İyerarxik model



Yüklə 13,21 Kb.
tarix07.12.2022
ölçüsü13,21 Kb.
#72864
vb


İyerarxik model verilənlərin qraf şəklində təsvirinə əsaslanır. Sxemin qraf
diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı
əlaqələri göstərir. Əsas daxili məhdudluqlar bunlardır:
 Əlaqələrin bütün tipləri funksional xarakterlidir və yalnız aşağıdakı əlaqələr
mümkündür: “birin – birə” (1:1), “birin - çoxa” (1:M), “çoxun – birə ” (M:1);
 Əlaqələr ağacvarı struktura mikdirlər.
VB sxemi üçün qraf-diaqrama təyinat ağacı deyilir. Əgər verilənlər təbii olaraq ağacvarı
struktura malikdirsə, iyerarxik modelin tətbiqi heç bir problem yaratmır. Lakin ağacvarı
strukturlardan fərqli strukturların təsviri üçün modelə əlavə vasitələr daxil edilməlidir.
Iyerarxik modelli sxemdə struktur dəyişikliklərinin aparılmasında (ələxüsus altağacların
ağacdan kənarlaşdırılması və ya ağaca əlavə edilməsi) böyük çətinliklərlə əlaqədardır.
Iyerarxik modelli VBİS-ə misal olaraq 1970-1990-cı illərdə geniş tətbiq tapmış İMS
sistemini və onun əsasında keçmiş SSRİ-də yaradılmış OKA sistemini göstərmək olar.
Şəbəkə tipli modellər də iyerarxik modellər kimi verilənlərin qraf diaqramı şəklində
təsvirinə əsaslanır. Iyerarxik modeldən fərqli olaraq, şəbəkə modelində (1:1), (1:M),
(M:1) funksional əlaqələrlə yanaşı, (M:10) (çoxun - çoxa) əlaqəsi də həyata keçirilir.
Şəbəkə modellərinin və onlara uyğun VBİS-lərin yaradılmasında və inkişafında
verilənlərin emalı sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan komitənin
(CODASYL) verilənlərin bazaları üzrə işçi qrupunun (DBTS) verdiyi təkliflərin böyük
rolu olmuşdur. CODASYL modeli müxtəlif məsələlərin həlli üçün tətbiq edilən fayl
sistemlərinin və onların sonrakı inkişafı nəticəsində yaranan şəbəkə modelli sistemlərin
təsiri altında yaradılmışdır. Şəbəkə modelində (M:N) əlaqənin həyata keçirilməsi onun k
sayda (1≤ 𝑘 ≤ 𝑀) (1:N) əlaqəsinə çevrilməsi ilə aparılır. Bu isə həm konseptual, həm də
fiziki səviyyədə mürəkkəblik yaradır. Şəbəkə modelli VBİS-lərə misal olaraq MARK-1,
MARK-2, GPAS, İDS, TOTAL, ADABAS, CET, CETOP sistemlərini göstərmək olar.
Relyasiya modelinin və ümumiyyətlə relyasiya modelli VBİS-in yaranması İBM
firmasının əməkdaşı Edqar Koddun adı ilə bağlıdır. Relyasiya modelinin əsasını “nisbət”
(ingiliscə “relation”) tiyazi anlayışı təşkil edir və bu tip modelin adı həmin terminlə
bağlıdır. Müəyyən şərtlərə əməl etdikdə, nisbəti insan üçün adi olan ikiölçülü cədvəl kimi
təsvir etmək olar. Fərdi kompüterlər üçün mövcud olan VBİS-in böyük əksəriyyətində
relyasiya modelindən istifadə olunur. Relyasiya modelinin əsas üstün cəhətləri
aşağıdakılardır: sadəliyi, proqram reallaşdırmasının asanlığı, verilənlər üzərində müxtəlif
riyazi və məntiqi əməliyyatların aparılmasının mümkünlüyü, istənilən tip sorğuya cavab
təmin edən çevik VB sxeminin qurulması mümkünlüyü. Relyasiya modelindən əsasən orta ölçülü VB-lər üçün istifadə olunur. Cədvəllərin sayı
artıqca VB ilə işləmə sürəti aşağı düşür. Mürəkkəb strukturlu verilənlərin emalı
sistemlərinin yaradılmasında relyasiya modelindən istifadə olunması müəyyən çətinliklər
yaradır.
Yüklə 13,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin