Ən mühüm ünsiyyət vasitəsi



Yüklə 31,95 Kb.
tarix16.02.2020
ölçüsü31,95 Kb.
#30461
Sifahi nitq-Melumatlar

Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə.

Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir.

Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir.

Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır. Obrazlılıq nitqin bütün təzahür növlərində özünü göztərir. Bədii nitq isə yalnız bədii ədəbiyyata xas xüsusiyyətdir. Nitqin bədiiliyi estetik kateqoriyadır. Nitqin bədiiliyini təyin etmək üçün vahid meyar yoxdur.



Yazılı və şifahi nitq

Nitqin iki forması var:bunlardan birincisi həm funksional,həm də tarixilik baxımından ilkin,qədim və əsas olan şifahi nitq,ikincisi törəmə,yardımçı olan yazılı nitq.

Nitq mədəniyyətindən söhbət gedəndə,adətən,onun (nitqin) şifahi forması nəzərdə tutulur,yazılı nitq bu anlayışa daxil edilmir.Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması,dil vahidlərinin məqsədəuyğun,dəqiq,ahəngdar,aydın məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı.Nitq mədəniyyəti problemi bunlarla yanaşı,əyani,konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcə bağlıdır.Dil sisteminin həm şifahi,həm də yazılı formalarında ədəbi dil normalarının gözlənilməsi dilin hərtərəfli inkşafı,onun sosial funksiyasının genişlənməsi baxımından başlıca şərtdir.Nitq mədəniyyətindən,ədəbi dilin normaları əsasında fəaliyyət göstərən nümunəvi nitqdən,onun düzgünlüyü,aydınlığı,saflığı,səlisliyi və s.söhbət gedirsə,o zaman yazılı nitqin orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək də normativlik sayılmalıdır.Nitq inkşafı üzrə aparılan təlim işlərində onun yazılı və şifahi formaları vəhdət şəklində götürülməlidir."...ancaq şifahi nitqə diqqət yetirib,yazılı nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirmək deməkdir.

DİL VƏ NİTQ

Okt 2, 2011 

 

Cahid İsmayıloğlu 



 

1 Comment

                                                                NİTQ MƏDƏNİYYƏTİ ANLAYIŞI             

                Hər kəsin cəmiyyətdə, insanlar arasında, yığıncaqlarda, müxtəlif məclislərdə, ailədə müəyyən ölçülərə sığan, ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti də olmalıdır. Bilindiyi kimi, dilin bütün sahələrində – fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda daxili qanunlar əsasında müəyyənləşmiş normalar var. İnsanların həmin normalara yiyələnməsi və gündəlik ünsiyyətində ona əməl etməsi nitq mədəniyyətidir. Əlbəttə, fonetik tələffüz, leksik, qrammatik normalara bələd olmaq vacibdir. Ancaq əsl nitq mədəniyyəti üçün bu, kifayət deyil. “Gözlədiyimiz yoldaşlar gəlməmişdirlər” cümləsində bütün fonetik, qrammatik tələblərə əməl olunmuşdur. Ancaq bu, süni deyilişdir. “Gözdədiyimiz yoldaşdar gəliblər” deyilişində akademik norma pozulur, lakin təbii danışıq forması gözlədiyi üçün bu variant nitq mədəniyyəti baxımından daha məqbul sayılır.

                Məsələnin başqa tərəfi də var. Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil. Nitqin məzmunu gözəl olmalı, danışıq aydın və dinləyənin, ya dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır; Birisi geniş çıxışında məzmuna uyğun olaraq intonasiyasını yerli – yerində dəyişməklə dinləyicilərin diqqətini cəlb edir, onları yorulmağa qoymur – bu, nitqin gözəlliyidir.

                Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik və şairlik, rəssamlıq, bəstəkarlıq, müğənnilik kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ancaq hər kəs nitqini tərbiyə etməyə, normaları öyrənməyə çalışmalıdır. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. Təsadüfi deyil ki, bir sıra Avropa xalqlarında “ədəbi dil” adlandırdığımız anlayışa “mədəni dil”, “mədəniyyət dili” deyirlər. Yəni nitqin mədəniliyi dilin – danışığın gözəlliyi bütövlükdə millətin mədəniyyətinin tərkib hissəsidir.

                “Mədəniyyət” sözü ərəbcə şəhər mənası verən mədinə sözündəndir. Deməli, vaxtilə şəhər və kənd arasında mədəniyyət baxımından uçurum olmuşdur. İndi ölkəmizdə maarifin – təhsilin, elmin, mədəniyyətin inkişafı, radio – televiziyanın ən ucqar kəndlərin və məişətinə daxil olması ilə bağlı dilimiz kütləviləşmiş, şəhərlə yanaşı, bütün kəndlərimizi də əhatə etmişdir. Bu gün nitq mədəniyyətinə yiyələnmək hamının, hər kəsin işidir.

 

NİTQ MƏDƏNİYYƏTİ MİLLİ MƏDƏNİYYƏTİN



TƏRKİB HSSƏSİDİR

Hansı millət olursa – olsun, onun mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir (burada həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur). Gözəl nitq üçün, birinci növbədə, aşağıdakılar tələb olunur:



  • dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi;

  • həmin dildən istifadə edənlərin hazırlığı, yəni dilin səlisliyindən, ifadə

imkanlarının genişliyindən düzgün faydalanmaq vərdişlərinin olması.

                Azərbaycan dili həm fonetik, həm keksik, həm də qrammatikquruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir. Bu dil hansı fikri ifadə imkanlarına görə də, musiqililiyi ilə də diqqəti cəlb edir.

                İtaliyada musiqi təhsili aldığı üçün italyan dilinin imkanlarına yaxşı bələd olan böyük müğənnimiz Bülbül Azərbaycan dilini dünyanın bu ən musiqili dili ilə müqayisə edir. İtalyancada 6, azərbaycanda 9 saitin olmasını nəzərə alaraq o, Azərbaycan dilini daha musiqili olduğunu söyləyir. – Dilin musiqililiyində saitlərin böyük rol oynadığı məlumdur. Musiqinin mədəniyyət tarixi üçün nə demək olduğunu bilən hər kəs Azərbaycan dilinin Azərbaycan mədəniyyətinin inkişafındakı rolunu aydın təsəvvür edə bilər.

                Azərbaycan dilində çox qədim dövrlərin şifahi, eləcədə də yazılı ədəbiyyatı yaranmışdır. Bu dildə “Dədə Qorqud kitabı” kimi dünya mədəniyyətinin nadir incisi yaranıb. Böyük türk alimi Fuad Köprülü deyir ki, bütün türk ədəbiyyatını (yəni bütün türk xalqlarının ədəbiyyatını) tərəzinin bir gözünə, təkcə “Dədə Qorqud kitabı”nı o biri gözünə qoysan, Dədə Qorqud gözü ağır gələr. Bu dildə Nəsimi, Füzuli, M. F. Axundov, M.Ə. Sabir,      C. Məmmədquluzadə, Ü. Hacıbəyli və başqa dahi sənətkarlarımızın söz inciləri yaranıb. Həmin ədəbiyyat xalqımızın zəngin nitq mədəniyyətindən xəbər verir. Hər bir azərbaycanlı bu mədəniyyəti dərindən mənimsəməyə, ana dilindən lazımi səviyyədə istifadə etməyə (gözəl danışmağa) borcludur. Öz dilini yaxşı bilməyən adamı yüksək mədəniyyətli adam hesab etmək olmaz, öz dilini yaxşı bilməyən millət isə tədricən mədəni millətlər arasında əriyib gedər.

                Xalq ümumən milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısıdır. Böyük söz ustaları həmişə xalqın dilinə əsaslanmış və onun inkişafı, yayılması yolunda çalışmışlar.

NİTQİN NÖVLƏRİ

Şifahi və yazılı nitq: Nitqin şifahi və yazılı növləri arasında əlaqə və bağlılıq

var. Şifahi və yazılı formalaşmasında fizioloji amillərlə yanaşı, görmə, eşitmə kimi hiss üzvləri iştirak edir.

                Şifahi nitqin əsas xüsusiyyətləri  aşağıdakılardır:



  1. Şifahi nitq danışılır və eşidilir.

  2. Şifahi nitq leksikasında hamıya aydın ümumişlək sözlərə daha çox yer verilir.

  3. Şifahi nitqdə cümlələr, əsasən qısa və sadə olur.

  4. Şifahi nitqdə danışıq dilin xüsusiyyətləri mühafizə olunur.

  5. Şifahi nitqdə intonasiya fasilə vurğu və s. vasitələrdən istifadə olunur.

  6. Mimika, jest və başqa hərəkətlər özünü göstərir.

  7. Şifahi nitqin axını sürətli olur.

Adi halda insan 1 dəq – də 80 – 100 söz tələffüz edir. Lakin bəziləri isə 1

dəq- də 120 – dən artıq söz tələffüz edir.

                Yazılı nitqin xüsusiyyətləri.


  1. Bu nitq yazılıdır və oxunur.

  2. Yazılı nitqdə elmi, texniki, siyasi və başqa terminlər çox işlədilir.

  3. Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir.

  4. Yazılı nitqdə intonasiya fasilə vurğu və s. şifahi nitq ünsürlərini əks

etdirən durğu işarələrindən istifadə edilir.

  1. Yazılı nitqdə mimika və jest əsas rol oynamır.

  2. Yazılı nitq hər hansı məlumatın fikirlərin nəsildən – nəslə keçməsində

əsas rol oynayır.

                Monoloji nitq.

                Monoloq danışanın öz – özünə müraciətlə söylədiyi nitqdir. Monoloji nitq hər hansı bir müəyyən bir ideya, fikir, məsələn, məlum informasiya, xatirə və s. bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərməlidir. Bu nitqdə fasilə sürət, ahəng, ton xüsusi rol oynayır. Buraya mühazirə, məruzə, məlumat, çıxış, məktib, məqalə və s. daxildir. Monoloji nitq müxtəlif məqsədli və məzmunludur: öyrətmə, inandırma, məlumat vermə, müxtəlif təbiət və cəmiyyət hadisələri haqqında daxili fikir, hiss və həyacanları yerinə yetirmə məzmunluluq və s. monoloq daha mürəkkəb formadır. Hər adam monoloji nitqə qabil deyil. Adamların çoxu rabitəli danışa bilmir. Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti tələb edir. Monoloji nitqin aşağıdakı növləri var:


  1. Nəqletmə monoloqu.

  2. Təsviri monoloq.

  3. Məlumatverici.







  4. İnandırma.

  5. Təbliği monoloq.

Dioloji nitqin xüsusiyyətləri.

2 və daha çox şəxs arasında gedən qarşılıqlı söhbətdir. Dialoq replikalardan

təşkil olunur. Dioloji nitqin 5 forması var.




  1. Söhbət və danışıq.

  2. Sual – cavab.

  3. Müsahibə.

  4. Müzakirə

Dialoq mikrodialoq (bir neçə nəfərin qısa mükaliməsindən ibarətdir),

Makrodialoq (bütövlükdə bədii əsərlərin quruluşunu əhatə edir).

                Zahiri və daxili nitq.

 

DİL MƏDƏNİYYƏTİ VƏ NİTQ MƏDƏNİYYƏTİ

                Dil və nitq mədəniyyəti ümumxalq səciyyəlidir. Hər ikisi xalq mədəniyyətinin tərkib hissəsidir. Ondan qidalanır, mayalanır. Nitq dilin dinamik hissəsidir. Dilin hazır modellərindən məqsədəuyğun istifadə danışanın və ya da yazanın dünyagörüşündən, onun savad dərəcəsindən, dilə şüurlu münasibətindən, əhalinin mədəniyyət səviyyəsinin yüksəlməsindən, fəallığın artmasından asılıdır.

                “Dil” və “nitq mədəniyyəti” məfhumları eyni obyektli müxtəlif planlıdır. Hər iki anlayışlar bir – biri ilə əlaqədardır. Bir – birini tamamlayır. Hər ikisi birbaşa insanların münasibəti davranışı və nitqi ilə bağlıdır.

                Dil mədəniyyəti anlayışı genişdir. Dilimizdə dil mədəniyyəti ilə yanaşı, mədəni dil termini də işlədilir. Dil mədəniyyəti dedikdə hər bir xalqın öz dilində öz fikrini bütün incəliyi ilə ifadə edə bilməsi başa düşülür. Hər bir mədəniyyət dili üçün onun ahəngdar fonemlər sistemi, geniş lüğət tərkibi sabit qrammatik quruluşu, mükəmməl və dəyişməz yazı sistemi olmalıdır.

                Dil mədəniyyəti anlayışı ümumidir. Burada şifahi və yazılı nitqlər birgə götütülür. Nitq mədəniyyəti əsasən yazılı, şifahi nitqlə bağlıdır.

                Dil mədəniyyəti nəzakətli ünsiyyət, xoş rəftar mehribançılıq, qarşılıqlı anlama ilə bağlıdır. Dilin inkişaf tarixində onun bir dövrünün nailiyyəti, o bir dövrdəkindən fərqlənir. Hər hansı bir dilin inkişafı həmin dil üçün böyük mədəniyyət  əhəmiyyət kəsb edir. Dil mədəniyyəti tarixi səciyyə daşıyır. Bu ayrı – ayrı dövrlərdə müxtəlif keyfiyyət özünü göstərir. Bu mənada dil mədəniyyəti keçmişin canlı şahidi, müasir mədəniyyətin fəal iştirakçısıdır.

                Nitq mədəniyyəti dilin funksional və struktur inkişafının ən yüksək mərhələsidir. Nitq mədəniyyəti geniş mənada fikir, düşüncə mədəniyyətidir.

                Öz düşüncəsini düzgün yazmaqla və danışmaqla ifadə edərək kamil nitqə malik olmaq mədəni nitqin əsas əlamətidir.

                Nitq mədəniyyəti dilin normalarının və kateqoriyalarının tələbələrinə ciddi əmək edilməsidir. Yüksək nitq mədəniyyəti təfəkkür mədəniyyəti ilə sıx bağlıdır.

 

DİL VƏ NİTQ

                Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi yaddaşıdır. O cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən  mühüm şərtdir. XV – XVI əsrlərdə yaşamış alim, mütəfəkkir və yazıçı Makiavellinin sözləri ilə desək, dil insana öz fikrini bildirmək üçün verilmişdir. Həqiqətən dil sehrli bir aləmdir. Dili yaradan yaşadan dəyişdirən, inkişaf etdirən xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Dil olmasaydı şifahi və yazılı ədəb xəzinəsi olmazdı. Dil olmasaydı Homer Esxil, Nizami, Şekspir, Puşkin olmazdı, onların sehrli söz sərvəti olmazdı. Dil millətin ən mühüm nailiyyəti göstəricisi kimi onu daşıyan hər bir şəxsdən ona qarşı qayğılı və diqqətli olmağı tələb edir. Dil insanı hər yerdə və həmişə müşahidə edir, onun işində, düşüncəsində, həyəcanlananda, sevinən də və s. Məhz bu mənada dil təbiətinə görə bəşəri, xidmətinə görə millidir. Əmək prosesi birgə yaşayan insanları bir – biri ilə ünsiyyət yaratmaq, fikirlərini bir – birinə çatdırmaq, bir – birindən kömək almaq ehtiyacı oyatmışdır. Belə ünsiyyət ehtiyacı nitq fəaliyyəti təkan vermiş, nitq fəaliyyəti nitqi, nitq isə nitq vahidlərini sabitləşdirmişdir, onun qaydaları dilin lüğət tərkibi, dilin qanunları yaranmışdır. Dil şüuru, biliyi, təfəkkürü əks etdirir. Dil və nitq bir – biri ilə əlaqədardır və bir – birinə təsir göstərir. Dil ünsiyyətin işarələr mexanizmidir. Dil dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. Dil fəaliyyət prosesində həyata tətbiq edilirsə cansızlaşır, ölü vəziyyətinə düşür.   Ü. Hacıbəyov: bir millətin varlığının isbati – vücud etməsinə səbəb onun dilidir. Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Nitq fikirlə yanaşı, insanın iradəsini və estetik vəziyyətini də bildirir. Bir fikir müxtəlif formalarda ifadə edilə bilər. Nitqdə işlənən sözlər dəyişir, bir qismi köhnəlir, digəri yeniləşir.

                Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki, dil varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa, nitq prosesi təzahür edə bilməz. Nitq dilin dinamik hissəsidir. Danışıq şəxs dilin daxili qanunları əsasında yaranan bu və ya digər formadan məqsədəuyğun şəkildə istifadə edilir.

                Dil və nitqin fərqləri aşağıdakılardır:



  1. Dil həcmcə nitqdən genişdir.

  2. Dil ümumxalq nitq fərdi səciyyə daşıyır.

  3. Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.

  4. Nitq fikrin ifadəçisidir, təfəkkürün formasıdır.

  5. Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır. Nitqin əsas cəhəti

məzmunluluq, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir.

  1. Dil nitqin silahıdır, məhsuludur, nitq dilin hər dəfə ünsiyyət vasitəsi kimi işlədilməsidir.

  2. Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir.

 

NİTQİN MİLLİ SƏCİYYƏLİLİYİ

                Nitq milli səciyyəlidir, millətin ayrılmaz əlamətidir. Dil ümumiliyi psixoloji xarakterlə, maddi yaşayış tərzi və mədəniyyətlə müəyyən edilir. Buna görə də milli nirma bütün bu hadisələrlə əlaqədar təsvir olunmalıdır. Normanın səciyyəsi daxili və xarici tutuşdirma yolu ilə müəyyələşdirilir. Üslubi təsvirə uyğun olaraq normanın səciyyəsini 2 yerə ayırmaq olar:



  1. Milli normanın xarici təsviri.

  2. Milli normanın daxili təsviri.

Birində Azərbaycan dilinin norması başqa dillərin normaları ilə müqayisə

edilir. Müqayisə normanın daxili təsvirində danışanın sosial vəziyyətinə işarə edən sosial məlumat verən münasibət və emosional informasiya nəzərdə tutulur. Dildə milli dərq ən ayıq – sayıq müşahidəçilərdə və mənəvi xarakteri isə yazıçılarda öz əksini tapır.

                Dil millətin təbiətinin açarıdır.

                Azərbaycan dili və nitqində güclü və poetik Azərbaycan xalqı ifadə olunur. Həqiqətən dilimiz musiqili və poetikdir. Lomonosovun müxtəlif dillərin xarakterinə uyğun müəyyənləşdirdiyi müraciət formalarının sintezinin düşmən, dost və qadınla danışıq dilidir, ona görə də Azərbaycan nitqi daha milli səciyyəlidir.

                Milli xüsusiyyət insan və təbiətin xarakter təsvirində daha aydın meydana çıxır: portret və mənzərədə, rəssamlıq və ədəbiyyatda. Avropalılar gözəl portretdə üzə, gözə, ələ daha çox diqqət yetirirdi. Lakin vəziyyət çox yeknəsəkdir. Yapon portretlərində əksinə demək olar ki, üz fərqləndirilmir, amma daramaya personajların sosial vəziyyətin səciyyələndirməyə kömək edən mənəviyyatdır. Vəziyyətini verən pozaya bütün dillərini yönəltməyə çalışırlar.

                Aəzrbaycan dili elə incə gözəl dildir ki, onu nə türk dilləri ilə, nə də avropa dilləri ilə müqayisə etmək olar. Çünki, o islam dininin əzəmətini, fransız dilinin oynaqlığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, yunan və latın dilinin zənginliyini və yığcamlığının, ərəb dilinin elmiliyini, fars dilinin şeriyyətini özündə birləşdirən musiqili dildir. Başqa sözlə desək, Azərbaycan dili qeyd edilən dillərin hər birinə xas olan xüsusiyyətləri özündə yaşadır.

 

ÜNSİYYƏT MƏDƏNİYYƏTİ

                Nitq etiketi və ünsiyyəti mədəniyyəti bir – biri ilə sıx əlaqədədir. Bunlar bir – birindən ayrılmaz və bir – birini tamamlayan anlayışlar ünsiyyət prosesində şəxsin özünü az formada təqdim edə və ya tanıtdıra bilər:



  1. Öz hərəkəti, rəftarı təbiəti ilə

  2. Şəxsiyyətin elmi və mədəni səviyyəsilə

  3. Kimlə və necə, kimə nədən danışmağıyla.

Ünsiyyət mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəsidir. Danışıq

etikasının aşağıdakı növləri var:



  1. Müraciət qaydaları

  2. Şad və qəmli xəbərləri çatdırma qaydaları

  3. Dinləmə qaydaları

  4. Söhbətə qoşulma qaydaları

  5. Verilən suallara mədəni cavab qaydaları.

  6. Mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları

Azərbaycan dilinin izahat lüğətində ünsiyyət sözünün aşağıdakı mənaları  var:

  1. Qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət mənasında. Hələ bir – birini

tanımayan adamlar heç xəbərləri olmadan bir – birinə yaxınlaşır, onların arasında ülfət və ünsiyyət daha da möhkəmlənməsi nəzərdə tutulur.

  1. Əlaqə, rabitə, qarşılıqlı münasibət mənasında. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir.

  2. Xoş münasibət yaxşılıq, mehribalıq mənasında.

Əsl ünsiyyət insanın müraciəti ilə başlanır. Salam vermək, kef – əhval tutmaq müraciətin ilkin şərtidir. Hər bir azərbaycanlı, xüsusən  ziyalılar, kimə, harada və necə müraciət etməyi bilməlidir. Ailədə xoş

ünsiyyət mehribanlı, işdə kollektiv arasında səmimi münasibət, qayğı, hörmət yaradır.

                N Tusinin danışıq etikası haqqında XII əsrdə dediyi sözlər bu gün üçün də əhəmiyyətlidir. O, demişdir: Az danışmğı, susmğı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətməli, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətmədən utandırmalı, gözəl, zərfi, xoş kəlamlardan  istifadə etdikdə isə tərifləməli, belə danışığa adət etməyə hüsnrəğbət  oyatmalıdır. Özünə, müəllimə, özündən yaşca böyük olanlara hörmət və xidmət etməyi bilməlidir.

                Çox danışmamalı, başqasının sözünü, yarımçıq kəsməməlidir. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə də yavaşdan, müa, nə bərkdən, nə də yavaşdan, mülayim  səslə özünü göstərməlidir. Nalayiq sözlər işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deəyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməlidir. Dilinə söyüşə öyrətməməlidir. Hər məclisdə münasib danışmağı bacarmalıdır. Danışıq əl – qolunu işə salmamalı, qaş = gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzarəli və gözəl bir tərzdə göstərmək olar. Qeybət, böhtan, iftira, yalançılıqdan çəkinməlidir. Ümumiyyətlə, az danışmalı, çox eşitməlidir. Bir filosofdan soruşurlar: Nə üçün az danışır çox qulaq asırsan. Dedi: Çünki, mənə iki qulaq veriblər, bir dil. Yəni iki eşit, bir de.

 

DANIŞIQ ETİKASI VƏ MÜRACİƏT FORMASI

                Müraciət formalarının tarixi qədimdir. Qədim insanlar öz emosiya istək və arzularını başqalarına çatdırmaq üçün müraciət formalarından istifadə etmişlər. Müəyyən təhlükə qarşısında qalan, təbiət qüvvələri ilə üzləşən qədim insanlar kömək məqsədilə başqalarını haraylamışlar. İndi dilimizdə ə, əyə, ayə və s. kimi vahidlər qədim müraciət formalarının qalığıdır.

                Danışıq etikasını və müraciət formalarını xalqımızın milli ənənəsinə, təfəkkür tərzinə, etik görüşlərinə, şifahi və yazılı ədəbiyyata nəzəri qaydalara Xəqani, Nizami, Ə. Haqverdiyev, S. Vurğun kimi söz sərraflarının əsərlərinə, N. Tusinin “Əxlaqi – Nasir”nə, A. Bakıxanovun “Nəsihətnaməsinə” öyrənmək olar.

                Mədəni ünsiyyətin sual – cavab formalı dialoqu əsl müraciət nümunəsidir. Dialoqda əxlaq normaları və ədəb qaydaları gözlənilməli, verilən suallara ya hə, ya da yox, bəli, xeyr sğzləri ilə cavab vermək olar və mədəni təsir bağışlar.

                Müraciət formaları müxtəlifdir. Yaş qohumluq, şəxsi münasibətlər əsasən gözlənilməlidir. Etik normaları gözlənilməyəndə insanlar  arasında münasibələtr  korlanır.

                Müraciətdə yaş və vəzifə və münasibət əsas yer tutur. Həmyaşıdlar müraciət edənə bir – birinə öz adlarının, qısa, əzizləmə, qohumluq bildirən sözlərlə müraciət edirlər. Əli – Əliş, bacı, qardaş və s.  Yaşca və vəzifəcə vəziyyətdən asılı olaraq rəsmi və qeyri – rəsmi məqamlarda adla, familiya ilə müraciət olunur.

                Əksinə müraciət edən , müraciət olunandan yaşca və vəzifəcə kiçikdirsə, “siz” deyə müraciət “fam iliya” rəsmi müraciət formasıdır. Böyüklərə kiçiklərə bala, oğul, qızı və s. deyir belə sözlərqəlbi ovundurur, mehribanlıq yaradır. Tarixən azərbaycanlılar arasında rəsmi müraciət olmamışdır. Rus imperiyası dövründə işlənən yoldaş sözü əsl azərbaycan sözü olsa da indi lazımsı söz kimi kənarda qalmışdır.

                Müəllim sözü 60 – 80 rəsmi və qeyri – rəsmi müraciət forması kimi istifadə edilir.

                1995 – ci ilin ortalarında sənədlərdə cənab və cənablar sözü işlənməkdədir.

 

NİTQİN MƏDƏNİ VƏ QEYRİ – MƏDƏNİ FORMALARI

                Səlis, qydın, zəngin ifadəli nitqdə ədəbi dilin normalarını və xüsusən  də üslubiyyatı üslub qaydalarını vil vahidlərindən məqsədəuyğun istifadə etmə yollarını bilmək əsas şərtdir. Hər bir azərbaycanlı nitq mədəniyyətinə həssasla yiyələnmək üçün qayda və qanunlarını, onun fonetik leksik semantik, orfoqrafik və orfoepik, morfoloji və sintaktik üslubi və fonetik normalarını yaxşı mənimsəməli və onları nitqdə düzgün etməyi bacarmalıdır.

                Ədəbi dilin mənimsənilməsi 2 mərhələlidir. Nitqin düzgünlüyü ədəbi dilin mənimsənilməsinin  ilkin mərhələsidir. Söhbət ədəbi nitqə və onun normalarına yiyələnməkdən gedir. Mədəni nitq sözün həqiqi mənasında ədəbi dilə yiyələnməyin yüksək mərhələsidir. Savadlanma hər kəsin öz ana dilinə yaxşı bələd olması yazılı və şifahi ədəbi dilin normalarına düzgün riayət etməsi, ona yiyələnmə bacarığı  başa düşülür. Nitqi  mədəni və qeyri – mədəni forması var.  Mədəni nitqin özü də 2 formalıdır. Orta, yüksək.

                Yüksək mədəni fikrin dil vasitələri ilə düzgün, dəqiq və ifadəli olması imkanıdır. Orta və mədni nitq dil vasitələrindən istifadə zəifdir, ifadəlilik aşağı səviyyədədir.

                Qeyri – mədəni nitqdə normalar pozulur. Ədəbsiz sözlərə yer verilir. Dialektizm və loru sözlər öz əksini tapır. Nitqin hər iki formasından məqsədli istifadə edilmə özünü göstərir. Mədəni nitq özü də məqsədlilik baxımından 2 yerə bölünür. Belə ki, mədəni nitqin bir qismi də məqsəd dinləyicilərə mövzu ilə əlaqədar obyektiv məlumat verməkdir. Belə nitqdə fikir aydın məntiqli ifadəli olunur. Burada təlim – tərbiyə , öyüd – nəsihət, əxlaq qaydalarının təbliği əsas yer tutur.

                Savadsız adamların da nitləri müxtəlifdir. Elə savadsız adamlar var ki, həqiqətən onların nitqləri elmi qrammatik və məntiqi  cəhətdən dinləyicilərə pis təsir bağışlayır. Lakin elə savadsız adamlar var ki, dilin qrammatik qayda – qanunlarını, elmi  əsaslarını bilmir. Amma məntiqli danışır. Nitqi ümumxalq danışıq dili əsasında qurur ki, dinləyicilər onu dəfələrlə dinləmək istəyirlər.

                Kollektiv içərisində bir nəfər bədxasiyyət adam olanda bütün kollektivə ləkə gətirir. Onu pis vəziyyətə salır. Ayın işığı, ətri onun xoş rəftarı, xoş xasiyyətidir.

                Gözəl və mədəni danışmaq üçün zəngin söz ehtiyatına malik olmaq, dilin qrammatik qaydalarını kamil bilmək, ondan düzgün istifadə etmək lazımdır.

                Nitqin gözəlliyi ilə yanaşı, ona xələl gətirən sözlər də var.

                Əzizbaycan, vəxtilə, dəvam, hası (hansı)

                Nazlı – Naziçka və s. bu cür sözlər nitqdə qüsurdur.  Bir qüsur da da vurğu ilə bağlıdır.

Şifahi nitq mədəniyyəti, adi danışıq tərzi, insanların bir-birləri ilə anlaşması və ünsiyyətdə olması, mahnılar, ifalar, adi telefon söhbətləri belə dilin inkişafında mühüm rol oynayır. Bu mənada dünyanin ən qədim və zəngin dilləri sırasında ana dilimizin də öz yeri vardır. Təsadüfi deyil ki, antik ədəbi abidələrimizdən olan “Kitabi-Dədəd Qorqud” dastanlarının dili bu gün də hamını heyran etməkdədir. Hər bir dilin zənginləşməsində isə gündəlik həyatda işlənən şifahi nitq mədəniyyətinin, adi danışıq tərzinin, insanların bir-birləri ilə ünsiyyətdə olmasnın mühüm əhəmiyyəti vardır. Bir sözlə, hər bir insanın söz demək, danışmaq, öz fikrini başqalarına çatdıra bilmək qabiliyyəti onun danışıq mədəniyyətinin göstəricisidir. Bəs biz necə danışırıq? Adi məişətdə, ictimai yerlərdə, işdə, bazar-dükanda rastlaşdığımız insanlarla ünsiyyət qurarkən ana dilimizin gözəlliyini, zənginliyini, şirinliyini, danışıq mədəniyətimizi nümayiş etdirə bilirikmi? İşlətdyimiz sözlərin mənasına, vurğusuna, səsimizin tonuna diqqət yetiririkmi? Axı, ünsiyyət mədəniyyəti insanın digər bütün mənəvi keyfiyyətləri içərisində daha çox diqqət cəlb edir və dinləyənlərdə haqqımızda çox güclü təəssürat yaradır.

Paytaxt Bakinin ən müxtəlif guşələrində və ictimai yerlərdə jurnalist marağı ilə apardığımız müşahidələr göstərir ki, son dövrlərdə şifahi danışıq dilimiz öz əvvəlki cazibədarlığını, parlaqlığını, gözəlliyini itirməkdədir. Şəhərimizin küçələrində, ictimai yerlərdə, nəqliyyatda, park və xiyabanlarda, metroda dilimizin necə deyərlər qol-qabırğasını sındıran, əcnəbi və bayağı ifadələri, jarqonları ana dilimizin sözlərinə qatıb-qarışdıran, ən adi sözləri işlədərkən belə vurğunu düzgün deməyən, diksiyası bərbad halda olan, qışqıra-qışqıra, çığıra-çığıra danışan insanlara hər gün rast gəlmək mümkündür.


Öncə qeyd edək ki, müşahidələrimiz zamanı diqqəti cəlb edən ən maraqlı məqamlardan biri mobil telefon sahibləırinin danışğı oldu. Məlum bir həqiqətdir ki. yaşadığımız elmi-texniki tərəqqi əsrində çağdaş dünyamızı müasir kommunikasiya vasitələri olmadan təsəvvür etmək mümkünsüzdür. Bu sırada gündəlik həyatımıza inanılmaz dərəcədə daxil olmuş mobil telefonların əhəmiyyətini qeyd etmək olduqca vacibdir. Statistik məlumatlara görə, hazırda respublikamızda yaşayan əhalinin demək olar ki, yarısı sivilizasiyanın bu əvəzsiz nailiyətindən istifadə edir. Lakin gəlin görək mobil telefonlardan istifadə edənlərin hamısı ən adi etik qaydalara riayət edirlərmi? İşə gedərkən, işdən qayıdarkən adamların içərisində adi məişət qayğılarından, şəxsi problemlərdən tutmuş müxtəlif “razborkalardan”, sevgi macəralarından danışan, səsi ətrafı bürümüş adamların nəinki dilimizə, heç özünə də qiymət verməməsi yalnız təəssüf doğurur. Bu telefon danışıqlarına qulaq asarkən bəzən danışanın hansı millətə məxsus olduğunu, hansı dildə danışdığını belə ayırd etmək olmur. Yarı Azərbaycan, yarı ingilis, yarı rus və sair əcnəbi dillərdə səslənən belə “danışıq mədəniyyəti”nə sahib olanlara qulaq asdıqca ana dilimizin sabahı barədə narahat olmaya bilmirsən.

Danışıq dilimizin belə acınacaqlı və təəssüf doğuracaq bir durumda olmasının ən böyük səbəbkarları sırasında elektron KİV-lərin, milli telekanallarımızın “əvəzsiz xidmətləri” xüsusilə qeyd edilməlidir. O da bir həqiqətdir ki, hər bir xalqın dil mədəniyyətinin, canlı danışıq və ünsiyyət vasitəsi olan şifahi nitqin inkişafında televiziyalar daha geniş imkanlara malikdir. Adi bir məktəbli də çox zaman işlətdiyi sözləri və ifadələri məhz telekanallardan — diktorların və aparıcıların dilindən götürür. Bəs bu gün telekanallarımızda canlı Azərbaycan danışıq dilinin qanun və qaydalarına əməl olunurmu?

Təəssüflər olsun ki, bəzi televerilişlərdə aparıcılar dilimizi elə hala salırlar ki, sanki Azərbaycan dilini təzəcə öyrənən əcnəbi ana dilimizdə danışır. Ən xoşagəlməz cəhətlərdən biri isə bəzi gənclərin ana dilimizdə danışarkən əcnəbi sözlərdən yersiz istifadə etməsidir. Əlbəttə, gənclərimizin arasında xarici dil bilənlər az deyil. Bu hal təqdirəlayiqdir. Lakin xarici dil bilməklə öyünmək,başqalarına təşəxxüs satmaq, ədəbazlıq etmək, öz xalqına və ana dilinə yuxarıdan aşağı baxmaq ən böyük nadanlıqdır.

Bəzən elə gənclərə də rast gəlirsən ki, Azərbaycan dilində danışsa da, ingilis, rus, yaxud digər etnik dillərə xas olan intonasiyadan istifadə etməklə özünü ekstravaqant, müasir, xarici ölkədə təhsil almış “mədəni” bir adam kimi tanıtmağa çalışır. Belə üzdəniraq soydaşlarımız ana dilimizdə danışarkən bir çox sözləri yanlış tələffüz edir, vurğunu kobudcasına pozurlar. Məsələn, ana dilimizdə çox geniş işlənən sözlərdən biri ARZU-dur. Bu sözü tələffüz edərkən bir qayda olaraq vurğu son hecanın (“u” hərfinin) üzərinə düşür. Son zamanlar nəinki adi vətəndaşlar, hətta bəzi tanınmış ziyalılarımız da bu sözü işlədərkən vurğunu sözün ilk hərfi olan “A” foneminin üzərinə çəkib gətirir. Nəticədə çoxişlənən bir söz vurğu yükünü itirdiyi üçün “əcaibləşir” və mənasızlaşır. Belə yad nümunələrə hər addımbaşı rast gəlirik.

Danışıq mədəniyyətimizin korlanmasına rəvac verən digər bir amil isə son dövrdə geniş miqyas almış şou-biznes sahəsində fəaliyyət göstərən kosmopolitlərdir. Bir də görürsən ki, məşhur xalq mahnımızı, məsələn, “Qara gilə”ni hansı bir “sənətçisə” bayağı bir formada ifa edir. Yaxud tanış bir mahnının sözlərini düzgün tələffüz etməyən müğənninin nə dediyini anlamaq, krossvord həll etməyə bənzəyir. Belə “ifalar” ana dilimzi bərbad hala salmaqla yanaşı, nitq mədəniyyıtimizin inkişafına da böyük zərbə vurur. Ana dilimizin, danışıq mədəniyyətimizn “başında turp” əkən belə “şou-biznes alverçilərinə”, təəssüf ki, heç bir nəzarət yoxdur.

Sonda keçmiş illərin məşhur bir mahnısının sətirlərini xatırlatmaq istərdim: “Ana dilim şirin dil, öz dilimdir şirin dil”. Gəlin, əsrlərin, qərinələrin şirinliyini, şəhd-şəkərini özündə yaşadan ana dilimizin, danışıq mədəniyyətimizin saf çeşməsini yad, lüzumsuz, bayağı “qatqılarla” zibilləməyək.



Cəlal Tağıyev
Yüklə 31,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin