Qrup: 100 A2 FƏNN: materiALŞÜnasliq müƏLLİM



Yüklə 232,94 Kb.
səhifə1/6
tarix06.01.2022
ölçüsü232,94 Kb.
#51032
  1   2   3   4   5   6
M LAB 2




LABORATORİYA İŞİ № 2

NƏQLİYYAT VƏ LOGİSTİKA

NƏQLİYYAT MÜHƏNDİSLİYİ

QRUP: 100_A2

FƏNN: MATERİALŞÜNASLIQ

MÜƏLLİM: KAMİL MƏMMƏDOV

TƏLƏBƏ: FƏRZİ İSAYEV

MİKROSTRUKTUR ANALİZİ VƏ POLAD DƏNƏSİNİN ÖLÇÜLƏRİNİN TƏYİNİ

İşin məqsədi. Mikroskopun quruluşu, iş prinsipi və mikrostrrukturu öyrənmək meto-du və polad dənəsinin ölçüsünü təyin etməkdir.

İşin nəzəri əsasları. Metalloqrafik mikroskopun quruluşu və iş prinsipi.

Metal və ərintilərin mikrostrukturunu öyrənmək üçün metalloqrafik mikros-kopdan istifadə olunur.Mikroskop qeyri-şəffaf cisimlərin strukturunu böyüdərək əks etdirici işıqda ona baxmağa və şəklini çəkməyə imkan verir.

Metalloqrafik mikroskoplar quruluşuna görə şaquli (МИМ-7, МMP-2, MMP-4,MMУ-3), üfüqi (МИМ-8M, МИМ-9) mikroskoplara bölünürlər. Hal-hazırda müasir metalloqrafiya mikroskopları da tətbiq olunmaqdadır. Bunlara misal olaraq VievMet laboratoriya mikroskopunu göstərmək olar.

Mikroskopun optik sisteminin əsasını obyektiv və okulyar təşkil edir.Baxılan cismə yönəlmiş qabarıq linzaya obyektiv,gözə yönəldilən qabarıq linzaya isə okulyar deyilir.Mikroskopda obyektiv və okulyar biri digərindən müəyyən məsafədə yerləşdi-rilir.Obyektiv və okulyarın fokus nöqtələri (F1 və F2) arasındakı məsafə tubusun optik uzunluğunu (Δ) təşkil edir.

Obyektivdə korreksiyalayıcı linzaların müəyyən qaydada seçilməsi ilə xro-matik və sverik abresiyanın qarşısı alınır.Obyektivlər iki tipdə olurlar-xromatik və apoxromatik.


Yüklə 232,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin