Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Yüklə 17,19 Kb.
tarix02.05.2023
ölçüsü17,19 Kb.
#105964
is 9


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec

SƏRBƏST İŞ № . 9
İxtisas : Mühasibat uçotu
Fənn :Mühasibat uçotu
Kurs : 2
Qrup : 280
Mövzu: İnventarlaşma nəticələrinin hesablarda əks etdirilməsi
Tələbə : Bayramov Yusif
Müəllim : Dadaşova Esmira




Bakı – 2023.
Material dəyərlilərinin yoxlanmasının nəticəsi, dəyərlilərin tam adı, preyskurant üzrə sıra nömrəsi, növü, miqdarı, qiyməti və ümumi məbləği göstərilməklə inventarlaşma siyahı aktına yazılır. İnventarlaşma siyahı-aktı mürəkkəb yaxud kimyəvi karandaşla dəqiq və aydın yazılmalı, doldurulmamış sətirlər qalmamalı, hər səhifədə belə hal olarsa boş qalmış həmin hissələr xətlənməli, eləcə də aparılmış yazılışlarda nəzərdə tutulmayan qaydada düzəliş aparılmasına yol verilməməlidir. Siyahıda səhvlər olduqda onlar korrektura üsulu ilə düzəldilməlidir.İnventarlaşma siyahıları bütün inventarlaşma komissiyasının üzvləri və maddi məsul şəxs tərəfindən imza edilməlidir.
Siyahıya imza edərkən maddi məsul şəxs aşağıdakı: “Məlum inventarlaşma siyahısında adları çəkilən dəyərlilər komissiya tərəfindən miqdar ifadəsində (natural formada) mənim iştirakımla yoxlanılmış və siyahıya daxil edilmişdir, bununla əlaqədar inventarlaşma komissiyasına heç bir etirazım yoxdur. Siyahıda göstərilən bütün dəyərlilər mənim məsiliyyətimdə saxlanılır” məzmununda yazılı arayış verməlidir.
Zəruri hallarda maddi məsul şəxs inventarlaşmanın nəticəsinə görə mübahisə aparmaq hüququna malikdir. Ziddiyyət yarandıqda maddi məsul şəxs inventarlaşma qurtardıqdan sonra müvafiq sənədləri əlavə etməklə növbəti gündən gec olmayaraq inventarlaşma komissiyası sədrinin adına ərizə ilə müraciət etməlidir. Aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı, onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün inventarizasiya cədvəli tərtib edilir

İnventarizasiya cədvəllərində aşağıdakılar göstərilir:
* inventarizasiyanın nəticələri (yəni mühasibat uçotu
məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı kənarlaşmalar);
* aktivlərin artıqgəlmələri üzrə məbləğlər (bazar qiymətləri ilə);
* aktivlərin əskikgəlmələri üzrə məbləğlər (mühasibat uçotundakı qiymətlərinə müvafiq.

İnvertarlaşma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mühasibatlığa təqdim olunur və inventarlaşma siyahısının məlumatları konkret müəyyən tarixə olan uçot göstəriciləri ilə üzləşdirilir. Qarşılıqlı yoxlamalar nəticəsində “İnventarlaşmada müəyyən edilmiş nəticənin uçotu cədvəli” tərtib olunur .Bu cədvəldə təşkilatın rəhbəri, baş mühasib və inventarlaşma komissiyasının sədri imza edir.

İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiyyətə salınır. İnventarlaşma qurtardıqdan sonra komissiyanın qəbul etdiyi qərar və verilən təklif qeyd edilməklə protokol tərtib olunur. Kommisiya tərəfindən rəsmiləşdirilən inventarizasiya cədvəlləri və aktlar inventarizasiya qurtardıqdan sonra 10 gün müddətində rəhbərliyə təqdim edilir.
Aşkar edilmiş kənarlaşmaların tənzimlənməsi qaydası müəyyən olunur və müəssisə rəhbəri yaranmış fərqlərin uçotda əks etdirilməsi barədə sonuncu qərarı verir.
Mühasibat uçotu üzrə əməliyyatların yazılışları invertarizasiya aparılan ayın hesabında əks olunmalıdır.İnventarizasiya zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan
məbləğləri aşağıdakı qaydada tənzimlənir.
Sözü gedən əməliyyatlar aşağıdakı mühasibat yazılışları tərtib etməklə rəsmiyyətə salınır:

  • Aktivlər üzrə artıqgəlmələr, onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirməklə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri mühasibat uşotu subyektinin gəlirinə aid edilir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu. Bakı, 2004
2.Azərbaycanın Milli Mühasibat uçotu standartları. Bakı, 2008
3.Beynəlxalq Maliyyə hesabatı standartları. Bakı, 2003.
4.Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi. Qərar № Q-02 «09» fevral 2012-сi il.
5.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-11 nömrəli 15 aprel 2013-cü il tarixli Qərarı
Yüklə 17,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin