Fәaliyyәt 1 13 elektron cəDVƏLDƏ Dİaqramlar • Mətn redaktorunda diaqramlar necə qurulur?



Yüklə 309,49 Kb.
Pdf görüntüsü
tarix20.11.2019
ölçüsü309,49 Kb.
#29619
https sites.google.com site nezrinmemmedova2016 lahiyelerim informatika elektron-cdvllrd-diaqram tmpl=/system/app/templates/print/&showPrintDialog=1


Fәaliyyәt

1

13

ELEKTRON CƏDVƏLDƏ DİAQRAMLAR

• Mətn redaktorunda diaqramlar necə qurulur?

 

• Diaqramların hansı növləri ilə tanış olmusunuz?

 

Xәtti diaqram

 

Dairәvi diaqram

Lahiyələrim

  >  

İnformatika



  >  

Elektron cədvəllərdə diaqram

1. Microsoft Excel elektron cədvəl proqramını başladın.

2. Azərbaycan Respublikasının əhalisi ilə bağlı aşağıdakı cədvəli qurun. Cədvəlin

başlığını A1 xanasına yazın, cədvəlin özünü isə A3:J5 xanalar diapazonuna

yerləşdirin. 

 

 



Әhalinin yaş qrupları üzrә bölgüsü (2015-ci ilin әvvәlinә)

0-9


10-19

20-29


30-39

40-49


50-59

60-


69

70 və


 

yuxarı


Cəmi

 

əhali



Әhalinin sayı

 

(min nәfәrlә)

1489,1 1427,5 1866,5 1465,1 1305,9 1170,7 473,1 395,1 9593,0



Әhalinin sayı

 

(faizlә)

15,6


14,9

19,4


15,3

13,6


12,2

4,9


4,1

100


 

3. Fayla uyğun ad (məsələn, Azәrbaycan әhalisi) verib saxlayın. 

 

 



Nәticәni müzakirә edәk:

 

- Ölkəmizdə 50 yaşadək nə qədər əhali var?



 

- Bu cədvəli sütunlu, yoxsa dairəvi diaqramla göstərmək daha əlverişli olar?

Elektron cədvəllər, əsasən, böyük həcmdə eynitipli ədədi verilənlərin tez və keyfiyyətlə

emalı üçün nəzərdə tutulsa da, onları qrafik şəkildə göstərməklə daha əyani və anlaşıqlı

edir. Cədvəl verilənlərinin qrafik təqdim edilməsi üçün başlıca vasitə diaqramlardır.

Diaqram verilənləri qrafik formada əyani təqdim etmək üçün nəzərdə tutulub.

Diaqramlar verilənləri daha yaxşı təhlil etməyə, onları müqayisə etməklə cədvəldə gözə

çarpmayan qanunauyğunluqları aşkarlamağa imkan verir.

Elektron cədvəl proqramlarında xətti, dairəvi, sütunlu və başqa növ diaqramlar

qurmaq mümkündür.

Çevir


 

Histoqram

 

 

 

 

 

 

 

Sözlük



 Diaqram

 



 Xətti diaqram

 



 Dairəvi diaqram

 



 Histoqram

 



 Legenda

Xәtti diaqram, yaxud qrafik dəyişənlərin necə dəyişməsini göstərmək üçün

verilənlərin qiymətlərinin düz xətlərlə birləşdirildiyi diaqram növüdür.



Dairәvi diaqram faiz qiymətlərini dairənin, yaxud diskin sektorları kimi göstərən

diaqram növüdür. Belə diaqramda hər bir bölmə (sektor) uyğun qiymətin bütün

qiymətlər cəmində nisbi payını (faizlə ifadə olunmuş) əks etdirir.

Histoqram, yaxud zolaqlı diaqram (sütunlu diaqram) müxtəlif hündürlüklü (enli)

şaquli və ya üfüqi zolaqlardan ibarət olan qrafik növüdür. Bu zolaqların hər biri

verilənlərin müəyyən qiymətinə uyğundur ki, bu da onların kəmiyyətlərinin nisbətini

müşahidə etməyə imkan verir.

Elektron cədvəldə bir sətirdə, yaxud bir sütunda yerləşmiş verilənlərə sıra deyilir.

Diaqram qurarkən öncə sıraları seçdirmək, sonra isə diaqramın tipini seçmək

lazımdır. Diaqram özü mürəkkəb obyekt olub aşağıdakı elementar obyektlərdən

təşkil olunur: sıra, ox, başlıq, legenda, qurulma sahәsi.

 

Diaqram istər bir sıraya, istərsə də bir neçə sıraya görə qurula bilər. Seçdirilmiş



xanalar diapazonu üçün diaqramın qurulması bir neçə verilənlər sırası üzrə aparılır.

Bu halda hər bir sıra olaraq seçdirilmiş diapazonun uyğun sətri,

yaxud sütunu götürülür. Başlığı istifadəçi müəyyənləşdirir və o,

adətən, diaqramın üstündə yerləşdirilir. Diaqrama legenda –

sıraların adlarının, başqa sözlə, dəyişənlərin işarələrinin

siyahısını da əlavə etmək olar. Oxlarla əhatə olunmuş qurulma



sahәsi verilənlər sırasını yerləşdirmək üçün nəzərdə tutulub.

Nəticələrin təhlilini əlverişli etmək üçün qurulma sahəsinə tor da

əlavə etmək olar.

Fәaliyyәt

2

1. Azәrbaycan әhalisi adlı elektron cədvəl faylını açın.


2. Bu cədvələ uyğun diaqram qurmaq üçün öncə A3:I4 xanalarını seçdirin.

3. Insert menyusunda Charts bölümündə Pie düyməsini çıqqıldadın. Dairəvi diaqramların

müxtəlif növləri təklif olunacaq.

 

 

4. Birinci variantı seçin. İş sahəsində kiçik çərçivədə dairəvi



diaqram qurulacaq. Diaqramın sağında görünən legenda tam

deyilsə, çərçivədəki tutacaqlardan "tutub dartaraq" çərçivənin

ölçülərini o qədər böyüdün ki, legenda tam yerləşsin. 

 

 

5. Eyni zaman alətlər zolağında diaqramın tərtibatını və

üslubunu kökləmək üçün variantlar əks olunacaq. Birinci

tərtibatı (Layout 1) və onuncu üslubu (Style 10) seçin. 

 

 

6. Diaqramın sektorlarında yaş qrupları və hər yaş qrupundan olan əhalinin faizi

görünəcək. "Әhalinin sayı (min nәfәrlә)" yazılmış başlıq sahəsini çıqqıldadın və həmin

sahəyə "Azәrbaycan Respublikasında әhalinin yaş qrupları üzrә bölgüsü (2015-ci ilin

әvvәlinә)" cümləsini yazın.

7. Faylı mövcud adı ilə saxlayın.

Araşdıraq-

 

öyrәnәk

                            Sonuncu diaqramdakı faiz qiymətlərini dərsin başlanğıcında verilmiş

cədvəlin "Əhalinin sayı (faizlə)" sətrindəki qiymətlərlə müqayisə edin. Diaqramda

qiymətlərin nə üçün yuvarlaqlaşdırıldığını aydınlaşdırmağa və kəsr hissələri "bərpa etməyə"



çalışın.                                                                                                                                             

Yüklə 309,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin