2.Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyət yarımfunksional xarakterə malik olub fəaliyyətin müxtəlif növlərini və istiqamətlərini özündə ehtiva edir. Bunlar aşağıdakılardır:
Pedaqoji fəaliyyətin iştirakçıları arasındakı pedaqoji qarşılıqlı təsir aşağıdakı cəhətlərdə özünü göstərir: pedaqoqlar (müəllimlər, tərbiyəçilər), iştirakçılar və onların valideyinləri, yaşlı öyrənənlər, idarəçilər, metodistlər, təhsil sahəsində fəaliyyət göstərən təşkilatçılar.
A.İ.Şerbakov pedaqoji fəaliyyətin bir sıra psixoloji funksiyalarını ayırd edir:
məlumat funksiyası (materiala yiyələnmə və onu ötürməsi);
inkişafetdirici funksiya (məktəbli şəxsiyyətinin inkişafını bütünlüklə idarə etmək);
bələdləşmə funksiyası (şəxsiyyətin istiqamətləri, motivləri və idealları);
səfərbəredici funksiya (iştirakçıların əqli fəaliyyətinin fəallaşması, müstəqilliyin inkişaf etdirilməsi);
tədqiqatçı funksiya (pedaqoji prosesdə yaradıcı axtarış, psixoloji-pedaqoji eksperiment keçirmə, təcrübəni ümumiləşdirmək və öz ixtisasını təkmilləşdirmə bacarığı).
Pedaqoji fəaliyyətin psixoloji məzmunu bir sıra sosial (müəllimin cəmiyyətdə yeri və funksiyaları, cəmiyyətin müəllimə verdiyi tələb) və sosial-psixoloji (müəllimi əhatə edən insanların onun şəxsiyyətinə münasibətdə gözləmələri və pedaqoji fəaliyyət sferasına yönəlişləri) amillərlə müəyyən olunur.