Azərbaycan Respublikası
Kənd Təsərrüfatı nazirinin müavini
cənab Sarvan Cəfərova
TƏHRİRİ MƏRUZƏ № 25/M-42
06.05.2021-ci il
Ezamiyyə hesabatının icrası haqqında
Hörmətli Sarvan müəllim,
2021-ci ilin 08-9 aprel 2021-ci il tarixlərində Göygöl rayonunda Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı (FAO) FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində Nazirliyin Aparatının Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin baş məsləhətçisi Ruslan Hacıyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürrəhmanov, FAO Azərbaycan Tərəfdaşlıq Proqramının rəhbəri Namiq Məmmədov və Təlimçi Asəf Ömərov “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsinin fəaliyyət istiqamətləri çərçivəsində süni mayalanma mütəxəssislərinin təlim seminarında iştirak etmişlər.
Tədbirdə süni mayalanma mütəxəssislərinin hazırlanması yüksək qiymətləndirilərək bu layihənin davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir. Respublika Süni Mayalanma Mərkəzində təlim keçmiş mütəxəssislərə süni mayalama kursunu bitirdiklərini təsdiq edən sertifikatların təqdim edilməsi məqsədilə görüşlər keçirilmişdir. Tədbirdə süni mayalanma tədbirlərinin daha da genişləndirilməsi, səmərəliyinin, effektivliyinin artırılması məqsədilə maarifləndirmə və təbliğat işlərinin aparılmasının vacibliyi tədbir iştirakçılarına bildirilmişdir. Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 12 aprel 2021-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Süni mayalanmanın təşkili və səmərəliliyinin artırılması ilə bağlı tədbirlər planı” çərçivəsində hesabatda qeyd olunan təkliflər 2021-2022-ci illər ərzində də həyata keçiriləcəkdir.
Qeyd olunanları nəzərə alaraq Nazirliyin 12 aprel 2021–ci il tarixli 41/08-22 (İD 511312) nömrəli tapşırığının işə alınması məqsədəuyğun olardı.
Razılığınız olacağı təqdirdə müvafiq göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev
Dostları ilə paylaş: |