Sertifikatlaşdırma sxemləri



Yüklə 28,36 Kb.
səhifə1/3
tarix27.12.2023
ölçüsü28,36 Kb.
#199123
  1   2   3
Sertifikatlaşdırma sxemləri



Sertifikatlaşdırma sxemləri
Məhsulun sertifikatlaşdırılmasının əsas vəzifəsi istehlakçıların, qanunverici
hakimiyyətin, satıcıların və istehsalçıların maraqlarının ödənilməsindən ibarətdir. Sertifikatlaşdırma keyfiyyəti standartların tələblərinə cavab verməyən məhslun istehlakçı tərəfindən alınması təhlükəsini minimuma endirir. Məhsulun sertifikatlaşdırılması sertifikatlaşdırma sisteminin müəyyən etdiyi sertifikatlşdırma sxemləri üzrə aparılır. Sertifikatlaşdırma sxemi məhsulun, xidmətin, keyfiyyət sisteminin və heyyətin uyğunluğunun qiymətləndirilməsi zaman üçüncü tərəfin fəaliyyətinin tərkibindən və ardıcıllığından ibarətdir. Adətən sertifikatlaşdırma sistemi bir neçə sxemləri nəzərdə tutur. Sxem seçilən zaman konkret məhsulun istehsalının, sınağının, tədarükünün və istifadə edilməsinin xüsusiyyətləri, həmçinin
təsdiq etmənin tələb olunan səviyyəsi və sifarişçinin mümkün xərcləri nəzərə alınmalıdır. Sertifikatlaşdırma sxemi sertifikatlaşdırmanın tələb olunan təsdiq edilməsini təmin etməlidir. Bunun üçün İSO-nun işlədiyi sertifikatlaşırma sxemlərindən istifadə etmək tövsiyyə olunur. Azərbaycan Respublikasında məhsulun sertifikatlaşdırılması zamanı istifadə edilən sertifikatlaşdırma sxemləri şəkil 3.4-də verilib. AZS Milli sertifikatlaşdırma sistemində istifadə edilən sertifikatlaşdırma sxemi standartlaşdırma üzrə beynəlxalq təşkilatların (İSO/BEK) tövsiyyələri və Avropa Şurasında məcburi sertifikatlaşdırma zamanı tətbiq edilən uyğunluğun təsdiq edilməsi təcrübəsi nəzərə alınmaqla işlənmişdir. Tətbiq edilən sertifikatlaşdırma sxemləri obyektiv, etibarlı və bütün maraqlı tərəflər (istehsalçı, satıcı, istehlakçı) üçün münasib olmalıdır. Bəzi məhsullar üçün elə bir sertifikatlaşdırma sxemini seçmək lazımdır ki, sxem hər bir konkret halda maraqlı tərəflərin praktiki və iqtisadi tələblərinə ən yaxşı cavab versin. Şəkil 3.4-də göstərilən sertifikatlaşdırma sxemləri İSO/BEK tövsiyyələrini və beynəlxalq sertifikiatlaşdırma praktikasında qəbul edilmiş qaydaları tamam ödəyir.
Sertifikatlaşdırma sxeminin məzmununu araşdıraq.
1№-li sertifikatlaşdırma sxemi məhsulun tip nümunələrinin seçiminin sınağının aparılmasını nəzərdə tutur. Sınaq üçün nümunələrin seçilməsini sertifikatlaşdırma üzrə orqan və ya onun tapşırığı ilə sınaq laboratoriyası həyata keçirir (əgər sənəddə başqa heçnə nəzərdə tutulmayıbsa). 1№-li sertifikatlaşdırma sxemi yerli mhsul üçün məhdud həcmdə buraxıldığı zamanı, idxal edilən məhsul üçün isə qısa müddıtli kontraktlar bağlandığı zaman tətbiq edirlər. Bu sertifikatlaşdırma sxeminin çatışmayan cəhətlərinə aşağıdakıları aid etmək olar: sınağa seçim məruz qalır; məhsulun buraxılmasına icazə verən sertifikatlaşdırma üzrə orqan məhsula sonrakı nəzarəti həyata keçirilir; istehsalatdan buraxılmış bütün məhsulun seçimə düşən məhsullar kimi parametrlər ilə xarakterizə olunduğuna zəmanət yoxdur.
2№-li sertifikatlaşdırma sxemi məhsulun nümunələrinin sınağından sonra sertifikatlaşdırılmış məhsula satıcıdan götürülmüş məhsul nümunəsinin sınanması yolu ilə bu məhsula təftiş nəzarətinin aparılmasını nəzərdə tutur. Sxemin üstün cəhəti
məhsulun standarta uyğunluğunun stabilliyinə dövrü nəzarətin təmin edilməsindən və məhsulun s atıcıda saxlanması və daşınması sisteminə nəzarətin keçirilməsindən ibarətdir.Sxemin çatışmayan cəhətləri isə məhsulun defekt ilə istehsal edildiyinin və ya bu defektlər məhsulun satıcıya qədərki saxlanması və ya daşınması prosesindəyarandığının, həmçinin məhsulun diler şəbəkəsində dəyişikliyə məruz qaldığının təyin edilməsinin qət olmasından, müxtəlif satış təşkilatlarının əhatə edilməsi üçün böyük sayda təftiş edici heyyətin lazım olmasından və verilmiş məhsulu stan satış təşkilatlarının aşkar edilməsi tələbinin olmasından ibarətdir. Bu sertifikatlaşdırma sxemini istehsalçının satışı öz firma mağazalarında həyata keçirildiyi hallarda tətbiq etmək məqsədəuyğundur.
3№-li sertifikatlaşdırma sxemi məhsul nümunələrinin sınağından sonra sertifikatlaşdırılmış məhsula, məhsul istehsalçıya göndərilməmişdən əvvəl hazır məhsul anbarından götürülmüş nümunələrin sınanması yolu ilə təftiş nəzarətinin aparılması ilə xarakterizə olunur. Sxemin üstün cəhəti 2№-li sxemin həyata keçirilməsinə nisbətən az məsrəflərin olmasından və standarlara uyğun olmayan parametrləri olan məhsullar aşkar edildiyi halda müəssisənin operativ xəbərdar edilməsindən ibarətdir. Sxemin çatışmayan cəhəti məhsulda satış təşkilatında saxlanma və daşınma prosesində defektlərin yarana bilməsi ilə bağlı olaraq istehlakçıda məhsulun keyfiyyətinə zəmanətin aşağı düşməsi və istehsalçıdan götürülən məhsulun sınağında iştirak üçün inspektorlara əlavə xərclərin edilməsindən ibarətdir. Bu sertifikatlaşdırma sxemi seriyalı istehsalçının stabilliyi şübhə doğurmayan məhsullar üçün tövsiyyə edilir.
4№-li sertifikatlaşdırma sxemi məhsul nümunəsinin sınağından sonra sertifikatlaşdırılmış məhsula həm satıcıda götürülmüş məhsul nümunəsinin, həm də məhsul istehsalçıya göndərilməsindən əvvəl hazır məhsul anbarından götürülmüş nümunələrin sınanması yolu ilə təftiş nəzarətinin aparılması ilə xarakterizə olunur. Sxemin üstün cəhəti istehlakçıların daha keyfiyyətli məhsul alacaqları üçün zəmanətin artmasından ibarətdir. Sxemin çatışmayan cəhəti istehsalçının sertifikatlaşdırmaya xərclərinin artmasının təftiş edici heyyətin sayının artmasından ibarətdir.
4№-li sertifikatlaşdırma sxeminin həyata keçirilməsində müəyyən çətinlik ticarətdən və müəssisənin anbarlarından götürülən seçimin həcminin təyin edilməsi ilə bağlıdır. Bu sxemi seriyalı istehsalın məhsullarına hərtərəfli və sərt təftiş nəzarətinin vacib olduğu zaman tətbiq etmək tövsiyyə edilir.

Yüklə 28,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin