Ədəbiyyatşünaslığın obyekti və predmeti



Yüklə 56,54 Kb.
səhifə1/3
tarix17.06.2022
ölçüsü56,54 Kb.
#61650
  1   2   3
\'d\'biyyat


  1. Ədəbiyyatşünaslığın obyekti və predmeti

Aristotel qeyd edirdi ki, bədii ədəbiyyatın təsvir obyekti və predmeti təbiət və insandır.

  1. Strukturalizm

Ədəbi şərhin tarixi formalarından biri kimi strukturalizm XX əsrin əvvəllərində dilin təbiəti haqqında meydana çıxan yeni nəzəriyyələrin tərkibində yaranmışdır. Maraqlıdır ki, qədimlərdən bir elm sayılmış ədəbiyyat və dilçilik strukturalizmdə yenidən birləşmişdir.
Strukturalizmin sürətlə yayılmasının bir səbəbi də psixoloji dilçilik
məktəbinin və ədəbiyyatşünaslıqda psixoloji məktəbin öz istiqaməti ilə
dilin işarəviliyi nəzəriyyəsinə yaxınlaşmaları idi. O biri tərəfdən, psixologiya elmi insan təfəkkürünü tədqiq edərkən yaddaşın işarə prinsipi ilə
qurulduğu nəticəsinə yaxınlaşırdı. Ədəbiyyatşünaslıqda psixoloji məktəb
poetik epiteti, bənzətməni, təini araşdıraraq onun bədii təsvirdə və deməli,
dünyanı elmi təsvirdə də universal əhəmiyyət daşıdığı nəticəsinə gəldilər
Ən bəsit “Bu itdir” kimi söz birləşməsindən tutmuş ən mürəkkəb
elmi və bədii mətnlərə qədər dünyanın sözlə yaradılan istəniləm təsviri və
obrazı oxşatma prinsipi ilə yaradılır. Bu dilin tavtoloji təbiətini müəyyən
edir. Tavtolojilik sözün təbiətindədir: bir “it” çözü bütün itlər çoxluğunu
tanıtmaq üçün istifadə edilir və bu, sözün təbiətidir. Bu o deməkdir ki,
sözlərlə onların bildirdiyi maddi şeylər arasında bağlılıq yoxdur. Sözlər
maddi şeylərin işarəsidir

  1. Ədəbiyyatın özünüifadə formaları: Nəzm və nəsr

ədəbi inkişafın bütün mərhələlərində yaradıcılığın 2 tipi olmuşdur- nəzm və nəsr
Nəzm nəsrdən tez yaranmış, çox erkən - bizim eradan əvvəl inki şaf tapmışdır. Bə'zi xalqlar ilk nəzm və nəsr nümunələrini qoruya bil miş, onları "yazıya almışlar: Miladdan öncə 4-6 min il əvvəl Dəclə və Fǝrǝt çayları hövzələrində "Bilqamis" dastanı yaranmışdır. Dastan, tez V-IV əsrlərdə mixi əlifbası ilə Uruk şəhərinin divarlarına, sonralar isə gil lövhələrə həkk olunmuş, akkad, assuri və hett dillərinə tərcümə edilmişdir. Himnlərə, xalq şe'rlərinə, "Alp Or Tonqa" və "Naməlum qəhrəmanın ölümünə ağılara (m.ö. VII-VI yüzilliklər) həssas yanaşıl mış, onlar gil lövhələrə həkk etmə üsulu ilə bir nəsldən digər nəsillərə ötürülmüşdür.
Yazılı ədəbiyyatda nəzm varlığını bizim eradan əvvəl IX-VIII əsr lərdə yaranan "Avesta"da saxlamışdır. Yəqin "Avesta"ya qədər Azər baycanda incəsənət inkişaf etmiş, yazılı və şifahi ədəbiyyatda nəzmin məişətə və yaşayışa tə'sir göstərən nümunələri yaranmışdır. "Ave sta"dakı nəzm isə ədəbi inkişafın sonrakı mərhələsinin, bizim eraya yaxın mərhələsinin nəzmi olmuşdur.
Bədii nəsr ədəbi inkişafın sonrakı mərhələsinin hadisəsidir. İnsan lar təbiəti duya, dərk edə bilməyəndə hiss, duyğu, düşüncə və həyəcan larını sözlə ifadə etmiş, ǝsatirlər, əfsanə rəvayət və nağıllar söyləmiş, epik əsərlər - təmsillər, hekayələr, romanlar və müxtəlif istiqamətli ki tabələr yaratmışlar: miladdan qabaq həm şe'r, həm də nəsr çoxjanrlı və bənzərsiz formalı idi. Qadim abidələrdən birində - "Avesta"nın "Qatlar" hissəsində nəzmlə nəsr növbələşmişdir. Türkdilli nəsrin ilk nümunələrində - "İssık yazısı"nda (m.ö. V-IV əsrlər), "Orxon-Yenisey" mətnlərində, "Gültəkin" abidəsində, "Mokilyan xan"in "Tonyukuk"un kitabələrində (V-VIII əsrlər) nəsrin bitkin əlamətləri olmuşdur. Çünki miladdan əvvəl türkdilli xalqlar həm nəzm, həm də nəsrlə düşünmüş, ifadəli süjetlər qurmuş, təhkiyəni məntiqi ardıcıllıqla inkişaf etdirǝ, canlı obrazlar yarada bilmişlər. Buna görə də Tomrisin Kirə məktub ları "tarixin atası"nın - Heradotun diqqətini çəkmişdir. Yığcam və di namik süjetli hekayəyə bənzər bu məktublarda fikir kəsərli, bir qədər də emosional ifadə olunmuş, qüdrətli bir hökmdarın - Tomrisin istəyi ifadəsini real tapmış, onun portreti, fərdi cizgiləri təsəvvürə gətirilmiş dir.

  1. Kubizm cərəyanı

  2. Epik, lirik və dramatik növə ayrılmanın əsas prinsipi: predmet və inikas üsulu

  3. Hermenevtika

məqsədi mətnin obyektiv [sözlərin qramatik mənaları və tarixən şərtlənmiş variantları] və subyektiv [müəlliflərin niyyəti] əsasları- na görə mənasını müəyyən etmək olan şərh məharəti nəzəriyyəsi.
Hermenevtika” yunan sözü olub, izah, şərh, təfsir etmək, yozmaq, məna çıxarmaq, aydınlaşdırmaq, anlatmaq, bir dildən başqa dilə tərcümə etmək, bildirmək, xəbər vermək mənalarını verən “hermeneyein” felindən əmələ gəlmişdir. “Hermenevtika” sözünün və təliminin mənşəyini, adətən, yunan mifologiyasında Zevsin oğlu, allahların yerdə elçisi və carçısı Hermes allahla əlaqələndirirlər.
Bu o deməkdir ki,hermenevtika lap əvvəldən təfsir və anlama ideyaları ilə bağlı olmuşdur. Hermenevtikanın əsrlərdən bəri istər Şərq, istərsə də Qərb ənənəsində topladığı zəngin təcrübə onun daim bir-birilə sıx vəhdətdə mövcud olan üç sütuna söykəndiyini təsdiq edir: bunlar – məhz anlamaq, şərh etmək və tətbiq etməkdir.Ellinizim dövründə klassik mətinlərin (məs.Homerin) izahı və tədqiqi ilə əlaqədar meydana gəlmiş və sonradan dini kitabların şərhi çərçivəsi daxilində inkişaf etdirilmişdir. XIX əsrdə mətnin mənasının predmeti,hüdudları ilə məhdudlaşdırılmayan "sərbəst" hermenevtikanın inkişafı başlayır. Dilteydə Hermenevtika ictimai elmlərin tarixi xadimlərin subyektiv niyyətlərinə əsaslanaraq ictimai hadisələrin "başa düşülməsini" təmin edən spesifik metoduna çevrilir. Burada "başa düşülmə" təbiətşünaslıqdakı abstraklaşdırma ilə və ümuminin,qanunun müəyyən edilməsi ilə bağlı "izaha"əks qoyulur. XX əsrdə Hermenevtika tədricən əvvəlcə ekzistensializm çərçivəsində (Haydegger),sonra isə fəlsəfi Hermenevtikanın özündə fəlsəfənin metedoloji əməliyyatlarından biri kimi formalaşır. Son dövrlərdə isə sosial fəlsəfədə hermenevtikanin xüsusi növü sayılan hermenevtik ontologiya da meydana çıxmışdır.Bu təlimə görə,varlıq,mövcudluq-dilin varlığıdır:dil-sosial varlığın şərtidir.Odur ki,fəlsəfə də dilin toxunduğu problemlər ətrafında təhlil aparmalıdır.Deməli,hermenvtika təkcə mətni təhlil etməklə kifayətlənməməlidir,həm də ona yeni təfsirlər,şərhlər verilməlidir.
Bu cərəyan çox gümanki,qərb fəlsəfəsində meydana gələn sonuncu müstəqil cərəyandır. Müasir fəlsəfi hermenevtikanın nümayəndələri E.Betti,Q.Q.Hadamer, M.Landman olmuşdur. Onlar hermenevtikada nəinki humanitar elmlərin metodunu,həm də müəyyən mədəni-tarixi situasiyasının və ümumiyyətlə insan varlığının tərif edilməsi üsulunu görürlər.

  1. “Kütlə ədəbiyyatı” anlayışı

  2. Bədii təhkiyənin modallığı

Bədii əsərlərdə sürətlərdən, obrazlardan birinin digərinə münasibəti müsbtə və ya mənfi formada, simpatiya və antipatiya şəklində əksini tapır. Ehtiram, mehribanlıq, əzizləmə, heyranlıq və s. kimi hisslər simpatik mətnə, müsbət münasibətli nitqə subyektiv incəliklə, insani duyğular kimi daxil olur. Belə nitqdə hətta söyüş də yumşalır, kobudluqdan daha çox əzizləməni xatırladır
Antipatik nitqdə isə qəzəb, nifrət, ikrah və s. kimi mənfi münasibətlər ifadə olunur; belə danışıq və mətnlər kinayə, söyüş, təhqiramiz söz və ifadələrlə müşayiət olunur.
Üslubi modallıq ekspressivlik sisteminə daxil olan başqa komponentlərlə birləşəndə fikrin ifadə tərzi daha uyarlı bədii keyfiyyət alır, daha güclü təsir bağışlayır.

  1. Milli ədəbiyyat tarixi, dünya ədəbiyyatı tarixi, regional ədəbiyyat tarixi

  2. ədəbiyyatşünaslığın köməkçi sahələri (biblioqrafiya, tekstologiya və s)

  3. Gerçəklik və ədəbiyyat. Mimesis

İncəsənətdə məzmunun estetikliyini, aparıcı səciyyə daşımasını antik filosoflar da sezmişlər. Ona görə də Aristotel «mimesis» kəlamını tez-tez işlətmişdir. «Mimesis» onun «Poetika»sında sənətin, bədii fəaliyyətin məğzini təşkil edən, yaradıcı təqlidi ifadə etmək üçün işlənən bir anlayışdır. Aristotel bədii yaradıcılığının mənşə və mahiyyətini şərh edərkən, öz sələfləri Sokrat, Platon və digər filosoflar kimi «Təqlid» nəzəriyyəsinə əsaslanır. Lakin Aristotelin «Təqlid» nəzəriyyəsi özündən əvvəlki filosofların bu məsələ ilə əlaqədar irəli sürdükləri müddəalardan xeyli, bəzən isə əsaslı dərəcədə fərqlənir. Platonun sənət və onun mənşəyini son nəticədə fövqəltəbii ideyalar aləmi ilə bağlayan «xatırlama-mimesis» haqqındakı nəzəriyyələrdən fərqli olaraq, Aristotelin «təqlid-mimesis» nəzəriyyəsi dünyəvi səciyyə daşıyır, gerçəkliyin yaradıcı-bədii inikasını və təcəssümünü nəzərdə tutur, sənətin idrak və tərbiyəvi rolunu ayrıca qeyd və qəbul edir. Peamesin Mimesis tərifi


Mimesis , çıxış edən bir imitasiyadir. Orator yalnız birinin söylədiyi sözləri deyil, həm də söz, tələffüz və jest kimi hər şeyi təqlid edir, həmişə yaxşı bir şəkildə yerinə yetirir və təbii bir apt və bacarıqlı aktyorla təmsil olunur.

  1. Dil ədəbiyyatın özünü təqdimetmə vasitəsi kimi

  2. Simvolizm cərəyanı

XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan. XIX əsrin 2-ci yarısında naturalist romanında realist prinsiplərin təhrifi ilə bağlı olaraq meydana gəlmişdir. Simvolizmin estetik əsasları fransız şairləri P.Verlen, A.Rembo, Q.Hofmanstal, H.İbsen və A.Blokun yaradıcılığına ciddi təsir göstərmişdir.
Oxucunu dövrün mühüm ictimai-siyasi məsələlərindən uzaqlaşdıran ifrat fərdiyyətçilik və mistikanın təbliği, ədəbiyyatın ictimai vəzifələrinin inkarı, gerçəkliyin mücərrəd simvollarla şərti və təhrif olunmuş inikası, pessimizmin, həyata nifrət hissinin və ölümün (əsasən intihar yolu ilə) tərənnümü simvolizmin səciyyəvi cəhətləridir.

  1. Ədəbiyyatşünaslığln digər elmlərlə qarşılıqlı əlaqəsi: tarix, fəlsəfə, psixologiya, estetika, dilçilik

  2. Oxucu mövqeyini əsas götürən ədəbiyyatşünaslıq cərəyanları

  3. Mətn informasiya daşıyan xüsusi forma kimi. Adresat

  4. Bədii məkan anlayışı


Yüklə 56,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin