Yusif Xas Hacib.(Yusif Balasaqunlu) “Qutadqu-bilik”



Yüklə 28,36 Kb.
səhifə1/3
tarix09.10.2023
ölçüsü28,36 Kb.
#153319
  1   2   3
Qutadqu-bilik haqq.qısa məlumat^


Yusif Xas Hacib.(Yusif Balasaqunlu) “Qutadqu-bilik”
Yusif Balasaqunlu, təxəllüsü ilə Yusif Xas Hacib orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri olmuşdur. O, məşhur “Qutadqu-bilik” əsərinin müəllifidir. Yusif Xas Hacib Qaraxanilər dövləti zamanında yaşamışdır. Eyni zamanda onun Mikayil Balasaqunlu adlı ögey bir qardaşı olmuşdur. Yusif Balasaqunlu 1020-ci ildə anadan olmuşdur və 1075-ci ildə vəfat etmişdir.
“Qutadqu-bilik”,yəni “Səadət gətirən elm” türk xalqlarının ortaq ədəbi sərvətidir və ədəbiyyat tariximizdə xüsusi yer tutur. Bu əsər türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemadır.
Yusif Balasaqunlu XI əsr şairidir. O, böyük dilçi, lüğətçi alim Mahmud Qaşqarlının müasiri və yerlisidir. Yusif Balasaqunlu türk milliyətinin ən böyük şairidir. Bu poemasının adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Səadət gətirən elm”, “xoşbəxtliyə aparan elm” kimi çevirmək olar. “Qut” sözü səadət,xoşbəxtlik mənasındadır.
Yusif Balasaqunlu haqqında müəyyən qədər məlumatlara rast gəlmək olar. O, 1020-ci illər arasında Doğu Türküstanın Balasaqun şəhərində dünyaya gəlib. 1068-ci ildə Qaşqar şəhərinə köçüb. Qaşqar şəhəri Türkiyənin əvvəlki şəhərlərindən biri olmuşdur. Yusif Xas Hacib orada 18 ay ərzində bu əsər üzərində işləyib və 1069-cu ildə “Qutadqu-bilik”i Qaraxanlılar dövlətinin-Məşriqin və Çinin hökmdarı Tabğaç Buğra xaqana ərmağan etmişdir. Minnətdarlıq əlaməti olaraq xaqan Yusif Balasaqunluya Ulu Xas Hacib, yəni saray naziri, saray işlərinin rəhbəri vəzifəsini vermişdir. Qeyd etmək lazımdır ki, Yusif Balasaqunlunun 1000 qırğız somu üzərində, yəni pul vahidinin üzərində rəsmi mövcuddur.
Müəllif Ərəb və Tacik(fars) dillərində belə əsərlərin mövcudluğunu və türk dilində isə “Qutadqu-bilik”in ilk örnək olduğunu qeyd edirdi. O, əsərinin dilini xaqaniyyə adlandırırdı. Mütəxəssislər düşünürlər ki, “Qutadqu-bilik”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. Poemada 13200 misra, 6520(bəzi mənbələrdə 6645) beyt vardır. Bu poema məsnəvi şəklində yazılmışdır və içərisində rübailərdən də istifadə olunmuşdur. “Qutadqu-bilik”in vəzni əruzun kəsik(qısa) mütəqarib bəhri kimi müəyyənləşdirilir. Əsərin giriş hissəsi isə nəsrlə yazılmışdır. Əsərin yazıldığı dövrdə Qaraxanlı dövlətində,əvvəlcə, Uyğur əlifbasından istifadə olunmuşdur. Sonralar dövlətin rəsmi yazışmalarında və ədəbi mühitdə ərəb dilindən istifadə olunmağa başlandı. Bu səbəbdən “Qutadqu-bilik” bir dünya görüşündən digər dünya görüşünə keçid dövrünün məhsuludur və əsər yazılarkən də bu amilin ona müəyyən qədər təsiri olmuşdur. “Qutadqu-bilik” əsəri əslində xaqanlar, şahlar, hökmdarlar,dövləti idarə edənlərin kitabıdır. Çünki bu kitabın əsasında adil və ağıllı hökmdar ideyası dayanır. Ağıllı və adil hökmdar arzusu, ümumiyyətlə, bütün türk dünyasını, türk xalqlarını qədimlərdən narahat edən ən ağrılı problemlərdən olub. İstər bizə gəlib çatan ən qədim şifahi xalq ədəbiyyatında, istərsə də ilk qədim yazılı abidələrimizdə adil və ağıllı hökmdar ideyası daim diqqət mərkəzində olub.
Əsərin müəllifi olan Yusif Xas Hacibin yaşadığı dövr müəyyən qədər ziddiyyətli dövr idi. Müxtəlif türk tayfaları arasında hakimiyyət uğrunda gedən mübarizə, daxili çəkişmələr, şübhəsiz ki, adil, ağıllı və güclü hökmdar məsələsini zərurətə çevirmişdi. Daxili çəkişmələrdən qurtarmaq,mənasız yerə qardaş qanının tökülməsinin qarşısının alınmasını istəyənlərdən biri də, şübhəsiz ki, “Qutadqu-bilik”in müəllifi Yusif Xas Hacib olmuşdur. Daxili çəkişmələr haqqında “Qutadqu-bilik”in sonlarında “Zəmanənin Çürüklüyünü və dostların cəfasını söylər” başlıqlı bölümdə daxili çəkişmələr haqqında açıq-aydın işarəni görmək mümkündür. “Qutadqu-bilik” eyni zamanda keçmiş təcrübədən istifadə etməklə gələcəyi qurmaq üçün olan kitabdır.
Yusif Xas Hacibin bu əsəri hansısa hökmdarın xahişi ilə yazıb-yazmadığı və ya bunu qəlbinin hökmü ilə edib-etmədiyi də, hələlik, məlum deyil. Lakin məntiqi baxımdan əsərin sifarişlə yazılmasını iddia etmək olar. Çünki Yuif Xas Hacib o zamanlar həm Qaraxanlı dövlətində, həm də ondan xeyli uzaqlarda-bütün Şərq dünyasında tanınan və hörmət edilən bir şəxs idi. O dövrdə xaqanlar və hökmdarlar öz adlarının əbədiləşdirilməsi üçün tanınmış yazarlara özlərinin nəsillərinin və idarə etdikləri dövlətin tarixini, öz dövrlərini qələmə almaq üçün sifariş verirdilər. Ola bilərdi ki, Yusif Xas Hacib də belə bir sifariş alıb. Lakin təəssüflər olsun ki, əsərin heç bir yerində bu məsələ haqqında heç bir işarəyə rast gəlinmir. Bəzi tədqiqatçılar güman edirlər ki, bəlkə də, müəllif bunu əsərin girişində qeyd edib, ancaq kimlərinsə əli ilə bu, əsərdən çıxarılıb.
Lakin bu dəqiqdir ki, “Qutadqu-bilik” kimi bir əsər hər hansı bir təsadüf nəticəsində meydana çıxa bilməzdi. Bu əsərin yazılmasında iki amildən biri- ya hansısa hökmdarın sifarişi, ya da müəllifin adil hökmdar arzusu əsas rol oynayıb. Əsərin hansı səbəblə yazılmasından asılı olmayaraq, o həqiqətən də, çox qiymətli bir əsər kimi tarixdə qalıb. Əsərə bu günki baxımdan yanaşmalı olsaq, görərik ki, onu mahir bir hüquqçunun qələmindən çıxan konstitusiyaya bənzətmək olar. Günümüzdə aktuallığını itirməyən ağıllı hökmdar ideyası, sadəcə olaraq müəllifin geniş dünyagörüşünə və təfəkkürə malik olduğunu bir daha göstərir. Bu isə Yusif Xas Hacibin əbədiyyətə qovuşması deməkdir. Əslində, bu əsərdə türk xalqlarının, imperatorluqlar quran böyük və əzəmətli bir millətin dövlət anlayışı və dövləti idarə etmək praktikası qələmə alınıb. Əsəri bu baxımdan türklərin tarix boyu yaratdıqları sivilizasiyaların, türk zəka və təfəkkürünün mahir bir bilicisi, tükənməz təfəkkür sahibi tərəfindən qələmə alınan əvəzsiz, ölməz sənət abidəsi hesab etmək olar.
X-XIII əsrlər olduqca qarışıq və ziddiyətli, eyni zamanda intibah dövrüdür. “Qutadqu-bilik” də belə bir intibah dövründə yazılıb və şübhəsiz ki, bu da əsərin mahiyyətinə öz təsirini göstərib. Əsərin “Bəyliyə(hökmdarlığa) layiq bir bəyin necə olması(idarə etməsi) gərəkliyini söylər” adlı bölməsində dövlətin idarə olunması ilə bağlı olduqca ibrətamiz məsləhətlər vardır:
1.Bəy məmləkəti qanunla idarə edər və ağıllı bir idarəetmə siyasəti yeridər. Xalq hökmdara baxaraq, ondan özü üçün nümunə götürər.
2.Bəy adət-ənənəyə necə riayət edərsə, xalq da eyni şəkildə riayət edər. Bəylər hansı yoldan getsə, qul da o yoldan gedəcək.
3.Bəy doğru olmalı, sözləri və hərəkətləri bir-birinə uyğun gəlməlidir. Belə olsa, xalq əmin-amanlıq,sülh şəraitində yaşayacaq.
4.Bəy adil olmalıdır. Əgər bir bəy uzun müddət ölkəni idarə etmək istəyirsə, onda ölkəni ədalətlə idarə etməli və həqiqəti müdafiə etməlidir.
5.Bəy həyalı, ismətli və namuslu olmalıdır. Bəy təkva sahibi və təmiz olmalıdır. Əgər bəy düz olmasa, əxlaqını qorumasa, onda ölkə fəlakətə sürüklənər.
6.Bəy cəsur və qəhrəman olmalı, xalqının da özündən nümunə götürməsinə cəhd etməlidir. Bəyi qorxaq olan dövlət məhvə və dağılmağa məhkumdur.
7.Bəy səbirli, sakit və təmkinli olmalıdır. O, səbirlə, əsəbiləşmədən, ağılla iş görməlidir. Bütün bunlar bəy üçün bir Allah vergisidir.

Yüklə 28,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin