерения.................................................................................... 339 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 

 
Türk dilləri 
 
İslam Sadiq. Şumer və türk dillərində ilk sözlər və səs  
artımı yolu ilə söz yaradıcılığı .......................................................344 
Aynel Məşədiyeva. Türk dillərində feili bağlamaların və 
 feili sifətlərin öyrənilməsinin nəzəri problemləri..........................355 
Elçin İbrahimov. Türkiyədə əlifba siyasəti..................................363 
 
Resenziya 
Elçin Məmmədov. “Dünya dillərində homogen sözlər” ..............369 
Gülsüm Hüseynova. Dəyərli tədqiqat ......................................... 374 
 
 
 
Personalia 
 
Qüdrət Cəfərov – 80.................................................................... 376 
Azərbaycan dialektoqrafiyası – 60 ............................................ 380 
 
 
Məqalə müəlliflərinin nəzərinə .................................................. 388 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 

 
 
 
Dil tarixi və dialektologiya
 
 
Möhsün Nağısoylu 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, 
akademik 
dr_mohsun@yahoo.com 
 
Orta əsrlərdə Azərbaycan türkcəsini  
zənginləşdirən qaynaqlar haqqında
*
 
(I məqalə) 
 
Açar sözlər: dilin zənginləşməsi, tərcümələr, lüğətlər, “Kəvamilüt-
təbir”, söz yaradıcılığı 
Ключевые  слова:  обогащение  языка,  переводы,  словари, 
“Кавамил ат-табир”, словообразование 
 Key words: enrichment of the language, translations, dictionaries, 
"Kavamil at-tabir", word formation 
 
Orta  əsrlərdə  Azərbaycan  milli  ədəbi  dilini-türkcəni  yaşadan,  onu 
zənginləşdirən və bu böyük mənəvi irsi gələcək nəsillərə çatdıran, təbii 
ki, birinci növbədə söz ustaları – şairlər, yazıçılar olmuşlar. Bu baxımdan 
doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin 
Həsənoğlunun,  xüsusilə  də  Qazı  Bürhanəddinin  yaradıcılığı  böyük 
əhəmiyyət daşıyır.Məlum olduğu kimi, qaynaqlarda İ.Həsənoğlunun türkcə 
və farsca divanları haqqında bilgilər verilsə də, şairin türkcə üç şeiri, farsca 
isə bir şeiri günümüzə qədər çatmışdır. Həsənoğlunun “Apardı könlümü...” 
sözləri ilə başlayan məşhur qəzəlinin cilalanmış və mükəmməl poetik dili və 
bunun  sübutu  olaraq şeirdə işlənmiş  məcazlar və  frazeologizmlər  (“apardı 
könlümü”,  “başımdan  getmədi”,  “şirin  söz”  və  s.)  türkcənin  qədim 
tarixindən  xəbər  verir  (1,  160-161).  Orta  əsrlərdə  Azərbaycan  milli  ədəbi 
dilinin inkişafında və zənginləşməsində İmadəddin Nəsimi və Məhəmməd 
Füzuli  kimi  böyük  söz  ustalarının  misilsiz  xidmətləri  olmuşdur  (bax:  1, 
199-235; 296-391).  
                                                 
*
 Bu iş Azərbaycan Respublikasının  Prezidenti yanında Elmin İnkişaf Fondunun 
maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-KETPL-2-2015-1(25)-56/46/5. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 

 
Orta  əsrlərdə  Azərbaycan  türkcəsinin  yeni  söz  və  ifadələrlə 
zənginləşməsində müstəsna rolu və xüsusi çəkisi olan qaynaqlar sırasında 
aşağıdakıları da ayrıca olaraq qeyd etmək lazımdır: 
1. Sözügedən dövrdə ərəbcədən, xüsusilə də fars dilindən tərcümə 
olunmuş əsərlər; 
2. Həmin dövrə aid farsca-türkcə lüğətlər. 
Azərbaycan türkcəsində olan klassik tərcümə əsərlərinin çoxu XV-
XVI yüzilliklərin məhsuludur və həm nəzmlə, həm də nəsrlədir. Əsasən, 
dini, bədii və fəlsəfi mövzuları əhatə edən ilkin tərcümə örnəkləri canlı 
xalq  danışıq  dilində  qələmə  alınmışdır,  məhz  buna  görə  də  ədəbi  dil 
tarixinin  araşdırılması  üçün  zəngin  material  verir.  Bu  baxımdan  orta 
əsrlərdə  fars  dilindən  Azərbaycan  türkcəsinə  nəsrlə  edilmiş  tərcümələr 
xüsusilə əhəmiyyətlidir. Belə ki, klassik tərcümə əsərlərinin bir çoxu eyni 
zamanda Azərbaycanda milli ədəbi dilin yeni söz və terminlər hesabına 
zənginləşməsi prosesini qabarıq şəkildə əks etdirən dəyərli qaynaqlardır. 
Buna nümunə  olaraq  Xızır  bin  Əbdülhadi  Bəvazicinin 955/1548-ci ildə 
fars  dilindən  tərcümə,  etdiyi  “Kəvamilüt-təbir”  kitabını  göstərmək  olar 
(bax:  18).  Yuxuyozmaya  dair  ensiklopedik  səciyyə  daşıyan  bu  tərcümə 
əsərində  mütərcimin  söz  yaradıcılığı  sahəsindəki  səmərəli  fəaliyyətinin 
nəticəsi,  daha  doğrusu,  yazılı  ədəbi  dilin  zənginləşməsinin  göstəricisi 
olan bir sıra leksik vahidlər yer almışdır. Kitabın mütərcimi Bəvazicinin 
fars dilindən hərfi tərcümə yolu ilə özünün yaratdığı çoxlu sayda leksik 
vahidlər  quruluşca  həm  düzəltmə,  həm  də  mürəkkəb  sözlərdir.  Bu 
qəbildən olan düzəltmə sözlərin bir çoxu -ıcı, -ici şəkilçisinin köməyi ilə 
düzəlmişdir.  Onlardan  bir  neçəsinə  (farsca  orijinalları  ilə  birgə)  nəzər 
salaq: 
Xanənde-oqıyıcı. Müasir ədəbi dilimizdə yalnız müğənni, xanəndə 
anlamında  işlənən  farsmənşəli  xanənde  sözü  bu  dildə  tarixən  bir  neçə 
məna daşımışdır: 1. oxucu, oxuyan, mütaliə edən; 2.  müğənni, xanəndə; 
3. dəvət edən, dəvətçi, 4. savadlı. Sözün sonuncu iki mənası fars dili üçün  
arxaik  səciyyə daşıyır  (8,I,951).  “Kəvamülüt-təbir”in  farsca  orijinalında 
bu söz birinci mənada işlənmişdir. Xanənde quruluşca düzəltmə sözdür: 
xandən  (burada:  oxumaq,  mütaliə  etmək)  felinin  kökü  xan  və  -ənde 
şəkilçisindən  ibarətdir.  Fars    dilində  çox  işlək  olan  -ənde  şəkilçisi  feil 
kökünə qoşularaq, əsasən, feili sifət düzəldir: binənde (görən, tamaşaçı), 
cuyənde (axtaran), rəvənde (gedən) və s. 
Bəvazicinin  xanənde  sözünün  qarşılığı  kimi  işlətdiyi  oqıyıcı  sözü 
də  istər  mənaca,  istərsə  də  quruluşca  onun  farsca  əsli  ilə  tam  üst-üstə 
düşür.  Belə  ki,  oxuyan,  mütaliə    edən  anlamında  işlənmiş  bu  söz  də 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 

 
farsca orijinalı kimi quruluşca düzəltmədir və oxumaq feilinin kökü (oxu) 
və -yıcı şəkilçisindən ibarətdir. 
Oqıyıcı  sözünə  qədim  türk  mətnlərində  eyni  mənada  oqıcı  və 
oqığçışəkillərində  rast  gəlirik  (bax:  25,369).  Orta    yüzilliklərə  aid  türk 
yazılı  abidələrində  isə  bu  söz    okucu  və  okuyucuşəkillərində  qeydə 
alınmışdır  (bax:  30,V,2952;  18,343-344).  Maraqlıdır  ki,  sözügedən 
mətnlərdə  istər  oqıcıvəoqığçı    söz ləri,  istərsə  də  okucu  və  okuyucu 
leksemlərinin  yalnız  dəvət  edən,  dəvətçi  anlamında  işlənməsi  göstərilir 
(bax:25,369; 30,V,2952). Bu amili nəzərə aldıqda  belə bir fikrə  gəlmək 
olar ki,  oqıyıcı sözünü müasir ədəbi  dilimizdəki  oxucu, mütaliə edən 
anlamında  ilk  dəfə  işlədən  və  yazılı    ədəbi    dilə  gətirən,  bununla  da  
türkcənin söz ehtiyatını zənginləşdirən  tərcüməçilərdən biri də Xızır bin 
Əbdülhadi Bəvazici olmuşdur.  
Oqıyıcı  sözü  ilə bağlı daha bir məsələni  qeyd etməyi lazım bilirik.  
Azərbaycan ədəbi dili tarixinə  aid kitab və araşdırmalarda –ıcı –ici şəkilçisi 
əsasən,  feildən  sifət  düzəldən  şəkilçi  kimi    təqdim  olunur  (13,136-137). 
Konkter olaraq  XVI əsr  yazılı tərcümə abidəsi “Kəvamilüt-təbir”də, eləcə 
də eyni yüzilliyin  yadigarı olan Nişatinin “Şühədanamə” tərcüməsində isə 
(bax:16)  bu  şəkilçi  ilə  düzələn  sözlərin  çoxu  qrammatik  mənaca  isimdir.  
Məsələn,  “Şühədanamə”də:  qayırıcı  (hami),  saxlayıcı  (gözətçi,  qoruyucu); 
“Kəvamilüt-təbir”də:  alıcı (müştəri), yazıcı (mirzə, katib; yazan, yazıçı) və 
s. Amuzənde-ögrənici. Farsmənşəli amuzənde sözü də eynilə xanənde kimi 
quruluşca  düzəltmədir.  amuxtən  (öyrətmək,  öyrənmək)  felinin  kökü 
amuzvə -ənde şəkilçisindən ibarətdir.  Fars dili lüğətlərində  rast gəlmə-
diyimiz  amuzənde sözü mətndən  də göründüyü kimi, öyrənən, şagird, 
tələbə  anlamını  daşıyır.    Maraqlıdır  ki,    Bəvazicinin  amuzənde  sözünün  
qarşılığı kimi işlətdiyi ögrənici sözü istər qədim türk mətnlərində, istərsə də 
orta yüzilliklərə aid türk yazılı  abidələrində  qeydə alınmamışdır. Bu faktı 
nəzərə alaraq  belə bir nəticəyə gəlmək olar ki, ögrənici sözü də Bəvazicinin 
söz yaradıcılığı sahəsindəki səmərəli fəaliyyətinin nəticəsidir. Daha doğrusu, 
bu sözü Bəvazici fars dilindən  “kalka”  şəklində tərcümə yolu  ilə düzəltmiş 
və ilk dəfə yazılı  ədəbi dilə gətirmiş, bununla da ədəbi dilin zənginləşməsi 
işinə xidmət etmişdir.   
Fəribənde-aldayıcı.  Farsmənşəli  fəribənde  sözü  quruluşca  yuxarıda 
qeyd olunan  xanənde və  amuzənde leksemləri ilə üst-üstə düşür: fəriftən-
(aldatmaq)  felinin  kökü  fəribvə-əndeşəkilçisindən    ibarətdir.  Farsca  sifət 
kimi işlənən  bu sözün lüğəvi mənası aldadan deməkdir. Bəvazicinin həmin  
sözün  qarşılığı  olaraq  işlətdiyi  aldayıcı  da  eyni  quruluşdadır:  aldamaq 
(aldatmaq) felinin əsası olan alda və -yıcı şəkilçisindən düzəlmişdir.  Qeyd 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 

 
edək ki, aldayıcımənaca da fəribənde ilə tam üst-üstə düşür. Maraqlıdır  ki, 
aldayıcı  sözü  qədim  türk  mətnlərində  qeydə  alınmamışdır.  XIII-XVI 
əsərlərə  aid bir    necə qaynaqda isə bu  sözün aldağan (çox aldadan)  və 
alduğu(aldadıcı)  variantları  qeydə  alınmışdır  (bax:  30,I,92-93).  Farsca 
məşhur  “Qabusnamə”  kitabının  XV  əsrə  aid  türkcəyə  tərcüməsində  və 
XVI-XVII  yüzilliklərə  aid  “Ət-töhfətüs-səniyyə”  və  “Müxfətüt-töhfə” 
adlı farsca-türkcə lüğətlərdə isə aldayıcı sözü eynilə Bəvazicidə olduğu 
kimi işlənmişdir (bax: 30,I,98). Aldayıcı sözünün bu yazılı  qaynaqlarda 
eynilə Bəvazicidəki kimi işlənməsi sübut edir ki,  orta əsrlərin tərcüməçi 
və leksikoqrafları farsca ayrı-ayrı sözlərin  tərcüməsi zamanı eyni metod 
və prinsiplərə söykənmiş, məhz buna görə də  bir çox hallarda, bəlkə də, 
biri  digərindən    xəbərsiz  ayrı-ayrı  farsmənşəli  sözləri  eyni  şəkildə 
tərcümə etmiş və yazılı ədəbi dilə gətirmişlər.  
Setanende-diləyici. Farscada: Dəst-e bəxşənde behtər əst əz dəst-e 
setanənde. Bəvazicinin tərcüməsində: Bəxşəndə əl diləyici əldən yegrək. 
Nümunələrdən  göründüyü  kimi,  Bəvazici  farsca  mətndəki  bəxşənde 
(bağışlayan)  fars  sözünü    tərcümədə  olduğu  kimi    saxlamış,  setanənd-
e(istəyən, diləyən) sözünü  isə diləyicikimi tərcümə  etmişdir.  Maraqlıdır 
ki, diləyicisözünə  istər qədim türk mətnlərində, istərsə də  orta yüzilliklə-
rə aid türk yazılı abidələrində rast gəlmirik. Deməli, bu söz də Bəvazi-
cinin özünün yaratdığı leksemler sırasındadır və ilk dəfə onun  tərəfindən  
yazılı  ədəbi dilə gətirilmişdir.  
Bəvazici “Kəvamilüt-təbir”in  farsca  orijinalında işlənmiş bir sıra  
sözlərin  dilimizə tərcüməsi zamanı -cı, -ci; -lı, -li, -lu, -lü; -lıq, -lik, -luq, 
-lükkimi  sözdüzəldicisi  şəkilçilərin    köməyi  ilə    yaranmış    düzəltmə 
sözlərdən də istifadə etmişdir.  Qeyd  edək ki,  bu qəbildən olan sözlərin  
çoxuna  eynilə qədim türk mətnlərində, eləcə də orta əsrlərə aid türkdilli 
yazılı abidələrdə də rast gəlirik. Onlar müasir ədəbi dillmizdə də azacıq 
dəyişikliklə işlənir. Bu isə o deməkdir ki, Bəvazici həmin sözləri doğma 
ana  dilindən  –  türkcədən  hazır  şəkildə  götürmüş  və  orijinalda  olan 
sözlərin  qarşılığı  kimi  işlətmişdir.  Bu  qəbildən  olan  çoxsaylı  sözlər 
içərisində  aşağıdakılar  diqqəti  çəkir.  Həmin  sözləri  farsca  mətndəki 
orijinalları ilə birgə veririk:kolahduz -börkçi,kəfşgər –başmaqçı,rəngrəz - 
boyaçı,  mivedar  -  yemişlü,  sərapərde  -  günlük,came-ye  xab-  gecəlik, 
barani- yağmurlıq və s. 
Öncə  qeyd  edək  ki,  Bəvazicinin  işlətdiyi  bu  sözlərin  hamısı 
quruluşca düzəltmədir, onların farsca orijinalları içərisində isə quruluşca 
həm  düzəltmələri,  həm  mürəkkəbləri,  həm  də  bir  izafət  tərkibi  var. 
Deməli,  orijinaldakı  leksik  vahidlərin  tərcüməsində  tərcüməçi  heç  də 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
10 
 
həmişə onların quruluşunu da saxlamağa çalışmamış, bir çox hallarda hə-
min  sözləri  ana  dilində  mövcud  olan  qarşılıqları  ilə  verməyə  cəhd 
göstərmişdir.  Maraqlıdır  ki,  tərcüməçinin  işlətdiyi  bu  sözlərdən  yalnız 
gecəlik  dilimizdə  vətəndaşlıq  hüququ  qazana  bilməmiş,  yemişlü  isə 
müasir ədəbi dilimizdə bir qədər fərqli məna daşıyır, digərləri isə olduğu 
kimi  işlənir.  Bununla  belə,  həmin  sözlər  Bəvazicinin  tərcümə  sənətinə 
olan münasibətinin açıqlanması və onun bu sahədəki peşəkarlığının üzə 
çıxarılması baxımından maraq doğurur.  
Bəvazicinin “Kəvamilüt-təbir”də işlətdiyi düzəltmə sözlər içərisin-
də  -çı,  -çi  şəkilçisinin  iştirakı  ilə  düzəlmiş  iki  söz  haqqında  da  ayrıca 
danışmaq  lazım  gəlir.  Bunlar  çağdaş  ədəbi  dilimiz  üçün  arxaik  səciyyə 
daşıyan  və  orta  əsrlərin  yazılı  abidələrində  nadir  hallarda  işlənilən 
quyumcı və qəcərçi sözləridir.  
Dilimizdə  indi  də  eynilə  işlənən  farsmənşəli  zərgər  sözünün 
qarşılığı  olan  quyumcı  lekseminin  kökündə  dayanan  quymaq  feli  Mah-
mudKaşğaridə  tökməkmənasında  işlənmişdir  (bax:  25,464).  Quyumçu 
sözünə  Hinduşah  Naxçivaninin  "Əs-sihah"  lüğətində  (10,53),  Əsirəddin  
Əbu    Həyyan    əl-Əndəlusinin  "Kitab  əl-idrak"  əsərində  (6,47)  və 
V.Radlovun lüğətində (26,II,209) rast gəlirik. 
Rəhbəri(rəhbərlik,  bələdçilik)  sözünün  qarşılığı  kimi  işlənmiş 
qəcərçi  sözü  isə  nə  qədim  türk  mətnlərində,  nə  də  orta  əsr  yazılı 
abidələrində qeydə alınmışdır. Bu sözə bizə məlum məşhur mənbələrdən 
yalnız XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə"də iki cümlədə 
rast gəlirik:  
Bir  qəcərçiyiücrət  ilən  dutdı,  ta  badiyə  yolından  Müslimi  Kufəyə 
yetürə. Tanrının təqdirindən qəcərçiyolı azdı. (20,220b) 
Lazar  Budaqovbu  sözü  ğəçərçi-ğəzərçi  şəklində  qeydə  almış  və 
onun  bələdçi,  yol  göstərən,  rəhbər  mənalarını  göstərmişdir  (24,1,772). 
Maraqlıdır ki, qəğərçi sözü Səfəvilər dövründə farsca yazılmış bir neçə 
əsərdə  rabitəçi,  bələdçi  mənasında  işlənmişdir  (bax:  22,335-336).  Həsən 
Zərinəzadənin fikrincə, qəcərçi sözü qaçırmaq felindən (qaç+ır+çı) törən-
mişdir (22,335). 
Bəvazicinin  söz  yaradıcılığı  sahəsindəki  fəaliyyətinin  bir    qismi  də 
mütərcimin  fars  dilindən    “kalka”  şəklində    tərcümə  yolu  ilə  yaratdığı  və 
yazıcı  ədəbi dilə gətirdiyi  (deməli, onu həm də zənginləşdirdiyi) quruluşca 
mürəkkəb olan sözlərdən ibarətdir. Maraqlıdır ki, bu qəbildən olan mürək-
kəb sözlərin  bir çoxunda ikinci tərəfdə  -ıcı, -ici şəkilçisindən istifadə olun-
muşdur. Öncə həmin sözlərdən bir neçəsini  ümumi şəkildə  diqqətə çatdırı-
rıq: əzabendirici, qaniçici, ayinəsalıcı, qeybətedici, ipdəoynayıcı, panbuqatı-

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
11 
 
cı,  tavarsatıcı,  sikkəurucı,  suyatalıcı,  gözədərmansalıcıvə  s.  Qeyd  edək 
ki,  bu  sözlərin  farsca  qarşılıqlarının  bəziləri  farsmənşəli  yox,  ərəb-

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin