Mühazirə 15.Pedaqoji fəaliyyət və müəllim şəxsiyyətinin psixologiyası
1.Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi
2.Pedaqoji fəaliyyətin funksiyaları.
3.Pedaqoji fəaliyyətin strukturu
4.Pedaqoji mövqelər
5.Pedaqoji fəaliyyətin motivləri.
6.Pedaqoji fəaliyyətin üslubları.
7.Pedaqoqun peşəkarlığı anlayışı.
8.Pedaqoqun peşəkar kompotentliyi.
1.Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi. Pedaqoji fəaliyyət – yaşlı nəsil tərəfindən gənclərin cəmiyyətdə müəyyən sosial rolları icra etmələrinə hazırlığı şəxsi inkişaf şərtlərini ödəmək üçün yaradılmış sosial-mədəni və təcrübənin nisbətən gənc nəslə ötürülməsinə yönəlmiş sosial fəaliyyətdir.
Pedaqoji fəaliyyətin obyektini pedaqoji prosesin fəal üzvü və iştirakçısı olan, habelə öz məqsədləri, motivləri, özünəməxsus davranış xüsusiyyətləri olan insanların (şagirdlərin) psixoloji xüsusiyyətləri təşkil edir.
Pedaqoji fəaliyyətin mərkəzi elementi müəllimdir. Pedaqoqun və ya müəllimin məqsəd və vəzifəsi çoxcəhətlidir. O, cəmiyyətin sifariş etdiyi qlobal məqsədlərdən çıxış edir ki, bu fəaliyyət də onu digərlərindən fərqləndirir. Pedaqoji fəaliyyətdə özünü göstərən pedaqoji vəzifələr həmişə qeyri-standart olur və pedaqoqdan bu fəaliyyətə yaradıcı yanaşma tələb edir. Pedaqoqun əmək şəraitində təzahür edən fəaliyyət üsulları etik normalar sistemi ilə tənzim olunan yüksək normativ davranışa çevrilir.
Pedaqoq və ya müəllim əməyinin əsas nəticəsi iştirakçıların psixikasında pozitiv (əqli və şəxsi) keyfiyyət dəyişilmələrinə səbəb olmasıdır.
Bilik, bacarıq və vərdişlərə yiyələnmədə cəmiyyət tərəfindən qəbul olunmuş təhsil standartlarına müvafiqliyi, təhsil subyektlərində şəxsiyyət keyfiyyətlərinin formalaşdırılmasında cəmiyyətdə fəal həyat mövqeyinin yaradılması və yaşa uyğun dəyişilmələrin doğurduğu məsələlərin həll olunması pedaqoji fəaliyyətdə əsas məqsədlərindən birini təşkil edir.
Dostları ilə paylaş: |