Baki-2023 Təsnifatı və tətbiq sahələri



Yüklə 491,67 Kb.
tarix22.04.2023
ölçüsü491,67 Kb.
#101422
Sənan fizika si №4



Sərbəst İş-№4
Fakultə-Fizika texnologiya
İxtisas-Elektrik və elektronika mühəndisliyi
Qrup-2532a
Fənn- Tətbiqi fizika
Mövzu-Elektrik generatorunun quruluşu və iş prinsipi
Tələbə-Şərifzadə Sənan
Müəllim- Sərdarlı Rauf Mədət oğlu


BAKI-2023

Təsnifatı və tətbiq sahələri
Sabit cərəyan generatorlarını energetik qurğularda sabit cərəyan mənbəyi kimi istifadə edirlər. Generatorun lövbəri hər hansı bir mühərrik vasitəsilə fırlanma hərəkətinə gətirilir, belə bir mühərrik kimi daxili yanma mühərriki, elektrik mühərriki və s. istifadə oluna bilər. Sabit cərəyan generatorları sənayenin və kənd təsərrüfatının o sahələrində tətbiq olunur ki, orada istehsal şəraitinə görə sabit cərəyana üstünlük verilir (metal və elekktroliz müəssisələrində, sualtı qayıqlarda nəqliyyatda, traktor və kombaynlarda və s.).
Son vaxtlar yarımkeçiricilər texnikasının inkişafı ilə əlaqədar sabit cərəyan almaq üçün çox vaxt yarımkeçirici qurğulardan istifadə edilməsinə baxmayaraq, generatorların texnikanın bir çox sahələrində geniş tətbiqi davam etməkdədir. Sabit cərəyan generatorlarının təsnifatı təsirlənmə üsuluna görə aparılır. Onlar müstəqil təsirlənən və öz-özünə təsirlənən generatorlara bölünürlər.
Birinci növ generatorlar elektromaqnit və maqnitoelektrik təsiirlənən hazırlanırlar. Elektromaqnitlə təsirlənən generatorların təsirlənmə dolağı əsas qütblərdə yerləşdirilir və müstəqil qidalandırıcı mənbəyə qoşulur (şək. 4.1,a). Təsirlənmə dövrəsinin cərəyanı IT geniş hüdudda RRT rezistorunun köməyi ilə tənzimlənə bilər. Təsirlənmə dolağının nominal rejimdə tələb etdiyi güc generatorun nominal gücünün 0,3…5 % təşkil edir. Maqnitoelektrik generatorlar sabit maqniitlə təsirləndirilir və onlardan eynii zamanda maşının qütbləri hazırlanır. Bu növ təsirlənmə nisbətən kiçik güclü generatorlarda xüsusi hallarda tətbiq edilir. Maqnitoelektrik təsirlənən generatorların çatışmayan cəhəti gərginliyin tənzimlənməsinin çətin olmasıdır.

Şək.4.1. Müstəqil (a), paralel (b) və qarışıq (v) təsirlənən genera -torların elektrik sxemləri
Öz-özünə təsirlənən generatorlarda təsirlənmə dolağıözünün lövbərindən qidalanır. Təsirlənmə dolağının qoşulma üsulundan asılı olaraq öz-özünə təsirlənən generatorlar paralel, ardıcıl və qarışıq təsirlənən maşınlara ayrılırlar. Paralel təsirlənən generatorun birləşmə sxemi (şək. 4.1,b) göstərilmişdir. RRt rezistoru təsirlənmə cərəyanını It dəyişməyə imkan verir, bu zaman eyni zamanda çıxış gərginliyi də dəyişir. Bu generatorlarda lövbər cərəyanı Ia yük cərəyanı Iy ilə təsirlənmə cərəyanın IT cəminə bərabərdir: Ia = Iy + IT. Təsirlənmə dolağından axan cərəyan nominal rejimdə nominal cərəyanın 1...5 % təşkil edir. Ardıcıl təsirlənmə sxemli generatorlar praktiki olaraq tətbiq olunmurlar. Qarışıq təsirlənən generatorlarda (şəkil 4.1, v) qütblərdə iki dolaq yerləşdirilir. Bunlardan biri çoxlu sarğılar sayına malik olub, nisbətən kiçik en kəsikli naqillərdən hazırlanır və lövbərə paralel qoşulur, digər dolaq isə sarğılar sayı az böyük en kəsikli naqillərdən hazırlanır və lövbərə ardıcıl qoşulur. Belə generatorun lövbər cərəyanı Ia = I + IT bərabərdir. Bu generatorlarda paralel və ardıcıl dolaqları birbirinə uyğun (hər iki dolağın MHQ-ri eyni istiqamətdə olur) və qarşı-qarşıya (onların MHQ-ri bir-birinin əksinə yönəlir) birləşdirilir. Adətən qarışıq təsirlənən generatorlarda MHQ-nın əsas hissəsi, paralel təsirlənən dolaq tərəfindən yaranır. DÜİST-ə görə dolaqların başlanğıc və sonları aşağıdakı kimi işarələnir: lövbər dolağı –Я1, Я2; əlavə qütblərin dolağı - D1; D2; kompensasiyaedici dolaq - K1; K2 müstəqil təsirlənən dolaq - H1; H2; paralel təsirlənən dolaq - Ш1; Ш2; ardıcıl təsirlənən dolaq-C1; C2. 1 rəqəmi dolağın başlanğıcını, 2 rəqəmi isə onun sonunu göstərir.
Sabit cərəyan generatorların əsas tənlikləri
Sabit cərəyan maşını generator vəzifəsində işləyərkən onun işini xarakterizə edən əsas münasibətlər aşağıdakı tənliklər şəklində verilə bilər. Bu tənliklər təsirlənmə üsulundan asılı olmayaraq bütün generatorlar üçün qəbul edilə bilər. Gərginliklərin müvazinət tənliyi. Generatorun çıxışındakı gərginlik U lövbər dolağında yaranan E EHQ-dən gərginlik düşküsünün qiyməti qədər həmişə kiçik olur, yəni

Lövbər dövrəsindəki gərginlik düşküsü iki mürəkkəbədən ibarətdir: IaΣRa - dolaqlardakı gərginlik düşküsü; ΔUF fırça kontaktında yaranan gərginlik düşküsü; Σra -müqavimətinə lövbər dolağının müqaviməti və onu ardıcıl birləşmiş dolaqların müqavimətləri daxildir:

Yüklə 491,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin