Akademik yazı qaydaları



Yüklə 23,83 Kb.
səhifə1/4
tarix25.12.2023
ölçüsü23,83 Kb.
#193972
növüYazı
  1   2   3   4
Akademik yaz qaydalar


Akademik yazı qaydaları
İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində yazmaq meylləri çoxalıb. Qloballaşmanın, informasiya-kommunikasiyanın gətirdiyi yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində standartların vahid bir forma alması və bunun tez bir zamanda yayılaraq dünya elmi ictimaiyyəti tərəfindən fəal istifadə olunmasıdır. Sovet təhsil sistemində akademik yazı qaydalarına tətbiq olunan normalar beynəlxalq təhsil məkanında qəbul edilmiş analoji standartlara uyğun gəlmir.
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir, onun özəlliyini müəyyən­ləşdirir. Təəssüf ki, akademik və ya peşəkar yazı qaydaları universitetlərdə ayrıca bir fənn kimi tədris olunmur. Beynəlxalq akademik yazı qaydalarına bələd olmaq həm də dünya elm və təhsil sisteminə inteqrasiya olmaq, qəbul olunmuş standartları mənimsəmək deməkdir - bu qaydalarına əməl etmək savad və mədəniyyət göstəricisidir, "ümumi dil" rolunu oynayır, fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir.
Akademik yazı qaydalarının dünyada qəbul edilmiş modeli inkişaf etmiş ölkələrdə hazırlanmış, müzakirə yolu ilə təkmilləşdirilmiş, cilalanmış və tətbiq edilmişdir. Əslində bu qaydalar müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir, yazı müəllifinin oxucu qarşısında sosial və mənəvi məsuliyyətini artırır. Akademik yazı qaydaları həmçinin intellektual mülkiyyət məsələsini aktuallaşdırır, elmi iş (tezis, məqalə, kurs işi, referat, dissertasiya və s.) yazmaq mədəniyyətini formalaşdırır, tələbə, magistrant, doktorant və gənc tədqiqatçıları elmi fikirləri yazılı formada çatdırmanın müasir üsulları və formaları haqqında ətraflı məlumatlandırır, beynəlxalq elm və təhsil məkanına maneəsiz qoşulmağa imkan verir.
Akademik yazı qaydaları belə müəyyənləşdirilir:
Ön hissə
Titul vərəqi
Mündəricat
–yazının strukturunu əks etdirir
–məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir
–yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir
Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)
Abstrakt
Xülasə
a)elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;
b)onları qısa və yığcam şəkildə ifadə edir:
–tədqiqatın məqsədi və vəzifələri
–problemi
–tədqiqat metodu
–tapıntılar
Yazının əsas hissəsi
Giriş
–Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;
–Problemi və ya vəziyyəti təhlil edir;
–Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
–Tədqiqat sualı qeyd olunur;
–Tədqiqat metodu göstərilir;
–Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
–Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.
Fəsillər – arqumentlər və əsaslandırmalar:
–Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.
–Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.
–Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.
–Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.
–Bir hissədən digərinə keçid olmalıdır.
- Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1-2 cümlə ilə nəticə göstərilməlidir.
Yekun hissə
Nəticə və tövsiyələr
–Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.
–Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.
Akademik yazıya əlavələr
Mənbələr – istifadə olunan resurslar, kitablar, məqalələr və s.
 Qoşmalar –əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.



Yüklə 23,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin