Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının



Yüklə 28,55 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü28,55 Kb.
#40840
  1   2   3   4
7507 2


Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının

121-ci tədris qrupunun kursantı Rüstəmli Eminin İnsan hüquqları fənnindən “Köləlik və insan alveri ilə mübarizə”mövzusunda sərbəst işi

Müəllim :Elnur Hümbətov

Bakı-2021

Plan


  1. İnsan alveri haqqında

  2. Uşaq alveri anlayışı

  3. İnsan alveri ilə mübarizə üzrə beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının milli qanunvericiliyinə implementasiya məsələləri.

  4. Köləlik və kölə ticarəti

Köləlik və insan alveri ilə mübarizə



1.İnsan alveri haqqında

İnsan alverinin beynəlxalq səviyyədə qəbul edilmiş ilk anlayışı BMT-nin İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokolunun (2000-ci il) (BMT-nin İnsan Alverinə dair Protokolu) 3-cü maddəsində verilmişdir. Burada insan alverinə belə anlayış verilir:



(a) “İnsan alveri dedikdə, güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya digər formalarda məcburetmə, oğurlama, dələduzluq, aldatma, səlahiyyətdən və ya zəiflik vəziyyətindən sui-istifadə yolu ilə, yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığına nail olmaq üçün ödəniş və ya mənfəət verməklə və ya almaqla, insanların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür. İstismar ən azı digər şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını, məcburi əməyi və ya xidmətləri, köləliyi, köləliyə bənzər halları və ya orqanların çıxarılmasını nəzərdə tutur”. (b) əgər (a) yarımbəndində göstərilən təsir vasitələrindən hər hansı biri istifadə edilibdirsə, bu maddənin (a) yarımbəndində adı çəkilən insan alveri qurbanının planlaşdırılmış istismara razılığı nəzərə alınmır; (c) uşağın istismar edilməsi məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması, hətta bu maddənin (a) yarımbəndində göstərilən hər hansı bir təsir vasitələrindən istifadə edilmədiyi halda belə ″insan alveri″ hesab edilir; (d) ″uşaq″ dedikdə, on səkkiz yaşına çatmamış istənilən şəxs başa düşülür. AŞ Konvensiyasında insan alverinin anlayışı aydın şəkildə həm milli, həm də transmilli xarakterli insan alveri əməllərini əhatə edir və insan alveri mütəşəkkil cinayətkarlıqla əlaqəli ola və ya olmaya bilər. Aİ-nin 2011/36/EU Direktivi dilənçiliyi və cinayətkar fəaliyyəti istismarın formaları kimi əhatə etmişdir. İnsan alverinin beynəlxalq anlayışı ilə bağlı tənqidlər olmuşdur və bildirilmişdir ki, o, mürəkkəbdir, məna baxımından aydın deyildir və cəlbetmənin, aldatmanın, məcburetmənin və ya istismarın ümumi anlayışları yoxdur. Bu anlayışları öz milli qanunvericiliklərində təyin etmək ayrı-ayrı dövlətlərin öz öhdəliyinə buraxılmışdır. Lakin milli qanunvericilikdə sözbəsöz qəbul edildiyi üçün və hüquq-mühafizə işçiləri tərəfindən (cinayət əməlinin aşkar edilməsi və ya qarşısının alınması zamanı anlayışın bu cür mürəkkəbliyi problemlər yaradır) aşkar edilməli və ya qarşısı alınmalı olan cinayətin əməli anlayışı kimi onlara ötürüldüyü hallarda, anlayışın bu cür mürəkkəbliyi problemlər yaratmışdır. BMT-nin İnsan Alverinə dair Protokolunun 5-ci maddəsində deyilir: “1. Hər bir iştirakçı-dövlət bu Protokolun 3-cü maddəsində göstərilən əməlləri, onlar qəsdən törədildikdə, cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün zəruri qanunverici və digər tədbirlər görür”. BMT-nin İnsan Alverinə dair Protokoluna qoşulan bütün dövlətlər, 5-ci maddəyə əsasən, insan alverini ya bir cinayət əməli kimi, ya da ən azı bu anlayış altına düşən bütöv davranışı əhatə edən cinayət əməllərinin birləşməsi kimi cinayət qanuna daxil etməlidirlər.53 Bütün dövlətlərin insan alverinə qarşı hərtərəfli tədbirlərin görülməsini təmin edən milli qanunvericilik çərçivəsinin işlənib hazırlanması vacibdir. AŞ Konvensiyasının 18-ci maddəsində bu bir daha qeyd olunur və deyilir ki, “hər bir iştirakçı-dövlət, Konvensiyanın 4-cü maddəsində nəzərdə tutulan davranış qəsdən törədildiyi təqdirdə, onun cinayət əməlləri kimi müəyyənləşdirilməsi üçün zəruri ola bilən qanunvericiliyi qəbul etməlidir”.

Cinayət əməlləri kimi müəyyənləşdirmək öhdəliyi birbaşa “insan alveri” anlayışı ilə bağlıdır. Buna görə də bu anlayış Protokolu tətbiq etməyə yönələn qanunvericilikdə önəmli yer tutur.54 İnsan alveri anlayışı üç tərkib ünsürdən ibarətdir və BMT-nin İnsan Alverinə dair Protokolunun pozulması hallarında bu ünsürlərdən hər biri olmalıdır. Üç tərkib ünsür aşağıdakılardır: (a) Şəxsin cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması fəaliyyəti[fəaliyyət – nəyin edildiyidir] (b) Vasitələr: güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya digər formalarda məcburetmə, oğurlama, dələduzluq, aldatma, səlahiyyətdən və ya zəiflik vəziyyətindən suiistifadə yolu ilə, yaxud da digər şəxsə nəzarət edən ödəniş və ya mənfəət verməklə və ya almaqla. (c) İstismarın məqsədi: bura, ən azı, digərlərinin fahişəliyinin istismarı yaxud digər formalarda cinsi istismar, məcburi əmək və ya xidmətlər, köləlik, köləliyə oxşar hallar və orqanların çıxarılması. BMT-nin İnsan Alverinə dair Protokolundakı anlayış insan alverini sadə bir cinayət əməli kimi təyin etmiş ola bilər. Lakin insan alverini daha sıx şəkildə araşdırdıqda, çox vaxt bunun çoxsaylı iştirakçılarla mürəkkəb bir proses olduğu görünür. Anlayışın ilk komponenti, “fəaliyyət” ünsürü bir hissədir və uşaq alveri olduğu halda, insan alveri əməlini təşkil edən yeganə hissəsidir. Bu ünsür müxtəlif hərəkətlərlə yerinə yetirilə bilər, lakin şəxslərin qeyri-müəyyən cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması halları ilə məhdudlaşmır. Anlayışın son ünsürü, “istismar məqsədi üçün” ifadəsi anlayışa təqsirin olması tələbini daxil edir. İnsan alveri o halda baş verəcəkdir ki, müvafiq şəxs və ya qurum fəaliyyətin (yaşlıların insan alveri halında baş verməli olduqda yaxud nəzərdə tutulan vasitələrdən biri vasitəsilə mümkün olduqda) istismara səbəb olacağını bilir. Buna görə də insan alveri səciyyəvi və ya xüsusi niyyətin olduğu bir cinayətdir (xüsusi niyyətli).56




Yüklə 28,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin