Qrup: 100 A2 FƏNN: materiALŞÜnasliq müƏLLİM


Polad dənəsinin ölçüsünün təyini



Yüklə 232,94 Kb.
səhifə4/6
tarix06.01.2022
ölçüsü232,94 Kb.
#51032
1   2   3   4   5   6
M LAB 2

Polad dənəsinin ölçüsünün təyini

Polad dənəsinin ölçüsü dedikdə,mikroşlifin görüş müstəvisində yerləşən tə-sadüfü dənələrinin kəsiyinin orta ölçüsü nəzərdə tutulur. Dənənin ölçüsü DÜİST 6534-82 üzrə aşağıdakı üsullarla təyin olunur.



1.Etalon şkala ilə vizual müqayisə etməklə

2.Şkala parçasının dənələrin sərhədləri ilə kəsişməsi sayını hesablamaqla

3.Vahid səth sahəsinə düşən dənələrin sayını hesablamaqla

4.Vətərin uzunluğunu ölçməklə

İndi isə,bu üsullardan ən sadəsi olan birinci iki üsula baxaq.Birinci üsulda əş-ya stolunda yerləşmiş şlifə okulyardan 100 dəfə böyütmədə baxıb və ya şəklini çəkib, sonra etalon şkalası ilə müqayisə edib,ona uyğun gələn dənənin nömrəsi müəyyən edi-lir (şəkil 4).

İkinci üsulun mahiyyəti şkalanın bərabər uzunluqlu parçaları ilə kəsilmiş də-nələrin sayını tapmaq və onların orta şərti diametrini təyin etməkdən ibarətdir.Bu üsul-la dənənin ölçüsü belə tapılır.

Mikroskopda böyütmə elə seçilir ki,tədqiqat səthinə düşən dənələrin sayı 50-dən çox olmasın və okulyar mikrometrin şkalası on dənədən azını kəsməsin.



Dənənin nömrəsini təyin etmək üçün standart şkala

(böyüdülmə 100 dəfə)


Sonra şkalanın xəttinə uyğun olan dənələrin sayı müəyyən edilir.İki qarşılıqlı perpendikulyar kəsiklərdə dənələrin sayı tapılır və bu əməliyyat şlifin beş xarakter ye-rində aparılır.Dənənin formasının dairəvi olduğunu qəbul edərək,bütün kəsik parçala-rının cəmini kəsilmiş dənələrin sayını bölüb,dənənin orta şərti diametri mm-lə hesab-lanır.Bundan sonra dənənin sahəsi müəyyən edilir və DÜİST 5639-82 əsasən dənənin nömrəsi təyin edilir. Etalon şkalasına görə dənənin nömrəsi 4-ə qədər olarsa iri, (cəd-vəl 2),6-dan böyük olarsa isə,xırda dənə sayılır. DÜİST 5639-82 standart şkalasına görə dənələrin ölçüsü 14 nömrədən ibarətdir.

Optik mikroskopun böyütmə qailiyyəti 5·10-8m-1 çox olmadığı üçün mate-rialın çox kiçik hissələrinin strukturunu müəyyən etmək lazım olduqda bərk cisimlə elektronların qarşılıqlı təsirinə əsaslanmış elektron mikroskopundan istifadə edilir. Elektron mikroskopunda (PEM) çox kiçik dalğa uzunluğu (0,04-0,12)·10-10m elektron şüalarından istifadə etməklə,onun böyütmə qabiliyyəti (2-5)·10-10m-1 qədər, yəni atomlararası məsafə səviyyəsinədək yüksəlir.

Dənənin sahəsinin orta qiymətinə görə dənənin standart nömrəsinin təyini cədvəli




Yüklə 232,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin