Azərbaycan Respublikası Elm və Təhsil Naziri-Cənab Emin Əmrullayevə , Şəki-Zaqatala
Regional Təhsil
İdarəsi üzrə , Şəki rayon Əlyar kənd ümumi orta məktəbinin direktoru Vəliyev Samir tərəfindən
MÜRACİƏT
Əziz və Hörmətli , Cənab Nazir. Məlum olduğu kimi şagirdlərimizin vətənpərvər ruhda
böyüdülməsi müstəqil ölkəmizin prioritet istiqmətlərindəndir.Şagirdlərin vətənpərvərlik ruhunda
böyüməsi işinin mühüm istiqamətlərindən birini heç şübhəsiz təhsil müəssisələrində aparılan
təlim-tərbiyə işi təşkil edir. Vətənpərvər hisslərə malik gənclər yetişdirmək cəmiyyətin bütün
sahələrində təbliğ edilməli və qarşıda duran bir vəzifə kimi qiymətləndirilməlidir.Bu amal müstəqil
ölkəmizin daha da inkişaf etməsi , vətənpərvər şagirdlərə , vətəndaşlara malik olmasında
mühüm
amildir. Bu proses Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Şəki rayon, Əlyar kənd ümumi orta
məktəbində daima diqqət mərkəzində saxlanmışdır.Heç də təsadüfü deyildir ki indiyə qədər
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında Şəki rayon , Əlyar kəndinin
aşağıda adları sadalanan 6 məzunu şəhid olmuşdur:
1.Vəliyev Elxan Zaməddin oğlu-I
Qarabağ müharibəsi şəhidi
2.Allahverdiyev Cövdət Qurban oğlıu- I Qarabağ müharibəsi şəhidi
3.Tağıyev Rahim Qara oğlu-Aprel müharibəsi şəhidi
4.Əhmədov Qalib Rəşid oğlu-II Qarabağ müharibəsi şəhidi
5.Ələsgərzadə Sənan Muxtar oğlu- II Qarabağ müharibəsi şəhidi
6.Səlimli Bakıxan Alim oğlu- II Qarabağ müharibəsi şəhidi
II Qarabağ müharibəsi şəhidləri olan Əhmədov Qalib Rəşid oğlunun, Ələsgərzadə Sənan Muxtar
oğlunun, Səlimli Bakıxan Alim oğlunun şəxsən müəllimi olmuşam və onların vətənpərvər ruhda
tərbiyə olunmasında böyük əməyim olubdur.
Məlumdur ki, müharibə qanunlarına görə döyüşün taleyinin həll olunmasımnda ən mühüm
amillərdən biri havada üstünlüyə malik olmaqdır.Bu sahədə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin xüsusi qoşun növü olan Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin xidmətləri
böyükdür. İndiyə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında Azərbaycan
Respublikası Hərbi Hava Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları şəhid olmuşdur:
1.Qurbanov
Vaqif-Baş leytenenat
2.Gözəlov Xalid- Baş leytenenat
3.İsmayılov Əbubəkr- Baş leytenenat
4.Musazadə Təbriz-mayor
5.Vəlizadə Ürfan- mayor
6.İsmayılov Bəkir-mayor
7.Nudirəliyev Zaur-polkovnik
8.Nağıyev Fərid- Baş leytenenat
9.Atakişiyev Rəşad-Polkovnik leytenant
10.Cəlilov Feyruz- Baş leytenenat
11.Qasımov
Ramiz- Polkovnik leytenant
12.Cavadov Füzuli- polkovnik
13.Nəzirov Emil- Polkovnik leytenant
14.Həsəniov Elmir- mayor
15.Əhmədov Elburus-mayor
16.Mayılov Emil-mayor
17.Məmmədov Murad-mayor
18.Əliyev Emil-mayor
19.Əhmədxanov Ceyhun-kapitan
20.Bayramlı
Cavid- kapitan
21.Əliyev Xəyyam- kapitan
22.Qaraisayev Teymur- kapitan
23.Süleymanov Abdulla-leytenant
24.Nağıyev Fərid- Baş leytenant
25.Qasımov Abbas-mayor
Azərbaycan Respubliksının ərazi bütövlüyünün qorunmasında şəhid olan bütün hərbi qulluqçuların
o cümlədən şəhid pilotlarımızın müqəddəs ruhları daima qəlbimizdə yaşayacaqdır.
Əziz və Hörmərli ,Cənab Nazir.Məlum olduğu kimi hər il Azərbaycan Respublikasında 14 fevral-
Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. Şəki rayon Əlyar kənd ümumi orta
məktəbinin kollektivi olaraq 14 fevral-Hərbi pilotlarımızın həyatında xüsusi əhəmiyyətə malik bu tarixi
günü onlarla birgə qeyd etmək bizim üçün cox qürurverici olardı. Bu məqsədlə 14
fevral tarixində
Şəki rayonu Əlyar kəndinin səmasında Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin arsenalında
yer alan döyüş təyyarələrinin aviaşousunu izləmək hamımızın həyatında silinməz bir iz buraxar.Bu
ideyanın həyata keçirilməsi Təhsil və Müdafiə strukturlarının sıx əməkdaşlığını ,Azərbaycan müəlliminin,
Azərbaycan şagirdinin daima ordusunun, əsgərinin, hərbi pilotunun yanında olduğunu bir daha sübut
edər. Digər mühüm amil budur ki, bu ideyanın həyata keçirilməsi gələcək hərbi pilotlarımızın
yetişməsində , bu sahəyə şagirdlərimizin sevgisinin yaranmasımnda böyük əhəmiyyətə malikdir.
Ümumiyyətlə bu cür aviaşouların təşkili dünya praktikasında çox müsbət nəticələri ilə müşahidə
olunmuşdur. II Qarabağ müharibəsində qələbənin qazanılmasında mühüm rolu olan " Bayraktar TB-2"
pilotsuz uçuş aparatının kontruktoru, "Baykar Makina" şirkətinin texniki direktoru Səlcuq Özdəmir
oğlu Bayraktarın dediyi kimi döyüş təyyarələrinin aviaşoularının keçirilməsi gələcəyin hərbi
pilotlarının yetişməyində böyük rola malikdir. Bu bir faktdır ki qardaş Türkiyə Respublikasında bir
türk məktəblisinin Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinə yazdığı məktub komandanlıq
tərəfindən maraqla qarşılanmış və operativ olaraq Konya ərazisindən " Solotürk-F-16 " aviasiya
qrupu havaya qaldırılmış və şagirdin xahişi yerinə yetirilmişdir. Və
bu gün Türkiyə Hərbi Hava
Qüvvələri dünya miqyasında ən yüksək nailiyyətlərə malik qüvvələrdən biridir və vaxtilə Türkiyə
Hərbi Hava Qüvvələrinə məktub yazan şagird bu gün Türkiyə Respublikası Hərbi Hava Qüvvələrində
rəhbər vəzifədə çalışır.
(
https://youtu.be/_8wQw_WwMBY
)
Mən belə düşünürəm ki döyüş təyyarələrinin havaya qaldırılması asan bir proses deyil və bu
prosesdə bütün detallar hərbi aviasiaya mütəxəssisləri tərəfindən analiz edilir və proses dövlət
səviyyəsində həll olunur. Lakin görünür aviaşouların təşkili - bu günün şagirdlərindən gələcəyin
hərbi pilotlarının seçilməsində, hərbi aviasiyaya böyük sevginin yaranmasında güclü vasitəyə malik
olduğuna görə Türkiyə Respublikası Hərbi Hava Qüvvələri kimi professional birlik tərəfindən bu
amillər
yüksək qiymətləndirilmiş, hətta rəhbər komandanlıq səviyyəsində "
Solotürk-F-16 " aviasiya
qrupunun səmaya qaldırılmasına icazə verilmişdir.
14 fevral- Hərbi pilotlarımızın həyatında xüsusi əhəmiyyətə malik bu tarixi gündə Şəki rayon Əlyar
kəndinin səmasında döyüş təyyarələrimizin aviaşousunun reallaşması gələcəyin hərbi pilotlarının:
gələcəyin Zaur Nudirəliyevlərinin, Rəşad Atakişiyevlərinin, Ramiz Qasımovlarının, Vaqif
Qurbanovlarının, Nəzirov Emillərin, Musazadə Təbrizlərin, Vəlizadə Ürfanların , Məmmədov
Muradların və s yetişməsində böyük stimul ola bilər.Çünki bu kənd Şəhidlər kəndidir.