Dünya uşaq zorakılığına qarşı mübarizəni gücləndirməlidir



Yüklə 395,77 Kb.
səhifə1/2
tarix17.11.2022
ölçüsü395,77 Kb.
#69585
  1   2
UŞAQ ZORAKILIĞI (1)



Uşaqlara qarşı zorakılıq və ya uşağa qarşı pis rəftar uşağa və ya uşaqlara, xüsusən də valideyn və ya baxıcı tərəfindən fiziki, cinsi və ya psixoloji rəftar və ya laqeyd münasibətdir. Uşaq zorakılığına valideyn və ya baxıcı tərəfindən uşağa faktiki və ya potensial zərərlə nəticələnən və uşağın evində uşağın qarşılıqlı əlaqədə olduğu təşkilatlarda, məktəblərdə, icmalarda baş verə biləcək hər hansı hərəkət və ya hərəkətsizlik daxil ola bilər. Uşaq istismarı və uşaq rəftarı terminləri tez-tez bir-birini əvəz edən mənada istifadə olunur.

Dünya uşaq zorakılığına qarşı mübarizəni gücləndirməlidir
Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir.
Yetkinlik yaşına çatmayan, xüsusən də yeddi yaşına qədər olan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Onların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz. Çünki uşaqlar azyaşlıykən aldıqları sevgini, şəfqəti, gözəl tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Sonda qazanan da, itirən də cəmiyyət olur. Uşaqların aldığı hər hansı zorakılıq bütün ömürləri boyu onların psixologiyasında mənfi izlər buraxır və aldıqları aqressiyanı böyüyəndə cəmiyyətə qaytarırlar, eynilə bumeranq kimi: hansı tərəfdən atsan, o tərəfdən də özünə qayıdacaq.
Avropa Şurası Parlament Assambleyası dünyada "Uşaqlara qarşı zorakılıqla mübarizə" kampaniyasına start verib. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 1 milyon 500 min uşaq zorakılığa məruz qalır. Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Konstantin Yerokostopulos Milli Məclisdə "Uşaqlara qarşı zorakılıqla mübarizə" mövzusunda keçirilən "dəyirmi masa"dakı hesabat məruzəsində bəyan etdi ki, bu gün dünyada hər beş uşaqdan biri cinsi istismarın qurbanı olur. Kampaniyanı keçirməkdə də məqsəd məsum və gücsüz körpələri zorakılığın hər bir formasından xilas etməkdir. Bu da yalnız beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə mübarizəsi nəticəsində mümkündür
Uşaq hüquqları sahəsində beynəlxalq qurumların həyata keçirdiyi kampaniyalarda ölkəmiz həmişə fəal iştirak edib. İnsan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının qorunması ilə bağlı 2002-ci ildə Yakohama, 2005-ci ildə isə Lyublyana öhdəliklərini dəstəkləyib. 2004-cü ildə isə Azərbaycan rəsmi olaraq azyaşlı uşaqların vəziyyəti və uşaq hüquqları üzrə Beynəlxalq Konvensiyanın icrası ilə bağlı BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim etmişdir. Bundan başqa, azyaşlı uşaqlara qarşı yönəldilən zorakılıq hallarının qarşısının alınması ilə bağlı ölkəmizdə kifayət qədər mükəmməl hüquqi baza yaradılıb, qanunların icrası üçün mexanizmlər də mövcuddur. Lakin mütəxəssislərin də bildirdiyi kimi, çoxlu qanun və qərarların qəbul olunması, beynəlxalq konvensiyaların ratifikasiya edilməsi hələ problemin həlli demək deyil. Məsələyə son dərəcə ciddi münasibət göstərilməlidir.
Mövzu ilə bağlı parlamentdə keçirilən geniş toplantıda Milli Məclisin sədr müavini Bahar Muradova vəziyyətin nəzərəçarpacaq dərəcədə ciddi olduğunu diqqətə çəkərək bildirdi ki, son zamanlar uşaqlara qarşı cinsi zorakılıq halları, intiharlar, yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq artıb, küçə uşaqlarının sayı çoxalıb. Deputatlar Rəbiyyət Aslanova, Gülər Əhmədova, Hadi Rəcəbli, Sevinc Fətəliyeva və insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu sahədə vəziyyətin kəskin şəkildə pisləşdiyini dedilər və vurğuladılar ki, beynəlxalq qurumlarla birgə uşaq zorakılığına qarşı mübarizə aparmalı, uşaqlarımız üçün təhlükəsiz Azərbaycan yaratmalıyıq.

Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur. Bu, millətimizin ən üstün tərəfidir. Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsirlər. Lakin təəssüflə deyə bilərik ki, son illər belə gözəl ənənələrimiz sanki laxlayır, bəzi uşaqlar cəmiyyətdən öncə ailədə müxtəlif zorakılıqlara məruz qalır, hətta öldürülürlər də. Ötən ay beş yaşlı Sevinc Həsənovanın valideynləri tərəfindən döyülərək öldürülməsi ölkəni sarsıtdı, hadisə ictimaiyyət tərəfindən hiddətlə qarşılandı. Bu hadisə problemin ciddi hal aldığını təbil kimi çaldı və "mübarizənin vaxtıdır" dedi.


Zorakılıq bir kəsin öz gücündən, yaxud xidməti vəzifəsindən istifadə edərək başqalarını qəsdən incitməsi, ona əzab verməsi deməkdir. Bu aksiyanı uşaqlar üzərində tətbiq etmək daha asandır. Məlumdur ki, ev-ailə mühiti balacalar üçün ən doğma, təbii və sevimli yerdir. Təəssüf ki, son vaxtlar baş verən bir neçə hadisə, o cümlədən statistik məlumatlar söyləyir ki, sən demə, ev-ailə bütün uşaqların sevimli məkanı deyilmiş. Doğrudur, valideynlərin öz uşaqlarını tərbiyə etmək, onlara təhsil vermək, qidası, səhhəti ilə məşğul olmaq funksiyaları var. Bəzən onlar vəzifələrindən sui-istifadə edərək uşaqları döyür, təhqir edir, müxtəlif cəza növü tətbiq edir (qaranlıq otaqda saxlamaq, əllərinin üstünü yandırmaq, kəndirlə çarpayıya bağlamaq kimi və s.), fiziki və psixi təzyiq altında sasaxlayırla

Bəzən də özlərinə haqq qazandırırlar ki, uşağın gələcək tərbiyəsi üçün bu vacibdir, yoxsa böyüyəndə yolunu azar. Uşaqlar da onalara qarşı olan zorakılığa etiraz etməyə və haradasa danışmağa qorxurlar.


Məktəb isə əslində təhlükəsiz və uşaqların inam yeri olmalıdır. Məktəbdəki nizam-intizam qaydaları da hər bir şagirdin ləyaqətinə və formalaşmaqda olan şəxsiyyətinə hörmət prinsipində qurulmalıdır. Qərb pedaqoqları hesab edirlər ki, sinifdə, digər şagirdlərin içində müəllim tərəfindən döyülmüş uşaq mütləq kinli olur, o biri uşaqlarla dostlaşa bilmir, müəlliminə nifrət edir və bu heyifi çıxmağın yollarını axtarır. Eyni zamanda, həmin fənni sevmir, məktəbə getmək həvəsi də ölür. Nəticədə bivec uşaqlara qoşulub gün keçirmək istəyir, elə bu zaman da pis vərdişlər öyrənir. Haqlı fikirdir, zorakılıq uşaqlara qorxu gətirir, onlara şəxsi təşəbbüslərindən istifadə etmək, səbirli və ədalətli olmaq kimi dəyərləri aşılamır. Bu da uşaqlıqdan onlarda qəddarlıq hissinin yaranmasına səbəb olur.
Uşaqların cinsi toxunulmazlığına qəsd edilməsi, mənəvi inkişafına ziyan törədən üsulların tətbiqi, ləyaqətinin alçaldılması onlara qarşı törədilmiş cinayətin ən dəhşətlisidir, cəmiyyətə dağıdıcı təsir göstərir. Dünyanın acı gerçəkliklərindən biri budur ki, uşaqlara qarşı cinsi zorakılıq artıq gəlir növü kimi formalaşır. YUNİSEF-in Azərbaycandaki təmsilçisi Milli Məclisdə keçirilən "dəyirmi masa"da dedi ki, heç kəs düşünməsin ki, onun yaşadığı cəmiyyətdə uşaqlara qarşı cinsi zorakılıq halları mövcud deyil, bütün dövlətlər bu rəzalətdən əziyyət çəkirlər. Onu da yalnız birgə mübarizə ilə aradan qaldırmaq olar. Avropa Şurası Parlament Assambleyası və BMT-nin də məqsədi bu problemi birlikdə həll etməkdir.Ümumdünya Səhiyyə Təşkilatı 1965-ci ildə xəstəliklərin təsnifatını apararkən uşaqlara qarşı təcavüzü rəsmi olaraq pozğunluq və əclaflıq adlandırıb. Azərbaycan Cinayət Məcəlləsində pedofiliya ilə (uşaqbazlıq) məşğulluğa görə 8 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Ekspertlər deyirlər ki, cinsi istismara daha çox oğlan uşaqları məruz qalırlar. Bu cür hallar əsasən həbsxanada, kimsəsiz uşaq evlərində, islahedici müəssisələrdə və küçə uşaqları arasında baş verir. Qeyri-sağlam ailə şəraitində fiziki və mənəvi sıxıntılara məruz qalan uşaq xilas olmaq üçün küçəni seçir və evdən qaçır. Bundan sonra onun həyat yolu cinsi istismardan, kimsəsiz uşaq evindən və islahedici müəssisələrdən keçir. Lakin istisnalar da var ki, bu cür zorakılığa imkanlı adamların uşaqları və ya normal ailədə böyüyən azyaşlılar da da məruz qalırlar. Statistika göstərir ki, cinayəti törədənlər ailənin tanıdığı, inandığı adam, ya da yaxın qohumu olur. Qərb psixoloqları uzun tədqiqatlar apararaq qərara gəliblər ki, uşaqlara qarşı cinsi zorakılıq edənlərin 80 faizi uşaq vaxtı özləri bu cür təcavüzə məruz qalmış, psixi sarsıntı keçirmiş şəxslərdir.
Mütəxəssislər hesab edirlər ki, uşaqlara qarşı yaranmış cinsi zorakılığa səbəblərdən biri internet vasitəsilə yayılan pornofilmlərin geniş vüsət almasıdır. Hətta bu iyrənc vərdişə elə tutulanlar var ki, hər gün beynəlxalq şəbəkədə uşaq pornoqrafiyasına baxır, mobil telefon və internet vasitəsilə bir-birinə ötürür, qurbanlarının da ünvanını paylaşırlar. İnterpolun məlumatına görə, son iki-üç il ərzində internetdə 100-dən artıq uşaq pornoqrafiyası saytı fəaliyyət göstərir və bu əclaflıq (beynəlxalq sənədlərdə belə adlanır) ən gəlirli biznes sahəsinə çevrilib. İnterpol əməkdaşları hesablayıblar ki, kibermafiya uşaq pornoqrafiyasına görə ildə 3 milyard dollar əldə edir.
İnternetdə uşaq pornoqrafiyasının marketinqi pulsuz reklam üzərində qurulur. Həmin saytlarda uşaqlar üzərində cinsi zorakılıq təsvirləri olan videoçarxlar təqdim olunur. Artıq ABŞ-da kibercinayətlərlə mübarizə aparan könüllü provayderlər heyəti yaradılıb. Kibercinayətkarlıqla Mübarizə Konvensiyasına qoşulmuş ölkələrlə - Avstraliya, Böyük Britaniya, Kanada və başqa bir neçə ölkə ilə birlikdə internetdə növbə çəkirlər. Bu cür gərgin rejim nəticəsində indiyədək uşaq pornoqrafiyası yayan cəmiyyətin 15-dək üzvü həbs edilib. Yaxşı hal odur ki, son zamanlar uşaq hüquqlarının müdafiəsi ən aktual məsələyə çevrilib. Çünki müasir dünyada hər gün, hər saat uşaqların hüquqları müxtəlif formada pozulur, onlar ağır əməyə, hərbə (kamikadze kimi) cəlb olunur, döyülür, əmtəə kimi alınıb-satılır, cinsi işgəncə ilə qarşılaşır və öldürülür.
Son zamanlar ölkəmizdə "Uşaqları cismani cəzadan qoruyaq" adı altında kampaniyalar keçiriləsə də, dövlət və vətəndaş cəmiyyətləri səviyyəsində müxtəlif tədbir keçirilib, manitorinqlər aparılsa da, Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur. Çünki dünyanın heç bir ölkəsində insan hüquqlarının qorunması arzuolunan vəziyyətdə deyil. Son zamanlar ölkədə uşaq hüquqlarının pozulması ilə bağlı faktların yer aldığının şahidi oluruq. Paytaxtda, hətta ictimai əlaqələrin möhkəm olduğu rayonlarda, kəndlərdə həddi-buluğa çatmamış uşaqların cinsi təcavüzə məruz qalması faktları yer alır. Kiçikyaşlı oğlan və qızlara qarşı bu cür rəzil münasibət Azərbaycan cəmiyyəti və ailəsi üçün ağır faciədir, utancdır. Ailələr dağılır, qan davası düşür və ya həmin ailələr yaşadığı yerlərdən birdəfəlik köçüb gedirlər. Bu hadisədən sonra onlar həmin kənddə, rayonda və məhəllədə yaşaya bilmirlər.
Azərbaycanın güc nazirlikləri internetdəki uşaq pornoqrafiyası resurslarının qarşısını almaq üçün illərdir mübarizə aparırlar. Azərbaycanda mobil telefonlarda pornoqrafiyanın yayılması və parnokasetlərin satışı qanunla qadağan edilib. Lakin virtual cəmiyyətin arzuolunmaz üzvü bir yol tapıb insanları özlərinə şirnikləndirir. Uşaqları internetlə bağlı cinayətlərdən və onlardan sui-istifadədən qorumaq üçün təkcə hüquq-mühafizə orqanlarının fəaliyyəti yetmir, valideynlər, vətəndaş cəmiyyətləri, provayderlər də ciddi işləməlidirlər. Etiraf edək ki, xüsusən uşaqlar zərərli vərdişlərə meyilli olurlar.

Araşdırmalar apararkən bir neçə xarici dövlətin qanunvericiliyi ilə maraqlandıq. Rusiya Dövlət Dumasının qanunlarında bu məsələ çox kəskin qoyulub və neçə ildir həyata keçirilir. ABŞ-ın bəzi ştatlarının, o cümlədən Almaniyanın, Fransanın qanunlarında bu cür cinayətkarlar həbsə atılmazdan əvvəl kimyəvi iynə və dərmanlarla kişilikdən məhrum edilirlər. İzah edilir ki, həmin cinayətkar azadlığa çıxsa belə heç vaxt iyrənc vərdişini təkrar edə bilməyəcək. Fransa Prezidenti N.Sarkozi ötən il cəzanı bir az da sərtləşdirməyi təklif etdi: "Ya bu əclaflar həyatlarının sonunadək həbsxanada qalmalı, ya da azadlığa çıxmazdan əvvəl insanlıqdan (kişilikdən) məhrum edilməlidirlər".


Azərbaycanda da vəziyyətin təhlükəli həddə çatması onu düşünməyə əsas verir ki, yəqin bu cür cinayətlərin qarşılığında verilən cəzalar adekvat deyil. Bir neçə il cəza alıb çıxandan sonra belələri əməllərini davam etdirirlər. Ağsu Rayon Məhkəməsinin qonşu uşağına təcavüz edən Cavanşir Sadıqovu 3 il 6 ay azadlıqdan məhrum etdiyi çoxumuzun yadındadır. Milli Məclisdə keçirilən "dəyirmi masa"da əsas müzakirə obyekti o idi ki, Azərbaycan qanunvericiliyində də bu məsələ sərtləşdirilməli, cəmiyyətimizə başaşağılığı gətirən rəzilliyə son qoyulması üçün cinayətkar ciddi cəzalandırılmalı, cəmiyyətdə rüsvay olunmalıdır. Yəni, uşaqlara təcavüz edənlərə Rusiyada, Almaniyada, Fransada və başqa bir neçə ölkənin qanunlarında tətbiq edilən cəza növü şamil edilməlidir. Cəzasızlıq cinayətin artmasına səbəb olur. Gülüzlü körpələrimizin həyatını solduran əclaf cinayətkar damğalanmalı, qınaq üçün ictimai müzakirəyə çıxarılmalı, onun ailəsi də cəmiyyətə tanıdılmalıdır. Onların cəza çəkdiyi həbsxana da başqa həbsxanalarla bir yerdə olmamalıdır. Hamı bilməlidir ki, şəhərin filan yerindəki həbsxanada bu cür cinayətkarlar cəza çəkirlər. Qanunlarımız və cəza növü sərtləşdirilməsə, cəmiyyətimiz bu məsələdə daha ağır fəsadlarla üzləşə bilər.
Mütəxəssislər və psixoloqlar, valideynləri haqlı qınayırlar ki, telekanallardaki seriallar ailələrin, xüsusən anaların başını o qədər qatır ki, uşaqların tərbiyəsi ilə vaxtında məşğul ola bilmirlər. Təklif edirlər ki, uşaqlar lap körpəykən maarifləndirilməli, başa salınmalıdır ki, yolda, küçədə, məktəbdə onlara şirni, konfet, dondurma təklif edən əmilərə, dayılara qəti şəkildə etiraz etsinlər və yox desinlər. Evə çatan kimi rastlaşdıqları hadisəni valideynlərinə danışsınlar.
Dövlətimizin siyasətində uşaqların inkişafı prioritet sahələrdən biridir. Uşaqların normal inkişafının təmini və cəmiyyətə yararlı vətəndaş böyütmək üçün ailələrdən də çox şey asılıdır. Unutmamalıyıq ki, ailə bağlarının möhkəm olduğu evlərdə-ocaqlarda nə belə cinayətkarlar yetişir, nə də belə qurbanlar olur.



Uşaqlara qarşı zorakılıq - fiziki, psixoloji, iqtisadi, cinsi, sosial


təcavüzün istifadəsi ilə uşağın konstitusiya və azadlıq hüquqlarının
pozulmasıdır.
Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən
zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və
ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın
bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı
özündə cəmləşdirir.
Uşaq dedikdə 18 yaşadək şəxs nəzərdə tutulur.
Qohumlar və yaxın insanlar dedikdə aşağıdakılar nəzərdə
tutulur: valideynlər, qardaş və bacılar, həyat yoldaşı/keçmiş həyat
yoldaşı, övladlar, nəvələr, bir yerdə yaşayan insanlar (nikah və ya
heç bir qohumluq əlaqəsində olmayanlar), nişanlı olanlar, evlənmək
istəyənlər.
Məcburiyyət – fiziki və və/ya psixoloji təsir göstərməklə uşağın
seçim haqqı olduğu halda hər hansı bir fəaliyyətin görülməsi və ya
görülməməsinə məcbur edilməsidir.
Fövqəladə hal – uşağın həyatı və ya sağlamlığı üçün təhlükə
yaradan hal.
Acizlik, əlacsızlıq (əlacsız vəziyyət) – özünə yardım etmək üçün
heç nə edə bilməmək. Bunun səbəbi azyaşlılıq, ahıl yaş, fiziki
qüsurlar, psixi və emosional durumun pozulması, xəstəlik və ya

İnsest - ailə üzvləri, yaxud qan qohumları (bacı, qardaş, valideyn


və uşaqlar) arasındakı cinsi münasibət.



BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası dünya


dövlətləri tərəfindən zorakılığa qarşı aşağıdakı tədbirlərin
aparılmasını tövsiyə edir:
 Hər bir uşağın yaşamaq hüququ var. Uşağın sağ qalması və
sağlam inkişaf etməsi maksimal dərəcədə təmin edilməlidir
(maddə 6).
 Hər bir uşağın şəxsi həyatı olmasına hüququ var. Uşaq onun
həyatına özbaşına və ya qanunsuz müdaxilədən, şərəf və nüfuzuna,
ailəsinə və evinə qəsd edilmədən qorunmalıdır (maddə 16)
 Hər bir uşağın səhiyyənin mükəmməl xidmətlərindən istifadə
etmək hüququ var. Xəstəliklərə və doyunca yeməməyə qarşı
mübarizə təşkil olunmalıdır və uşağın sağlam yaşaması üçün
təmiz su, təmiz ətraf mühit təmin olunmalıdır (maddə 24)
 Hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün
lazım olan həyat səviyyəsinə malik olmağa hüququ var
(maddə 27)
 Uşaq cinsi istismarın bütün növlərindən qorunmalıdır (maddə 34).
 Qanunu pozan hər bir uşaq kobud rəftarın bütün növlərindən
müdafiə olunmalıdır, o, böyük insanlarla bir cəza çəkmə
müəssisəsində yerləşdirilməkdən və ailə üzvləri ilə
münasibətdən məhrum edilməkdən qorunmalıdır (maddə 37).
 Kobud rəftar qurbanı olmuş hər bir uşağa özünə hörməti
qaytarmaq üçün yardım göstərilməlidir (maddə 39).

Adətən məktəb zorakılığının


qurbanı aşağıdakı qrup uşaqlar olurlar:
 fiziki məhdudiyyətləri olanlar (eynəkli, eşitmə qabiliyyətində
və hərəki problemləri olan)
 xüsusi davranışa malik olanlar (qapalı və ya impulsiv uşaqlar)
 xüsusi xarici görünüşə malik olanlar (kürən saçlı, çilli, əyri
ayaqlı, kök və ya çox arıq, başın, qulaqların xüsusi forması)
 sosial bacarıqları inkişaf etməmiş uşaqlar
 məktəb qorxusu olanlar
 kollektivdə həyat təcrübəsi olmayanlar (ev uşaqları)
 xəstəliklər (epilepsiya, tiklər və hiperkinezlər, kəkələmə,
enurez, danışma qabiliyyətinin pozulması və s.)
 intellektin aşağı olması və qavrama çətinlikləri

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı qızın qətlində şübhəli bilinən İlkin Süleymanovun ailə üzvləri ona verilən bu ittihamı qəbul etmirlər.


47 yaşlı kənd sakini İlkin Süleymanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Noyabr ayında itkin düşmüş Nərmin Quliyevanın cəsədi yanvarın 6-da tapılıb.
Baş Prokurorluq bildirb ki, İlkin Süleymanov "törətdiyi əməli tam etiraf edib".
Mərhum azyaşlının atası Şərif Quliyev BBC News Azərbaycancanın müxbirinə yalnız bunu bildirib ki, o, qızının "qatilinin tapılmasını istəyir". Şərif Quliyev qızı itkin düşəndən sonra kənddə axtarış aparıldığı zaman İlkin Süleymanovun yaşadığı evə baxılmadığını deyir: "Onlar hörmətli ailə idi, ayıbdı, qonşudur deyə onların evi axtarılmadı".
İlkin Süleymanovun bacısı İlhamə Süleymanova BBC News Azərbaycancaya açıqlamasında iddia edib ki, qardaşı cinayəti "işgəncə altında" etiraf edib.

"Eşitdiyimə görə, qardaşımı döyüblər. İkinci dəfə deyib ki, mənim xəbərim yoxdur, məni günahlandırırsınız, amma birinci dəfə deyib hə, bunu belə elədim. Ekspertiza gəlib məndən soruşdu ki, sən qardaşının xəttini bilirsənʔ Baxan kimi dedim, bu onun xətti deyil. Mənə qışqırdı ki, səsini batır, yoxsa səni də onun yanına basaram", cinayətdə ittiham olunan İlkin Süleymanovun bacısı iddia edib


Onun sözlərinə görə, ailə üzvləri istintaqın 10 yaşlı qızın saxlanıldığını göstərdiyi otağa və evdəki ərzaq anbarına 40 gün ərzində bir neçə dəfə daxil olaraq müxtəlif əşyalar götürüblər və "orada gizlədilən heç nə görməyiblər".
İlhamə Süleymanova qardaşının hər hansı psixoloji problemi olmadığını, hər hansı psixoloji-nevroloji dispanserdə qeydiyyatdan keçmədiyini və kənd sakinləri ilə hər zaman "yaxşı davrandığını" deyir.
Baş Prokrorluöun mətbuat xidmətindən BBC News Azərabycancaya bildirilib ki, cinayətdə ittiham olunan İlkin Süleymanova qarşı işgəncə hallarından "söhbət belə gedə bilməz".
Baş Prokurorluğun məlumatına görə, istintaq-əməliyyat qrupu İlkin Süleymanovun yaşadığı evin həyətinin giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən "Nərminin saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr", eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İstintaqın gedişatı ilə bağlı yayılan rəsmi məlumata əsasən, İlkin Süleymanov "törətdiyi əməli tam etiraf edib." vaxtlarında da çöldə-bayırda adam olur", o bildirib.
Nərmin Quliyevanı heç yerdə tapa bilməyəndən sonra ailə polisə müraciət edib: "Polis gündə kənddəydi. Bütün evləri axtarıb, hətta ot tayalarına kimi baxırdılar. Axtarışlar kənddə də, rayonun başqa kəndlərində də gedirdi. Polis hər gün təkrar-təkrar qayıdıb qonşuların evlərini, həyətyanı sahəsini yoxlayırdı", Elmar Mürşüdov əlavə edib.
Bələdiyyə sədri deyib ki, kənddə əhalinin sayı 4500-4600-dür. Onun sözlərinə görə, kənddə boş ev, qeydiyyatda olub kənarda yaşayan adam, demək olar ki, azdır.

ŞƏKLİN MƏNBƏYİ,APA

Azyaşlının meyiti bazar ertəsi günü axşam saatlarında "təsadüfən tapılıb".

"
Qonşu tapıb"

Elmar Mürşüdov deyib ki, azyaşlının meyitini qonşulardan biri tapıb: "Qonşu çölə çıxıb siqaret çəkməyə, görüb ki, o biri qonşunun hasarının dibində nəsə yanır, yaxınlaşıb. O da deyib birdən ev yanar, qonşunu çağırıb, deyib ki, hasarın böyründə nəsə yanır. O da torpaq töküb söndürüb. Sonradan görüblər ki, uşaq meyitidir. Polisə xəbər ediblər".

Tovuz Rayon Polis Şöbəsindən BBC News Azərbaycancaya bildirilib ki, noyabrın 21-də itkin düşmüş azyaşlının tapılmamasından bir neçə gün sonra onun qəsdən öldürülməsindən şübhələr olub və ona görə də iş Baş Prokurorluğa verilib.

Noyabrın sonlarından bəri azyaşlının izini niyə tapmaq mümkün olmayıb?

Baş Prokurorluğun mətbuat xidməti deyir ki, hüquq mühafizə orqanlarının təlimatçıları hadisə barədə xəbər alan kimi, xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

Baş Prokurorluq bildirib ki, azyaşlının atası Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

Nərminin meyitini bir kənd sakininin aşkar etdiyini deyən Baş Prokurorluq hadisəni törədənlərin tapılması üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib.

2018-ci ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda məişətdə baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: "Bunlardan 112 faktda qadın özünü öldürüb. Onlardan 11-i azyaşlı qızlar" olub, DİN sözçüsü BBC-ə bildirib.

Rəsmi statistikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət zorakılığı üzrə cinayət halları 700-dən çox, 2018-ci ildə isə 700-ə yaxın olub.






Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying). İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.
Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb mənbələrinin məlumatına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir.
Rusiya məktəblərində bu sahədə tədqiqatlar 2000-ci illərin sopnunda başlayıb. Aşkar olunub ki, bullinq kütləvi hadisədir. 2010-cu ildə tədqiqatçılar müəyyən ediblər ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalıb. Moskvada 1200 şagird arasında keçirilmiş sorğudan məlum olub ki, onların 78 faizi oxuduqları məktəbdə bullinqin şahidi olublar. Yeniyetmələr arasında isə bu rəqəm müvafiq olaraq 13 və 12% təşkil edir.
Norveçdə isə oğlanların 11, qızların isə 2,5 faizi bullinqlər kimi öz həmyaşıdlarına qarşı aqressiv davranışda olduqlarını etiraf ediblər. Hazırda bullinq üzrə tədqiqatlar ABŞ, Fransa, Britaniya, Finlandiya, Cənubi Koreya kimi ölkələrdə aparılır.



Yüklə 395,77 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin