5.Pedaqoji fəaliyyətin motivləri. A.K.Baymetov pedaqoji fəaliyyətin motivlərini öyrənərək onları üç qrupda ümumiləşdirmişdir:
1) icbarilik motivləri;
2) öyrədilən fənnə maraqlılıq və həvəslilik motivləri;
3) uşaqlarla ünsiyyətə bağlılıq (“uşaqlara sevgi”) motivi.
Bu motivlərin üstünlük təkil etməsinə əsasən müəllif müəllimləri 4 qrupa ayırır: icbariliyin üstünlük təşkil etdiyi (43%), intizamın üstünlük təşkil etdiyi (39%), uşaqlaqla ünsiyyətə olan tələbatın üstünlük təşkil etdiyi (11%) və hər hansı motivin üstünlük təşkil emədiyi müəllimlər (7%).
Psixoloji tədqiqatlar göstərir ki, məhz axırıncılar ən çox ixtisaslaşmış və avtoritet sahibi olurlar.
E.P.İlin qeyd edir ki, motivasiya tipi müəllimin iştirakçılara qarşı pedaqoji tələblərinin istiqamətini və xarakterini müəyyənləşdirir. Bunları aşağıdakı kimi göstərmək olar:
müəllimin çoxcəhətli motivasiyası onların təlim materialını mənimsəmələri və davranışlarına verdikləri tələblərin sayının azlığı və ahəngdarlığı ilə səciyyələnir;
müəllimdə icbarilik (məcburilik) motivinin dominantlığı yalnız iştirakçılara təlim materialını mənimsəmələri ilə bağlı deyil, habelə intizam xarakterli tələblərin verilməsi ilə səciyyələnir;
fənnə həvəslilik motivinin üstünlük təşkil etdiyi müəllim daha çox təlim materialını mənimsəməklə bağlı tələblər ortaya qoyur;
uşaqlarla ünsiyyətə istiqamətlənən motivin üstünlük təşkil etdiyi müəllim az saylı tələblərin fonunda iştirakçıların şəxsiyyətinə daha çox tələblər verir.
A.K.Baymetov da qeyd edir ki, məcburilik motivi üstün olan müəllimlər avtoritarizmə meyilli, ünsiyyət motivi üstün olan müəllimlər isə liberallığa meyilli olurlar. Ümumiyyətlə, bu və ya digər motivin üstün olmamasına idarəçiliyin demokratik tərzinə üstünlük verən müəllimlərə də rast gəlinir.
Dostları ilə paylaş: |