vaxtında görmüş, onun həyata keçirilməsində böyük rol oynamışdır.
Vurğunun dil məsələlərinə dair apardığı mübarizə böyük və tarixi
əhəmiyyətə malik olmaqla bərabər, dilçilik elmimizin inkişafına, bədii
dilin, yazıçılıq və sənətkarlıq mədəniyyətinin yüksəlməsinə, ümumxalq
canlı danışıq dilinin və ədəbi dilin təkamülünə, tərəqqisinə əvəzsiz
xidmətlər göstərmişdir. Öz mülahizələrində daha çox təcrübəyə
əsaslanmış, odur ki, şairin nəzəri fikirləri ilə əməli işi vəhdət təşkil
etmişdir, biri digərini tamamlamış, əməli işindəki bu və ya digər
xüsusiyyətlərini isə nəzəri görüşləri təsdiq etimişdir.
S. Vurğun bir sənətkar kimi daima bədii ədəbiyyatın materialı olan
dilə doğma münasibət bəsləmiş, onu ədəbiyyatın, yazıçı sənətkarlığının
ən ümdə məsələlərindən biri saymışdır. Şair “Böyük sənət əsərləri” adlı
məqaləsində bu xüsusda yazırdı: “Ədəbi müzakirələrimizin əsas
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
134
məsələlərindən biri də dil, üslub tərzi, ifadə, qısa desək yazıçılıq
mədəniyyəti, sənətkarlıq mədəniyyəti uğrunda mübarizəmiz olmalıdır”
(6, s. 82).
Beləliklə, S.Vurğun dilçilik elminin inkişafına daima nəzarət etmiş,
öz faydalı tövsiyə və məsləhətləri ilə bu işi sürətləndirmişdir.
ƏDƏBİYYAT:
1. C. Abdullayev. S. Vurğunun poetikası. Bakı: “Gənclik”, 1976
2. X. Cabbarov. Sənətkar və söz. Bakı: “Azərnəşr”, 1976
3. M. Cəfər. Sənət yollarında. Bakı: “Gənclik”, 1975
4. M. Cəlal. Klassiklər və müasirlər. Bakı: “Azərnəşr”, 1973
5. M. Cəlal. Füzuli sənətkarlığı. Bakı: “ADU”, 1958
6. S. Vurğun. Seçilmiş əsərləri. I cild. Bakı: “Azərnəşr”, 1972
7. S. Vurğun. Seçilmiş əsərləri. II cild. Bakı: “Azərnəşr”, 1976
8. Y. Seyidov, S. Əlizadə. Klassik Azərbaycan şairləri söz
haqqında. Bakı: “Gənclik”, 1977
9. Y. Seyidov. Şairin dərdi. Bakı: “Azərbaycan”, 1996.
10. İ. Məmmədli. S.Vurğun haqqında. S. Vurğunun dili. // “Milli
Zəka” jurnalı № 4 / 4, Bakı, 2016, s. 36-44.
Исмайлова Тахмина
Проблема языка в художественной работе Самеда Вургуна
Резюме
В статье рассматриваются особенности художественного
творчества С. Вургуна, а также отношение поэта к слову, проблема
родного языка, борьба за чистоту родного языка и другие вопросы.
İsmayilova Tahmina
Language issue in Samed Vurgun's artistic work
Summary
The article examines the peculiarities of S. Vurgun's artistic
creativity, as well as the attitude of the poet to the word, the mother
tongue issue, the struggle for the purity of the mother tongue, and other
issues.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
135
Aysel Qəribli
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru
aysel-qerib@hotmail.com
Əlimərdan bəy Topçubaşovun “ana dili” anlayışı
Açar sözlər: ana dili, tatar dili, anlayış, publisistika
Ключевые слова: родной язык, татарский язык, понятие,
публицистика
Key words: mother tongue, the Tatar language, the Turkish
language, concept, publicism.
XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanda, ümumən türk
dünyasında ideoloji intibah dövrüdür: bir tərəfdən, türk xalqlarının milli
müstəqillik uğrunda mübarizəsi güclənirsə, digər tərəfdən, inteqrasiya
idealları geniş vüsət alır.
Bu, özünü “ana dili”nə, eləcə də onun necə adlandırılmasına
münasibətdə də göstərir. Ümumi mənzərə belədir ki, “Azərbaycan dili”
mənasında “türk dili (türkcə)”, “tatar dili”, “müsəlmanca”, “Azərbaycan
türkcəsi” ilə yanaşı arasıra “Azərbaycan dili” linqvonimi də işlənməyə
başlayır.
Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə,Həsən bəy Zərdabi, Əli
bəy Hüseynzadə, Məhəmməd Ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə,
Yusif Vəzir Çəmənzəminli, Nəriman Nərimanov, Məhəmməd Əmin
Rəsulzadə, Üzeyir Hacıbəyli ... kimi Azərbaycan ziyalıları Azərbaycan
dilinin inkişafında son dərəcə böyük rol oynamaqla yanaşı, “Azərbaycan
dili” anlayışının formalaşmasında da öz elmi, elmi-kütləvi mülahizələri
ilə əhəmiyyətli xidmətlər göstərmişlər. (bu barədə geniş məlumat üçün
baxın: 2, s. 58-98).
Həmin ziyalılar sırasında Azərbaycanın görkəmli siyasi xadimi,
Əlimərdan bəy Topçubaşovun da özünəməxsus yeri vardır.
Əlimərdan bəy Topçubaşov (1863-1934) XIX əsrin sonu XX əsrin
əvvəllərində Rusiya türk-müsəlmanlarının, eləcə də Azərbaycan xalqının
istiqlalı uğrunda mübarizə aparmış görkəmli ictimai xadim, müstəqil
Azərbaycan dövlətinin (1918-1920) Paris sülh Konfransında səlahiyyətli
nümayəndəsi olmuş, ömrünün sonuna qədər öz əqidəsinə sadiq qalmışdır.
Peşəkar hüquqşünas kimi həm bu sahədə, həm də rusdilli Azərbaycan
publisistikasının inkişafında tarixi xidmətləri vardır.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
136
Ə. Topçubaşov (1897-1917-ci illər) “Kaspi” qəzetinin yaradıcıla-
rından və redaktorlarından biri olmuşdur. Bu illər ərzində görkəmli si-
yasi xadimin çoxlu sayda elmi əhəmiyyətli məqalələri dərc edilmişdir.
Çoxsaylı məqalələr içərisində Ə. Topçubaşovun “ana dili” anlayışı barə-
dəki məqalələri böyük maraq kəsb edir.
Ə.Topçubaşovun “ana dili” anlayışı barədəki təsəvvürü ilk dəfə
“Bakıda tatar dilində qəzet” məqaləsində (Kaspiy, 23 yanvar 1905-ci il)
rastlaşırıq. Müəllif yazır:
“Şəhərimiz yeni mətbu orqanla zənginləşir: indiyə qədər Tiflisdə
tatar dilində nəşr olunan “Şərqi-rus” Bakıya köçür” (1,s. 90).
Və həmin “tatar dili” anlayışının hansı dili ifadə etdiyini, onun
coğrafiyasını müəyyənləşdirmək üçün təfsilatı ilə məlumat verilir:
“Bizim müsəlmanların mədəni geriliyinə baxmayaraq, əslində,
fikrimizi daha dəqiq etsək, məhz həmin gerilik səbəbindən onlardan ötrü öz
dillərində qəzet nəşrinin vacibliyi və zəruriliyi çoxdan hiss olunurdu... Qaf-
qaz müsəlmanları mədəni inkişaf baxımından özlərini xeyli qabaqlamış
xalqlarla qonşuluqda yaşayırlar. Təbii ki, müasir mərhələdə bizim müsəl-
manlar da daxili və xarici əlaqələr nəticəsində həyatın yeni axın və
təmayüllərinin səmərəli təsirinə məruz qalırlar. Bu səbəbdən müsəlmanlar,
ilk növbədə isə onların ictimai şüura malik hissəsi indiyə qədər anadilli
mətbu orqanın mövcud olmaması səbəbindən xalq kütlələrinin tərəqqisinə
ciddi maneə yarandığını başa düşməmiş deyildilər... Yerli dildə mətbuat
ərsəyə gəlməyənə qədər...” (1,s.90).
Göründüyü kimi, burada söhbət “bizim müsəlmanlar”ın, yəni “Qafqaz
müsəlmanları”nın “ana dili”ndən – “yerli dil”dən gedir ki, bu dili Ə.Topçu-
başov “tatar dili” adlandırır:
“İnanıram ki, bizim günlərdə də savadlı müsəlmanların çoxu 1875-
1877-ci illərdə “Kaspi” əməkdaşı Həsən bəy Məlikovun Bakıda nəşr
etdiyi “Əkinçi” qəzetini yaxşı xatırlayır... Zənnimcə, onlar... anadilli
mətbu nəşrin canlı, həqiqi sözlərinin müsəlman kütləsinə necə ayıldıcı,
oyadıcı təsir göstərdiyini göz önünə gətirə bilərlər. Tiflisdə bir-birinin
ardınca meydana çıxan digər tatar qəzetlərinin – “Ziya” və “Kəşkül”ün
ictimai fikrə, təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan
silinməyib” (1,s.91).
Ə.Topçubaşova həmin məqalədə “bizim müsəlmanlar” anlayışını
dar mənada – “Qafqaz müsəlmanları” mənasında işlətdiyi kimi, geniş
mənada – “Rusiya müsəlmanları” mənasında da işlədir:
“Bağçasaray şəhərində “Tərcüman” qəzetinin nəşrə başlaması isə
bizim müsəlmanların həyatını xüsusən parlaq nura bənzər işığa qərq etdi.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
137
İyirmi ildən artıq müddətdə Rusiyanın 30 milyonluq müsəlman əhalisinin
tatarca yeganə mətbu orqanı kimi qəzetin üzərinə mühüm və şərəfli rol
düşmüşdü” (1,s.92).
Burada isə “tatar dili” dedikdə müəllif ümumən “türkcə”ni nəzərdə
tutur. Və yazır:
“... Müxtəlif bölgələrdə yaşayan, vahid türk-tatar köklərinə malik
qohum xalqların maraq və mənafeyini qorumaq kimi mürəkkəb vəzifə
yalnız bir mətbu orqanın öhdəsindən gələ biləcəyi iş deyildir” (1,s. 92).
Göründüyü kimi, burada Rusiya müəlmanları “vahid türk-tatar
kökləri”nin mövcudluğu ilə yanaşı, müxtəlif “qohum xalqlar” kimi
səciyyələndirilir. Lakin türk-tatar mənşəli xalqların ümumi ədəbi dili-
qəzet dili “tatar dili” adlandırılır:
“İnanırıq ki, müsəlmanlar... tatar dilində qəzetin mövqelərini
möhkəmləndirməsinə, müsəlman cəmiyyəti qarşısındakı vəzifəsini yerinə
yetirməsinə imkan yaradacaqlar” (1,s.94).
Məlum olduğu kimi, XIX əsrə qədər türk xalqları, eləcə də
Azərbaycan türkləri özlərini “tatar” adlandırmamış, dillərinə də “tatar
dili” deməmişlər. Mirzə Kazım bəyin məşhur “Qrammatikası”nın adı ona
görə “Türk-tatar dilinin ümumi qrammatikası” idi ki, görkəmli dilçi-
şərqşünas düzgün olan “türk” ilə yanaşı, Rusiya imperiyasında rəsmi
qəbul edilmiş “tatar” etnonim-linqvonimindən də istifadə etməyə məcbur
olmuşdu. Və bu məcburiyyəti “Qrammatika”nın mətnində “türk” sözünə
xüsusi üstünlük verilməsi də göstərir (məsələn, baxın: 3,s. 185, 187, 194,
196, 199 və s.). Ümumiyyətlə, XIX əsrin ikinci yarısında belə bir
“ənənə” formalaşır ki, anadilli ədəbiyyatda, bir qayda olaraq, “türk
dili”nə, rusdilli ədəbiyyatda isə “tatar dili”nə üstünlük verilir.
Maraqlıdır ki, Ə.Topçubaşov “Şərqi-rus”u “tatar dilində qəzet”
adlandırdığı halda, həmin qəzetin baş redaktoru Məhəmməd ağa Şahtaxtlı
nəşr etdiyi qəzetin dilini “türk dili” hesab edir. Və yazır:
“Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə
yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini
Qafqazda rus dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi
heç cür uğurlu hesab etmək olmaz.
Zaqafqaziya məhəmmədilərinin danışdığı dil tatar dili deyil, türk
dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və
azərbaycanlı türkcələri” (5,s. 28).
Əlbəttə, bugünkü türkoloji baxışlar, eləcə də terminologiya
səviyyəsində bu mülahizələrlə mübahisə etmək olar, ancaq o dövr üçün,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
138
doğrudan da, kifayət qədər yeni, əsaslandırılmış qənaətlərdir ki, M. Şah-
taxtlının peşəkar dilçi təfəkküründən irəli gəlir.
Ə.Topçubaşovun “Müsəlmanlar azadlıq hərəkatında” məqaləsində
(Kaspiy, 9 oktyabr 1905-ci il) Rusiya müsəlmanlarının məruz qaldıqları
təcavüzün miqyasını (və müsəlmanların buna reaksiyasını) dəqiq
ümumiləşdirir:
“Sistemli şəkildə həyata keçirilən ruslaşdırma siyasəti nəticəsində
onlar daha çox içlərinə çəkilib, hökumətin özbaşınalığına, bütöv xalqların
ləyaqətini alçaltmasına səssiz-səmirsiz etiraz kimi müəyyən qədər birləş-
məyə və köhnə adət-ənənələrini hər vasitə ilə qorumağa çalışırlar” (1,s.95-
96).
Göründüyü kimi, burada Rusiyanın türk-müsəlmanları, yaxud müsəl-
man-türkləri süni şəkildə müxtəlif xalqlara parçalayıb hökm sürmələrindən
yox, əksinə, müxtəlif türk-müsəlman xalqlarını eyni bir xalq hesab edib
“ruslaşdırmağa”çalışmasından və bu təzyiqə məruz qalan “bütöv xalqların...
birləşməyə və köhnə adət-ənənələrini hər vasitə ilə qorumağa çalış”-
malarından söhbət gedir. Ona görə də türklərin Rusiyada müxtəlif xalq-
lara zorla bölüşdürülməsi, süni xalqlar yaradılması barədə sonralar türko-
logiyada meydana çıxmış təsəvvürlər özünü doğrultmur ki, bu, dil
məsələsinə də aiddir.
Ə.Topçubaşovun “ana dili”anlayışı mahiyyətini daha təfsilatı ilə
başa düşmən üçün onun “Azərbaycanın yolgöstərəni” məqaləsi ətraflı
məlumat verir. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin
(1875-1877) ilk nömrəsinin çıxmasının 50 illiyinə həsr olunmuş
məqalədə deyilir ki, Rusiyada bütün müsəlmanlar “cinayətkar” hesab
edilirdilər. Və “bu cinayət adı “panislamizm” və “pantürkizm” idi (1,s.
492)...
“Şərqi Zaqafqaziyanın müsəlman xalqının vəziyyəti xüsusilə
dözülməz idi. Bu torpaqların sakinləri ölkələrini əsl adı ilə “Azərbaycan”,
özlərini isə “türk-azəri”, yaxud “azərbaycanlı” adlandıra bilmirdilər. Açıq
şəkildə türk əsilli xalq olduqlarını dilə gətirmələrinə imkan verilmirdi”
(1,s. 493).
Məqalə müəllifinin fikrincə, “Əkinçi” belə bir dövrdə meydana
çıxdı. Və həmin illərdə “ölkə daxilində, habelə onun hüdudlarından
kənarda (əsasən İranda) məktəb və mədrəsələrdə təhsil alanlar üçün ərəb
və fars sözlərinin bol-bol işlənmədiyi açıq ana dilində - türk-Azərbaycan
dilində nəşr olunan qəzeti oxumaq müəyyən mənada hətta
gözlənilməz təsir bağışlayırdı” (1,s. 504).
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
139
Ə.Topçubaşov göstərir ki, “Əkinçi”nin ərəb və fars sözlərin-
dən mümkün qədər təmizlənmiş dili bir sıra “savadlı” adamları təmin
etmirdi. “Həmin adamlar “Əkinçi”nin ərəb və fars sözlərindən mümkün
qədər təmizlənmiş dili bir sıra “savadlı” adamları təmin etmirdi. “Həmin
adamlar “Əkinçi”nin naşirini məsxərəyə qoyurdular, ərəb və fars dillərini
bilmədiyindən “tərəkəmə ləhcəsində” yazdığını iddia edirdilər. Lakin
müəyyən müddət sonra həmin “tənqidçilərin” özləri, xüsusən də onların
övladları milli şüurun əsas qaynaqlarından, qida mənbələrindən biri kimi,
ana dilinin dirçəldilməsində Həsən bəyin xidmətlərinin əhəmiyyətini başa
düşüb, minnətdarlıq hissi ilə qeyd etməyə bilməzdilər” (1,s. 505).
Ə.Topçubaşov “ana dili” anlayışını həmişə “tatar dili” ilə ifadə etdiyi
halda, Əli bəy Hüseynzadəyə 16 iyul 1904-cü il tarixli məktubunda onu
“türk dili” adlandırır:
“Yeganə xahişim yalnız o ola bilərdi ki, hər gün Ələkbərlə (Ələkbər-
Əlimərdan bəyin oğludur – A.Q.) bir-iki saat türk dili ilə məşğul olasan.
İstərdim ki, ana dilini hər cəhətdən yaxşı öyrənsin” (1,s. 532).
Fikrimizcə, bu, təsadüfi deyildi. Hər şeydən əvvəl ona görə ki, Ə.
Hüseynzadə “türk dili” yerinə “tatar dili” işlənməsinin tamamilə əlehinə idi.
Və bu barədə öz mövqeyini kifayət qədər kəskin bildirmişdi:
“Tatar” istilahı mübhəm, qeyri-müəyyən, qeyri-fənni olduğuna və
ancaq avampəsəndanə və cahilanə bir surətdə istemal edilməkdə bulun-
duğuna binaən türkoloqlar (üləmayi-əhvalşünasani-ətran) fiyövmən bu
istilahın ortadan götürülməsi tərəfdarıdırlar... Bəzi əski müvərrixin və
müstəşriqin hər iki istilahı ( türk və tatar ləfzlərini) həmməna və
yekdigərinin təmamilə müradifi kimi tələqqi etmişlərdir ki, bunun
külliyyən yanlış olduğu aşkardır” (4,s. 47).
İş elə gətirmişdir ki, Ə.Topçubaşov, demək olar ki, bütün yazılarını
rusca yazmış, mühacirət həyatının başladığı 20-ci illərdə, yəni türkcə
yazmaq ehtiyacı meydana çıxanda çətinliklərlə üzləşmişdi. Bunu Parisdə
Məhəmməd Əmin Rəsulzadəyə yazdığı 4/ 14/ 15 aprel 1924-cü il tarixli
məktub da göstərir:
“... Məqalələrimin mütləq tərcümə olunmaq zərurəti məni həddən
artıq kədərləndirir. Bu qüsurumdan ( ana dilində yaza bilməmək nəzərdə
tutulur – Tərc.) özüm də əzab çəkirəm” (1,s. 560).
Göründüyü kimi, Əlimərdan bəy Topçubaşov rusdilli ənənəyə
uyğun olaraq “ana dili”ni “tatar” dili adlandırsa da, bu anlayışın nədən
ibarət olduğunu kifayət qədər dəqiq təsəvvür edir. Və “türk dili”, yaxud
“türk-Azərbaycan dili” şəklindəki variantlara müraciət də həmin
dəqiqləşdirmələrin təzahürüdür.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
140
ƏDƏBİYYAT:
1. Topçubaşov Ə. ... Xalqımızın müstəqil yaşayacağına inanırdıq, Bakı,
Azərbaycan, Tərcümə Mərkəzi, 2018, 688 səh. Tərtib, tərcümə, izah
və şərhlərin müəllifi : Vilayət Quliyev.
2. Qəribli A. “Azərbaycan dili”anlayışının tarixi, Bakı, “Elm və təhsil”,
2017, 152 səh.
3. Kazımbəy M. Türk-tatar dilinin ümumi qrammatikası, Bakı, Zərdabi
LTD MMC, 2017, 1000 səh. Tərcümə, tədqiqi və şərh İdris
Abbasovundur.
4. Hüseynzadə Ə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., 2007, 480
səh.
5. Şahtaxtlı M. Seçilmiş əsərləri, Bakı, “Çaşıoğlu” nəş., 2006, 432 səh.
Tərtib edəni: İ.Həbibbəyli
Айсел Гарибли
Понимание «родного языка» у Алимардана Тобчубашова
Резюме
В статье даются представления о понимании «родного языка»
видным общественно-политическим деятелем Алимардан беком
Тобчубашовым (1863-1934). Обосновывается мысль о том, что в
качестве названия «родного языка» он отдавал предпочтение традиц-
ионному в русском языке лингвониму «татарский язык», однако в
дальнейшем он употреблял и выражение «тюркский-азербайджанский
язык».
В целом опыт А.Тобчубашова позволяет сделать вывод о том,
что, хотя в начале XX века контуры и содержание понятия «азербайд-
жанский язык» и определились, в названиях был некоторый паралле-
лизм («тюркский язык», «татарский язык», «тюркский-азербайд-
жанский язык» и т.п.).
Aysel Garibli
ALİMARDAN BEY TOPCHUBASHOV’S CONCEPT
“MOTHER TONGUE”
SUMMARY
The article is dealt with an outstanding social-political figure
Alimardan bey Topchubashov’s concept “Mother Tongue”. It’s noted
that Topchubashov had preferred the lyngvonym “the Tatar language” as
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
141
the name of “Mother Tongue”, but later he had used the expression “the
Turkish-Azerbaijan language”.
In general, Alimardan bey Topchubashov’s experience offers all
the necessary opportunities to come to such decision that though the
limits and content of the Azerbaijan language had been defined, there
were parallelisms (“the Turkish language”, “the Tatar language”, “the
Turkish-Azerbaijan language, etc.) in naming at the beginning of the 20th
century.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
142
Fizuli Mustafayev
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru
mustafayev.fizuli8@gmail.com
Kino dilində işlənən sözlərdə samitlərin tələffüzü
Açar sözlər: tələffüz normaları, kino dili, kino ustaları, aktyor
sənətkarlığı, kinossenari, rejissorun filmi, düzgün tələffüz, orfoepiya.
Ключевые слова: нормы произношения, язык кино,
мастера кино, актерское ремесло, киносценарий, фильм режис-
сера, правильное произношение, орфоэпия.
Key words: pronunciation norms, language of cinema,
master of cinema, actor’s craft, screenplay, director’s film, correct
pronunciation, orthoepy.
“Müasir ədəbi tələffüzümüzün əsasını Azərbaycan ziyalılarının
danışığı təşkil edir. Bu ziyalılar müxtəlif rayonlardan olmalarına baxma-
yaraq, yazı dilinin təsiri altında ümumiləşmiş ədəbi dildə danışırlar.
Ədəbi tələffüz həmin ziyalıların danışığından qidalanaraq öz qaydalarını
süzgəcdən keçirir.” [1, 5]
Ona görə də kinoaktyorların mənalı, təbii, sərbəst nitqi başqa sənət
adamlarının nitqindən fərqlənir. Bu baxımdan Həsənağa Turabov, Ədil
İskəndədrov, Yaşar Nuriyev, Nəsibə Zeynalova, Leyla Bədirbəyli,
Səməndər Rzayev və başqa aktyorlarımızın nitqi örnəkdir.
Lakin aktyorların nitqində fonetik dialektizmlərə, ayrı-ayrı səslərin
bu və ya digər dialekt və şivələrdəki tələffüz variant və variasiyalarına da
rast gəlirik. Bunun da bir səbəbi Azərbaycan dilində orfoepiyaya aid
hələlik mükəmməl dərslik və dərs vəsaitinin kifayət qədər olmamasıdır.
Kazım Ziyanın “Səhnə dili” (1947), M.Şirəliyevin “Azərbaycan dili
orfoepiyasının əsasları” (1970), Ə.Dəmirçizadənin “Azərbaycan dili
orfoepiyasının əsasları” (1969) adlı kitablarında və başqa jurnal və qəzet
məqalələrində ədəbi tələffüz normalarından bəhs olunmuşdur. Lakin
bunlar bəs edən qədər deyildir.
Əvvəllər də kino dili üçün orfoepiya qaydalarının vacibliyi sənətkar
və aktyorlarımızı düşündürmüşdü. Mərhum aktyor Kazım Ziya yazırdı:
“Dilçiliyimiz imla, istilah, elmi sərfiyyat məsələləri ilə yanaşı olaraq
düzgün ədəbi tələffüz qaydalarını müəyyən etməklə də şübhəsiz, məşğul
olacaqlar. Bu yolda xeyli zəhmət çəkmək, ətraflı müşahidələr aparıb, bir
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
143
sıra məsələləri tədqiq etmək lazım gələcəkdir. Bu məsələlərin elmi
əsaslar üzrə həlli, heç şübhə yoxdur ki, şifahi ədəbi dilimizin
təkmilləşməsinə böyük yardım göstərir.” [2-8]
Bəzən kinoaktyorlar məşq zamanı mətni oxuyarkən sözləri
yazıldığı kimi tələffüz edirlər ki, beləliklə də onların tələffüz orqanları
gərginləşərək nitqi ağırlaşdırır.
Aktyorların nitqindən məlum olur ki, bu və ya digər vəziyyətdə
bəzi samit səslər tonun və küyün kəmiyyətinə görə fərqlənir. Ona görə də
biz Azərbaycan kinosunun tələffüzündə daha çox dəyişikliyə uğrayan
samitlər haqqında danışmağı lazım bildik.
B (b) samiti cümlənin tərkibində sonu “b” ilə bitən sözdən sonra
“b” ilə başlayan söz gələrsə, əvvəlinci “b” səsi (p) kimi tələffüz olunur.
“Həmişə məni biyabır eyləyirsən, mənə gülü(l)lər. Mən sözümü
Dostları ilə paylaş: |