Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Tarix və Coğrafiya Fakültəsi
Xarici Dillər Kafedrası
Siyasi coğrafiya fənnindən
SƏRBƏST İŞLƏR
İxtisas: Politologiya
Qrup: 866
Kurs: 1
Tələbə: Rəhimov Aslan
Fənn müəllimi: Alməmmədli Məsud
Kafedra müdiri: Dos.S.D.Rzaquliyeva
1.Siyasi və iqtisadi coğrafiya fənni cəmiyyətin ərazi təşkilini və onun ayrı-ayrı ölkələrdə, regionlarda təzahür xüsusiyyətlərini və qanunauyğunluqlarını öyrənir.Siyasi və iqtisadi coğrafiya dedikdə: Qərb-Şərq və Şimal-Cənub iqtisadi inteqrasiyası, beynəlxalq coğrafi əmək bölgüsü və inteqrasiyanın yeni mərhələsi, tarazlı inkişafı və s. kimi məsələlər başa düşülür.Bu fənnin predmetinə cəmiyyətin ərazi təşkilinin əsaslarının öyrənilməsi və s. aiddir. Bundan əlavə, cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi, iqtisadi ekoloji rayonlaşdırma, coğrafi əmək bölgüsünün növləri, cəmiyyətin ərazi təşkilinin sosial-siyasi-coğrafi problemləri də diqqət mərkəzinə çəkilir.
Siyasi coğrafiya iqtisadi və sosial coğrafiyanın bir qoludur və özündə bir neçə fənni birləşdirir.Bunlar aşağıdakılardır: geosiyasət, dəniz siyasi coğrafiyası, hərbi (strateji) coğrafiya, siyasi (dövlət) ölkəşünaslığı, limonologiya (dövlət sərhədləri haqqında elm), siyasiregionşünaslıq, coğrafi konfliktologiya, elektoral coğrafiya (siyasi seçim coğrafiyası).
Siyasi coğrafiya coğrafiya fənlərindən biri kimi coğrafi məkanda siyasi prosesləri, dünyanın və onun ayrı-ayrı sahələrinin siyasi xəritəsinin tarixi inkişafı və müasir vəziyyətini, region və ölkələrin siyasi inkişafının özünəməxsusluğunu, sosial-iqtisadi quruluşun xüsusiyyətləri ilə əlaqədar sinfi qüvvələrin yerləşməsini öyrənir.Siyasi və iqtisadi coğrafiya ümumi coğrafiya elminin tərkibinə daxil edilir. Bu baxımdan ümumi coğrafiya elminin nəzəri və metodoloji istiqamətindən siyasi və iqtisadi coğrafiya elmi də rasional istifadə edilir.
Fənnin predmetinə dünya dövlətlərinin siyasi-iqtisadi coğrafiyasının formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də,bu sahədə mövcud olan problemlər və onların həlli yolları aiddir.Fənnin məqsədi dünya dövlətlərinin siyasi, iqtisadi və qloballaşmanın iqtisadiyyatı, beynəlxalq əlaqələri və s. haqqında məlumat verməkdir.
Siyasi coğrafiya özünəməxsus inkişaf tarixinə malikdir.V.A.Kolosov, N.S.Mironenko (2001) “Geosiyasət və siyasi coğrafiya” kitabında dünyanın siyasi coğrafiyasının inkişafını dörd mərhələyə ayırmışlar:
1-ci mərhələ: F.Ratselin “Siyasi coğrafiya” dərsliyinin nəşrindən (1897) Birinci dünya müharibəsinin başlanğıcına qədər olan dövrü əhatə edir.
2-ci mərhələ: İki dünya müharibəsi arasında olan dövrü əhatə edir.
3-cü mərhələ: XX əsrin 50-ci illərindən 70-ci illərinə qədər olan dövrü əhatə edir. Bu mərhələ SSRİ və ABŞ-ın timsalında iki hərbi-siyasi blokun yaranması ilə xarakterizə olunur.
4-cü mərhələ: XX əsrin 70-ci illərinin ortalarından başlamışdı.
Siyasi coğrafiya haqqında danışarkən geosiyasət anlayışına diqqət yetirmək lazımdır. Geosiyasət anlayışını ilk dəfə elmə isveç alimi Rudolf Çellen gətirmişdir. Geosiyasət hər hansı bir dövləti dəyişmək deyil, onu canlı varlıq kimi nəzərdən keçirir. Geosiyasət elminə bu cür yanaşmanı ilk dəfə olaraq alman alimi Fridrix Ratsel irəli sürmüşdür.Geosiyasət hər hansı bir ölkənin coğrafi xüsusiyyətləri ilə yeritdiyi xarici siyasət arasındakı əlaqələri öyrənən elm sahəsidir.
Siyasi coğrafiyanın tədqiqat istiqamətlərindən biri də etnik və dövlətlərarası münaqışələr, separatizm hadisələridir. Separatizm hadisələri bəşər tarixində həmişə mövcud olub və olacaqdır.Separatizm termini latınca “separatio” sözündən götürüllmüş, tərcüməsi “ayirma” deməkdir. Separatizm termini siyasi mənada – çoxmillətli dövlətlərdə milli azlıqların ayrılaraq ayrı dövlət və ya milli dövlət muxtariyyəti yaratması səyləri mənasında işlədilir. Beynəlxalq siyasətdə də bu bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi və dövlət ərazisinin parçalanması anlamına gəlir.
Müasir dünyada separatizmin səbəblərini belə qruplaşdırmaq olar:
1)etnik;
2) konfessional;
3) ərazi;
4) siyasi;
5) iqtisadi;
6) sosial;
7) ideoloji; h
əlledilməmiş etnik-konfessional,
sosial–iqtisadi, tarixi-mədəni problemlər.
Dünyada separatizmdən, onun dəhşətli nəticələrindən ən çox zərər çəkmiş xalqlardan biri də Azərbaycan xalqıdır.Tarix boyu xalqımız erməni separatizminin qurbanı olmuş və hal-hazırdada öz separatçı ideyalarını həyata keçirməyə çalışırlar.Erməni separatizminin fəaliyyəti təkcə Azərbaycan ərazisi ilə məhdudlaşdırılmamışdır. 1975-1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 110-dan çox terror aktı həyata keçirilmişdir. Onlardan 39-u silahli hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdur. Bu aktlar nəticəsində 42 türk diplomatı, 4 digər dövlətlərin diplomatları öldürülmüş, 15 Türkiyə vətəndaşı və digər ölkələrin 66 vətəndaşı müxtəlif dərəcədə yaralanmışdır.
XX əsrin sonu, XXI əsrin əvvəlində dünyanın bir çox regionlarında baş verən iqtisadi, sosial-siyasi proseslər çox sürətlə digər ölkələri də əhatə edir. Ona görə də, dünya ölkələrini, onların regional qruplarını öyrənmək, iqtisadi-coğrafi və siyasi demoqrafik həyatında baş verən dəyişiklikləri izləmək vacib məsələlərdəndir.Dünyanın əksər regionlarında bir neçə əsr davam edən azadlıq mübarizəsi nəticəsində bir çox müstəqil dövlətlər yaranmış və siyasi xəritə böyük dəyişikliklərə məruz qalmışdır.Bununla yanaşı, hələ də müstəmləkələr, asılı ərazilər qalmaqda davam edir. Bütün bunlar siyasi-iqtisadi coğrafiya fənni tərəfindən öyrənilir.Fənn dünya təsərrüfatı coğrafiyası və ölkəşünaslıqla da əlaqəli olduğundan tədqiqat obyektlərində bu predmetlərin metodundan istifadə edilir.
Siyasi coğrafiya, coğrafi amillərin siyasi orqanların və təşkilatların qəbul etdiyi qərarlara təsirini, siyasi qərarların həyata keçirilməsinin coğrafi mühitə və nəticədə yaranan coğrafi hadisələrə təsirini araşdıran insan coğrafiyasının alt fənnidir. Siyasi coğrafiya, coğrafiyanın əsas iş prinsiplərinə (bölgü, əlaqə və səbəb-nəticə) görə dövlətlə yer arasındakı münasibətləri araşdırır. Alman alimi Fridrix Ratsel (1844-1904) “Siyasi coğrafiya” kitabı ilə siyasi coğrafiyanın banisi hesab olunur, o, bu kitabında insanın dünyaya yayılmasının təbii şəraitdən qaynaqlandığını iddia edir.
Bir ölkədə, bütün dünyada və ya dünyanın bir hissəsində, təbii, bəşəri və iqtisadi hadisələrin paylanması, bunlar arasındakı əlaqələr ilə səbəblər və nəticələri araşdıraraq, dövlət işlərində töhfələr verir. Qütb bölgələrinin və ekvatorial Afrikada dövlət quruluşlarının zəifliyi və orta genişliklərdə güclü və köklü dövlətlərin qurulması coğrafiyanın siyasətə təsirinin nümunələridir.
Geosiyasət və geostrategiya, siyasi coğrafiyada tərif və maraq baxımından oxşar olan, lakin sinonim olmayan iki anlayışdır. Geostrategiya, məlumat baxımından siyasi və hərbi planlaşdırmanı dəstəkləyən, əlaqələndirən və ya təsir edən coğrafi amillər tərəfindən idarə olunan bir növ xarici siyasət növü olan geosiyasətin alt şöbəsidir. Geosiyasət siyasi coğrafiyadan qaynaqlanan bir elm sahəsidir. Bu elm, siyasi coğrafiyanın dövlətlərə verdiyi üstünlük və çatışmazlıqları araşdırır.
Elmi ədəbiyyatda “geosiyasət” anlayışı dəqiq və tam formalaşdırılmamışdır. Bu, bütün formalaşan elm sahələrinin xarakterik cəhətidir. Geosiyasət elminin obyekti və subyekti haqqında mübahisələr 100 ilə yaxındır ki, davam edir. Bir çox tədqiqatçılar geosiyasət elmini bir-biri ilə qarşılıqlı əlaqədə olan və dövlətin strateji potensialına böyük təsir göstərən coğrafi, tarixi, siyasi və digər faktorların kompleksi kimi görürlər. SSRİ-də uzun müddət geosiyasət elmi imperialist dövlətlərin ərazi ekspansiyasına bəraət qazandıran burjuaziyanın yalançı elm sahəsi kimi nəzərdən keçirilirdi. XX əsrin 80-ci illərində elmə dair baxışlarda böyük dəyişikliklər yarandı. Belə ki, 1989-cu ildə nəşr olunmuş sovet fəlsəfi ensiklopediyasında geosiyasət elminə negativ münasibət bəslənilmirdi. Bununla belə, geosiyasət qərbi politoloji konsepsiya kimi göstərilərək bildirilirdi ki, “dövlətlərin siyasəti, xüsusən də xarici siyasət müxtəlif coğrafi faktorlar vasitəsilə müəyyən olunur: məkan faktoru, təbii resursların mövcudluğu və ya çatışmazlığı iqlim faktoru və s.”
İsveç alimi 'Rudolf Çellen' elmə “geosiyasət” anlayışını gətirmişdir. Bu ad altında çıxış edən elmi o, “dövləti coğrafi orqanizm və ya məkan fenomeni kimi nəzərdən keçirən doktrina” kimi qiymətləndirir. Geosiyasət dövləti daimi, dəyişməz təşkil forması deyil, canlı varlıq kimi nəzərdən keçirir.Bu cür yanaşmanı alman nəzəriyyəçisi 'Fridrix Ratsel' irəli sürmüşdür. Geosiyasət dövləti xarici aləmlə münasibətdə öyrənmək və bu münasibətlərdən doğan problemləri həll etmək məqsədini daşıyır. F. Ratselin fikrincə, siyasi coğrafiyadan fərqli olaraq, geosiyasət elmini dövlətin vəziyyəti, forması, sərhədləri və ya ölçüləri, iqtisadiyyatı, ticarəti və mədəniyyəti maraqlandırmır. Bütün bu məsələlər əsas etibarı ilə, dövlətin strateji vəziyyətinin təsviri ilə məhdudlaşan siyasi coğrafiya elminə aiddir. Politoloq E. A. Pozdnyakov təsdiqləyir ki, geosiyasət əsas diqqətini fiziki əhatə, dövlətin hərbi-siyasi, iqtisadi, və ekoloji təhlükəsizliyi faktorlarına və bu faktorların siyasətdə istifadə edilməsinin real imkanlarının açılmasına və öyrənilməsinə diqqətini yönəldir. Praktik geosiyasət dövlətin ərazi problemlərinin, sərhədlərinin, insan resursları da daxil olmaqla, resursların müəyyən edilməsi və səmərəli istifadə olunmasını öyrənir.
Geosiyasət elmi 3 elmi yanaşmanın əsasında meydana gəlmişdir:
Sivilizasiya nəzəriyyələri
Hərbi strateji nəzəriyyələr
Coğrafi determinizm nəzəriyyələri
Mədəni yanaşmanın banisi rus alimi 'N.Y.Danilevski' hesab edilir.Onun fikrincə, tarixin teatr səhnəsində əsas fəaliyyət göstərən subyektlər kimi dövlətlər və ya ayrı-ayrı millətlər deyil, böyük mədəni-dini birliklər çıxış edir. Danilevski onları “mədəni-tarixi tiplər” adlandırır. Rus tədqiqatçılarından ilk olaraq, Danilevski “Avropanın Rusiyaya qarşı soyuqluğu” tezisini ifadə etmiş və bunu elmi surətdə əsaslandırmışdır. Onun fikrincə, bu soyuqluğun səbəbi 2 dünya gücü arasında olan prinsipial mədəni fərqlərdir: “Avropa bizi ozününkü kimi qəbul etmir. Avropalılar Rusiya və slavyanları yalnız yad deyil, eyni zamanda düşmən kimi görür. ”XIX əsrin sonu-XX əsrin əvvəllərində Danilevskinin konsepsiyası rus filosofu 'K. N. Leontyevin', alman filosofu 'O. Şpenqlerin', rus alimi 'Bu konsepsiyanı ingilis alimi Arnold Toynbi' də inkişaf etdirmişdir. Öz əsərlərində o, “pravoslav –rus” sivilizasiya tipini ayırmışdır. Sivilizasiya nəzəriyyəsi XX əsrin sonlarında da alim-geosiyasətçilərin diqqətini cəlb etmişdir.Harvard Universitetinin professoru Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” adlı kitabı çox mübahisələrə səbəb oldu. Müəllif təsdiqləyir ki, XXI əsrdə konfliktlərin əsas mənbəyi kimi iqtisadiyyat və ya ideologiya deyil, mədəni fərqlər çıxış edəcək. O hesab edir ki, “sivilizasiyaların toqquşması dünya siyasətinin əsas faktoruna çevriləcək.Sivilizasiyalar arasında olan ayırma xətləri isə gələcəkdə cəbhə xətləri olacaq”. XXI əsrin mənzərəsi müəllifə 7-8 böyük sivilizasiyanın qarşılıqlı fəaliyyət və rəqabətinin nəticəsi kimi görünür.O, bu sivilizasiyalar arasında qərbləşməyə qarşı çıxan “pravoslav-slavyan” sivilizasiyasının da olacağını göstərir.
'Aristotel', “Siyasət” əsərində Krit adasının geosiyasi vəziyyətinin xüsusilikləri barədə qeyd edir: “Krit adası sanki Yunanıstan üzərində ağalıq etmək üçün nəzərdə tutulub.Onun coğrafi vəziyyəti isə çox əlverişlidir: o, demək olar ki, bütün yunanların ətrafında məskunlaşdığı dənizlə əhatələnir. O, bir tərəfdən Peloponnes, digər tərəfdən isə, Asiya ilə yaxın məsafədə yerləşir”.
“Geosiyasət” termini artıq 100 ildən artıqdır ki, mövcuddur.Uzun müddət elm sahəsi kimi geosiyasətin mahiyyəti, sərhədləri və obyekti haqqında suallar cavabını tapmamışdır. Geosiyasətin obyekti barədə belə söyləmək olar ki, geosiyasət- dəniz və qurunun, hava və yer qabığının milyon illər boyu qarşıdurması baş verdiyi planetar məkan- quru səthi, su səthi, hava qatı, yer kürəsidir.Geosiyasətin predmeti qlobal və regional problemlərin həlli zamanı geosiyasi subyektlər arasındakı qarşılıqlı əlaqədir.İlk növbədə, geosiyasətin predmeti planetar məkan üzərində nəzarətdir.Lakin buradan suallar doğur: bu nəzarət hansı yollarla həyata keçirilir?, onun mexanizmi necədir?, hansı faktorlar bu mexanizmdə daha önəmlidir?, bu mexanizmi hərəkətə gətirən subyektlərin rolu nədən ibarətdir? və s. Qeyd etmək lazımdır ki, bu və ya digər faktorların rolu tarixən dəyişmişdir. Məsələn, hələ iki yüz il bundan əvvəl ön sırada coğrafi, təbii-iqlim, məkan və iqtisadi faktorlar, istehsalçı qüvvələrin inkişaf dərəcəsi və s. olmuşdur. XXI əsrin əvvəllərində biz dünya düzəninin bir modelindən digərinə-qlobal modelə keçidinin şahidi oluruq. Bu dövrdən etibarən geosiyasi vəziyyət daha az davamlılıq kəsb etməyə başladı ki, bunun da əsas səbəbi 150-200 il əvvəl olduğundan sayca daha çox faktorun əhəmiyyətli təsirə malik olmasıdır.
İqtisadi prosseslər, elmi-texniki inqilab coğrafi mühitə, ekoloji vəziyyətə və insanlara daha çox təsir etməyə başlayıb.Bütün növ beynəlxalq əlaqələrin qurulmasında iqtisadi maraqlar ön plana çıxır. Nəzərə alsaq ki, planetimizdə baş verən iqtisadi prosseslər yüksək dinamikliyi ilə seçilir, onda deyə bilərik ki, bu faktorlar müasir geosiyasi vəziyyətin qeyri-stabilliyini şərtləndirir.
Elmi-texniki inqilab nəticəsində ən müasir texniki vasitələr meydana gəldi: kütləvi qırğın silahları və onların çatdırılma vasitələri, düşmən silahının aşkar edilməsi və onun məhvi, ordular və onların manevrlərinin idarə edilməsi və s. Hərbi sferadakı müasir vəziyyət geosiyasət atalarının Şimali Atlantika(“xarici aypara” və ya “Heartland”) ölkələrinin möhkəmliyi və davamlılığı haqda fikirlərini şübhə altına alır.
Elmi texniki inqilab elektron rabitə vasitələrinin inkişafında da böyük rol oynadı.Bunun nəticəsində “kommunikativ” dünya birliyi- İnternet şəbəkəsi yaradıldı.Elektorn ünsiyyət vasitəsilə əvvəllər böyük məsafələrlə bir-birində ayrılmış dövlətlər və xalqlar yaxın qonşulara çevriliblər.
Yeni texnika və texnologiyaların işlənib hazırlanması ilə məşğul olan elm sahələri, eləcə də beynəlxalq münasibətlərdə ümumi strategiyanın və geosiyasi vəziyyətin müəyyən edilməsi ilə məşğul olan ictimai-siyasi elmlər yüksək inkişaf tempi almışlar.
Yuxarıdakı faktora uyğun olaraq əhalinin təhsil və mədəniyyət səviyyəsinin yüksəlməsi.Zərif texnologiyaların praktikada tətbiqi, iqtisadi sferanın və elmin, hərbi işin inkişafı bu keyfiyyətlərdən daha çox asılıdır.
Mədəniyyət səviyyəsi XX əsrin son onilliklərində geosiyasi qüvvələr tarazlığına təsir edən dünya dinlərinə təsir göstərir.
Dövlətin siyasi rejiminin fəaliyyətinin effektivliyi, hakim elitanın təfəkkür və səriştə səviyyəsi, ölkə əhalisinə, cəmiyyətin qanun və qaydalarına hörmətlə yanaşılması da əhəmiyyətli rol oynayır.
Elmi-texniki tərəqqi nəticəsində ayrı-ayrı cöğrafi elementlərin: böyük ərazilərin, okeanların, dənizlərin, dağlar, çaylar, meşələr və çöllərin rolu azalmışdır.Bununla yanaşı, bir çox rabitə növlərinin də əhəmiyyəti azalmışdır: dəmir yolları, dəniz yolları. Lakin boru kəmərləri, avtonəqliyyat və hava daşımalarının rolu daha da artmışdır; elmi potensiala, texnologiya və maliyyəyə malik nisbətən kiçik dövlətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır.
Siyasi coğrafiya, coğrafi amillərin siyasi orqanların və təşkilatların qəbul etdiyi qərarlara təsirini, siyasi qərarların həyata keçirilməsinin coğrafi mühitə və nəticədə yaranan coğrafi hadisələrə təsirini araşdıran insan coğrafiyasının alt fənnidir. Siyasi coğrafiya, coğrafiyanın əsas iş prinsiplərinə (bölgü, əlaqə və səbəb-nəticə) görə dövlətlə yer arasındakı münasibətləri araşdırır. Alman alimi Fridrix Ratsel (1844-1904) “Siyasi coğrafiya” kitabı ilə siyasi coğrafiyanın banisi hesab olunur, o, bu kitabında insanın dünyaya yayılmasının təbii şəraitdən qaynaqlandığını iddia edir.
Bir ölkədə, bütün dünyada və ya dünyanın bir hissəsində, təbii, bəşəri və iqtisadi hadisələrin paylanması, bunlar arasındakı əlaqələr ilə səbəblər və nəticələri araşdıraraq, dövlət işlərində töhfələr verir. Qütb bölgələrinin və ekvatorial Afrikada dövlət quruluşlarının zəifliyi və orta genişliklərdə güclü və köklü dövlətlərin qurulması coğrafiyanın siyasətə təsirinin nümunələridir.
Geosiyasət və geostrategiya, siyasi coğrafiyada tərif və maraq baxımından oxşar olan, lakin sinonim olmayan iki anlayışdır. Geostrategiya, məlumat baxımından siyasi və hərbi planlaşdırmanı dəstəkləyən, əlaqələndirən və ya təsir edən coğrafi amillər tərəfindən idarə olunan bir növ xarici siyasət növü olan geosiyasətin alt şöbəsidir. Geosiyasət siyasi coğrafiyadan qaynaqlanan bir elm sahəsidir. Bu elm, siyasi coğrafiyanın dövlətlərə verdiyi üstünlük və çatışmazlıqları araşdırır.Geosiyasət anlayışı
Elmi ədəbiyyatda “geosiyasət” anlayışı dəqiq və tam formalaşdırılmamışdır. Bu, bütün formalaşan elm sahələrinin xarakterik cəhətidir. Geosiyasət elminin obyekti və subyekti haqqında mübahisələr 100 ilə yaxındır ki, davam edir. Bir çox tədqiqatçılar geosiyasət elmini bir-biri ilə qarşılıqlı əlaqədə olan və dövlətin strateji potensialına böyük təsir göstərən coğrafi, tarixi, siyasi və digər faktorların kompleksi kimi görürlər. SSRİ-də uzun müddət geosiyasət elmi imperialist dövlətlərin ərazi ekspansiyasına bəraət qazandıran burjuaziyanın yalançı elm sahəsi kimi nəzərdən keçirilirdi. XX əsrin 80-ci illərində elmə dair baxışlarda böyük dəyişikliklər yarandı. Belə ki, 1989-cu ildə nəşr olunmuş sovet fəlsəfi ensiklopediyasında geosiyasət elminə negativ münasibət bəslənilmirdi. Bununla belə, geosiyasət qərbi politoloji konsepsiya kimi göstərilərək bildirilirdi ki, “dövlətlərin siyasəti, xüsusən də xarici siyasət müxtəlif coğrafi faktorlar vasitəsilə müəyyən olunur: məkan faktoru, təbii resursların mövcudluğu və ya çatışmazlığı iqlim faktoru və s.”
İsveç alimi 'Rudolf Çellen' elmə “geosiyasət” anlayışını gətirmişdir. Bu ad altında çıxış edən elmi o, “dövləti coğrafi orqanizm və ya məkan fenomeni kimi nəzərdən keçirən doktrina” kimi qiymətləndirir. Geosiyasət dövləti daimi, dəyişməz təşkil forması deyil, canlı varlıq kimi nəzərdən keçirir.Bu cür yanaşmanı alman nəzəriyyəçisi 'Fridrix Ratsel' irəli sürmüşdür. Geosiyasət dövləti xarici aləmlə münasibətdə öyrənmək və bu münasibətlərdən doğan problemləri həll etmək məqsədini daşıyır. F. Ratselin fikrincə, siyasi coğrafiyadan fərqli olaraq, geosiyasət elmini dövlətin vəziyyəti, forması, sərhədləri və ya ölçüləri, iqtisadiyyatı, ticarəti və mədəniyyəti maraqlandırmır. Bütün bu məsələlər əsas etibarı ilə, dövlətin strateji vəziyyətinin təsviri ilə məhdudlaşan siyasi coğrafiya elminə aiddir. Politoloq E. A. Pozdnyakov təsdiqləyir ki, geosiyasət əsas diqqətini fiziki əhatə, dövlətin hərbi-siyasi, iqtisadi, və ekoloji təhlükəsizliyi faktorlarına və bu faktorların siyasətdə istifadə edilməsinin real imkanlarının açılmasına və öyrənilməsinə diqqətini yönəldir. Praktik geosiyasət dövlətin ərazi problemlərinin, sərhədlərinin, insan resursları da daxil olmaqla, resursların müəyyən edilməsi və səmərəli istifadə olunmasını öyrənir.
Geosiyasət elmi 3 elmi yanaşmanın əsasında meydana gəlmişdir:
1.Sivilizasiya nəzəriyyələri
2.Hərbi strateji nəzəriyyələr
3.Coğrafi determinizm nəzəriyyələri
Mədəni yanaşmanın banisi rus alimi 'N.Y.Danilevski' hesab edilir.Onun fikrincə, tarixin teatr səhnəsində əsas fəaliyyət göstərən subyektlər kimi dövlətlər və ya ayrı-ayrı millətlər deyil, böyük mədəni-dini birliklər çıxış edir. Danilevski onları “mədəni-tarixi tiplər” adlandırır. Rus tədqiqatçılarından ilk olaraq, Danilevski “Avropanın Rusiyaya qarşı soyuqluğu” tezisini ifadə etmiş və bunu elmi surətdə əsaslandırmışdır. Onun fikrincə, bu soyuqluğun səbəbi 2 dünya gücü arasında olan prinsipial mədəni fərqlərdir: “Avropa bizi ozününkü kimi qəbul etmir. Avropalılar Rusiya və slavyanları yalnız yad deyil, eyni zamanda düşmən kimi görür. ”XIX əsrin sonu-XX əsrin əvvəllərində Danilevskinin konsepsiyası rus filosofu 'K. N. Leontyevin', alman filosofu 'O. Şpenqlerin', rus alimi 'Bu konsepsiyanı ingilis alimi Arnold Toynbi' də inkişaf etdirmişdir. Öz əsərlərində o, “pravoslav –rus” sivilizasiya tipini ayırmışdır. Sivilizasiya nəzəriyyəsi XX əsrin sonlarında da alim-geosiyasətçilərin diqqətini cəlb etmişdir.Harvard Universitetinin professoru Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” adlı kitabı çox mübahisələrə səbəb oldu. Müəllif təsdiqləyir ki, XXI əsrdə konfliktlərin əsas mənbəyi kimi iqtisadiyyat və ya ideologiya deyil, mədəni fərqlər çıxış edəcək. O hesab edir ki, “sivilizasiyaların toqquşması dünya siyasətinin əsas faktoruna çevriləcək.Sivilizasiyalar arasında olan ayırma xətləri isə gələcəkdə cəbhə xətləri olacaq”. XXI əsrin mənzərəsi müəllifə 7-8 böyük sivilizasiyanın qarşılıqlı fəaliyyət və rəqabətinin nəticəsi kimi görünür.O, bu sivilizasiyalar arasında qərbləşməyə qarşı çıxan “pravoslav-slavyan” sivilizasiyasının da olacağını göstərir.
'Aristotel', “Siyasət” əsərində Krit adasının geosiyasi vəziyyətinin xüsusilikləri barədə qeyd edir: “Krit adası sanki Yunanıstan üzərində ağalıq etmək üçün nəzərdə tutulub.Onun coğrafi vəziyyəti isə çox əlverişlidir: o, demək olar ki, bütün yunanların ətrafında məskunlaşdığı dənizlə əhatələnir. O, bir tərəfdən Peloponnes, digər tərəfdən isə, Asiya ilə yaxın məsafədə yerləşir”.
Geosiyasətin obyekti və predmeti
“Geosiyasət” termini artıq 100 ildən artıqdır ki, mövcuddur.Uzun müddət elm sahəsi kimi geosiyasətin mahiyyəti, sərhədləri və obyekti haqqında suallar cavabını tapmamışdır. Geosiyasətin obyekti barədə belə söyləmək olar ki, geosiyasət- dəniz və qurunun, hava və yer qabığının milyon illər boyu qarşıdurması baş verdiyi planetar məkan- quru səthi, su səthi, hava qatı, yer kürəsidir.Geosiyasətin predmeti qlobal və regional problemlərin həlli zamanı geosiyasi subyektlər arasındakı qarşılıqlı əlaqədir.İlk növbədə, geosiyasətin predmeti planetar məkan üzərində nəzarətdir.Lakin buradan suallar doğur: bu nəzarət hansı yollarla həyata keçirilir?, onun mexanizmi necədir?, hansı faktorlar bu mexanizmdə daha önəmlidir?, bu mexanizmi hərəkətə gətirən subyektlərin rolu nədən ibarətdir? və s. Qeyd etmək lazımdır ki, bu və ya digər faktorların rolu tarixən dəyişmişdir. Məsələn, hələ iki yüz il bundan əvvəl ön sırada coğrafi, təbii-iqlim, məkan və iqtisadi faktorlar, istehsalçı qüvvələrin inkişaf dərəcəsi və s. olmuşdur. XXI əsrin əvvəllərində biz dünya düzəninin bir modelindən digərinə-qlobal modelə keçidinin şahidi oluruq. Bu dövrdən etibarən geosiyasi vəziyyət daha az davamlılıq kəsb etməyə başladı ki, bunun da əsas səbəbi 150-200 il əvvəl olduğundan sayca daha çox faktorun əhəmiyyətli təsirə malik olmasıdır. İqtisadi prosseslər, elmi-texniki inqilab coğrafi mühitə, ekoloji vəziyyətə və insanlara daha çox təsir etməyə başlayıb.Bütün növ beynəlxalq əlaqələrin qurulmasında iqtisadi maraqlar ön plana çıxır. Nəzərə alsaq ki, planetimizdə baş verən iqtisadi prosseslər yüksək dinamikliyi ilə seçilir, onda deyə bilərik ki, bu faktorlar müasir geosiyasi vəziyyətin qeyri-stabilliyini şərtləndirir.
Elmi-texniki inqilab nəticəsində ən müasir texniki vasitələr meydana gəldi: kütləvi qırğın silahları və onların çatdırılma vasitələri, düşmən silahının aşkar edilməsi və onun məhvi, ordular və onların manevrlərinin idarə edilməsi və s. Hərbi sferadakı müasir vəziyyət geosiyasət atalarının Şimali Atlantika(“xarici aypara” və ya “Heartland”) ölkələrinin möhkəmliyi və davamlılığı haqda fikirlərini şübhə altına alır.
Elmi texniki inqilab elektron rabitə vasitələrinin inkişafında da böyük rol oynadı.Bunun nəticəsində “kommunikativ” dünya birliyi- İnternet şəbəkəsi yaradıldı.Elektorn ünsiyyət vasitəsilə əvvəllər böyük məsafələrlə bir-birində ayrılmış dövlətlər və xalqlar yaxın qonşulara çevriliblər.
Yeni texnika və texnologiyaların işlənib hazırlanması ilə məşğul olan elm sahələri, eləcə də beynəlxalq münasibətlərdə ümumi strategiyanın və geosiyasi vəziyyətin müəyyən edilməsi ilə məşğul olan ictimai-siyasi elmlər yüksək inkişaf tempi almışlar.
Yuxarıdakı faktora uyğun olaraq əhalinin təhsil və mədəniyyət səviyyəsinin yüksəlməsi.Zərif texnologiyaların praktikada tətbiqi, iqtisadi sferanın və elmin, hərbi işin inkişafı bu keyfiyyətlərdən daha çox asılıdır.
Mədəniyyət səviyyəsi XX əsrin son onilliklərində geosiyasi qüvvələr tarazlığına təsir edən dünya dinlərinə təsir göstərir.
Dövlətin siyasi rejiminin fəaliyyətinin effektivliyi, hakim elitanın təfəkkür və səriştə səviyyəsi, ölkə əhalisinə, cəmiyyətin qanun və qaydalarına hörmətlə yanaşılması da əhəmiyyətli rol oynayır.
Elmi-texniki tərəqqi nəticəsində ayrı-ayrı cöğrafi elementlərin: böyük ərazilərin, okeanların, dənizlərin, dağlar, çaylar, meşələr və çöllərin rolu azalmışdır.Bununla yanaşı, bir çox rabitə növlərinin də əhəmiyyəti azalmışdır: dəmir yolları, dəniz yolları. Lakin boru kəmərləri, avtonəqliyyat və hava daşımalarının rolu daha da artmışdır; elmi potensiala, texnologiya və maliyyəyə malik nisbətən kiçik dövlətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır.
Dünyanın siyasi xəritəsi iki yolla baxıla bilər. ilk - Dünya siyasi qüvvələrin alignment baxımından işləri necə göstərir kağız üzərində sadə nəşr. ikinci aspekt kimi, daha geniş əli ilə bu anlayış hesab informasiya mənbəyi dövlətlərin formalaşması, onların strukturu və rasskol, faydaları haqqında siyasi dünyada qüvvələrin yenidən və dünya iqtisadiyyatında böyük və güclü dövlətlərin təsiri haqqında. Ötən bizə gələcək bir şəkil verir, belə ki, dünyanın siyasi xəritəsi formalaşması mərhələləri bilmək vacibdir.
Dostları ilə paylaş: |