Qrup: 100 A2 FƏNN: materiALŞÜnasliq müƏLLİM



Yüklə 232,94 Kb.
səhifə2/6
tarix06.01.2022
ölçüsü232,94 Kb.
#51032
1   2   3   4   5   6
M LAB 2

Xromatik obyektivlər-az böyütmə lazım olduqda istifadə edilir.

A poxromatik obyektivlər- yüksək böyütmə lazım olduqda (əsasən şəkil çəkdikdə) istifadə olunur.əgər obyektivlə onun frontal linzası arasında imersion maye qatı (kedr yağı) yerləşirsə,belə obyektivlər immersion adlanır.Okulyar optik nöqsanları düzəldir və obyektivdən alınan xəyalın təsvirini böyüdür. Mikrostrukturun şəklini çəkdikdə fo-tookulyarlar işlədilir.Mikroskopun faydalı böyütməsi M, obyektivin böyütməsindən, daha doğrusu baxılan obyektin hissələrinin böyüdülməsindən asılı olub, aşağıdakı düsturla təyin olunur.

Burada, d1-insan gözünün maksimum aydın görmə məsafəsi olub, 30 sm-ə bərabərdir.

d-optik sistemin aydın seçmə qabiliyyətidir.

B urada, d-nə qədər kiçik olarsa,mikroskopun faydalı böyütməsi bir o qədər böyük olar. Optik sistemin aydın görmə (seçmə) qabiliyyəti dedikdə, mikroskopun nümunə üzərində iki ən yaxın yerləşmiş nöqtənin biri-birindən ayrı açıq təsvirini vermək qabi-liyyəti nəzərdə tutulur və d-nin qiyməti difraksiya şərtinə görə aşağıdakı kimi yazılır.

Burada, λ-işıq dalğasının uzunluğudur və ağ işıq üçün λ=6000A0

n-sındırma əmsalıdır (hava üçün n=1, kedr yağı üçün isə, n=1,51)

α-obyektivə daxil olan işıq dəstəsinin düşmə bucağının yarısıdır

n·sinα kəmiyyəti A hərfi ilə işarə edilir və obyektivin say aperturu adlanır. Say aperturu təsvirin dəqiqliyinə təsir edərək mikroskopun aydın göstərmə qabiliyyətini təyin edir.

Vizual müşahidədə mikroskopun ümumi böyütməsi obyektivlə okulyarın bö-yütmələri hasilinə bərabərdir.

Burada, l-tubusun optik uzunluğudur.

Fob-obyektivin foks məsafəsidir.

Fok-okulyarın foks məsafəsidir.

Mikroskopun aydın görmə (seçmə) qabiliyyəti əsas xarakteristika olub GQmik ilə işarə olunur və aşağıdakı düsturla təyin edilir.



1) 2)

  1. λ =6·10-7m və say aperturu A=1,5(max) qəbul etdikdə,(2) düstur alınır.

  2. Mikroskopun maksimum faydalı böyütməsi (M+) (3) düsturla təyin edilir. (3)

B urada, GQ=1/dg-insan gözünün maksimum görmə qabiliyyətidir, m-1 düstürda yerinə yazsaq, aşağıdakı nəticəni almış olarıq.

Optik sisteminin ümumi böyütməsi onun faydalı böyütməsindən kiçik olduq-da mikroskopda mikrostrukturun təsviri keyfiyyətli olur.

Hazırda ali məktəb laboratoriyalarında əsasən MИМ-7 markalı metalloqrafi-ya mikroskopundan istifadə edilir. Bundan başqa daha müasir olan VievMet markalı mikroskop da istifadə edilməkdədir.İndi isə bu mikroskopun qruluşu və iş prinsipi ilə tanış olaq.


Yüklə 232,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin