1. Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyətin strukturu



Yüklə 58,76 Kb.
səhifə8/8
tarix11.04.2022
ölçüsü58,76 Kb.
#55186
növüMühazirə
1   2   3   4   5   6   7   8
Psixo. 10

8.Pedaqoqun peşəkar kompotentliyi. Psixoloqların qənaətin­­cə, peşəkar pedaqoji kompotentlik peşəkar pedaqoji bilik və bacarıqları, peşəkar pedaqoji mövqeləri (pedaqoqun işə, şagirdlərə, əməkdaşlara, özünə münasibəti və s. ), şəxsiyyətinin peşəkar keyfiyyətlərini və s. özündə kompleks şəkildə əks etdirir ki, bu da müəllim peşəsinə verilən tələbləri yüksəldir.

A.A.Derkaç peşəkar pedaqoji kompotentliyin üç tərəfini ayırd edir. Pedaqoqun peşəkarlığı­nın birinci tərəfinə pedaqoji fəaliyyətdə kompotentlik-müəllimin əməyinin mahiyyəti haqqında bilikləri, iştirakçıların psixoloji və yaş xüsusiyyətləri, məktəb proqramlarının məzmunu haqqında bilikləri və s. daxildir.



Pedaqoqun peşəkarlığının birinci tərəfinə pedaqoji bacarıqlara malik almaq, pedaqoji şəraiti öyrənmək və adekvat pedaqoji tapşırıqlar qoymaq, təlim materialını seçmək, qruplaşdırmaq və yeniləmək, şagirdləri öyrənmək (onların hafizəsini, təfəkkürünü, diqqətini və s. ) bacarığı, şagirdlərin yaxın inkişaf zonalarını proqnozlaşdırmaq bacarığı, təlim və tərbiyənin subyektlərinin qabiliyyət və imkanlarına uyğun yanaşma tərzinin seçilməsi və s. daxildir. Həmçinin bura qeyd olunanlarla yanaşı aşağıdakılar da aiddir:

  • təlim metodlarını seçmək və kombinə etmək bacarığı, yeni pedaqoji üsulların (texnologiya­la­rın) axtarışı, innovasiya bacarıqları, problem qoyma və tədqiqatçılıq (eksperiment aparma) ba­carıqları;

  • peşəkar pedaqoji mövqelər: predmetlik, metodistlik, diaqnostiklik, ustalıq, novatorluq, təd­qi­qat­çı­lıq və s. ;

  • şəxsiyyətin vacib peşəkar xüsusiyyətləri: pedaqoji erudisiya və məlumatlılıq;

  • pedaqoji təfəkkür (pedaqoji situasiyaları təhlil etmə və şagirdləri nəzərə almaqla pedaqoji qərar qəbul etmə qabiliyyəti);

  • pedaqoji intuisiya (situasiyanın hər hansı uğurlu təhlili aparılmadan bir anlıq inkişaf xüsu­siy­­yətlərinin əvvəlcədən görülməsi və pedaqoji improvizasiya (pedaqoji həllin və onun həyata keçirilmə üsulunun gözlənilmədən tapılması);

  • pedaqoji müşahidəçilik (zahirən əhəmiyyətsiz görünən əlamətlərə əsasən pedaqoji situasiya­nın mahiyyətini anlamaq);

  • pedaqoji optimizm (şagirdlərə optimistik fərziyyə, onun həyata keçmə imkanlarına inamla yaxınlaşmaq);

  • pedaqoji proqnoz vermə (şagirdlərin davranışının gələcək inkişafını və yarana biləcək çətinlikləri nəzərə almaq bacarığı) və s.

2. Pedaqoqun peşəkar kompotentliyinin digər tərəfi, onun pedaqoji ünsiyyətinin kompotentliyi­nə aiddir (kommunikativ kompotentlik). Bunlar aşağıdakılardır:

  • ünsiyyətin vəzifə və vasitələri, pedaqoji etika haqqında biliklər;

  • pedaqoji bacarıqlar: geniş tapşırıqlar spektri qoymaq və onları ünsiyyət əsasında qurmaq;

  • ünsiyyətin digər iştirakçılarının mövqelərini nəzərə almaq bacarığı;

  • digər insana oxşamamasına qarşı dözümlülük;

  • təşkilati təsirlərin qiymətləndirici və nizamlayıcı təsirlərlə müqayisədə daha çox istifadə edilməsi bacarığı;

  • ünsiyyətdə demokratik stilin (tərzin) və açıq mövqeyin istifadə edilməsi;

  • əməkdaşların təcrübələrini öyrənmək və qiymətləndirmək bacarığı, pedaqoji əməkdaşlıqda iştirak etmək və s. ;

  • peşəkar pedaqoji mövqelər: psixoterapevt, aktyor, pedaqoji əməkdaşlığın iştirakçısı və s. ubyekti;

  • şəxsiyyətin peşəkar keyfiyyətləri: pedaqoji empatiya (dərdə şərik olma); pedaqoji takt (iştirakçılara təsiri seçərkən uğurlu şəkildə ünsiyyət iştirakçılarının şərt və imkanlarını nəzərə almaq); pedaqoji həssaslıq; emosional özünütənzim və s.

Pedaqoqun peşəkar kompotentliyinin üçüncü tərəfi şəxsi–fərdi kompotentlikdir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • şəxsiyyətin psixikasına dair biliklər;

  • pedaqoji bacarıqlar;

  • şagirdlərin şəxsiyyətlərini inkişaf etdirmək və öyrənmək bacarıqları;

  • öz şəxsi xüsusiyyətlərini öyrənmək, inkişaf etdirmək bacarığı;

  • pedaqoji əməkdə mənəvi dəyərləri anlamaq və qorumaq;

  • özünün şəxsi və peşəkar inkişaf planlarını qurma və gerçəkləşdirmə bacarıqları;

  • öz əməyini öyrənmək, öz fərdi üslubunu xronometrik təhlil etmək bacarığı;

  • əmək məhsuldarlığını qoruyub saxlamaq bacarığı;

  • peşəkar və pedaqoji mövqelər;

  • özünüdiaqnostika, dərk olunmuş fərdiyyət;

  • peşəkar vacib xüsusiyyətlər;

  • pedaqoji məqsədgüdmə (şagirdlərin imkanlarını nəzər almaqla öz fəaliyyətini planlaşdırmaq qabiliyyəti kimi);

  • öz peşəkar inkişaf planlarını qurmaq, pedaqoji refleksiya, pedaqoqun uğurunu özünə yönəltməsi, pedaqoji özünüdərk;

  • pedaqoji qabiliyyətlər (başqasını başa düşmək və ona təsir etmək).






Yüklə 58,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin