Azərbaycan Respublikasında qidalanmanı yaxşılaşdırılması, əhalinin insan
orqanizmində çatışmayan mikroelement və vitaminlərlə zənginləşdirilmiş yeyinti
məhsulları ilə təmin edilməsi, bu sahədə icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar
və ərzaq məhsulları istehsalçılarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə
aşağıdakı tərkibdə Qidalanmanın Yaxşılaşdırılması üzrə Komissiya yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasında qidalanmanı yaxşılaşdırılması, əhalinin insan
orqanizmində çatışmayan mikroelement və vitaminlərlə zənginləşdirilmiş yeyinti məhsulları
ilə təmin edilməsi, bu sahədə icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar və ərzaq
məhsulları istehsalçılarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə
Qidalanmanın Yaxşılaşdırılması üzrə Komissiya yaradılsın:
Elçin
Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini,
Komissiyanın sədri
Komissiyanın üzvləri:
Əli
İnsanov - Azərbaycan Respublikasının səhiyyə naziri
İsmət Abbasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı
naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii
sərvətlər naziri
Samir Şərifov
[1]
- Azərbaycan Respublikasının maliyyə naziri
Heydər Babayev
[2]
- Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və
turizm naziri
Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri
Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri
Əli Nağıyev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri
Hadı Rəcəbli - Azərbaycan Respublikası Milli Məclisinin
deputatı,
Sosial siyasət daimi komissiyasının sədri
(razılaşdırılıb)
Xalidə Məsimova - Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Agentliyinin
Baş
direktoru
Abbas Vəlibəyov - Azərbaycan Respublikasının baş dövlət sanitar
həkimi, Azərbaycan Respublikası səhiyyə
nazirinin
müavini
İzzət Şamxalova - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Mamalıq - Ginekologiya Elmi-Tədqiqat İnstitutunun
direktoru
Mauhev Vestfall - Asiya İnkişaf Bankının Azərbaycandakı daimi
nümayəndəsi (razılaşdırılıb)
Hanna Singer - YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin
rəhbəri (razılaşdırılıb)
Fərman Abdullayev - Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri (razılaşdırılıb)
Vüsalə Allahverdiyeva - YAYF 9005 << Aztəminatlı qadınların və uşaqların
qidalanmasının yaxşılaşdırılması
>> layihəsinin ölkə
üzrə koordinatoru
Qalina Qəniyeva - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin
mikronutriyent çatışmazlığı üzrə milli
koordinatoru
Kamilla Dadaşova - << Simmetriya >> Azərbaycan Gender
Assosiasiyasının prezidenti
Səadət Mahmudova - << Tofiq İsmayılov adına Fond>>un vitse
prezidenti
Aybəniz Məmmədova - <> ictimai birliyinin direktoru
Hümmət Kərimov - <> duz istehsalı müəssisəsinin
direktoru
Asabil Qasımov - << Karat >> un istehsalı müəssisəsinin direktoru
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, iki ay
müddətində Qidalanmanın Yaxşılaşdırılması üzrə Komissiya haqqında Əsasnaməni
hazırlayıb əlaqədar təşkilatlarla razılaşdıraraq Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri, A. Rasizadə
Bakı şəhəri 18 iyun 2005-ci il
№ 147 S
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
28 noyabr 2005-ci il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə
1075)
2.
18 may 2006-cı il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə
469)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
18 may 2006-cı il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 469) ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 147 s nömrəli sərəncamının 1-ci bəndinin
yeddinci abzasında “Əvəz Ələkbərov” sözləri “Samir Şərifov” sözləri ilə əvəz edilmişdir.
[2]
28 noyabr 2005-ci il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1075)
ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 147s nömrəli sərəncam 1-ci
bəndinin səkkizinci abzasında "Fərhad Əliyev" sözləri "Heydər Babayev" sözləri ilə əvəz
edilmişdir.