Gürcüstan Hökumətİ



Yüklə 165,49 Kb.
tarix02.12.2016
ölçüsü165,49 Kb.
#614

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2014-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat



Gürcüstan Hökumətİ

Dövlət İdarələrarası Komİssİyası

Barışıq və Vətəndaş Bərabərlİyİ Məsələlərİ üzrə Gürcüstan Dövlət Nazİrİ Aparatı



Tolerantlıq və Vətəndaş İnteqrasiyasının Milli Konsepsiyasının və 2014-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə

Hesabat

Mart, 2015-ci il

BARIŞIQ VƏ VƏTƏNDAŞ BƏRABƏRLİYİ MƏSƏLƏLƏRİ ÜZRƏ GÜRCÜSTAN DÖVLƏT NAZİRİ APARATI

Ünvan: Tbilisi, 0134, Q. Leonidze küç. №3/5

Tel.: +995 32 2923299; +995 32 2922632

Veb-səhifə: www.smr.gov.ge

E-mail: tinagog@hotmail.com

Mündəricat

Giriş……. .............................................................................................................................................. .4

I. Qanunun aliliyi……... ...................................................................................................................... ...5

II. Təhsil və Dövlət dili……………. ................................................................................................... ..8



III. Media və informasiyanın əlçatanlığı................................................................................................ 15

IV. Siyasi inteqrasiya və vətəndaşların iştirakçılığı……….................................................................. 16

V. Sosial və regional inteqrasiya………….............................................................................................18

VI. Mədəniyyət və identikliyin qorunub-saxlanması…..........................................................................20

VII. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər..........................................................................................................................................................22



Giriş

Barışıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2009-2014-cü illər üçün Fəaliyyət Planı dövlətin etnik azlıqlarla bağlı həyata keçirdiyi siyasətin mühüm alətlərindən birini təşkil edir. Bu sənəd Gürcüstan hökumətinin 2009-cu il mayın 8-ində qəbul etdiyi 348 saylı sərəncamı ilə təsdiqlənmişdir. Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatına1 etnik azlıqlara münasibətdə yeni siyasətin işlənib hazırlanması, koordinasiyası və hesabatın verilməsi həvalə olundu. Bu prosesləri əlaqəli şəkildə yönləndirmək məqsədilə Reinteqeasiya məsələləri üzrə Dövlət Aparatının 2009-cu il 3 iyul 14 saylı əmri əsasında Dövlət İdarələrarası Komissiyası yaradıldı.

Komissiyanın tərkibinə Reinteqrasiya Məsələləri üzrə Dövlət Naziri Aparatının rəhbərliyi və məsul işçiləri, müvafiq dövlət idarələrinin, nazirliklərin, idarələrin və təşkilatların, eləcə də Tbilisi Sakrebulosunun və milli azlıqların məskunlaşdığı bölgələrin üç diyar administrasiyası nümayəndələri daxil oldular. Komissiyanın fəaliyyətinə aşağıdakı idarələr daxildirlər:



  • Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı;

  • Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi;

  • Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi;

  • Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi;

  • Gürcüstan Ədliyyə Nazirliyi;

  • Gürcüstan Təhsil və Elm Nazirliyi;

  • Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik;

  • Gürcüstan Daxili işlər Nazirliyi;

  • Gürcüstan Prezident Administrasiyası;

  • Milli Təhlükəsizlik Şurası Aparatı;

  • Gürcüstan Xalq Müdafiəçisi Aparatı;

  • Gürcüstan Mərkəzi Seçki Komissiyası;

  • Tbilisi Sakrebulosu;

  • Kvemo Kartli diyarında Dövlət qəyyumunun- Qubernatorun Administrasiyası;

  • Samsxe- Cavaxeti diyarında Dövlət qəyyumunun -Qubernatorun Administrasiyası;

  • Kaxeti diyarında Dövlət qəyyumunun -Qubernatorun Administrasiyası;

  • Gürcüstan İctimai Yayımı;

  • Müəllimlərin Peşəkarlığının İnkişaf Etdirilməsi Mərkəzi;

  • Qiymətləndirmə və Milli İmtahan Mərkəzi;

  • Gürcüstan Parlamentinin Milli Kitabxanası.

Cari hesabat 2014-cü ilin Fəaliyyət Planı əsasında nəzərdə tutulmuş altı strateji istiqamət–Qanunun aliliyi, Təhsil və dövlət dili, Media və informasiyanın əlçatanlığı, Siyasi inteqrasiya və vətəndaş iştirakı, Sosial və regional inteqrasiya, Mədəniyyət və identikliyin qorunub-saxlanılması –Gürcüstan hökumətinin həyata keçirdiyi tədbirləri əks etdirir. Hesabat dövrü ərzində Fəaliyyət Planının yerinə yetirilməsində Prezident Administrasiyası, Milli Təhlükəsizlik Şurası və Tbilisi Sakrebulosu iştirak etməmişdir.

2014-cü ildə “Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2009-2014-cü illər Fəaliyyət Planının” müddəti başa çatdı və Dövlət Naziri Aparatı yeni strategiyalar və növbəti illər üçün fəaliyyət planı üzərində işləməyə başladı. Bu məqsədlə Dövlət Naziri Aparatı və Müstəqil ekspertlər qrupu birgə şəkildə Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2009-2014-cü illər Fəaliyyət Planının yerinə yetirilməsi üzrə sənəd hazırladılar. Bu sənəddə konsepsiyanın yerinə yetirilməsi zamanı meydana çıxan müsbət və mənfi tendensiyalar öz əksini tapdı, eləcə də tövsiyələr işlənib hazırlandı. Yeni strategiya və fəaliyyət planında bütün müsbət nəticələr öz əksini tapacaq , aşkarlanmış boşluqlar və çatışmazlıqlar isə nəzərə alınacaqdır.

Hesabat dövründə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Gürcüstanda milli inteqrasiyanın gücləndirilməsi” layihəsi çərçivəsində planlaşdırılmış tədbirlərin yerinə yetirilməsində Gürcüstan BMT Assosiasiyası (UN Association of Georgia) Dövlət Naziri Aparatını fəal şəkildə dəstəkləmişdir.


  1. Qanunun aliliyi

Gürcüstan Ədliyyə və Daxili İşlər Nazirlikləri, eləcə də etnik azlıqların məskunlaşdığı regionların Diyar Administrasiyaları qanunun aliliyi istiqamətində fəaliyyət göstərirlər.

Hesabat dövründə müxtəlif növ tədbirlər həyata keçirilmiş və bu tədbirlər qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsinə yönəlmişdi : Parlament bütün formalarda mövcud diskriminasiyanın aradan qaldırılması ilə bağlı qanunvericilik qəbul etdi, eləcə də İnsan hüquqları strategiyası və Fəaliyyət planı təsdiqləndi (sənədin əhəmiyyətli hissəsini etnik azlıqların hüquqlarının müdafiəsi məsələləri təşkil edir ).

Qaraçıların qeydə alınması

Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi “İnnovasiyalar və İslahatlar Mərkəzi” QHT ilə qarşılıqlı əməkdaşlıq əsasında qaraçıların qeydiyyata alınması prosesini davam etdirdi. 2014-cü ilin statistik göstəriciləri aşağıdakı kimidir:



İcraat kateqoriyası


Ümumi cəm

İcraat başa çatdı

İcraat prosesdədir

Vətəndaşlığın müəyyənləşdirilməsi

13

13

0

Vətəndaşlığı olmayan şəxs statusu

12

12

0

Doğulma faktı

36

36

0

Ümumi cəm

61

61

0

İnsan alverinə qarşı mübarizə məsələləri ilə bağlı etnik azlıqların maarifləndirilməsi

2014-cü il ərzində Gürcüstan Ədliyyə Nazirliyi İnsan Alverinə (trefikinqə) qarşı İdarələrarası Koordinasiya Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və “Miqrasiya Mərkəzi” QHT-sinin sıx əməkdaşlığı ilə insan alveri, qeyri-qanuni miqrasiyanın təhlükələri və onlardan müdafiə olunma vasitələri haqqında etnik azlıqların məskunlaşdığı regionlarda məlumat xarakterli görüşlər keçirildi.


Marneulidə, Borcomidə, Axalsixedə, Axalkalakidə, Ninodzmindada, Qardabanidə, Zalqa və Sarticalada bu qəbildən olan doqquz məlumat xarakterli görüşlər keçirildi. Ümumi cəmdə 268 etnik azlıq nümayəndəsi görüşlərdə iştirak etmişdir.


Hesabat dövründə Daxili İşlər Nazirliyi Akademiyası etnik azlıqların bərabərliyinin müdafiəsi siyasətini aktiv surətdə həyata keçirirdi. Bu nöqteyi-nəzərdən aşağıdakı tədbirlər təşkil olundu:



  • Akademiyada mövcud proqramlarda dəyişikliklər edildi və “Diskriminasiyanın bütün növlərinin aradan qaldırılması haqqında” və “Fərdi göstəricilər” adlı tədris kursları əlavə olundu ki, bu çərçivədə də Gürcüstan Daxili İşlər Nazirliyinin cari və gələcək əməkdaşları hazırlandılar ;

  • Akademiyanın Polis tənzimlənməsi hüququnun magistr proqramına “Diskriminasiyanın bütün formalarının yolverilməzliyi” və bütün növ diskriminasiyaya qarşı mübarizədə polisin xüsusi rolu kimi məsələlərin tədrisi də əlavə olundu;

  • Tədris prosesində insanlar arasında bərabərliyin pozulması və irqi diskriminasiyaya, diskriminasiyanın yolverilməzliyi məsələlərinin tədrisinə xüsusi diqqət ayrıldı. Məhəllə inspektorlarının, eləcə də patrul və sərhəd polislərinin hazırlanması və ixtisaslaşdırılması üzrə xüsusi təhsil proqramları “Multietnik cəmiyyətdə polis” adlı tədris kursunda öz əksini tapdı.

2014-cü ilin iyulunda Daxili İşlər Nazirliyi və Xalq Müdafiəçisi Aparatı arasında imzalanmış memorandum çərçivəsində, Akademiyanın dinləyiciləri üçün seminarlar keçirildi. Seminar məhdud imkanlara malik şəxslərin hüquqlarının müdafiəsi məsələlərinə həsr olundu.



Etnik azlıqların məskunlaşdığı (Samsxe-Cavaxeti, Kvemo Kartli, Kaxeti regionların)diyar-administrasiyaları tərəfindən görülmüş işlər

Hesabat dövründə Samsxe-Cavaxeti Diyar-Administrasiyasında və regionun bələdiyyələrində etnik azlıq nümayəndələrinin müraciətlərinin cavablandırılması prosesi qanunla təsbit edilmiş prosedurlara riayət etməklə baş verirdi.


Azlıq nümayəndələrinə Ana dilində və ya onların başa düşdüyü dildə müvafiq şifahi izahatlar verilirdi.


2014-cü ildə Samsxe-Cavaxeti qubernator administrasiyasına müxtəlif ehtiyaclar üzrə etnik azlıqların 57-i nümayəndəsi ərizə ilə müraciət etmişdir. Müraciətlər əsasən sosial dəstək alma istəyi ilə bağlı idi.


Hesabat dövründə Samsxe-Cavaxetinin sosial-iqtisadi inkişaf strategiyasının fəaliyyət planının işlənib hazırlanması aktiv surətdə gedirdi. Bu məqsədlə beş işçi qrupu yaradıldı, hansının ki, fəaliyyətinə həmçinin etnik azlıq nümayəndələri də qatıldılar.

Kvemo Kartli regionunun Dmanisi, Tetridzğaro, Qardabani və Zalqa bələdiyyələrində yerli hakimiyyət nümayəndələri mütəmadi şəkildə əhalini qanunvericilikdəki yeniliklər, xüsusilə də yeni anti-diskriminasiya tənzimləmələri ilə tanış etmək məqsədilə informasiya xarakterli görüşlər keçirirdi.


  1. Təhsil və Dövlət dili

Gürcüstan Təhsil və Elm Nazirliyi və onun səlahiyyəti altında olan ümumi hüquq üzrə hüquqi şəxslər hesabat dövründə müxtəlif proqramlar və layihələrin həyata keçirilməsinə davam etdilər.
Dil üzrə təhsil –keyfiyyətli təhsil
Gürcüstan Təhsil və Elm Nazirliyinin Milli Təhsil Layihələri Departamenti “Dil üzrə təhsil –keyfiyyətli təhsil” adlı altproqram tərtib etdi ki, bunun da əsas məqsədi dil üzrə təhsil səviyyəsinin yüksəldilməsi üçün həm gürcü, həm də qeyri-gürcü məktəblərində əlverişli şəraitin yaradılmasından ibarətdir.

Milli azlıqların dil təhsilinin yaşxılaşdırılması üçün bu proqram çərçivəsində növbəti tədbirlər keçirildi:



  • Həm çoxsaylı, həm də azsaylı azlıqların dillərinin tədrisi məsələsində fokus qrupları təşkil olundu (bu qruplara daxil idilər: etnik azlıqlara məxsus şagirdlərin valideynləri, Ana dili müəllimləri, qeyri-hökumət təşkilatları nümayəndələri).Təcrübənin tematikasını Ana dilinin öyrənilməsi və tədrisi məsələləri təşkil edirdi, məqsəd isə Ana dili, dövlət və xarici dillərin öyrənilməsi və tədrisi ilə bağlı məsələlərdə maraq qruplarının fikirlərinin önə çıxarılması və Ana dilinin öyrənilməsi-tədrisi modellərinin işlənib hazırlanması zamanı bu mövqeyi nəzərə almaqdan ibarətdir.

  • Azlıqların dil təhsilinin yaxşılaşdırılması üçün dilin öyrənilməsi və tədrisi konsepsiyasının hazırlanması və Ana dili ilə bağlı Milli Tədris Planına daxil edilmiş dəyişikliklərin yekun paketini ərsəyə gətirmək məqsədilə Məsləhət Şurası yaradıldı. Bu paket qərar qəbuledən subyektlərə təqdim olundu.

Ana dilinin öyrənilməsi-tədrisi ilə bağlı növbəti dəyişikliklərin edilməsinə qərar verildi:



  • Qeyri-gürcüdilli ümumtəhsil müəssisələri üçün etnik azlıqların Ana dili (Azərbaycan, erməni və rus) standartlarının və müvafiq proqramların işlənib hazırlanması. Bu dillərdə milli standartların və proqramların təklif edilməsi Ana dilinin keyfiyyətli öyrənilməsi-tədrisini əlverişli edən müxtəlif xidmətləri aktivləşdirir, bura daxildir: azlıqların Ana dili dərsliklərinin hazırlanması və nəşr hüququ (qrif) verilməsi, etnik azlıqların Ana dili müəllimlərinin hazırlığı üçün universitet proqramlarının hazırlanması, bu fənlər üzrə müəllimlərin peşəkarlıq standartının yaradılması, fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafını dəstəkləyən treninq-təhsil proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, sertifikasiya mexanizminin işə salınması və s.

  • Gürcüdilli ümumtəhsil müəssisələri üçün azsaylı etnik azlıqların Ana dili standartı və fənn proqramlarının işlənib hazırlanması. Bu dillər sırasına daxildir: çeçen-kist, assur, kurmanci, avar, udin, osetin, yunan dilləri.


Bilinqvikstik təhsil
Gürcüstan Təhsil və Elm Nazirliyinin Milli Tədris Layihələri Departamenti 2014-cü ilin dekabrında qeyri-gürcüdilli məktəblərdə 7-ci sinif təsviri incəsənət və biologiya fənləri üzrə ikidilli dərslərin keçirilməsi üçün resursların ilkin versiyasının işlənib hazırlanmasını başa çatdırdı. Məzmun cəhətdən bu resurslar Milli Tədris Planının standartlarına və nəşr hüququ almış dərsliklərə, metodoloji cəhətdən isə ikidilli tədrisin (dil və fənnin inteqrasiyalı tədrisi) müasir texnologiyalarına söykənir. Bu nöqteyi-nəzərdən, bu , yeni tip, innovativ təhsil resursudur.

Gürcü dilini ikinci dil kimi öyrədək”

“Gürcü dilini ikinci dil kimi öyrədək” proqramı gürcü dilinin tədrisinin dəstəklənməsi və gürcü dili müəllimlərinin peşəkar inkişaf etdirilməsi məqsədini daşıyır və Axalkalaki, Ninodzminda, Bolnisi, Dmanisi, Qardabanidə, Marneuli və Saqareco bələdiyyələrinin qeyri-gürcüdilli məktəblərində həyata keçirilir.
Yeni seçilmiş təlimçi-müəllimlər “ Gürcü dilinin, ikinci dil kimi tədrisi metodikasında” (50 saat), “Etnik və dini tolerantlıqda” (5 saat), eləcə də Azərbaycan və ya erməni dillərini öyrədən sürətli kurslar (50 saat) keçirlər və yalnız bundan sonra Samsxe-Cavaxetinin, Kvemo Kartlinin və Kaxetinin etnik azlıqlarla məskunlaşmış kəndlərinə paylanılırlar. Bu müəllimlər saat hesabına görə məvacibdən başqa, dövlət proqramı ilə 1000 lari məbləğində maaş da alırlar.
2014-cü ilin iyun ayında yeni kadrların (gürcü dili müəllimlərinin) seçilməsi üçün müsabiqə elan edildi. 2011-2014-cü illərdə yalnız sertifikasiyalı müəllimlər seçilmiş və Samsxe-Cavaxeti və Kvemo Kartlinin qeyri-gürcüdilli məktəblərinə təyin olunmuşlar. 2014-cü ildə gürcü dili üzrə əlavə olaraq 15 sertifikasiyalı müəllim daha seçildi. Halhazırda, proqram üzrə 88 təlimçi-müəllim işlə təmin olunub.
Məktəb attestasiya imtahanlarının nəticələri 2011-2014




Gürcü dili klubları
Proqramda iştirak edən müəllimlər məktəblərdə gürcü dilini tədris etməklə yanaşı, müəllimlər üçün treninqlər keçirir, sinifdənkənar müxtəlif tədbirlərin (Yeni il, yay, payız bayramları, şair və yazıçılara həsr olunmuş günlər, dini/milli bayram sərgiləri, müsabiqələr, tamaşalar və s.) təşkilinə yardım edirlər.
Yeni pedaqoqun gəlməsindən sonra kənddə gürcü dilini öyrənənlər qrupu –“Gürcü dili klubu” toplanır. “Gürcü dili klubuna” abituriyentlər, müəllimlər, şagirdlər, valideynlər və icmanın nümayəndələri daxil ola bilər. Proqrama qoşulmuş müəllimin başlıca vəzifəsi gürcü dilini tədris edən yerli müəllimlər üçün treninq keçməkdən, onların peşəkar inkişafını təmin etməkdən və təhsil sistemində baş verən yeniliklərlə tanış etməkdən ibartdir.

Klubların təşkil olunması və tədris prosesinin effektiv yönləndirilməsi məqsədilə Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi proqrama qoşulmuş məktəbləri lazımi inventar, audio-video texnika, tədris-vizual materiallar və əyani vasitələrlə təmin edəcək.

2014-cü ilin oktyabr ayı göstəricilərinə görə “Gürcü dilini ikinci dil kimi öyrədək” proqramı çərçivəsində etnik azlıqlarla məskunlaşmış regionların 90 məktəbin “Gürcü dili klublarında” 3 545 dinləyici buradan qəbul olunuşdu.


Şagirdi

2625

Müəllim:




  • Gürcü dili

220

  • Başqa fənn

264

Cəmi:

484

İcma nümayəndəsi

436


Mübadilə və qardaşlaşma layihələri

2014-cü ildə “Gürcü dilini, ikinci dil kimi öyrədək” layihəsinin iştirakçılarının 65%-i (5% -2011-ci ildə) )mübadilə proqramlarını planlaşdırdı və həyata keçirdi. Erməni və Azərbaycan məktəbləri müxtəlif regionların gürcü məktəbləri ilə qardaşlaşdı.

Təlimçi-müəllimlər Gürcüstanın müxtəlif şəhərlərindən (Tbilisi, Qurcaani, Qori, Qardabani, Saqareco, Zestafoni, Xaşuri, Çakvi və s.) partnyor məktəblər axtarıb tapdılar və bir-birinə qonaq getmə və bir həftə ərzində orada yaşamaq, dərslərdə iştirak, birgə konsert və tamaşa təşkili, müxtəlif xörəklərlə tanışlıq, gürcü Pravoslav, erməni Apostol kilsələrinin, məscidlərin və digər mədəni abidələrin ziyarət edilməsi kimi tədbirlərini təşkil etdilər.

Gələcək uğurlar naminə gürcü dili”

Müəllimlərin Peşəkar İnkişafı Mərkəzinin “Gələcək uğurlar naminə gürcü dili” proqramının məqsədlərinə nail olmaq üçün 2014-cü ildə iki əsas istiqamət ayrıldı: müəllimlərin qeyri-gürcüdilli məktəblərə göndərilməsi və tədris resurslarının yaradılması.

Proqram çərçivəsində, 2014-cü il ərzində qeyri-gürcüdilli məktəblərinə yardımçı pedaqoqların göndərilməsi iki mərhələdə həyata keçirildi:



  1. 2013-cü ilin sonunda müsabiqə nəticəsində 23 iştirakçı seçildi və 2014-cü ilin yanvarında onlara peşəkar bacarıqlar və gürcü dilinin tədrisinin müasir metodları üzrə intensiv təlimlər keçirildi. Hazırlıq keçdikdən sonra seçilmiş pedaqoqlar Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionlarının qeyri-gürcüdilli məktəblərinə paylandılar.

  2. 2014-cü ilin iyununda proqram çərçivəsində müsabiqə elan edildi və müsabiqə çərçivəsində 81 iştirakçı seçildi, buradan:

  • 53 – Gürcü dili üzrə yardımçı pedaqoq;

  • 17 – Tarix üzrə pedaqoq;

  • 11 – coğrafiya pedaqoqu.

Regionlara göndərilməzdən qabaq bütün iştirakçılara aşağıdakı modullar üzrə treninqlər keçirildi:

  • Sinifin idarə olunmasının peşəkar qabiliyyətləri;

  • Gürcü dilinin ikinci dil kimi tədrisi metodologiyası, dilin və fənnin inteqrasiyalı şəkildə tədrisi;

  • İnklüziv təhsil.

2014-cü ilin dekabr ayı üçün olan vəziyyətə görə, proqramda 210 nəfər pedaqoq cəlb olunmuşdur. Regionda proqram iştirakçılarının başlıca məşğuliyyətini aşağıdakılar təşkil edir:

  • Müvafiq fənnin yerli pedaqoqun yardımı ilə dərsin planlaşdırılması və həyata keçirilməsi;

  • Dərsdənkənar aktivliklərin həyata keçirilməsi;

  • Gürcü dili və tarixi, coğrafiya dərnəyi və klubların yaradılması;

  • Evsahibliyi edən ailəyə gürcü dilinin öyrədilməsi.

Qeyri-gürcüdilli şagirdlərin gürcü dili tədrisi materialları təmin edilməsi

2011-2014-cü illərdə “Gələcək uğurlar naminə gürcü dili” proqramı çərçivəsində ibtidai, baza və orta pillələrdə I-XII səviyyələr üzrə qeyri-gürcüdilli şagirdlər üçün gürcü dili dərslikləri hazırlandı. Müəlliflər qrupu yaradıldı və onlar da öz növbəsində müasir standartlara uyğun dərsliklər hazırladılar. Prosesə həmçinin redaktorlar, dizayner-mürəttiblər və rəssamlar da qoşuldu. Dərslik komplekti şagirdin dərsliyi, şagirdin dəftəri, müəllimin dərsliyi və audio diskdən ibarətdir.

2014-cü ildə proqram çərçivəsində yaradılmış I-XII səviyyələr üzrə gürcü dili dərslikləri qeyri-gürcüdilli məktəblərə məhz onların istəkləri əsasında təhvil verildi.

Gürcü dilinin pulsuz elektron tədrisi layihəsi

İdman və Gənclər Nazirliyinin təşəbbüsü və informasiya internet portalı olan www.teach.ge ilə sıx əməkdaşlığı nəticəsində gürcü dilinin pulsuz elektron tədrisi layihəsi həyata keçirildi. Gürcü dilinin öyrənilməsi prosesini sadələşdirmək məqsədilə veb-səhifədə Gürcüstanda yaşayan etnik azlıqlar üçün xüsusi tədris modulu yerləşdirildi. Həmçinin rus-gürcü və Azərbaycan-gürcü tədrisi üzrə onlayn-dərsləri yükləndi. Veb-səhifədən qeydiyyatdan keçmiş hər bir kəs bu imkanlardan pulsuz şəkildə yararlana bilər.


Milli tədris olimpiadası
2013-2014 tədris ilində Gürcüstanın bütün ümumtəhsil müəssisələrində, o cümlədən qeyri-gürcüdilli məktəblərdə Milli tədris olimpiadası təşkil olundu. Qeyd olunmuş məktəblərdə Milli tədris olimpiadası erməni, Azərbaycan və rus dillərində keçirildi; qeyri-gürcüdilli şagirdlər gürcü dili olimpiadasında da iştirak etdilər.


Gürcü dili

(qeyri-gürcüdilli məktəblər)



1 572

Fənlər (Azərbaycan dilində)

1 146

Fənlər (erməni dilində)

1 415

Fənlər (rus dilində)

757

Üçüncü turun əsasında qalib şagirdlər müəyyənləşdirildi, o cümlədən milli azlıq nümayəndələri də. Xüsusilər, gürcü dili üzrə qaliblər arasında üç erməni və bir Azərbaycanlı şagird də var idi.






Məktəb buraxılış imtahanları

2013-2014 tədris ilinin məktəb buraxılış imtahanı əsasında , tam ümumi təhsil haqqında şəhadətnamə aldı:

Ermənidilli şagird - 615

Azərbaycandilli şagird - 492

Rusdilli şagird- 743


Milli azlıq nümayəndələrinin ali təhsil almaq imkanlarının mükəmmələşdirilməsi
2014-cü il Vahid milli imtahanlarda “4+1” proqramı çərçivəsində, ümumi qabiliyyətlər üzrə azərbaycandilli və ermənidilli testlərin nəticələri əsasında, Gürcüstanın Ali təhsil müəssisələrində təhsilini davam etdirmək hüququ qazandı:


  • Ümumi qabiliyyətlər üzrə azərbaycandilli testlər əsasında -456 abituriyent;

  • Ümumi qabiliyyətlər üzrə ermənidilli testlərin əsasında -217 abituriyent.

2014-cü ildə vahid milli imtahanlarda ümumi qabiliyyətlər üzrə azərbaycandilli və erməni dilli testlərin nəticələri əsasında dövlət təhsil qrantı ilə maliyyələşdirildi::



  • Ümumi qabiliyyətlər üzrə azərbaycandilli testlər əsasında -96 abituriyent;

  • Ümumi qabiliyyətlər üzrə ermənidilli testlərin əsasında -89 abituriyent.

Akademik proqramlarda, ümumi qabiliyyətlər üzrə imtahanı erməni dilində tapşıranlardan yalnız bir abituriyent, imtahanı Azərbaycan dillində tapşıranlardan isə 12 abituriyent ( o cümlədən onlardan biri 50% -lik ) qrant qazandı. Bir abituriyent isə abxaz dili və ədəbiyyatı imtahanını verdi.

Artıq iki ildir ki, İdman və Gənclərlə İş üzrə Nazirlik sürətli çap və məntiqi düşüncə müsabiqəsini keçirir. Gürcü yazısı və dilinin populyarlaşdırılması məqsədilə veb-səhifə (www.ka.msy.ge) yaradıldı. Burda məktəb çağındakı gənclərə sürətli çap marafonuna qoşulmaq imkanı verildi. Qaliblər diplomlarla və hədiyyələrlə mükafatlandırıldılar.


  1. Media və informasiyanın əlçatanlığı

İctimai Yayım

Hesabat dövründə, İctimai Yayım Fəaliyyət planı əsasında müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsinə davam etdi. İctimai Yayımın 2-ci kanalı vasitəsilə gündəlik rejimdə, canlı efirdə azlıqların 5 dilində (abxaz, osetin, erməni, Azərbaycan, rus) “Milli xəbər” yayımlanırdı.

2014-cü ilin oktyabrından hər gün, şənbə və bazar günləri xaric, 23:00 –da 2-ci kanalın efirində rusdilli televiziya verilişi –“İndiki zaman” yayımlanır və verilişə 2-ci kanalın milli azlıqların dillərində Yayım qrupu kuratorluq edir. İnformasiya-analitik veriliş olan “İndiki zaman” («Настоящее время») Azad Avropa və Amerikanın Səsi radiolarının birgə layihəsini təşkil edir, hansı ki, Gürcüstanda, Estoniyada, Latviyada, Litvada, Moldovyada və Ukraynada fəaliyyət göstərən ictimai və özəl yayımlarla əməkdaşlığı həyata keçirir. Qeyd edilmiş veriliş tərəfsizlik prinsipinə əsaslanır və auditoriyaya dünyada gedən siyasi proseslərlə bağlı maraqlı analizlər təklif edir.

2014-cü il noyabrın 16-da Beynəlxalq Tolerantlıq günündə, Xalq Müdafiəçisi Aparatı, Milli Azlıq Şurasının qərarı ilə , 2-ci kanalın “Moambe” verilişi ilin “Tolerantlığın dəstəkçisi ” adı ilə təltif edildi.

Radio yayım

2014-cü ildə milli azlıqların dillərində yayım həmçinin “Pirveli radio”nun da efirində davam etdirildi. Hal-hazırda İctimai yayımın radio efirində milli azlıqların dillərində “Moambenin” yeni kollajının audio versiyası yayımlanır. İnformasiya buraxılışı abxaz, osetin,Azərbaycan, erməni və rus dillərində yayımlanır, həmçinin həftədə bir dəfə gürcü dilində proqram da əlavə olunur.



Çveni ezo” tok-şousu

Tok-Şou “Çveni ezo” 2013-cü ilin oktyabr ayının birindən formatını dəyişdi və 2014-cü ildə həftədə 4 dəfə -Gürcüstanda yaşayan müxtəlif etnik, dini qruplar haqqında mükəmməl filmlər silsiləsi şəklində gedirdi. Yaradıcı qrup həmçinin Gürcüstanda yaşayan duxoborlar, Azərbaycanlılar və başqa etnik və ya dini azlıqların ənənələrini və bayramlarını əks etdirən filmlər də hazırladılar. Dünya üzrə məşhur kinorejissor Serqo Paracanov, başqa məşhur qeyri-gürcü mənşəli məşhur insanlar haqqında verilişlər hazırlandı. İl ərzində “Çveni ezo” –nun 40 verilişi efirə çıxdı.

İctimai yayım tərəfindən azlıqlar üçün ayrılmış vaxt

Verlişlərin formatı

Adı

Müddəti, dəq.

Miqdarı, ay

Cəmi, saat

Televiziya informasiya

Milli xəbər

55

11

262

Radio informasiya

Milli xəbər

55

11

262

Radio informasiya

Gürcü həftəliyi

20

12

16

İnformasiya-analitik

“İndiki zaman”(azadlıq-ictimai yayım)

30

3

39














İl boyu cəmi, saat

579

Çap mətbuatı

“Milli azlıqların mədəniyyətlərinin dəstəklənməsi” proqramı çərçivəsində Gürcüstan Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyinin dəstəyi ilə 2014-cü ildə qeyri-gürcüdilli mətbuatın maliyyələşdirilməsi davam etdirildi. Nazirliyin dəstəyi ilə ermənidilli “Vrastan” qəzetinin 12 nömrəsi, azərbaycandilli “Gürcüstan” və rusdilli qəzetlər olan “Svobodnaya Qruziya” və “Veçni Tbilisi” dərc olundu. Qeyd edilmiş çap mətbuatı Gürcüstanın etnik azlıqların məskunlaşdığı regionlarında paylanılır.



  1. Siyasi inteqrasiya və vətəndaş iştirakçılığı

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK), hesabat dövründə də milli azlıq nümayəndəsi seçicilərinə bərabər seçki mühitinin yaradılması üçün yenə də işlərin aktiv şəkildə davam etdirirdi və bunun üçün bir sıra tədbirlər həyata keçirildi.

Milli azlıq nümayəndəsi seçicilərinin məlumatlandırılması

  • MSK-nın Koordinasiya və İdarəetmə Departamenti 2014-cü il yerli özünüidarənin nümayəndəli və icra hakimiyyəti orqanlarının seçkiləri üçün, Təhsil və Elm Nazirliyi ilə əməkdaşlıq şəklində milli azlıqların seçkilərdə ilk dəfə iştirak edən gənc seçiciləri üçün Samsxe-Cavaxetidə, Kaxetidə və Kvemo Kartlinin 16 kütləvi məktəbində ilk dəfə informasiya xarakterli görüşlər keçirdi. Şagirdlər seçki tarixi, seçki administrasiyası , seçki prosedurları və yerli özünüidarə barəsində məlumatlandırıldılar.

  • Samsxe-Cavaxeti Dövlət Universitetində və İ. Qoqebaşvili adına Telavi Dövlət Universitetində etnik azlıq nümayəndəsi olan tələbələrlə Karl Popper formatında “Demokratik dövlətin inkişafında seçkilərin rolu ” mövzusunda debatlar keçirildi.

  • MSK-nın sifarişi ilə İctimai Yayım 2014-cü il mayın 15-dən “Seçki-televiziya daycesti ” erməni və Azərbaycan dillərinə tərcümə edilir və işıqlandırılırdı. Həmçinin, erməni və Azərbaycan dillərinə MSK-nn 10 imic/informasiya video-çarxı da tərcümə olundu və həm İctimai yayımda, həm də Samsxe-Cavaxeti və Kvemo Kartlinin regional televiziyasına yerləşdirildi.

  • Erməni və Azərbaycan qəzetlərində, müvafiq olaraq, “Vrastan” və “Gürcüstan” qəzetlərində səsvermə günü seçicinin səsvermə proseduru barəsində informasiya dərc olundu.

  • 2014-cü il iyunun 15-də keçiriləcək özünüidarə seçkiləri üçün MSK-nın rəsmi veb-səhifəsində (www.cesko.ge) yerləşdirilmiş banerə - “Etnik azlıqlar” –erməni və Azərbaycan dillərinə tərcümə edilmiş seçki materialları yükləndi. Bununla yanaşı, veb-səhifədə Seçicilərin vahid siyahısında mövcud göstəricilər erməni və Azərbaycan dillərində kompakt məskunlaşmış regionlarda yaşayan milli azlıq nümayədəsi seçiciləri üçün əlçatan idi.

  • MSK-nın əlaqə mərkəzinin 42 operatoru, o cümlədən milli azlıq nümayəndələrindən erməni və azərbaycandilli 4 operator, seçki məsələləri ilə bağlı seçicilərin və maraqlanan şəxslərin məlumatlandırılmasını təmin edirdi.



  • MSK-nın Koordinasiya və İdarəetmə Departamenti, milli azlıq nümayəndələrinin mülki, siyasi və sosial inteqrasiyasını təmin etmək məqsədilə, Qardabanidə, Marneulidə, Bolnisidə, Dmanisidə, Saqarecoda, Laqodexidə və Axalsixenin kəndlərində yerli sakinlərlə görüşlər keçirildi. Görüşlərin məqsədi etnik azlıq nümayəndələrinin seçkilərdə iştirakına mane olan problemlərin müəyyənləşdirməkdən ibarətdir.

  • MSK-nın təşkilatçılığı ilə Xalq Müdafiəçisi yanında mövcud Milli Azlıqlar Şurası üzvlərinə seçki məsələləri ilə bağlı treninqləe keçirildi.

Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələr

MSK yanında mövcud Seçki Sistemlərinin İnkişafı, İslahatı və Tədrisi Mərkəzinin qrant müsabiqəsi çərçivəsində etnik azlıqlar mövzusu üzrə işləyən 10 QHT-ni maliyyələşdirdi. Bununla yanaşı, MSK ilə əməkdaşlıq şəklində Seçki Sistemləri üzrə Beynəlxalq Seçki Sistemləri Fondu (IFES) milli azlıq nümayəndələrindən olan seçiciləri məlumatlandırmaq məqsədilə 6 qeyri-hökumət təşkilatına maliyyə dəstəyi göstərdi. (Layihələrin coğrafi arealı : Samsxe-Cavaxeti –Adigeni, Axalsixe, Aspindza, Borcomi, Axalkalaki, Ninodzminda; Kvemo Kartli –Zalqa, Dmanisi, Tetridzğaro, Bolnisi, Marneuli, Qardabani; Şida Kartlidə -Xaşuri, Kaspi, Qori, Kareli; Kaxeti –Axmeta, Telavi, Kvareli, Laqodexi, Saqareco, Siqnaği, Dedoplisdzğaro, Qurcaani).



Seçki sənədlərinin etnik azlıqların dillərinə tərcümə edilməsi

  • Etnik azlıqların kompakt məskunlaşdığı regionların 12 seçki dairəsində 340 seçki məntəqəsi yaradıldı. 9 dairənin 203 məntəqəsi üçün ikidilli gürcü-Azərbaycan seçki bülletenləri (proporsional -176 900; majoritar -176 900; qamqebeli -176 900 ), 7 dairənin 133 məntəqəsi üçün (proporsional -69 600; majoritar -69 600; qamqebeli -69 600), eləcə də Marneuli dairəsinin dörd məntəqəsi üçün üçdilli gürcü-Azərbaycan-erməni seçki bülleteni (proporsional 3000 ; majoritar 3000; qamqebeli 3000) hazırlandı və çap olundu. Seçki bülletenlərindən başqa, Seçicilərin vahid siyahısı, Səsvermə binasını və prosedurlarını əks etdirən posterlər, seçici flayerləri və bülletenlərin gürcü-erməni və gürcü-Azərbaycan dillərində doldurulması qaydası kimi sənədlər də tərcümə olunub çap edildi.

  • Məntəqə Seçki Komissiyasının 1 522 erməni və 898 Azərbaycanlı üzvü için Azərbaycan-erməni və gürcü-Azərbaycan dillərində. Məntəqə seçki komissiyası üzvlərinin rəhbər təlimatı, komissiya sədrinin təlimatı , seçici axınını tənzimləyən komissiya üzvünün funksiyaları, seçki günü Məntəqə Seçki Komissiyası katibinin səlahiyyətləri, seçiciləri qeydiyyata alan komissiya üzvünün funksiyaları və seçki qutusuna və xüsusi zərflərə nəzarət edən komissiya üzvünün funksiyaları və daşınan seçki qutusunu müşaiyət edən komissiya üzvünün funksiyaları nəşr olundu. Məntəqə Seçki Komissiyası üzvlərinin maarifləndirici filmi “Seçki günü prosedurları” subtitrlı şəkildə hər kəs üçün əlçatan idi. Komissiya üzvlərinə onların başa düşdükləri dildə treninqlər keçirildi;

  • Seçki sənədləri Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) maliyyə dəstəyi və MSK ilə əməkdaşlıq şəklində tərcümə edildi.



  1. Sosial və regional inteqrasiya

Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi hesabat dövründə səhiyyə və sosial müdafiə üzrə dövlət proqramları barəsində milli azlıqlar arasında informasiya kompaniyası planlaşdırdı və həyata keçirdi. Bu proqramlara daxil idi: Kənd həkimi proqramı, Hepatit C proqramı, Ana və uşaq sağlamlığı, Sosial sığorta, Təcili tibbi yardım, Sosial müdafiə.
İnformasiya kompaniyası

2014-cü il ərzində həyata keçirilmiş proqramlardan prioritet istiqamətlər müəyyənləşdirildi və qeyri-gürcüdilli əhalinin məlumatlandırılması məqsədilə müvafiq proqramlar işlənib hazırlandı. Müxtəlif mövzularda informasiya bülletenləri və posterləri hazırlandı və çap olundu, Resept İnstitutunun bərpası ilə bağlı yeniliklər barəsində gürcü, Azərbaycan və erməni dillərində (gürcü dilində 300 000, erməni dilində 5000 , Azərbaycan dilində 5000 dənə) bukletlər işlənib hazırlandı və paylandı.









Heyvanların kəskin infeksion xəstəlikləri –qarayara və brüsselyozun privensiyası məsələləri ilə bağlı informasiya bukletləri hazırlandı: “Qarayara haqqında nələri bilməliyik” (gürcü dilində 9000, Azərbaycan dilində 7000, erməni dilində 4000 dənə), “Brüsselyoz haqqında nələri bilməliyik” (gürcü dilində 10000, Azərbaycan dilində 15 000, erməni dilində 500 dənə) . Qeyd edilmiş materiallar ölkənin Azərbaycanlı və erməni vətəndaşlarının kompakt yaşadıqları regionların tibb müəssisələrinə və sakinlərinə paylanıldı. Həmçinin hədəf qrupları ilə informasiya xarakterli görüşlər də təşkil edildi. Tərcümə olunmuş materiallar bukletlərin gürcü dilindəki versiyası ilə birlikdə Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin veb-səhifəsində (www.moh.gov.ge) yerləşdirildi, çap olunmuş materiallar isə nazirliyin vətəndaş qəbulu otağının girişindən asıldı.

2014-cü ildə Gürcüstanın müxtəlif regionlarında, 82 yeni ambulatoriyanın tikilməsi və təchiz olunması proqramı başa çatdırıldı (o cümlədən, Kvemo Kartlidə 6 ambulatoriya (Marneuli, Bolnisi, Dmanisi, Tetridzğaro, Zalqa, Qardabani) və Samsxe-Cavaxetidə 6 ambulatoriya (Axalsixe, Adigeni, Ninodzminda), Azərbaycanlı və erməni əhali ilə məskunlaşmış rayonlarda cəmi 12 yeni ambulatoriya).



İnfrastrukturun reabilitasiyası

Hesabat dövründə, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirili aşağıdakı işləri həyata keçirdi:



  • Milli azlıqların kompakt məskunlaşdığı regionların inkişaf etdirilməsinin fəaliyyət planları işlənib hazırlandı;

  • İnfrastrukturun reabilitasiyasının investisiya layihələrinin işlənib hazırlandı və onların həyata keçirilməsi dəstəkləndi;

  • Kəndlərin dəstəklənməsi proqramı və onun həyata keçirilməsi monitorinqinin davam etdirildi;

  • Transsərhəd əməkdaşlığın inkişafının dəstəklənməsi davam etdirildi.

Həyata keçirilmiş layihələr (regional inkişaf fondu):

  • Kvemo Kartli – 14 789 000 lari dəyərində 81 investisiya layihəsi;

  • Samsxe-Cavaxeti – 12 657 987 lari dəyərində 34 layihə;

  • Kaxeti ( Laqodexi və Axmeta bələdiyyələri) – 4 379 000 lari dəyərində 13 layihə.

Gürcüstan Avtomobil Yolları Departamentinin göstəricilərinə görə, yolların tikilməsi üzrə aşağıdakı işlər görüldü:

  • Kvemo Kartli –17 936 000 lari dəyərində 10 layihə;

  • Samsxe-Cavaxeti– 12 736 300 lari dəyərində 4 layihə;

  • Kaxeti (Axmeta, Laqodexi) – 5 016 000 lari dəyərində 4 layihə.

Su təchizatı şirkətinin layihələrinin miqdarı və dəyəri təşkil edir:

  • Samsxe-Cavaxeti– 10 730 737 lari dəyərində 2 layihə;

  • Kvemo-Kartli - 3 290 451 lari dəyərində 3 layihə;

2014-cü ildə ölkə miqyasında Kəndlərin dəstəklənməsi proqramının həyata keçirilməsi davam etdirildi. Proqramın maliyyə büdcəsi, hansı ki, 50 mln. lari təşkil edirdi, kəndlərdə prioritet sosial-iqtisadi ehtiyacların qarşılanmasına, xüsusilə də yerli infrastruktur obyektlərinə, onların abadlaşdırılmasına, eləcə də kənd təsərrüfatı sahəsinə sərf olundu. Konkret kəndə nəzərən, məbləğdən məqsədyönlü şəkildə istifadə kənd iclası, kütləvi müzakirələr və sorğular vasitəsilə müəyyənləşdirildi. Proqram əhalinin aktiv iştirakını nəzərdə tutur.

Xırda fermer təsərrüffatları və assosiasiyalarının yaradılması və inkişaf etdirilməsi məqsədilə, hesabat dövründə regional inkişaf agentlikləri intensiv surətdə yerli, o cümlədən etnik azlıqların nümayəndələri olan təsərrüfatçılarlarla tematik görüşlər, treninqlər və seminarlar təşkil edirdilər.




  1. Mədəniyyət və identikliyin qorunub saxlanması

Hesabat dövrü mədəniyyətin dəstəklənməsi məqsədilə keçirilmiş rəngarəng tədbirlərlə seçilirdi, hansılar ki, etnik azlıqların identikliyinin qorunmasına, onların mədəni irsinin mühafizəsinə və inkişaf etdirilməsinə xidmət edirdi. Festivallar, müsabiqələr, sərgilər, xatirə gecələri, mədəniyyətlərarası dialoq formatında görüşlər, ədəbi- idrakı təqdimatlar və s. təşkil edildi.

Gürcüstanda etnik azlıqların mədəniyyətlərinin mühafizə-inkişafı, populyarlaşdırılması, gürcü mədəni məkanına inteqrasiyası nöqteyi-nəzərdən Gürcüstan Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyi “Milli azlıqların dəstəklənməsi” proqramı çərçivəsində 2014-cü ildə silsilə layihələri dəstəklədi :



  • Gürcü və yəhudi xalqları arasında 26 əsrlik dostluğu qeyd etmək üçün bir sıra silsilə tədbirlər keçirildi, o cümlədən:

ÜHHŞ Şota Rustaveli adına Peşəkar Dövlət Teatrında gürcülərin və yəhudilərin arasında mövcud 26 əsrlik dostluğu qeyd etmək məqsədilə bayram konserti keçirildi ; Q. Baazov adına Yəhudi Etnoqrafik-Tarixi Muzey açıldı. Həmçinin yəhudi xalqının Gürcüstanda məişət həyatını əks etdirən eksponatlar sərgisi təşkil olundu; elektron formatda “26 əsr” layihəsi hazırlandı, bu layihə gürcü və yəhudi xalqları arasında tarixi-mədəni əlaqələrin bütün diqqətəlayiq hadisələrini əks etdirdi.

  • Mirzə Fətəli Axundov adına Mədəniyyət Mərkəzində “Əllə toxunmuş Azərbaycan xalçaları” adlı layihə həyata keçirildi;

  • Gürcü və osetin dillərində klassik osetin yazıçısı Napi Cusoitinin “Dağlar beşiyimdir mənim” adlı ikidilli şeirlər toplusu dərc olundu;

  • Azərbaycan dilində “Yüz böyük gürcü” adlı kitab nəşr olundu, burada tarixi əhəmiyyətə malik yüz məşhur gürcünün həyatı və yaradıcılığı haqqında danışılır;

  • Beynəlxalq musiqi müsabiqəsi olan “Türkvizion”un hazırlanma mərhələsi dəstəkləndi;

  • “Vaynax incəsənəti” kataloqu dərc olunmaq üçün hazırlandı, kataloqda vaynax mədəniyəti ənənələri və tətbiqi incəsənətin müxtəlif nümunələri əks olunubdur;

  • Mədəni Maarif Mərkəzi olan “Hairtun”un təşəbbüsü ilə “ 20-ci əsrin II yarısında Gürcüstanın erməni rəssamları” və “Köhnə Tbilisinin illüstrasiyaları” adlı iki albom dərc olunmaq üçün hazırlandı;

  • Multietnik festival “Bir səmanın altında” çərçivəsində klassik musiqi və folklor konsertləri keçirildi;

  • Qafqaz caz-festivalı çərçivəsində (4 ölkədən gəlmiş 30-dək musiqiçi iştirak edirdi), 4 konsert keçirildi.

Gürcüstan Parlamentinin Milli Kitabxanası tərəfindən həyata keçirilmiş tədbirlər

Hesabat dövründə, Gürcüstan Parlamentinin Milli Kitabxanası Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının Mülki İnteqrasiya Şöbəsi, Xalq Müdafiəçisi Aparatı yanında Tolerantlıq Mərkəzi, Gürcüstanda yaşayan etnik azlıqların icmaları ilə aktiv surətdə əməkdaşlıq edirdi.

Partnyor təşkilatlarla sıx əməkdaşlıq nəticəsində, 2014-cü ildə Milli Kitabxanada 21 tədbir, o cümlədən rəsm və foto sərgilər, konsertlər, kitabların təqdimatı keçirildi. Tədbirlərdə milli azlıqlar barəsində milli kitabxana fondlarında qorunan unikal materiallar da bir neçə dəfə sərgiləndi.

Keçirilmiş tədbirlərdə “Gürcü-çərkəz dialoqu”, Serqo Paracanovun filminin nümayişi, inquş xalqının sürgün edilməsinin 70 illiyinə həsr olunmuş tədbirlər, çeçen və inquşların anma gecəsi, Ariel Şaronun xatirəsinə həsr olunmuş gecə, Ketevan Davrişevin kitablarını tərcümə edənlərin təqdimatı, Frunzik Mkrtçyan gecəsi, Yan Hammerin yaradıcılığına həsr olunmuş konsert və s. xüsusilə qeyd edilməlidir.



Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən həyata keçirilmiş tədbirlər

Hesabat dövründə Nazirlik bir sıra proqramlar və layihələr həyata keçirdi:



  • Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetinin etnik azlıq nümayəndələrindən olan 540 gənc su volleybolu, raqbi və dzüdo üzrə Tbilisidə keçirilmiş beynəlxalq idman turnirlərində iştirak etdilər;

  • Axalsixedə Axıskaların Beynəlxalq Gənclərarası Futbol Festivalı-2014 keçirildi, burada Gürcüstanın müxtəlif regionundan 14 komanda üzrə 400 gənc iştirak etdi. Həmçinin festivalda Azərbaycandan və Ermənistandan iki komanda da dəvət olunmuşdur;

  • Zalqada “Sehirli fleyta” festivalı keçirildi. Festival çərçivəsində gənc fleytaçıların gündəlik master-klasları və məşqləri keçirilirdi;

  • Gürcü və osetin gəncləri üçün “Gənc sülh ekspresi” elmi-tədris turu təşkil olundu və bu çərçivədə 20-dək iştirakçı 5 ölkəni (Türkiyə, Yunanıstan, Makedoniya, Serbiya, Kosovo) gəzdi və Avropa gənclərinin universitet həyatları ilə tanış oldular;

  • Peşələrarası qabiliyyətlər və əlaqələrin qurulması treninqi keçirildi və treninqdə 50-dək erməni, Azərbaycanlı, kürd, kist, rus və çeçen gənclər iştirak etdilər. Həmçinin, Kvareli Ədliyyə Tədrisi Mərkəzində 50-dək gənc layihələrin idarə edilməsi və menecment treninqini keçdi; “Maneəsiz gənclər” layihəsi çərçivəsində etnik azlıq nümayəndəsi olan 120 gəncə fərdi inkişaf treninqləri və seminarları keçirildi.

  • Gürcüstanın Avrointeqrasiya prosesi haqqında məlumat vermək məqsədilə etnik azlıqların gənc nümayəndələri üçün “Birgə Avropa seçiminə” proqramı çərçivəsində də Axlkalaki, Ninodzminda, Adigena, Aspindza və Borcomi bələdiyyələrində informasiya görüşləri və seminar-diskussiyalar keçirildi.Proqram etnik azlıqların 500 gənc nümayəndəsini əhatə etdi.



  1. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiya və 2014-cü il fəaliyyət planının həyata keçirilməsi prosesində aktiv surətdə iştirak etmişdir. Hesabat dövründə Dövlət Naziri Aparatı İdarələrarası Komissiyanın fəaliyyətinə rəhbərlik etmiş, xüsusilə də komissiyanın geniş iclaslarını, həmçinin Təhsil və dövlət dili, Media və informasiyanın əlçatanlığı istiqamətlərində tematik işçi qruplarının görüşlərini keçirmiş, görüşlərdə təkliflər və tövsiyələr hazırlanmışdır. Tematik işçi qrupları formatında fəaliyyət qeyri-hökumət təşkilatlarının, ekspertlərin və qeyd olunmuş məsələlər üzrə işləyən bütün aktorların müxtəlif məsələlərin müzakirəsində iştirakına imkan yaradır. Dövlət Naziri Aparatı, İdarələrarası Komissiya ilə birgə 2013-cü ilin fəaliyyət planı üzrə hesabatı və 2014-cü il fəaliyyət planını hazırladı və təqdim etdi.

Dövlət Naziri Aparatı Müstəqil ekspertlər qrupu ilə birgə Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2009-2014-cü illər Fəaliyyət Planının yerinə yetirilməsinin qiymətləndirilməsi üzrə sənəd hazırladı. Yeni strategiya və fəaliyyət planında qiymətləndirmə zamanı aşkarlanan bütün müsbət nəticələr öz əksini tapmış, boşluqlar və çatışmazlıqlar isə nəzərə alınmışdır. Qiymətləndirmə sənədi İdarələrarası Komissiyaya, Milli Azlıqlar Şurasına, ekspertlərə, beynəlxalq təşkilatlara və diplomatik korpusa təqdim edildi. Həmçinin regionlarda (Axalkalaki, Marneuli, Dmanisi ) sənəd ətrafında qeyri-hökumət təşkilatları, icma liderləri, özünüidarə nümayəndələri və sakinlərin iştirakı ilə müzakirələr keçirildi. Qiymətləndirmə sənədi ingilis və rus dillərinə tərcümə edildi, elektron versiyası Dövlət Naziri Aparatının veb-səhifəsində yerləşdirildi, sənədlə bağlı həmçinin nəşr hazırlandı.

Hesabat dövründə konsepsiyanın Təhsil istiqamətində Kvemo Kartlidə yaşayan gənclərlə silsilə görüşlər keçirildi və onlar “4+1” proqramı barəsində məlumatlandırıldılar. Həmçinin Marneulidə, Dmanisidə, Qardabanidə, Axalkalaki və Tbilisidə qeyri-gürcüdilli məktəblərin və gürcü dili evlərinin pedaqoq-müəllimləri və şagirdləri ilə, o cümlədən valideynlər və qeyri-hökumət təşkilatları nümayəndələri ilə də görüşlər keçirildi.

2014-cü ilin iyununda Dövlət Naziri Aparatının təşkilatçılığı ilə, həmçinin Milli İmtahan Mərkəzi ilə birgə Marneulidə abituriyentlər üçün sınaq imtahanları keçirildi, burada Kartlidə yaşayan 250 gənc iştirak etdiş

Konsepsiyanın bütün istiqamətləri üzrə əsas hədəf qruplarından hesab olunan oetnik azlıqların gənc nümayəndələrinə hesabat dövründə xüsusi diqqət ayrıldı.


  • Gənclər müxtəlif növ mədəni-maarif tıdbirlər və ekskursiyalarda iştirak etmişlər. 2014-cü ildə 50-dək azərbaycanlı tələbə Kaxetinin tarixi abidələrinə baş çəkmiş, Kvemo Kartlinin 20-dək şagirdi Gürcüstan Milli Muzeyinə qonaq olmuş, Pankisi dərəsinin şagirdləri Tbilisinin etnik muzeyini ziyarət etmiş, qeyd olunmuş dövr ərzində həmçinin Qaracala və Duisi kəndində ədəbi-tarixi-maarifləndirici tədbirlər keçirildi;

  • Müxtəlif idarələrin nümayəndələri ilə məlumat xarakterli görüşlərin keçirilməsi gənclər tərəfindən böyük maraqla qarşılanır. Onlara müxtəlif dövlət strukturlarının fəaliyyəti ilə tanış olmaq, birbaşa qərar qəbuledən şəxslərin aktual məsələlərlə bağlı mövqeyini öyrənmək və öz fikirləri ilə onları tanış etmək imkanı verilir. Dövlət Naziri Aparatının təşkilatçılığı ilə 2013-2014-cü illərdə Kvemo Kartli və Samsxe-Cavaxeti gəncləri İdman və Gənclərlə İş üzrə Nazirlikdə, Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin Müəllimlər evində, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatında, MTŞ Akademiyasında olmuşlar;

  • Hesabat dövründə Dövlət Naziri Aparatının təşkilatçılığı və iştirakı ilə Tbilisinin və regionların ali təhsil ocaqlarının tələbələri üçün mühazirə-seminarlar təşkil olundu. Samsxe-Cavaxetinin Dövlət Universitetində, Axalsixe Universitetində, Tbilisinin İvane Cavaxişvili adına Dövlət Universitetində də mühazirə-seminarlar və diskussiyalar keçirildi. Rəngarənglik və tolerantlıq, Gürcüstanda milli azlıqların hüquqları, vətəndaş inteqrasiyası istiqamətində dövlətin həyata keçirdiyi siyasət və s. mühazirə mövzularını təşkil edirdi.




  • Avropa İttifaqı və Gürcüstan arasında assosiasiya haqqında saziş.

Dövlət Naziri Aparatı Avropa və Avro-Atlantik strukturlarına inteqrasiya məsələlərində, Barışıq və Vətəndaş bərabərliyi məsələlərində etnik azlıqlar üçün Gürcüstanın Avrointeqrasiyası haqqında informasiya kompaniyasını həyata keçirir. 2014-cü il ərzində etnik azlıqların dillərində (erməni, Azərbaycan, abxaz, osetin) informasiya materialları hazırlandı və paylandı. Tbilisi İv.Cavaxişvili adına Dövlət Universitetində qeyri-gürcüdilli tələbələrlə görüş keçirildi. Onlar Gürcüstanın Avropaya İnteqrasiyası prosesi ilə bağlı məlumatlandırıldılar. Dövlət Naziri Aparatı “4+1” proqramının benefisiar tələbələri üçün “Avrointeqrasiya və mən” mövzusunda esse müsabiqəsi elan etdi. Müsabiqə Gürcüstanın Avropa seçiminə münasibətdə gənclərin fikirlərinin və mülahizələrinin önə çıxarılmasını nəzərə tuturdu. Müsabiqə komissiyası üç ən yaxşı işin müəllifini elan etdi. Qaliblər mükafatlandırıldılar, ən yaxşı məqalələr isə “Vrastan” və “Gürcüstan” qəzetlərində çap olundu.

Həmçinin Kvemo Kartlinin, Kaxetinin və Samsxe-Cavaxetinin media nümayəndələri ilə də Gürcüstanın Avropaya inteqrasiyası haqqında informasiya xarakterli görüşlər keçirilmişdir.

Hesabat ili ərzində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Nazir Aparatının əməkdaşları mövcud vəziyyəti və əhalinin problemlərini öyrənmək məqsədilə təyinatla Kaxeti regionu Pankisi dərəsində və Dedoplisdzğaro bələdiyyəsi Çoeti kəndində olmuşlar.

İdarələrarası Komissiya üzvləri həmçinin müxtəlif ölkələrin təcrübələrini öyrənmək məqsədilə beynəlxalq tədbirlərdə iştirak etdilər. 2014-cü ilin sentyabrında Avropa İttifaqının proqramı olan TAIEX-in dəstəyi ilə Cənubi Tirolda mübadilə görüşləri keçirildi. Görüş çərçivəsində informasiyanın əlçatanlığı nöqteyi-nəzərdən təhsil, dövlət dilinin tədrisi və eləcə də etnik azlıqlar haqqında təcrübələr mübadilə etdirildi və paylaşıldı.

Dövlət Naziri Aparatı və Dövlət İdarələrarası Komissiyanın Gürcüstanın Xalq Müdafiəçisi Aparatı yanında mövcud Milli Azlıqlar Şurası ilə məhsuldar əməkdaşlığı və tez-tez təşkil olunan tematik görüşlər də xüsusilə qeyd edilməlidir. Hesabat dövründə Gürcüstan Naziri Aparatı həmçinin mülki sektorla, beynəlxalq təşkilatlarla, ölkədə akkreditə olunmuş diplomatik korpusla, yerli və beynəlxalq ekspertlərlə də sıx əməkdaşlıq edirdi.

Fəaliyyət Planının impelementasiyası prosesində Dövlət Naziri Aparatı yerli əhali, özünüidarələr və qeyri-hökumət təşkilatları ilədaimi əlaqə qurmuş, müntəzəm olaraq vətəndaşlardan məlumat almış, Aparata daxil olmuş təkliflərə və müraciətlərə cavab verilmişdi.

Kvemo Kartlidə Dövlət nazirinin nümayəndəsi regionda aparatın fəaliyyətini koordinasiya edirdi.

Hesabat ili ərzində, Barışıq və Vətəndaş bərabərliyi məsələlərində Dövlət Naziri Aparatı Gürcüstanda yaşayan etnik və dini azlıqları –həm əhalini, həm də diplomatik korpusu dövri olaraq, onların milli və dini bayramları münasibətilə təbrik etmişdir.



1 Gürcüstan hökumətinin 2013-cü il 24 dekabr 362 saylı qərarı əsasında Reinteqrasiya Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatının adı dəyişdirilmiş və Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı adlandırılmışdır. Dəyişiklik 2014-cü il yanvar ayının 1-dən qüvvəyə minmişdir.


Yüklə 165,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin