Mövzu iqtİsad elmİ



Yüklə 54,46 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü54,46 Kb.
#46135
  1   2   3   4   5   6
Mövzu 2.İqtisad elminin metodoloji məsələləri


MÖVZU 2.

İqtİsad elmİnİn metodolojİ məsələlərİ

PLAN


1. İqtisad elminin metodları.

2. İqtisad elminin metodologiyası.

3. Dünya təsərrüfat həyatının tarixi inkişaf yolu.

4. İqtisad elminin tarixi inkişafı.

5. İqtisad elmi tarixinin dövrləşdirilməsi prosesləri

1. İqtisad elminin metodları.

İqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür

Elmi metodGerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.

Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır

Hər bir elm öz predmetini və əhatə etdiyi müxtəlif problemlər dairəsini müəyyən metodların vasitəsilə tədqiq edib, hərtərəfli öyrənir. İqtisadi nəzəriyyə elmi də cəmiyyət həyatında və insanların iqtisadi münasibətlərində baş verən prosesləri aydınlaşdırıb izah etmək üçün bir sıra metodlardan istifadə edir.

Elmin predmeti ilə onun metodları arasında üzvi bir əlaqə, qarşılıqlı təsir və daxili vəhdət vardır. Belə ki, əgər elmin predmeti onun məzmunu, problemləri, əhatə etdiyi məsələlər haqqında bizə məlumat verirsə, elmin metodu həmin araşdırmaların dərk olunması yollarını, vasitələrini, üsullarını göstərir.

«Metod» anlayışı, yunanca «methodos» sözündən götürülmüşdür və axtarış, tədqiqat yolu mənasını verir. Bu baxımdan metod, iqtisad elminin müxtəlif məsələlərinin öyrənilməsinin açarıdır. Təsadüfi deyildir ki, məşhur ingilis alimi F.Bekon metodu - tədqiqat yolunu işıqlandıran fanara bənzətmişdi.

Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzə-riyyə elminin predmetinin xüsusiyyəti elədir ki, onun problemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək mümkün deyildir. İqtisadi nəzəriyyənin araşdırıb, təhlil etdiyi problemləri ilk növbədə elmi-nəzəri təfəkkür tərzi və onun əsaslandığı müəyyən metodlar vasitəsilə səmərəli surətdə həll etmək olar.

İqtisadi nəzəriyyə elminin metodları aşağıdakılardır:

Elmi abstraksiya metodu. Bu metod vasitəsilə cəmiyyətin iqtisadi həyatında və insanların münasibətlərində müşahidə olunan hadisələrin mühüm cəhətləri aşkara çıxarılaraq ümumiləşdirilir. Eyni zamanda, bu proseslərdə təsadüfi xarakter daşıyan və ikinci dərəcəli əhəmiyyət kəsb edən cəhətlər nəzərə alınmır. Əsas diqqət, iqtisadi hadisə və proseslərə xas olan ümumi, habelə mühüm cəhətlərin aşkara çıxarılmasına verilir. Məsələn, çoxsaylı və təyinatlı məhsullar, xidmətlər – “əmtəə”, yaxud “iş qüvvəsi” adı altında ümumiləşdirilir.

Qeyd etmək lazımdır ki, abstrakt (mücərrəd) metod vasitəsilə hər hansı bir cəmiyyətin, yaxud iqtisadi hadisənin mahiyyəti üzə çıxarılır. Lakin aydındır ki, iqtisadi proseslərin tam dərk edilməsi yalnız bununla başa çata bilməz. Abstrakt təfəkkür metodu, konkret iqtisadi proseslərin mahiyyətini açmağa kömək etməlidir.

Alman filosofu Hegelin dediyi kimi «canlı müşahidədən (seyrdən) abstrakt təfəkkürə və oradan da praktikaya (təcrübəyə) - həqiqəti dərk etməyin yolu belədir». Doğrudan da, abstrakt ümumiləşdirmələr o zaman qiymətlidir ki, onun qanunauyğunluq və prinsipləri real həyatda tətbiq olunaraq, həm cəmiyyətə, həm də onun üzvlərinə fayda gətirsin.

Analiz və sintez metodu. Analiz metodu vasitəsilə tam halda götürülən iqtisadi hadisələr, proseslər, münasibətlər sistemi ayrı-ayrı hissələrə, müəyyən cəhətlərə, müxtəlif parçalara bölünərək təhlil edilir. Məsələn, vahid bir kompleks kimi fəaliyyət göstərən xalq təsərrüfatı sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə, xidmət dairələrinə bölünərək öyrənilir. Öz növbəsində sənaye müxtəlif sahələrə, aqrar-sənaye kompleksi müxtəlif istehsal bölmələrinə ayrılaraq, öyrənilə bilər.

Sintez metodu ayrı-ayrı hissələrin və müxtəlif cəhətlərin birləşərək, tam vahid halında, yaxud ümumi şəkildə təhlilinə xidmət edir. Məsələn, kənd təsərrüfatının əkinçilik, heyvandarlıq, meyvə-tərəvəzçilik kimi sahələrinin təhlili əsasında ölkənin aqrar bölməsi haqqında ümumi təsəvvür əldə etmək mümkündür.



Tarixi müqayisəlik metodu. İqtisadi hadisə və proseslər müəyyən zaman və məkan daxilində baş verdiyindən, bunları əvvəlki dövrlə müqayisə edərək, daha düzgün qərarlar qəbul etmək vacibdir. İqtisadi nəzəriyyə bu metodla iqtisadi proseslərin törəməsi, dəyişməsi və inkişafı prosesini obyektiv qiymətləndirə bilər. Məsələn, başqa ölkələrin tarixi nümunəsi əsasında sənaye və kənd təsərrüfatının inkişaf yolunu izləməklə, yaxud ekologiya problemlərinə diqqət yetirməklə, bir sıra mənfi meyllərin qarşısını almaq mümkündür. Çünki tarixi müqayisələr təkcə xatırlamaq üçün deyil, həm də bu proseslərdən lazımi nəticələr çıxarmaq üçündür.

Məntiqi ardıcıllıq metodu. Bu metod tələb edir ki, tarixi ardıcıllıq prinsipi ilə nəzərdən keçirilən iqtisadi proseslər, məntiqi təfəkkürlə təhlil olunsun və həmin hadisələrin baş verdiyi konkret şərait nəzərə alınsın.

İqtisadi nəzəriyyənin irəli sürdüyü ümumi müddəalar ardıcıl məntiqi mərhələlərlə həyata keçirilməlidir. Məsələn, ümumi daxili məhsulun (ÜDM) optimal artım temp-lərini təmin etmək üçün uyğun maddi-texniki baza, kifayət qədər hazırlıqlı kadrlar yetişməlidir. Yaxud, əhalinin iqtisadi-sosial vəziyyətini yaxşılaşdırmaq, işsizlik problemini həll etmək üçün nəzərdə tutulan tədbirlər sistemi məntiqi bir ardıcıllıqla həyata keçirilməlidir. Bu mənada, tarixi metodla məntiqi metod bir-birini tamamlayaraq, vəhdət təşkil edir.



İnduksiya və deduksiya metodu. Bu metodun tətbiqi vasitəsilə müxtəlif səpgili iqtisadi problem və məsələlərə dair faktlar toplanılır, seçilir, ümumiləşdirilir. Həmin materiallar əsasında meydana çıxan elmi-nəzəri müddəalar bazasında, əməli fəaliyyət üçün konkret tövsiyələr hazırlanır. Deməli induksiya metodu ayrı-ayrı iqtisadi faktların toplanaraq ümumiləşdirilməsini nəzərdə tutur.

Deduksiya metodu isə ümumi nəzəri müddəaların konkret əməli tətbiqini şərtləndirir. Bu metod ümumi nəzəri baxışlardan, konkret əməli fəaliyyətə gedən yolu göstərir. Real həyatda induksiya və deduksiya metodlarının birlikdə tətbiqi və qarşılıqlı əlaqədə təsiri daha səmərəli nəticələr verir.



Qrafik təsvirlər metodu. İqtisadi, hadisə və prosesləri daha yaxşı qavrayıb təsəvvür etmək üçün müxtəlif cədvəl, diaqram, sxem, əyri və şəkillərdən istifadə olunur. Məsələn, tələblə təklifin dəyişməsini, əmək haqqı ilə əhalinin iqtisadi-sosial vəziyyətinin asılılığını, inflyasiya prosesləri ilə əhalinin məşğulluğu arasındakı əlaqəni, ümumi daxili məhsulun (ÜDM) artım dinamikasını qrafik üsullarla aydınlaşdırmaq mümkündür.

Riyazi modelləşdirmə metodu. Bu metod iqtisadi prosesləri riyazi düsturlar, tənliklər, qeyri-bərabər kəmiyyətlər vasitəsilə ifadə etməyə imkan verir. Məsələn, hər hansı bir ölkədə tədavüldə nə qədər pulun lazım olduğunu, torpaq sahəsinin qiymətini, həyat səviyyəsi indeksini, xarici ticarət əlaqələrinin səmərəliliyini məhz bu metodla hesablayırlar. Riyazi modelləşdirmə metodu ilə aparılan hesablamalar, iqtisadi prosesləri sadəcə qeydə almaqla kifayətlənməyib, eyni zamanda həmin hadisələrin özünəməxsus xüsusiyyətlərini, habelə gələcək inkişaf meyllərini müəy­yənləşdirməyə imkan verir. Həmin metod vasitəsilə iqtisadi modellər yaradılır.

Cəmiyyətdə baş verən mürəkkəb və çoxcəhətli iqtisadi proseslərin aydınlaşdırılaraq təhlil olunmasında, habelə perspektiv təsərrüfat həyatı məsələlərinin həllində mühüm vasitə olan iqtisadi metodlar, konkret şəraitə görə tətbiq olunduqda, habelə bir-biriylə əlaqəli öyrənildikdə, şübhəsiz daha faydalı nəticələr əldə edilir.

Qlobal və milli iqtisadiyyat çərçivəsində baş verən ziddiyyətli proseslərin müxtəlif metodlar vasitəsilə öyrənilməsi iqtisadi nəzəriyyənin metodologiyası adlanır. Deməli iqtisadi nəzəriyyənin metodologiyası - təsərrüfat həyatındakı hadisələri tədqiq edən metodlar haqqında elmdir. Metodologiya iqtisadi proseslərin öyrənilib dərk edilməsinə ümumi mövqe, yaxud vahid fəlsəfi yanaşma zəmini ilə səciyyələnir.

İqtisadi nəzəriyyənin ümumi metodologiyasında bir neçə əsas yanaşmanı, o cümlədən: subyektiv (idealist), pozitiv-empirik (neopozitiv empirik və skeptizm), rasional, dialektik (materialist) baxışları göstərmək olar.



Subyektiv yanaşma, iqtisadi proseslərin təhlilinin çıxış nöqtəsi kimi subyekti (“mən”, homoekonomiks”) götürür və onun fəaliyyətinin (davranışının) ətraf mühitə münasibətini nəzərdə tutur.

Pozitiv-empirik yanaşma, iqtisadi hadisələrin konkret nəticələrinin öyrənilməsinə, gələcəkdə elmi-texniki nailiyyətlər əsasında yeni iqtisadi modellərin tətbiqinə üstünlük verir.



Rasional yanaşma, bütövlükdə cəmiyyətin iqtisadi sisteminin inkişafının hərtərəfli qiymətləndirilməsini irəli sürür.

Dialektik yanaşma, iqtisadi prosesləri daimi hərəkət və dəyişmə halında götürərək, onların gələcək inkişaf meyllərini araşdırır.


2. İqtisad elminin metodologiyası.

Hər bir elmin əhatə etdiyi problemlərin dərindən və hərtərəfli öyrənilməsi yalnız xüsusi, müəyyən tədqiqat və şərh metodlarının köməyi ilə mümkündür. İqtisadi nəzəriyyə elmi də mürəkkəb iqtisadi hadisələr və proseslərlə, qarşılıqlı əlaqələrlə fərqlənən cəmiyyət həyatında və insanların iqtisadi münasibətlərində baş verən dəyişiklikləri araşdırıb aydınlaşdırmaq, izah vermək üçün bir sıra metodlardan istifadə edir

“Metod” yunan mənşəli anlayışdır. O, “methodes” sözündən götürülmüşdür, mənası axtarış, tədqiqat yolu, üsulu deməkdir. Məşhur filosof Hegel elmi metoda klassik tərif vermişdir. O, yazırdı “metod hər bir obyektin müqavimət göstərə bilmə- 25 diyi mütləq, yeganə, ali, sonsuz qüvvədir, bu zəkanın hər bir şeydə özünü tapmaq və dərk etmək səyidir”.

İqtisadi nəzəriyyənin metodlarını üç qrupda birləşdirmək olar: 1. Ümumi dünyagörüşü metodlu-dialektik yanaşma metodu iqtisadi prosesləri daimi hərəkət və dəyişmə halında götürərək onların gələcək inkişaf meyllərini öyrənir. 2. Tədqiqatın xüsusi metodu: 3. Ümumi elmi metodlar:

İqtisad elmnin metodologiyası müxtəlif iqtisadi hadisələri, prosesləri öyrənən metodlar haqqında elmdir. İqtisadi hadisə və proseslərin öyrənilməsinə nəzəriyyəçilərin baxışları müxtəlif olduğu kimi onların istifadə etdikləri metod və metodologiyaları da fərqlidir. İqtisadi hadisə və proses- lərə yanaşmanın əsas istiqamətləri aşağıdakılardır:

a) Subyektiv yanaşma, bu yanaşmada iqtisadi hadisə- lərin təhlilində çıxış nöqtəsi kimi təsərrüfat subyekti (ev təsərrüfatı, firma və s.) götürülür. Bunların hər biri mütləq müstəqildir, hamı bir-birinə qarşı bərabər vəziyyətdədir. Bu yanaşmada iqtisаdi təhlilin оbyеkti iqtisadi subyektin davran- masıdır. Tələbat və faydalılıq bu metodologiyanın əsas kateqoriyalarıdır. Bunlarla yanaşı son hədd faydalılığı, son hədd xərcləri, son hədd məhsuldarlığı və s. Kаteqoriyaların- dan da istifadə olunur. Bu yanaşmadan marjinalistlər daha çox istifadə edirlər.

b) Neopozitiv-emprik yanaşma, bu yanaşmada əsas diqqət iqtisadi hadisələrin öyrənilməsinə və onların qiymət- ləndirilməsinə verilir. Bu yanaşmada əsas yeri tədqiqatın texniki aparatı tutur və tədqiqatın nəticəsi kimi müxtəlif növ iqtisadi modellər alınır. Neopozitiv- emprik yanaşmada riyazi aparatdan geniş istifadə olunur.

c) Rasionalist (səmərəli) yanaşma, bu yanaşmadan istifadə edənlər cəmiyyətin “təbii”, rasionalist qanunlarını dərk etməyə çalışırlar. Onlar iqtisadi sistemi tam, bütövlükdə tədqiq etməyə cəmiyyətin iqtisadi “аnаtоmiyаsını” öyrənməyə cəhd edirlər. F.Kene, A.Smit, D.Rikardo öz tədqiqatlarında bu metodoloji yanaşmalardan istifadə etmişlər. D.Rikardoya görə iqtisadi nəzəriyyənin vəzifəsi insanın davranışını deyil, ictimai məhsulun istehsalını, bölgüsünü tənzimləyən qanunları öyrənməkdir. Bu yanaşmada əsas diqqət dəyərə, qiymətə, iqtisadi qanunlara verilir. Bu yanaşmada subyektivçilərdən fərqli olaraq cəmiyyətin siniflərə bölündüyü, istismarın mövcud olunması etiraf olunur.

d) Dielektiv-metarialist yanaşma, bu yanaşmada iqtisadi hadisələrin gerçəkiliklə mövcud olan və onların inkişafına daxilən xas olan əlaqələrini təhlil edir. Bu yanaşmaya görə iqtisadi hadisə və proseslər daim yaranır, inkişaf edir və müəyyən dövrdən sonra məhv olur. Bu hərəkət sadədən mürəkkəbə, aşağıdan yuxarıya doğru olaraq daim baş verir. İqtisadi hadisə və proseslərin marksist təhlili bu metodologiyaya əsaslanır.

3.3. Dünyа təsərrüfаtı uzun tаriхi inkişаf prоsеsinin nəticəsidir. Əsаsən sоn əsrdə vаhid sistеm kimi fоrmаlаşаn bu təsərrüfаt sis­tе­mi sоsiаl iqtisаdi və ictimаiləşmə səviyyəsinə görə dünyа ölkələ­ri­nin müхtəlif strukturlаrını özündə birləşdirir.

Dünyа ölkələrində bu inkişаf ilk növbədə sənаyе inqilаbı ilə məh­suldаr qüvvələrin inkişаfındа əsаslı dəyişikliklərlə хаrаktе­rizə оlunur.



Dünyа təsərrüfаtının fоrmаlаşmаsının оbyеktiv əsаsını bеynəl­хаlq əmək bölgüsü təşkil еdir. Dünyа təsərrüfаtı bir-bi­ri­lə qlо­bаl miqyаsdа bеynəlхаlq əmək bölgüsü və iqtisаdi əlаqələrlə qаrşı­lıqlı surətdə bаğlаnmış dünyа ölkələrinin milli təsərrüfаtlаrının məc­musudur.


Yüklə 54,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin