POWERPOINT GRAPHICS SAMPLER Fakültə: Alman mühəndislik
İxtisas: Proseslərin avtomatlaşdırılması
Qrup:8223a1
Fənn: Azerbaycan dilinde işgüzar və akademik kommunikasiya
Müəllimə: Nərminə İsayeva
Tələbə: Rüfət Şirinov
Mövzu: Akademik kommunikasiya elementləri, xüsusiyyətləri və növləri
Sample 1
Akademik kommunikasiya elementləri
Akademik kommunikasiya xüsusiyyətləri
Akademik kommunikasiyanın növləri
Ünsiyyət prosesində dilin qayda-qanunlarından, normalarından düzgün istifadə edilməsi kommunikasiyanın ən yüksək mərhələsi hesab olunan akademik kommunikasıyanı formalaşdırır. Akademik kommunikasiya peşəkar ünsiyyət zamanı istifadə olunan nitqdir. Bura müəllimin, hüquqşünasın, din xadiminin və b. peşəkar insanların nitqi daxildir. Akademik nitq ictimai nitqin bir növüdür ki, bura həmçinin diplomatik nitq, məhkəmə nitqi və s. kimi nitqlər də daxildir.
Azərbaycanda da ta qədim zamanlardan akademik kommunikasiyanın- ritorikanın bir çox görkəmli nümayəndələri yetişmişdir. Şifahi və yazılı dil nümunələrimiz bu barədə geniş təsəvvür yaradır, ölkəmizin şeir, sənət ocağı, natiqlər məkanı olduğunu sübut edir. Vətənimizin yetişdirdiyi N.Gəncəvi,İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Rəsulzadə, S.Vurğun, nəhayət, H.Əliyev kimi oğulları ritorika tarixində böyük rol oynamış, ritorikanın ənənələrini yaratmışlar.
Akademik yazılar nə öyrədir? ∙ Yazı işləri mövzu üzrə daha dərin anlayışa sahib olmağınıza yardımçı olur.
∙ Bu işlər hər hansı bir mövzunu daha dərindən və analitik şəkildə araşdırmaq imkanı yaradır.
∙ Yazı işləri daha fəal öyrənməyə təşviq edir.
∙ Onlar bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir. Lakin ...
∙ Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.
∙ Onlar düşünmə və planlaşdırma tələb edir.
∙ Onlar ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa imkan verir.
∙ Onlar həmçinin, öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.
Akademik kommunikasiya zamanı əsasən nitqin elmi üslubundan istifadə olunur. Elmi üslub elmi məruzələrin, mühazirə və çıxışların, monoqrafiyaların, elmi məqalələrin, dissertasiyaların, dərsliklərin, dərs vəsaitlərinin və s. dilidir. Bu üslub həmin materialların məzmun və məqsədlərinə əsasən müəyyənləşdirilir.
Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır:
Şərhin məntiqi ardıcıllığı;
Məzmunun informasiya zənginliyi ilə yanaşı dəqiqliyi,birmənalılığı və yığcamlığı;
Məzmunda terminlərin bolluğu;
Mühakimənin konkretliyi,bitərəfliyi,obyektivliyi;
Elmi frazeologiya(düz bucaq, kəsişmə nöqtəsi və s.)
Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf,hərəkət,amil,fəaliyyət və s.);
Tək anlayışı bildirən formanın cəm mənasında verilməsi
Mürəkkəb cümlələrdən istifadə;
Modal sözlərdən istifadə;
Elmi fikri sübut etmək üçün müxtəlif vasitələrdən-cədvəllər,diaqramlar,düsturlar və s.istifadə
Akademik kommunikasiya şifahi və yazılı formada təzahür edir. Mühazirə, məruzə, çıxış şifahi akademik kommunikasiyanın ən geniş yayılmış növləridir.
ali məktəblərdə, elmi idarələrdə, kütləvi tədbirlərdə istifadə olunur.
Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentin söylədiyi mühazirə bu nitqə ən gözəl nümunədir.
Mühazirə zamanı danışana yerindən sual verilə bilər. Bu zaman o, suallara yerindəcə və ya nitqin sonunda cavab verə bilər.